Month: November 2020

  • İlham Əliyevdən qərəzli Avropa liderlərinə: “Yerindən duran bizə mız qoymaq istəyir”

    “Hazırda Qarabağ bölgəsində mövcud olan coğrafi vəziyyət, əlbəttə ki, bizim imkanlarımızı qat-qat artırıb. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, kimin əlində hansı imkanlar var”.

    Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

    “Ona görə mən bir daha sözümü demək istəyirəm. İndi Ermənistanda daxili böhran hökm sürür. Bu da təbiidir. Çünki hərbi məğlubiyyət, özü də belə biabırçı məğlubiyyət, əlbəttə ki, istənilən ölkədə təlatümlərə gətirib çıxara bilər. Ona görə yəqin ki, indi bu böhran da keçəndən sonra əgər Ermənistanda sağlam qüvvələr hakimiyyətə gələrsə, biz o sağlam qüvvələrlə normal münasibətlər qurmağa hazırıq.

    Ancaq cəlladlarla, Azərbaycan xalqının qanını tökənlərlə bizim heç bir əlaqəmiz ola bilməz. Bunu hər kəs bilsin! Bundan sonra təbii ki, bu bölgədə Azərbaycanın imkanları genişlənəcək, o cümlədən təsir imkanları. Amma bizim imkanlarımız yalnız əməkdaşlığa hesablanıb. Bu günə qədər yaşadığımız bu bölgədə gördüyümüz bütün işlər əməkdaşlığa təkan verib.

    Bütün layihələrimiz – energetika, nəqliyyat, humanitar layihələrimiz əməkdaşlığı dərinləşdirir. Biz bir dənə də səhv addım atmamışıq, misal üçün qonşumuza hansısa problem yarada biləcək bir dənə də addım atmamışıq.

    Ona görə qonşu ölkələrlə münasibətlərimiz normaldır, yaxşıdır. Deyə bilərəm ki, bir çoxları üçün nümunə ola bilər. Ermənistanın qonşuları ilə münasibətləri necədir? Azərbaycanla belə işğal, Türkiyəyə qarşı ərazi iddiası. Rusiyaya indi, necə deyərlər, narazılıq ifadə edir. Mən bunu bilirəm ki, nə üçün İran üzərindən silahları gətirə bilməyiblər.

    Ona görə ki, İran bizim dost, qardaş ölkəmizdir. Ona görə ki, bizim xahişimizi nəzərə alaraq öz hava məkanını bağlayıb. Ona görə ki, istəməyib, onlar gəlib azərbaycanlıları öldürsünlər. Gürcüstana da eyni iddia irəli sürür. Çünki Gürcüstan da müharibə dövründə öz hava sahəsini bağlayıb və quru yollarla silahların daşınmasına imkan verməyib.

    O da istəməyib ki, vəhşi düşmən mülki vətəndaşlarımızı öldürsün. Onlar Rusiyaya qarşı iddia qaldırırlar ki, Rusiya bunlara kömək etməyib”, – deyə Prezident bildirib.

    İ.Əliyevin sözlərinə görə, Rusiya Prezidenti öz müsahibəsində kifayət qədər açıq və tam dəqiq məlumat verdi, öz mövqeyini bildirdi:

    “Azərbaycan beynəlxalq hüquq tərəfindən tanınmış öz ərazisində müharibə aparırdı. Ona görə burada hansısa bir müttəfiqlik münasibətlərinin qarışmasına imkan yaradılmasından söhbət gedə bilməz. Ancaq bunlar hamıya irad tuturlar, hamıdan narazıdırlar. Belə təfəkkürlə necə yaşamaq olar?

    Biz isə bundan sonra inkişaf yolumuzla daha sürətlə gedəcəyik. Biz döyüş meydanında istədiyimizə nail olduq. Əsgər və zabitlərimiz öz gücünü göstərdi. Biz siyasi müstəvidə gücümüzü göstərdik və üçtərəfli Bəyanat bizim maraqlarımıza tam cavab verir. Məhz buna görə bu Bəyanat dünyanın gözü qarşısında imzalandı, Rusiya Prezidenti və mən.

    Amma Ermənistanın baş naziri bunu harada imzalayıb onu hələ ki, yəqin etmək mümkün deyil. Amma o qədər də önəmli deyil. Hansısa anbarda, ya qapalı bir yerdə, ya yaşadığı bunkerdə, fərqi yoxdur. Onun imzası orada var. O, əslində, kapitulyasiya aktıdır. Bu, Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır.

    Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan, Murov dağı, Şuşa döyüş meydanında işğalçılardan azad edilib, o cümlədən Laçın rayonunun bir neçə kəndi, Kəlbəcər rayonunun bir hissəsi. Bu, şərtləndirib bizim qələbəmizi.

    Bizim qələbəmiz artıq Ermənistanda böyük problemlər yaratdı. Amma baxın beynəlxalq təşkilatların buna reaksiyası nədir? Varmı reaksiya? Yoxdur. Ermənistanda gündə hansısa müxalifət lideri həbs olunur, özü də tamamilə əsassız.

    Bir Qərb ölkəsi buna reaksiya veribmi? Yox. Bunu qınayıbmı? Yox. Əsas müxalifət partiyalarının rəhbərləri həbs olunub. Bir nəfər də söz demir. Avropa Şurası, haradasan? Azərbaycana xor gözlə baxan, bizi qaralamağa çalışan, haradasan, Avropa Şurası, niyə susursan? Yaxud da ki, monitorinq komitəsi. Orada bizim Azərbaycan üzrə bir neçə məruzəçi təyin ediblər. Ermənistan monitorinq altında olmalıdır.

    Niyə susursan, Avropa Şurası? Hanı sənin rəhbərlərin, hanı sənin monitorinq komitən, siyasi komitən?! Görmürsünüz ki, Ermənistanda repressiya baş alıb gedir? Görmürsünüz ki, diktator at oynadır? Özü də məğlub edilmiş diktator, rəzil vəziyyətdə olan diktator. Bəs niyə səsinizi çıxarmırsınız? Bəs, hanı sizin demokratiyanız, insan haqlarınız? Cavab var? Yoxdur. Olmayacaq. Mənim sözlərimdən sonra bax, görərsiniz, olmayacaq. Ört-basdır edəcək, ört-basdır.

    Avropa Parlamenti Azərbaycana qarşı 10-dan çox eybəcər, yalan üzərində qurulmuş qətnamə qəbul edib. Niyə susursan, Avropa Parlamenti? Özünü guya dünyanın demokratiya mərkəzi sayırsan. Bir səs çıxar, açıqlama ver, bəyanat ver, qına bunu. Dünyanın gözü qarşısında diktator bütün müxalifəti məhv edir. Bir adamı öldürüb. O parlamenti zəbt edənlər arasında bir nəfər artıq ölü tapılıb.

    Nə üçün səs qaldırmırsınız? Niyə? Müntəzəm olaraq bizə qarşı çirkin kampaniya aparan qeyri-hökumət təşkilatları, niyə susursunuz, niyə söz demirsiniz? Yaxşı, ballistik raketlə bizi vurdu susdunuz, kasetli bombalarla, fosforlu bombalarla bizi vurdu susdunuz. Böyük ölkələr, özlərindən Avropanın lideri düzəldən ölkələr, siz niyə susursunuz? Deyin, cavab verin. Yoxsa, yerindən duran burada bizə mız qoymaq istəyir, sataşmaq istəyir. Hamısının cavabını verirəm, hamısının, artıqlaması ilə.

    Ermənistan diktatoru bunkerdə otura-otura özünü tamamilə dünyadan, öz xalqından təcrid edib, Azərbaycanda xalq-iqtidar birliyi. Bax, budur fərq. Budur bizim gücümüz. Bizim gücümüz birliyimizdədir. Güc və birlik.

    Yəqin, Azərbaycan xalqı xatırlayır, son 3-4 il ərzində mən öz çıxışlarımda dəfələrlə demişdim ki, dünya dəyişir, münasibətlər dəyişir, beynəlxalq hüquq işləmir, güc amili önə çıxır, “kim güclüdür o da haqlıdır” prinsipi üstünlük təşkil edir.

    Bütün bunları mənim çıxışlarımda görmək olar. Çünki mən beynəlxalq vəziyyəti düzgün təhlil etmişəm. Demək istəmirəm ki, biz də bu yolla gedək. Yox. Bizim yolumuz ədalət yoludur və beynəlxalq hüquq yoludur. Biz beynəlxalq hüququn kənarında bir iş görməmişik.

    Ancaq demişəm ki, güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq və hazırlıq işləri gedirdi, bütün bu illər ərzində, həm iqtisadi sahədə, həm beynəlxalq münasibətlər sahəsində, ilk növbədə, ordu quruculuğu sahəsində.

    Bu gücü topladıq, lazım olan anda vurduq, əzdik düşmənin başını. Elə əzdik ki, onu əbədi yadda saxlayacaq, əbədi. O damğanı vurduq. Azərbaycan xalqı müzəffər xalqdır. Azərbaycan ordusu müzəffər ordudur. Biz döyüş meydanında qələbə qazanmışıq, siyasi müstəvidə qələbə qazanmışıq, torpaqlarımızı işğalçılardan azad etmişik”.

  • İlham Əliyev: “Ağdam-Xankəndi-Şuşa avtomobil yolu açılacaq”

    “Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək”.

    Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

    Prezidentin sözlərinə görə, vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək:

    “Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur. Əslində, bizim bərpa işlərimiz artıq başlanıb.

    Füzulidə olarkən Füzulidən Şuşaya yeni yolun çəkilişi ilə bağlı bütün müvafiq göstərişlər verilib, Prezidentin ehtiyat fondundan vəsait ayrılıb, ilkin olaraq 50 milyon manat. Ancaq bu vəsait kifayət etməyəcək. Gələn il əlavə vəsait ayrılacaq.

    Mənim göstərişimlə Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu bir neçə hissəyə bölünüb. Göstəriş vermişəm, bir neçə şirkət cəlb edilsin ki, biz vaxt itirmədən və qısa müddət ərzində bu yolu çəkək. Çünki Azərbaycan vətəndaşları bilirlər ki, əvvəllər Şuşaya gedən yol Ağdam-Xankəndi yolu idi, indi isə hələlik bu yoldan istifadə etmək mümkün deyil”.

    “Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq, o cümlədən hesab edirəm ki, Ağdam-Xankəndi-Şuşa avtomobil yolu da müəyyən müddətdən sonra açılacaqdır.

    Hesab edirəm ki, kommunikasiyaların açılması, eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollar və kommunikasiyalar gələcəkdə bölgədə uzunmüddətli sülhə də öz töhfəsini verəcəkdir. Bu işlər planlı şəkildə öz həllini tapacaq. Biz artıq birinci böyük layihəyə start verdik.

    Eyni qayda ilə biz Ağdam şəhərini və onun bütün infrastrukturunu bərpa etmək üçün ardıcıl addımlar atacağıq. Ağdamlılar və işğaldan azad edilmiş bütün başqa rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır”, – deyə İ.Əliyev əlavə edib.

  • Prezident Ağdamın azad edilməsinin tarixi əhəmiyyətindən danışdı

    “Dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, Ermənistanın mövqeyinə görə məsələ öz həllini tapmadı”.

    Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

    Onun sözlərinə görə, məsələnin hərbi yollarla həll edilməsi Azərbaycanın qanuni hüququdur:

    “Bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır. Hər bir ölkə özünü müdafiə edə bilər. Biz də özümüzü müdafiə etmişik. Ağdam rayonunun işğaldan azad edilməsi tarixi hadisədir. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur”.

    “İşğaldan əvvəl Ağdamda 143 min insan yaşayırdı. Hazırda 204 mindir. Rayonun 73 faizi işğal edilmişdi. Bizim nəzarətimizdə olan ərazilərdə böyük quruculuq işləri aparmışıq. Quzanlı kəndinə qəsəbə statusu verdik və rayonun mərkəzinə çevirdik.

    Orada sosial obyektlər, infrastruktur, iş yerləri yaradıldı və digər infrastruktur qurulub. Bizim nəzarətimizdə olan hissədə 18 qaçqın şəhərciyi salınıb, 93 min qaçqını oraya yerləşdirə bildik.

    Görülmüş işlər hesabına Ağdam rayonunun əhalisinin 45 faizi rayonun ərazisində yaşayır”, – deyə Prezident qeyd edib.

  • Президент Ильхам Алиев поздравил азербайджанский народ

    Сердечно поздравляю азербайджанский народ, в том числе уроженцев Агдама, с освобождением Агдамского района.

    Об этом заявил Президент Азербайджана, Верховный главнокомандующий Вооруженными силами Ильхам Алиев, выступая 20 ноября с обращением к народу.

    Он отметил, что агдамцы больше не являются беженцами.

    “Вы возвращаетесь на земли ваших предков”, – сказал глава государства.

  • İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

    “Ağdam rayonunun azad olunması münasibətilə Azərbaycan xalqını və Ağdam sakinlərini ürəkdən təbrik edirəm”.

    Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

    Onun sözlərinə görə, artıq Ağdam vətəndaşları qaçqın deyil:

    “Siz doğma dədə-baba torpaqlarınıza qayıdacaqsınız”.

  • Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşdı

    Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşıb.

    “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,32 faiz və ya 0,59 ABŞ dolları həcmində ucuzlaşıb.

    Hazırda dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 44,26 ABŞ dollarını təşkil edir.

    Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimuma enərək, 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək, 149,66 dollar olub.

  • Минобороны Турции поздравило азербайджанский народ с освобождением Агдама – ФОТО

    Министерство национальной обороны Турции поздравило азербайджанский народ с освобождением Агдамского района от оккупации.

    “Героическая азербайджанская армия вступила в Агдам в рамках соглашения, заключенного после победы в Карабахе. АР возвращает свои земли после 30-летней оккупации. Мы и далее будем поддерживать братский Азербайджан”, – говорится в твите, опубликованном ведомством.

  • Türkiyə Milli Müdafiə Nazirliyinin Ağdam təbriki – FOTO

    Türkiyə Milli Müdafiə Nazirliyi Ağdam rayonunun 27 ildən sonra işğaldan azad olunması münasibəti ilə Azərbaycana təbrik ünvanlayıb.

    Türkiyənin hərbi qurumu bununla bağlı özünün “Twitter” hesabından paylaşım edib.

    “Qəhrəman Azərbaycan ordusu Qarabağdakı qələbədən sonra edilən razılaşma çərçivəsində Ağdama girdi. Azərbaycan 30 ildən sonra işğal olunmuş ərazilərinə qovuşur. Qarşıdakı dövrdə də Can Azərbaycanın yanında olmağa davam edəcəyik”, – deyə təbrik ismarıcında vurğulanıb.

  • Şuşa ətrafında döyüşlərdə məhv edilən suriyalı muzdlular – SİYAHI + FOTO

    Ermənistanın Daşnaksütyun Partiyası Şuşa ətrafında döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilən muzdluların kimliyini açıqlayıb.

    Bildirilir ki, bunlar Suriya erməniləri – Hələb şəhərində silahlı qruplaşmaların komandiri Arut Banoyan (1976-cı il təvəllüdlü), silahlı qruplaşma üzvləri Akop Astarçyan (1991-ci il təvəllüdlü) və Mosik Seklemyandır (1992-ci il təvəllüdlü).

    Xatırladaq ki, ötən ay Ermənistanın məskunlaşma üzrə əyalət departamentinin sədri Robert Matevosyan cəbhəboyu gedən döyüşlərdə erməni əsgərlərinə kömək üçün göndərilən 100 nəfərdən çox könüllülərin içərisində Suriya ermənilərinin olduğunu etiraf etmişdi.


  • В освобожденный сегодня от оккупации Агдам назначен комендант – ОФИЦИАЛЬНО

    На начальника Агдамского РУП и его заместителей возложены новые обязанности – коменданта Агдама и его замов.

    Об этом Oxu.Az заявил глава пресс-службы МВД полковник Эхсан Захидов.

    По его словам, в соответствии с указом Президента Ильхама Алиева “Об организации временного особого управления на освобожденных территориях АР”, министр внутренних дел генерал-полковник Вилаят Эйвазов подписал приказы о назначении.

    “Районное управление полиции будет переведено в Агдам. Его сотрудники и военнослужащие Внутренних войск займутся патрулированием города”, – отметил Э.Захидов.

    Начальником Агдамского РУП является полковник полиции Парвиз Исмаилов.