Month: November 2020

  • Bu gün işğaldan azad olunan Ağdama komendant təyin edildi – RƏSMİ

    Bu gün işğaldan azad olunan Ağdam şəhərinin Polis Şöbəsinin rəisi və müavinləri şəhər üzrə komendant və müavinləri təyin edilib.

    Bunu Oxu.Az-a açıqlamsında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

    Nazirlik rəsmisi qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Ağdam Şəhər Polis Şöbəsinin rəisi və müavinləri təyin olunub.

    “Ağdam Rayon Polis Şöbəsi Ağdam şəhərinə köçürüləcək. RPŞ-nin əməkdaşları və Daxil Qoşunların hərbçilərindən ibarət şəxsi heyəti Ağdamda komendant rejimində çalışacaqlar”, – deyə o əlavə edib.

    Qeyd edək ki, Ağdam RPŞ-nin rəisi polis polkovniki Pərviz İsmayılovdur.

  • Ağdamın işğaldan azad edilməsi yeni iqtisadi təşəbbüsləri özündə canlandırır

    Ağdam rayonunun dağıdılmış infrastrukturunun yenidən bərpasına ehtiyac var.

    Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

    Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində, dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Yuxarı Qarabağ regionuna daxil olan Ağdam rayonu 1930-cu il avqustun 8-də yaranıb. Rayonun mərkəzi olan Ağdam şəhəri Bakıdan 362 km məsafədə yerləşir. Rayonun ümumi sahəsi 1.15 min km²-dir və rayonda 1 şəhər, Quzanlı və Açarlı olmaqda 2 qəsəbə, 123 kənd var.

    Dövlət Statistika Komitəsinin məlumatına görə, Ağdam rayonunun əhalisi 204 min nəfər, rayonun işğal olunmayan kəndlərində yaşayan əhalinin sayı isə 46 min 569 nəfər təşkil edir.

    Vurğulanıb ki, Ağdam ağır, yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik rayondur. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektar sahəsi isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarətdir. Kənd təsərrüfatının heyvandarlıq məhsullarının istehsalında ət, süd, yumurta və yun məhsullarının payı geniş vüsət almış və xüsusilə süd məhsullarının üstünlüyü 36 ton olmaqla nəzərə çarpır.

    Ağdamda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları və s. istehsal olunurdu. Ağdam rayonunda traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları emalı ilə bağlı müəssisələr var idi. Rayonda iki dəmir yolu vağzalı və aeroport, avtomobillərə texniki xidmət stansiyaları, məişət-xidməti kombinatı, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi müəssisəsi mövcud idi. Rayondakı Taxıl Məhsulları Kombinatı ildə 80 min ton məhsul istehsal edirdi.

    Digər sosial-iqtisadi göstəricilərinə gəldikdə isə 2018-ci il üçün sənaye üzrə məhsulun dəyəri 12,6 milyon manatdan ibarət olduğunu qeyd etmək mümkündür.

    Qeyd edilib ki, Ağdam rayonunun işğaldan azad edilməsi yeni iqtisadi təşəbbüsləri özündə canlandırır. Rayon ərazisi bitkiçilik və heyvandarlıq üzrə fermer təsərrüfatlarının və aqroparkların yaradılması, sənaye məhəlləsinin formalaşdırılması, müalicəvi və idman turizminin inkişafı istiqamətində geniş perspektivləri özündə əks etdirir. Ağdam rayonu ticarət mərkəzinin də formalaşması üçün unikal perspektivə malikdir. Topdan və pərakəndə ticarət məntəqələrinin fəaliyyətə başlaması ilə rayon əhalisinin geniş məşğulluğunu təmin etmək olar. Habelə, rayon ərazisi tikinti materiallarının istehsalı ilə əlaqədar keçmiş təcrübəyə malikdir. Şahbulaq yüksəkliyində yerləşən daş karxanasının işinin bərpa edilməsilə sözügedən sektoru canlanmaq olar.

  • Женщина, помогавшая нести гроб с телом мужа-шехида: Я исполнила свой последний долг -ВИДЕОРЕПОРТАЖ

    Фото молодой женщины, помогавшей нести гроб с телом своего мужа-шехида, облетело весь Азербайджан.

    Ройал Джафаров водрузил азербайджанский флаг в городе Губадлы, за освобождение которого сражался в боях против армянских оккупантов.

    Кадры, где боец, сбросив на землю армянский, поднял на крыше здания азербайджанский флаг, были широко распространены в СМИ и соцсетях.

    Сотрудники Qafqazinfo встретились с семьей шехида, проживающей в гянджинском поселке Севиндж, и попросили родных поделиться воспоминаниями о герое.

    Супруга Ройала, Фируза Джафарова, рассказала, что не думала ни о чем в тот момент, когда помогала нести гроб с телом мужа.

    “Я исполнила свой последний долг перед ним”, – сказала она.

    Отец шехида, Вагир Джафаров, поведал о том, как наказал сыну умереть, но не сдаваться в плен врагу.

    У Ройала Джафарова осталось двое детей – 4-летняя Ягмур и 4-месячный Рюзгяр.

  • Şəhid ərini çiyinlərində daşıyan qadın – VİDEOREPORTAJ

    Şəhid ərinin tabutunu çiyinlərində daşıyaraq nəşini torpağa tapşırmağa aparan qadın…

    Hər kəs onu belə tanıdı. Kim olduğunu bilmədən bütün Azərbaycan onu sevdi, dəstəklədi, qürur duydu.

    Və bu müsahibədə məlum oldu ki, xanımının çiyinlərində daşıdığı o şəhid Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda ön cəbhədə döyüşən və azad Qubadlıya ilk Azərbaycan bayrağını sancan Röyal Cəfərovdur.

    Hamımızın Müdafiə Nazirliyinin yayımladığı videoda gördüyü, erməni bayrağını binanın üstündən təpikləyib yerə atan və orada Azərbaycan bayrağını dalğalandıran igid – döyüşçü Röyal Cəfərov!

    “Qafqazinfo”nun əməkdaşları şəhid Röyal Cəfərovun Gəncə şəhərinin Sevinc qəsəbəsində yaşayan ailəsi ilə görüşərək qəhrəmanımızın xatirəsini əbədiləşdirmək üçün onlarla söhbətləşib.

    R.Cəfərovun həyat yoldaşı Firuzə Cəfərova deyir ki, ərinin tabutu altına girərkən heç bir şey düşünməyib:

    “Bu mənim son borcum idi, Röyalın qarşısında son vəzifəmi yerinə yetirdim”.

    Atası Vaqif Cəfərov isə oğlu ilə danışarkən ona əsir düşməkdənsə, şəhid olmağı tapşırdığını deyib.

    Röyaldan ailəsinə və Vətəninə yadigar 4 yaşlı Yağmur və 4 aylıq Rüzgar qalıb. Oğluna bu adı özü versə də, onu cəmi bir ay görə bilib.

    Son arzusu da bu olub: ailəsini bir də görüb, sonra şəhid olmaq…

  • Koronavirusun gözlənilməz nəticəsi məlum olub

    Koronavirusdan sağalan bəzi xəstələr dişlərinin tökülməsindən şikayət ediblər.

    Bu barədə “Huffington Post” xəbər yayıb.

    Bildirilir ki, COVİD-19 xəstələrinin hekayələrini bölüşdüyü “Survivor Corps” cəmiyyətində, yüzlərlə insan sağaldıqdan sonra dişlərinin tökülməsi problemi və diş əti xəstəlikləri ilə qarşılaşdıqlarını deyiblər. Üstəlik, onların bir çoxu ilk dəfə bu cür problemlərlə qarşılaşdıqlarını vurğulayıblar.

    “Angiogenesis Foundation”un bioloqu Uilyam Linin nəşrə verdiyi məlumata görə, COVİD-19 xəstələrində diş vəziyyətinin pisləşməsi qan dövranı ilə əlaqəli ola bilər. Çünki koronavirus qan damarlarına təsir edir, bu da qan laxtalanmasına və qan axınının tıxanmasına səbəb olur. O, COVİD-19-un fəsadlarından olan damar zədələrinin zamanla diş problemlərinə gətirib çıxardığını vurğulayıb.

    “Northwell Health” sağlamlıq şəbəkəsinin direktoru Erik Çoe-Pena öz növbəsində bildirib ki, koronavirus ağız boşluğunda olan ACE2 reseptorlarına təsir edir.

  • Bakıda arvadını xüsusi amansızlıqla öldürən şəxsə hökm oxundu – VİDEO

    Arvadını xüsusi amansızlıqla öldürən şəxs 19 il azadlıqdan məhrum edilib.

    Baku TV xəbər verir ki, 2019-cu ilin oktyabrın 6-da saat 19:00 radələrində “Bakı Beynəlxalq Avtovağzalı”nın qarşısında Bakı şəhər sakini 33 yaşlı Nicat Məmmədov yaranan mübahisə zamanı həyat yoldaşı 28 yaşlı Leyla Məmmədovaya soyuq silah hesab edilən xəncərlə 20-dən artıq zərbə endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Cinayəti törədən N.Məmmədov 40-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

    İstintaqla müəyyən edilib ki, oktyabrın 6-da N.Məmmədov özünə məxsus “Daewoo Nexia” markalı avtomobillə atası, azyaşlı oğlu və həyat yoldaşını qayınanasının yaşadığı Yasamal rayonu, Z.Kərimov küçəsi, 133 ünvanına apararkən, yolda arvadı ilə aralarında mübahisə başlayıb. L.Məmmədovaya qarşı yaranmış nifrət hissinin təsiri altında, qisas məqsədilə onu öldürmək qərarına gəlib.

    Həmin gün saat 18:20-də “Bakı Beynəlxalq Avtovağzalı”nın girişinin qarşısında idarə etdiyi avtomobili saxlayıb. Maşının yük yerindən kustar üsulla hazırlanmış xəncəri götürüb və sağ arxa qapını açaraq arxa oturacaqda əyləşmiş qadının sinə nahiyəsinə iki zərbə endirib. Atası Nazir Məmmədov oğlunun hərəkətlərinin qarşısını almağa çalışaraq, onu yerə yıxıb. Həmin vaxt xəncər N.Məmmədovun əlindən yerə düşüb. Bundan istifadə edən L.Məmmədova avtomobildən düşərək qaçıb. Niyyətini başa çatdırmaq üçün atasının əlindən çıxan N.Məmmədov yerdəki xəncəri götürərək qadının arxasınca gedib. Kəsici-deşici alətlə bədəninin müxtəlif nahiyələrinə ardıcıl xəsarətlər yetirərkən, həyat yoldaşı müvazinətini itirərək yerə yıxılıb. Yalvarışlarına məhəl qoymadan, müstəsna dərəcədə rəhmsizliklə zərbələr vurmaqla L.Məmmədovanı xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edib.

    Habelə həmin vaxt “Avtovağzal” metrostansiyasının qarşısındakı magistral yoldan keçən avtomobillərin normal hərəkətini pozmaqla, ictimai yerdə, ətrafdakı çoxsaylı insanlara qarşı etinasızlıq nümayiş etdirib və xəncərlə, hadisə yerində olan Edil İsgəndərova qarşı zor tətbiq etməklə xuliqanlıq hərəkətləri törədib.

    Məhkəmə iclasında Nicat Məmmədov ittiham üzrə özünü təqsirli bilib. Məhkəmə belə nəticəyə gəlib ki, N.Məmmədovun törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 221.3 (xuliqanlıq, silah qismində istifadə olunan əşyalarla törədildikdə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə tövsif olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il müddətinə azadlıqdan məhrum olunub.

  • Şəhid atasından qürurverici sözlər – VİDEO

    Vətən Müharibəsində şəhid olmuş əsgərimizin bayrağı atasına təqdim edilərkən qürurverici anlar yaşanıb.

    Bununla bağlı sosial şəbəkələrdə görüntü paylaşılıb.

    Belə ki, şəhid əsgərimizin mafəsi (İçərisinə əsgərin nəşinin qoyulduğu xərək – red.) üzərində gələn üçrəngli bayrağımız onun atasına təqdim edilərkən, o, “Vətən sağ olsun, Qarabağ Azərbaycandır!” sözlərini deyib.

  • Скончался экс-посол Азербайджана в России

    Бывший посол Азербайджана в России (1992-1993 гг.), политолог Хикмет Гаджизаде скончался утром 20 ноября.

    Об этом в Facebook написал его сын Аднан Гаджизаде.

    Он отметил, что отец перенес инсульт.

    Х.Гаджизаде будет похоронен сегодня в 11:30 на Ясамальском кладбище. В связи с пандемией коронавируса церемония пройдет скромно.

  • Tanınmış azərbaycanlı diplomat vəfat etdi

    Azərbaycanın Rusiyadakı keçmiş səlahiyyətli nümayəndəsi, politoloq Hikmət Hacızadə bu gün səhər saatlarında vəfat edib.

    Bu barədə onun oğlu Adnan Hacızadə “Facebook” səhifəsində məlumat paylaşıb.

    “Hikmət bəy insult keçirmişdi. Atam saat 11:30-da Yasamal qəbiristanlığında torpağa tapşırılacaq. Pandemiya ilə əlaqədar olaraq, heç bir yas mərasimi nəzərdə tutulmayıb”, – deyə o qeyd edib.

  • Освобождение Агдамского района от армянской оккупации обсудили на Haber Global – ВИДЕО

    20 ноября Агдамский район Азербайджана освобожден от армянской оккупации.


    Это событие обсудили в прямом эфире турецкого телеканала Haber Global.

    Согласно трехстороннему заявлению, подписанному лидерами Азербайджана, России и Армении, подразделения азербайджанской армии вошли в Агдамский район.