Month: November 2020

  • Военнослужаших из Нахчывана проводили домой на фоне залпов из орудий – ВИДЕО

    Военнослужащие из Нахчывана, внесшие большой вклад в освобождении Шуша от оккупации, вчера покинули город.

    Согласно информации, участвовавший в боях спецназ под руководством полковник-лейтенанта Техрана Мансимова отбыли из Шуши в Нахчыван.

    Следует отметить, что героев проводили под почетные залпы из орудий.

    Представляем вам данные кадры.

  • Naxçıvandan gələn hərbçilər Şuşadan yaylım atəşi ilə yola salındı – VİDEO

    Şuşanın işğaldan azad edilməsində müstəsna rol oynamış Naxçıvandan gəlmiş hərbçilər bu şəhərdən ayrılıblar.

    Bu barədə sosial şəbəkələrdə videolar paylaşılıb.

    Bildirilib ki, polkovnik-leytenant Tehran Məhsimovun rəhbərliyi ilə döyüşlərə qatılmış Xüsusi Təyinatlı Qüvvələrin əsgərləri artıq Şuşadan ayrılaraq Naxçıvana yola düşüblər.

    Həmin görüntüləri təqdim edirik:

  • Xaçmazda ikimərtəbəli evdə yanğın olub

    Xaçmaz rayonunun Palçıqoba kəndində ümumi sahəsi 340 kvadrat metr olan ikimərtəbəli evin yanar konstruksiyaları 300 kvadrat metr sahədə yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, evin qalan hissəsi və qarajda olan minik avtomobili yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Lənkəranda qanunsuz ov edən şəxs cəzalandırıldı

    Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın “Qumbaşı” postunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

    Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerin Lənkəran rayon Liman şəhər sakini Əhəd Abbasov olduğu aşkarlanıb.

    Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, 1000 manat məbləğində cərimə olunub.

  • Vətən Müharibəsində əməyi olan igidlərimiz – SİYAHI

    İşğal olunmuş ərazilərimizin düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda iştirak edən şəxslərdən daha bir neçəsi ilə bağlı məlumat paylaşılıb.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları – fondun Şəmkir filialının baş mütəxəssisi Ucal Hacıyev, fondun Qax filialının baş mütəxəssisi Nurlan Seydəlili, 1 saylı ərazi filialının şöbə müdiri Fərrux Təvəkkülzadə Vətən Müharibəsində iştirak ediblər.

  • Qubada karantin rejimini pozan şəxslər cərimə olundular

    Qubada karantin rejimini pozan şəxslər cərimə olunublar.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərdə xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi Zöhrab Abdullayev və orada olan 17 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətirilib.

    Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

    Keçirilmiş digər bir tədbir zamanı rayon ərazisində qaydaları pozaraq fəaliyyət göstərən telefon satışı və təmiri mərkəzi aşkarlanıb. Həmin obyektin fəaliyyəti də dayandırılıb, sahibi Rəhman Süleymanov və orada çalışan iki işçi barədə inzibati qaydada tədbirlər görülüb.

  • Noyabr ayı üzrə 18 milyon manatdan çox birdəfəlik ödəniş edilib

    Noyabr ayı üçün xüsusi karantin rejimi tətbiq olunan 10 rayon və şəhər üzrə 96 min 587 nəfərə 18 milyon manatdan çox vəsait ödənilib. Ödənişlər edilən zaman vətəndaşların faktiki qeydiyyat ünvanı da nəzərə alınıb.

    Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov bildirib ki, “e-sosial” portalında işsiz kimi qeydiyyatdan keçən vətəndaşların banklar üzrə bölgüsü həyata keçirilən zaman faktiki ünvanları bank ictimaiyyəti tərəfindən diqqətdə saxlanılıb və onlara yaxın olan bankomat, filial və şöbələr nəzərə alınıb.

    O əlavə edib ki, bununla əlaqədar hazırda 190 manat müavinətlərin ödənilməsi ilə bağlı banklar qarşısında böyük bir sıxlıq mövcud deyil.

    Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı qeyd edib ki, noyabr ayı üzrə verilən birdəfəlik ödənişlər aprel ayında işsiz kimi qeydiyyatdan keçmiş şəxslərə şamil edilir, hansı ki, agentliyin bazasında həmin şəxslər arasında yenidən yoxlama aparılıb. Birdəfəlik ödəmənin verilməsi ilə bağlı qaydalara və şərtlərə cavab verən şəxslərə bu ödəmə təyin edilib.

    Qeyd edilib ki, vətəndaşlara ödənişlərin köçürülməsi ilə bağlı SMS bildirişlər göndərilir.

  • Netanyahu İrana xəbərdarlıq etdi

    İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, yəhudi dövlətinə hücum üçün Suriya ərazisində İran plasdarmının yaradılmasına imkan verməyəcək.

    Bu barədə TASS məlumat yayıb.

    “Biz İran hərbçilərinin bizə qarşı Suriyada mövqelənməsinə icazə vermərik. Bizə Suriya ərazisindən hər hansı hücum cəhdinə göz yummayacağıq”, – deyə B.Netanyahu bildirib.

  • “Ağdamı sən azad edəcəksən”: Yaralı hərbçini xilas edərkən şəhid olan əsgərimiz – VİDEPOREPORTAJ

    Atasının ona dediyi sözü tutdu şəhid Əzim Həsənov. İllər öncə Fikrət Həsənov oğluna “Ağdamı sən azad edəcəksən” dedi, Əzim də böyüdü, universiteti bitirdi və hərbi xidmətə yollandı. Atasının dediyi sözü tutdu.

    Ata sözü onun yadından çıxmırdı: “Ağdamı sən azad edəcəksən”.

    Elə buna görə də müharibə başlayan kimi könüllü cəbhə xəttinə yollandı Əzim Həsənov. Vətən Müharibəsinin ilk günlərindən döyüşdə iştirak etdi.

    Bir neçə dəfə mühasirəyə düşən Əzim özünü və əsgər yoldaşlarını xilas edə bilib. Amma sonuncu dəfə yaralı əsgəri xilas etməyə çalışanda özü şəhid olub.

    Daha ətraflı Baku TV-nin videosüjetində:

  • Türkiyədə son sutkada 116 nəfər koronavirusdan ölüb

    Türkiyədə son sutka ərzində koronavirusa 4215 yeni yoluxma halı qeydə alınıb.

    “Haber Global”ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

    Son 24 saatda koronavirusa yoluxmuş 116 nəfər ölüb.

    Ümumilikdə Türkiyədə 425 min 628 nəfər koronavirusa yoluxub, 11 min 628 nəfər ölüb.