Month: November 2020

  • Обсуждена последняя ситуация с коронавирусом в Азербайджане – ВИДЕО

    19 ноября оперативный штаб при Кабинете министров Азербайджана провел брифинг.

    В пресс-конференции приняли участие помощник Президента АР – завотделом Администрации главы государства по вопросам внешней политики Хикмет Гаджиев и завотделом контроля и профилактики заболеваний Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Ягут Гараева.

  • Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb – VİDEO

    Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilib.

    Brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva iştirak edib.

  • Особый карантинный режим в Азербайджане продлен до 28 декабря

    В настоящее время в мире наблюдается рост инфицирования коронавирусом. Для предотвращения широкого распространения COVID-19 некоторые страны мира вводят жесткие карантинные правила.

    Об этом 19 ноября сообщает оперативный штаб при Кабинете министров Азербайджана.

    Чтобы пресечь распространение вируса, срок особого карантинного режима на территории АР продлевается до 06:00 28 декабря 2020 года.

    В связи с тем, что в последние дни фиксируется рост инфицирования COVID-19, принято решение о введении следующих ограничений:

    – жесткий карантинный режим в городах Шеки и Лянкяране, Гахском, Загатальском, Билясуварском, Джалилабадском, Масаллинском, Исмаиллинском, Губинском и Хачмазском районах продлевается до 06:00 7 декабря 2020 года;

    – срок действия ограничения на пассажироперевозки в Бакинском метрополитене продлевается до 06:00 28 декабря 2020 года;

    – с 00:00 21 ноября до 06:00 28 декабря на всей территории страны по субботам и воскресеньям приостанавливается работа общественного транспорта;

    – с 00:00 21 ноября до 06:00 28 декабря по субботам и воскресеньям прекращается оказание услуг на местах по всем видам деятельности, за исключением жизненно важных сфер, в том числе аптек и продуктовых магазинов;

    – с 21 ноября на период действия особого карантинного режима в стране использование медицинских масок во всех закрытых помещениях и на открытом воздухе становится обязательным. Ужесточается контроль за соблюдением этого правила.

    Напомним, что неиспользование или неправильное ношение медицинской маски влечет административную ответственность.

    С учетом текущей санитарно-эпидемиологической ситуации в мире, в том числе и в Азербайджане, лицам старше 65 лет, входящим в группу высокого риска, рекомендуется без необходимости не покидать места своего проживания.

    Также организациям и структурам, осуществляющим деятельность в частном секторе и других сферах, рекомендовано сократить состав сотрудников до 30% от общего числа, а остальных перевести на дистанционный режим работы.

    Оперштаб в очередной раз призывает всех граждан строго соблюдать имеющиеся требования по карантинному режиму, избегать ненужных контактов с посторонними лицами и соблюдать социальную дистанцию в закрытом пространстве и на открытом воздухе.

  • Azərbaycanda karantin rejimi dekabrın 28-dək uzadıldı – RƏSMİ

    Hazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunmaqdaqdır. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, bir çox ölkələr sərt karantin qaydaları tətbiq edir.

    Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır.

    Bununla belə son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından, aşağıdakı qadağaların tətbiq edilməsinə qərar verilib:

    – Sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu tədbirlərin müddəti 2020-ci il 7 dekabr saat 06:00-dək uzadılır;

    – Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır;

    – 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır;

    – 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır;

    -2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.

    Xatırladırıq ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

    Dünyada, o cümlədən Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur.

    Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilir.

    Bir daha bütün şəxsləri COVID-19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməyə, zərurət olmadıqda kənar şəxslərlə təmaslardan yayınmağa, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etməyə çağırırıq.

  • Ramiz Mehdiyev daha bir vəzifəsindən azad edildi

    Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasında tutduğu vəzifədən – Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri postundan azad edilib.

    Bu barədə Modern.az-a Dövlət İdarəçilik Akademiyasından məlumat verilib.

    Akademiyadan bildirilib ki, Dövlət qulluğu və kadr siyasəti kafedrasına yeni müdir də seçilib.

    Belə ki, bu vəzifəyə Rəcəb Zakir oğlu Rəhimli təyinat alıb.

    Qeyd edək ki, prezidentin sabiq köməkçisi və 2000-ci ildən etibarən Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasına rəhbərlik edən Əli Həsənov da ali təhsil ocağındakı vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə Namiq Əliyev seçilib.

    Prezident yanında Dövlət İdarəçilik Akademiyasının bir müddət öncə bu ali təhsil ocağındakı altı kafedraya müdir vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqə artıq yekunlaşıb.

  • Ağdamı tərk edən ermənilər vəhşiliklərindən qalmırlar – VİDEO

    Azərbaycanın işğaldan azad olunan Ağdam rayonunu tərk edən ermənilər Kəlbəcərdə olduğu kimi evləri, mağazaları, meşələri yandırırlar.

    “Sputnik” Ermənistan bu barədə reportaj hazırlayıb.

    Ağdamın Boyəhmədli kəndində yaşadığı evi və ərzaq dükanını yandıran Armen adlı kişi “bunları türklər üçün saxlamayacağam” deyir.

    Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında imzalanmış bəyanata əsasən, Ermənistan 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu boşaltmalı olsa da, bu proses noyabrın 25-dək uzadılıb.

    Ermənistan Ağdam rayonunu 2020-ci il noyabrın 20-dək, Laçın rayonunu isə 2020-ci il dekabrın 1-dək Azərbaycana qaytarmalıdır.

  • Прогноз погоды на 20 ноября

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 20 ноября.

    В Баку и на Абшеронском полуострове прогнозируется пасмурная погода, днем местами дождь, северо-восточный ветер сменится умеренным юго-восточным.

    Температура воздуха на Абшероне составит ночью 4-6, днем – 8-11, в Баку ночью – 4-6, днем – 8-10 градусов тепла.

    Атмосферное давление понизится с 774 до 768 мм ртутного столба, относительная влажность ночью – 70-80%, днем – 55-60%.

    В районах Азербайджана завтра ожидаются дожди, в горах и предгорьях – снег, местами туман, умеренный восточный ветер.

    Температура воздуха составит ночью 3-6, днем – 7-10, в горах ночью – 0-5 градусов мороза, днем – 2-5 градусов тепла.

  • Sabahın havası: Yağış, külək, qar

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

    Noyabrın 20-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 7-10, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza görə, noyabrın 20-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Zəngilanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb – VİDEO

    Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Zəngilanın gəzməli-görməli yerləri haqqında tanıtım video çarxı hazırlanıb.

    Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi “Twitter” səhifəsində etdiyi paylaşımla məlumat verib.

    “Azad edilmiş torpaqlarımızın geniş turizm potensialı var. Biz artıq bu potensialı qiymətləndiririk. Bu gün isə Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman ordumuzun azad etdiyi Zəngilanın gəzməli-görməli yerlərini təqdim edirik”, – deyə Fuad Nağıyev qeyd edib.

    Çarxda Zəngilanın səfalı yerləri, o cümlədən XIV əsrdə inşa edilmiş, səkkizguşəli prizmadan ibarət Məmmədbəyli türbəsi, XII əsrə aid edilən qədim Şərifan şəhərinin qalıqları, Ağbiz kəndində yerləşən eyni adlı tarixi bulaq, xalq qəhrəmanı Koroğlunun adı ilə hallandırılan ağ rəngli daş, rayonun Babalı kəndində yerləşən alban kilsəsi və 1974-cü ildə 107 hektar ərazidə əsasən nadir təbii çinar meşəliyini qorumaq məqsədilə yaradılmış Bəsitçay qoruğu haqqında məlumatlar təqdim olunur.

    Qeyd edək ki, agentlik tərəfindən bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlının gəzməli-görməli yerləri haqqında video çarx təqdim olunmuşdu.

    Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.

  • Azərbaycandan Türkiyəyə ixrac edilən məhsulların həcmi artıb

    Azərbaycandan Türkiyəyə ixrac edilən məhsulların həcmində artım müşahidə olunub.

    Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, bu il ölkəmizdən Türkiyəyə 2 milyard 319,8 milyon dollar dəyərində məhsul ixrac edilib. Ötən ilə nisbətən Türkiyəyə ixrac edilən məhsulların həcmi 0,22 faiz və ya 5,1 milyon dollar artıb.

    Müvafiq dövr ərzində Türkiyədən Azərbaycana 1 milyard 271,9 dollar həcmində məhsul idxal olunub. İdxal həcmi ötən ilin eyni dövrü il müqayisə 4,1 faiz və ya 54,9 milyon dollar azalıb.

    Bu il ərzində Türkiyə ilə ticarət dövriyyəsinin həcmi 3 milyard 591,7 milyon dolları təşkil edib. Ümumi ticarət dövriyyəsinin həcmi ötən ilə nisbətən 1,4 faiz azalıb.

    Türkiyə Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr renkinqində İtaliyadan sonra II yerdədir. Eləcə də, ixracda əsas ölkələr renkinqində İtaliyadan sonra, idxalda əsas ölkələr renkinqində isə Rusiyadan sonra ikincidir.

    Qeyd edək ki, ötən il Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 3 milyard 641,5 milyon dollar olub.