Month: November 2020

  • В Азербайджане выявлены 3 169 новых случаев инфицирования COVID-19, скончались еще 26 человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 3 169 новых случаев инфицирования коронавирусом, еще 1 404 человека вылечились и были выписаны домой.

    Об этом 20 ноября сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще 26 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 87 163 человека, 1 079 из них скончались, 60 869 – вылечились, 25 215 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 1 576 060 тестов (за последние 24 часа – 13 618) на COVID-19.

  • Azərbaycanda koronavirusa yoluxmada yeni rekord, 26 nəfər vəfat edib – FOTO

    Azərbaycanda koronavirusa (COVID-19) 3169 yeni yoluxma faktı qeydə alınıb, 1404 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 26 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 25215 nəfərdir.

    Ölkədə son sutka ərzində 13618, hazırkı dövrədək isə 1 576 060 test aparılıb.

    Ümumi ölənlərin sayı 1079 nəfərdir.

    Ümumi yoluxanların sayı 87163 nəfər, ümumi sağalanların sayı 60869 nəfərdir.

  • Ermənistanın təxribatı nəticəsində həlak olan şəxslər şəhid hesab olunur – RƏSMİ

    Ermənistanın təcavüzü nəticəsində cəbhə xəttindən kənarda yerləşən yaşayış məntəqələrində həlak olmuş şəxslər şəhid hesab olunur.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.4-cü yarımbəndinə əsasən, yalnız Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab edilirlər.

    2020-ci il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini müxtəlif silahlardan atəşə tutması ilə yanaşı cəbhə xəttindən aralıda yerləşən Naftalan və Gəncə şəhərlərində dinc əhaliyə qarşı hərbi təxribat törədib və Qarabağdan kənarda yerləşən həmin yaşayış məntəqələrində onlarla mülki vətəndaş həlak olub, yüzlərlə vətəndaş isə yaralanıb.

    Respublikada yaranmış mövcud vəziyyətlə əlaqədar sözügedən ərazilərdə həlak olmuş mülki vətəndaşların şəhid hesab edilməsi məqsədilə müvafiq qanunvericiliyə dəyişiklik edilməsi zərurəti yaranıb.

    Qərarda Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşların şəhid hesab edilməsi əks olunub.

  • Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi

    Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.

    “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ağdam rayonunun düşmən işğalından tamamilə azad edilməsi münasibətilə hər bir vətəndaşımızı ürəkdən təbrik edirik! Bununla yanaşı xatırlatmaq istəyirik ki, Nazirlər Kabinetinin 19 noyabr tarixli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Odur ki vətəndaşlarımızdan xüsusi karantin rejiminin tələblərini pozmamağı, o cümlədən sosial məsafəni gözləmələrini və tənəffüs yollarını qoruyan tibbi maskalardan mütləq qaydada istifadə etmələrini xahiş edirik”, – deyə müraciətdə bildirilib.

    DİN-dən qeyd edilib ki, bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.

    “Səbrli və anlayışlı vətəndaşlarımıza əvvəlcədən təşəkkür edirik”.

  • По факту использования Арменией химоружия возбуждено уголовное дело

    Вооруженные силы Армении, потерпев поражение от азербайджанской армии в ходе боев, длившихся с 27 сентября по 10 ноября 2020 года, совершили очередные военные преступления.

    Об этом сообщила пресс-служба Генеральной прокуратуры Азербайджана.

    В ходе расследования было установлено, что 8 октября, 3, 4 и 8 ноября этого года армянские вооруженные силы и созданные на оккупированных территориях АР преступные военные формирования, грубо нарушив положения Женевских конвенций 1949 года “О защите гражданских лиц во время вооруженных конфликтов”, использовали против мирного населения прифронтовых районов Азербайджана методы ведения войны, приводящие к крупномасштабным разрушениям. Кроме того, оккупанты нарушили фундаментальные принципы конвенции ООН “О биологическом разнообразии” и с целью уничтожения и нанесения серьезного и непоправимого ущерба окружающей среде выпустили по лесам, расположенным на территории сел Араялты, Алханлы – Физулинского, Сехлеабад – Тертерского районов и города Шуши, по меньшей мере шесть фосфорных снарядов P-4. Эти преднамеренные теракты армян привели к пожарам на указанных территориях

    По данному факту в Генпрокуратуре АР возбуждено уголовное дело по статьям 100.2 (ведение агрессивной войны), 214.2 (терроризм) УК АР. Следствие поручено Следственному управлению.

    В настоящее время проводятся необходимые мероприятия по уголовному делу, собираются доказательства.

    Надзорным ведомством будет обеспечено принятие всех возможных мер для привлечения виновных лиц к ответственности в рамках норм международного права.

  • Ermənistanın kimyəvi tərkibli mərmilərdən istifadə etməsilə bağlı cinayət işi başlanılıb

    2020-ci ilin 27 sentyabr-10 noyabr müddətində davam edən döyüşlərin son mərhələsində Azərbaycan Ordusunun rəşadəti nəticəsində Ermənistan silahlı qüvvələri geri çəkilərək yeni metodlardan istifadə edib növbəti cinayət əməllərini törədiblər.

    Baş prokurorluqdan verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, 8 oktyabr, 3, 4 və 8 noyabr 2020-ci il tarixlərdə Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində, habelə Ermənistan Respublikasının ərazisində yerləşən hərbi birləşmələrinə rəhbərlik edən şəxslər və onların yaratdığı cinayətkar birliklər “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq geniş miqyaslı dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə mülki əhalinin və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərin sıx yaşadıqları Füzuli, Tərtər rayonları ərazilərində yerləşən yaşayış məntəqələrinə, habelə BMT-nin “Bioloji müxtəliflik haqqında” Konvensiyasının əsas təməl prinsiplərini pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq, insanları qəsdən öldürmək məqsədilə Füzuli rayonunun Arayatlı, Alxanlı, Tərtər rayonunun Səhləbad kəndinə və Şuşa şəhərinin ərazisində yerləşən meşələrə P-4 kimyəvi tərkibli (ağ fosfor) olan ən azı 6 top mərmiləri ilə atəş açaraq həmin ərazilərdə yerləşən təbii sərvətləri qəsdən yandırmaqla xüsusilə külli miqdarda ziyan vurub, Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə planlaşdırılmış və aparılmış, habelə terrorçuluq cinayəti törədilib.

    Bununla bağlı Baş Prokurorluqda ətraflı araşdırmalar aparmaqla, 20.11.2020-ci il tarixdə faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 214.2 (terrorçuluq) və digər maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

    Hazırda cinayət işi üzrə zəruri və intensiv istintaq tədbirləri aparılmaqla müvafiq sənədləşmə işləri aparılır və sübutlar toplanılır.

    Bildiririk ki, Baş Prokurorluq tərəfindən təqsirli şəxslərin müəyyən edilərək beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.

  • Qarabağda döyüşən hərbçilərimizin kredit borcları silinəcək? – VİDEO

    Azərbaycan Banklar Assosiasiyasına üzv banklar bir müddət öncə hərbçilərimizin və düşmən təxribatı nəticəsində zərər çəkmiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə qərar qəbul etdi.

    Qərar cəmiyyətdə rəğbətlə qarşılandı, onun icrası böyük maraqla izlənməyə başlandı. Son günlər bəzi sosial şəbəkə istifadəçilərinin qərarın icrası ilə bağlı problemlərin yarandığını bildirməsi isə narahatlığa səbəb olub.

    ARB Xəbər sözügedən məsələ ilə bağlı maraqlı süjet hazırlayıb.

  • Президент Ильхам Алиев назначил начальника Полицейской академии

    Распоряжением Президента Азербайджана Ильхама Алиева Джанполад Даанов назначен начальником Полицейской академии Министерства внутренних дел.

    Об этом сообщает пресс-служба ведомства.

    20 ноября глава МВД генерал-полковник Вилаят Эйвазов посетил академию и представил Дж.Даанова личному составу.

  • İlham Əliyev Polis Akademiyasına rəis təyin etdi

    Prezident İlham Əliyevin sərəncamı ilə polis polkovniki Canpolad Daanov Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi təyin edilib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bu gün, 2020-ci il noyabrın 20-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Polis Akademiyasına gedərək C.Daanovu həmin təhsil müəssisəsinin şəxsi heyətinə təqdim edib.

  • Ağdam məscidi “Qədr surəsi” ilə açıldı: Bu gün min aydan daha xeyirlidir – VİDEO

    Ağdam məscidində son 27 ilin ilk namazı lentə alınıb.

    Bu sözləri RT-nin müxbiri Murad Qazdıyev işğaldan azad edilmiş Ağdamda hazırladığı reportajında deyir. O, təmas xəttini keçməyə icazə verilən ilk mətbuat nümayəndələri kimi öz minnətdarlığını da bildirib.

    Kadrlarda azərbaycanlı hərbçilərin namaz qılmaq üçün yerə xalı sərdikləri görünür. Növbəti kadrda ruhaninin Quranın “Qədr” surəsini oxuduğu əks olunub.

    Qeyd edək ki, surədə bu günün (Qədr gecəsinin) min aydan daha xeyirli olduğu bildirilir.