Month: November 2020

  • В Баку два человека отравились угарным газом

    В Сабунчинском районе Баку два человека отравились угарным газом.

    Как передает АПА, инцидент произошел в жилом массиве “Янардаг” поселка Балаханы.

    Санубар Асланова (1972 г.р.) и Талят Алекберов (1996 г.р.) были госпитализированы с симптомами отравления угарным газом.

    Состояние женщины оценивается как тяжелое.

  • Bakıda iki nəfər dəm qazından zəhərləndiBakıda iki nəfər dəm qazından zəhərləndi

    Bakının Sabunçu rayonunda iki nəfər evdə dəm qazından zəhərlənib.

    APA xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində baş verib.

    Yanardağ yaşayış massivində fərdi yaşayış evində yaşayan 1972-ci il təvəllüdlü Aslanova Sənubər Rais qızı və 1996-cı il təvəllüdlü Ələkbərov Tələt Mütəllim oğlu dəm qazından zəhərlənmə diaqnozu ilə yaxınları tərəfindən xəstəxanaya çatdırılıblar.

  • Rusiya sülhməramlılarının komandanı Qarabağda atəşkəsə riayət olunduğunu açıqladı

    “Dağlıq Qarabağda atəşkəs rejimi pozulmur”.

    “RİA Novosti”nin məlumatına görə, bu sözləri Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradov deyib.

    “Atəşkəs rejiminin pozulması və təxribatlar görünməyib”, – deyə R.Muradov bildirib.

    Rusiyalı general bildirib ki, baş verən kiçik insidentlər sülhməramlı kontingent tərəfindən yerindəcə həll olunur.

  • Sabahın havası: Yağış, qar, şaxta…

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.

    Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 8-11,
    Bakıda gecə 6-8, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

    Noyabrın 22-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-3 dərəcə şaxta olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 22-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əssasən əlverişlidir.

  • ÜST-dən TÖVSİYƏ: Koronavirus xəstələrinin müalicəsində bu dərmandan istifadə etməyin

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyası olan xəstələrin müalicəsində “Remdesivir” dərmanından istifadə etməməyi tövsiyə edib.

    Bu barədə təşkilatın mətbuat xidməti dərman istifadəsi ilə bağlı təlimatların hazırlanması ilə məşğul olan beynəlxalq ekspert qrupunun nəticələrinə istinad edərək məlumat verib.

    ÜST bu günə qədər xəstəliyin şiddətindən asılı olmayaraq, dərmanın xəstənin tez sağalmasına təsirinə dair bir dəlil olmadığını vurğulayıb. Bundan əlavə, ventilyasiya ehtiyacını azaltmasına təsiri barədə heç bir dəlil tapılmayıb.

    Eyni zamanda dərmanın klinik praktikada rolu aydın deyil. Ekspertlərin bu tövsiyəsi 7000-dən çox xəstənin iştirak etdiyi beynəlxalq sınaqların nəticələrinin təhlilinə əsaslanır.

    O da qeyd olunub ki, “Remdesivir”in spesifik xəstə qruplarına təsirini araşdırmaq üçün tədqiqatlar davam etdirilməlidir. (publika.az)

  • Türkiyədə koronavirusdan sağalanların sayı 367 mini keçib

    Türkiyədə son 24 saat ərzində daha nəfər yeni növ koronavirusdan (COVİD-19) 141 nəfər dünyasını dəyişib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

    Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 12 084 nəfərə çatıb.

    Onun sözlərinə görə, ölkədə 5 103 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 435 273 nəfərə çatıb.

    Nazir əlavə edib ki, ötən gün koronavirusdan 3 019 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 367 592 nəfər təşkil edir.

  • DİN avtomobildə maska taxılması məsələsinə aydınlıq gətirdi

    “Avtomobil idarə edən şəxs tək və yaxud ailə üzvləri ilə birgə olduqda maskadan istifadə məcburi deyil”.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirib ki, avtomobildə sürücüdən başqa digər şəxs və ya şəxslər olduqda, avtomobildəkilərin hamısı maskadan istifadə etməlidir: “Əks halda qanunda müvafiq edilmiş qaydada cərimələr tətbiq edilməsi nəzərdə tutulur”.

    Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.

  • Yerevanda polis etirazçılara qarşı zorakılıq tətbiq etdi – VİDEO

    Ermənistanın paytaxtı Yerevanda polis baş nazir Nikol Paşinyanın istefası tələbi ilə “Respublika” meydanına avtoyürüş təşkil etməyə çalışan şəxslərin qarşısını alıb.

    Agentlik qeyd edib ki, polis əməkdaşları aksiyaçılara qarşı zorakılıq tətbiq edib. Aksiyaçılardan bəziləri saxlanılıb.

  • Bakıda Əməkdar artist intihar etdi (FOTO)

    Əməkdar artist Rəşid Səməndər özünü binadan ataraq intihar edib.

    Bu barədə APA-ya aktyorun yaxınları məlumat verib.

    O, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru idi.

    Qeyd edək ki, Rəşid Səməndər 1975-ci ildə unudulmaz aktyor Səməndər Rzayevin ailəsində anadan olub.

  • Министерство национальной обороны Турции: После долгих лет оккупации сегодня в Агдаме прозвучал азан – ВИДЕО

    Наши братья азербайджанцы, родные очаги которых были зверски оккупированы долгие годы назад, сегодня возвращаются в свои дома.

    Об этом Министерство национальной обороны братской Турции поделилось в своем аккаунте в Twitter.

    “Они всегда верили в то, что вернутся и будут свободно жить здесь. Сегодня в Агдаме прозвучал первый азан после долгих лет оккупации, совершен первый намаз”, – говорится в публикации.