Month: November 2020

  • Агдамский район освобожден от оккупации

    Агдамский район уже освобожден от армянской оккупации.

    Согласно трехстороннему соглашению, подписанному 10 ноября Президентом Азербайджана Ильхамом Алиевым, премьер-министром Армении Никол Пашиняном и президентом России Владимиром Путиным, оккупированный вооруженными силами Армении Агдамский район должен был быть передан Азербайджанской Республике до 20 ноября 2020 года.

    Отметим, что Агдам был оккупирован вооруженными силами Армении 23 июля 1993 года.

    Рельеф района площадью 1150 квадратных километров в основном равнинный, частично горный. Армянам удалось оккупировать 846,7 квадратных километров территории Агдамского района, то есть 77,4% от общей площади.

    Население Агдама составляет 202 200 тысяч человек. В настоящее время жители, являющиеся вынужденными переселенцами, проживают в разных городах и районах страны.

    До оккупации на территории района функционировали 54 медицинских учреждений и 79 культурных центров.

    В 2008 году журнал Lonely Planet назвал Агдам “Кавказской Хиросимой”. В 2010 году “Аль-Джазира” внесла Агдам в список “Городов-призраков”.

  • Ağdam rayonu işğaldan azad olundu

    Ağdam rayonu artıq erməni işğalından azad olunub.

    Bu, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı Qarabağ üzrə üçtərəfli bəyanat əsasında baş verib. Belə ki, bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına təhvil verilir.

    Qeyd edək ki, Ağdam 1993-cü ilin 23 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

    Sahəsi 1150 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail olublar.

    Rayonun 202 200 nəfər əhalisi var. Hazırda məcburi köçkün həyatı yaşayan əhali respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşıb.

    İşğaldan əvvəl Ağdamda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi.

    2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqaz Hiroşiması” adlandırıb. 2010-cu ildə “Əl-Cəzirə” Ağdamı “ruhlar şəhəri” siyahısına salıb.

  • Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşdı

    Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşıb.

    “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,32 faiz və ya 0,59 ABŞ dolları həcmində ucuzlaşıb.

    Hazırda dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 44,26 ABŞ dollarını təşkil edir.

    Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimuma enərək, 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək, 149,66 dollar olub.

  • Həftəsonları taksilərin fəaliyyəti ilə bağlı məsələdə son QƏRAR – YENİLƏNİB

    “Həftəsonları taksi xidməti işləməyəcək”.

    Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova bildirib.

    “Nazilər Kabineti yanında operativ qərargahın müvafiq qərarına əsasən, fəaliyyətinə icazə verilən sahələrin siyahısında adı olmadığı üçün taksi xidməti işləməyəcək”, – deyə o əlavə edib.

    * * * * *

    Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə şənbə və bazar günləri fəaliyyətinə icazə verilən sahələr arasında taksi fəaliyyətinin göstərilməməsi bu nəqliyyat vasitələrinin həftəsonları işləməyəcəyi xəbərlərinin yayılmasına səbəb olub.

    Trend-in məlumatına görə, həftəsonları taksilər fəaliyyətini davam etdirəcək, taksilərin işi məhdudlaşdırılmayacaq.

    Qeyd edək ki, dünən ölkə üzrə karantin müddətinin uzadılması ilə bağlı qərarda noyabrın 21-dən dekabrın 28-dək həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilsə də, bənddə taksi xidmətlərinin fəaliyyətinin qadağası göstərilməyib.

  • Fransanın Mərakeşdəki baş konsulu intihar edib

    Fransanın Mərakeşdəki baş konsulu Deni Fransua özünü öldürüb.

    “Report “Le360” portalına istinadən xəbər verir ki, intihar barədə səfirliyin saytında bildirilib.

    Fransa səfirliyinin bütün heyəti diplomatın ailəsinə, doğma və yaxınların dərdinə şərik olduğunu bildirərək başsağlığını ifadə edib. Portal iddia edib ki, 55 yaşlı konsul mənzildə özünə qəsd edib, o özünü asıb.

    İntiharın səbəbləri məlum deyil, amma vurğulanır ki, Fransua sentyabrın 15-də vəzifəyə təyin edildikdən dərhal sonra bu postdan azad olunmasını xahiş edib.

  • Fransanın Mərakeşdəki baş konsulu intihar edib

    Fransanın Mərakeşdəki baş konsulu Deni Fransua özünü öldürüb.

    “Report “Le360” portalına istinadən xəbər verir ki, intihar barədə səfirliyin saytında bildirilib.

    Fransa səfirliyinin bütün heyəti diplomatın ailəsinə, doğma və yaxınların dərdinə şərik olduğunu bildirərək başsağlığını ifadə edib. Portal iddia edib ki, 55 yaşlı konsul mənzildə özünə qəsd edib, o özünü asıb.

    İntiharın səbəbləri məlum deyil, amma vurğulanır ki, Fransua sentyabrın 15-də vəzifəyə təyin edildikdən dərhal sonra bu postdan azad olunmasını xahiş edib.

  • “Mançester Siti” Qvardiola ilə yeni müqavilə imzaladı

    “Mançester Siti”nin baş məqşçisi Xosep Qvardiola komandası ilə müqaviləsini uzadıb.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Rəsmi məlumata görə, 49 yaşlı mütəxəssis “Mançester Siti” il 2023-cü ilə qədər yeni müqavilə imzalayıb.

  • Teledərslərin sabaha olan Cədvəli

    “Mədəniyyət”, “ARB Günəş” telekanalları və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının noyabrın 20-si üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

    Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

    Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, videodərslər portalından (“https://video.edu.az/”), eyni zamanda, “Təhsil” televiziyasının “Facebook” səhifəsindən izləyə bilərlər.

  • Yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq: 55 milyonluq layihə

    Mərcburi Köçkünlərin Sosial İnkişaf Fondu ümumi dəyəri 55 milyon 431 min 379 manat həcmində müəyyənləşən 18 açıq tenderinə yekun vurub.

    Oxu.Az-ın dövlət satınalmaları elektron portalından əldə etdiyi məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində binaların tikintisi və müvafiq infrastrukturun təmin edilməsi üzrə 11 şirkətlə əməkdaşlıq ediləcək.

    Tenderlər üzrə yaşayış məhəlləsində 15 binanın tikintisi aparılacaq. Ümumi tikinti işlərinə 48 milyon 990,6 min manat sərf olunacaq.

    Yaşayış məhəlləsində məktəb, uşaq bağçası və müvafiq infrastrukturun təmin olunmasına isə 6 milyon 440,7 min manat vəsait ayrılacaq.

    Belə ki, yeni yaşayış məhəlləsində doqquz mərtəbəli 54 mənzilli 1 nömrəli yaşayış binasının tikintisi “Müasir Tikintilər” MMC-yə həvalə olunacaq və tikintiyə 3 milyon 245,4 manat ayrılacaq.

    “Rabitə İnşaat” ASC isə 2 və 3 nömrəli yaşayış binalarının tikintisini həyata keçirəcək. Müvafiq olaraq iki binaya 6 milyon 552,4 min manat xərclənəcək.

    4 nömrəli yaşayış binasının tikintisi “Konsept Holding” MMC tərəfindən 3 milyon 277,7 min manata, 5 nömrəli binanın tikintisi “Tunel-Metro İnşaat” MMC tərəfindən 3 milyon 278,6 min manata həyata keçiriləcək.

    Eləcə də, 6 və 7 nömrəli binalar “GM Construction” MMC tərəfindən inşa ediləcək və ayrı-ayrılıqda 3 milyon 270,2 min manat olmaqla, ümumilikdə, iki binanın tikintisi 6 milyon 540,4 min manata başa gələcək.

    8 nömrəli yaşayış binasının tikintisi “Progress” Sənaye-İstehsalat şirkətinə həvalə olunub. Bu binanın tikintisinə 3 milyon 277,6 min manat ayrılacaq.

    Eləcə də, 9 və 10 nömrəli binaların tikintisi “Alıbəyli Şirkəti” MMC-yə həvalə olunacaq və tikinti üçün şirkətə ayrı-ayrılıqda 3 milyon 273,4 min manat olmaqla, ümumi, 6 milyon 546,8 min manat ödəniş ediləcək.

    “Azman Holding” MMC şirkəti 11 nömrəli binasının tikintisini 3 milyon 259,5 min manata icra edəcək.

    “Akkord General Construction” MMC yeni yaşayış məhəlləsində 12 və 13 nömrəli yaşayış binasının tikintisini həyata keçirəcək. Müvafiq olaraq iki binaya görə ümumi 6 milyon 457,7 min manat vəsait tələb olunacaq.

    3 milyon 278,9 başa gələcək 14 nömrəli yaşayış binasının tikintisi Kür-Araz Şirkətinə, 3 milyon 275,4 min manata başa gələcək 15 nömrəli yaşayış binasının tikintisi isə “M.Nazimoğlu” MMC-yə həvalə olunub.

    Həmin yaşayış məhəlləsində 624 şagird-yerlik məktəbin istilik məntəqəsi tikintisi “Minera” MMC tərəfindən inşa ediləcək və bunun üçün 3 milyon 900,1 manat sərf olunacaq.

    Məhəllədə 140 yerlik uşaq bağçasının istilik məntəqəsi ilə tikintisinə 1 milyon 925,9 manat sərf olunacaq. Tikinti “Turan.İ.O” MMC-yə həvalə olunub.

    Yeni yaşayış məhəlləsində inzibati binanın istilik məntəqəsilə tikintisini “Azertikinti-M” MMC təmin edəcək və bu, 614,7 min manata başa gələcək.

  • Füzulidə bir dənə də salamat bina qalmayıb – FOTO

    Erməni vandallığının ən çox müşahidə edildiyi ərazilərimizdən biri də işğal altında olmuş Füzuli rayonudur.

    Median.Az Trend-ə istinadən bildirir ki, Füzulidə binalar, yaşayış evləri, məzalıqlar və digər mülki obyektlər tamamilə dağıdılıb. Füzulidə bir dənə də salamat bina qalmayıb.

    Burada ancaq söküntü formasında olan tikili qalıqlarına rast gəlmək mümkündür.