Month: November 2020

  • BMT pandemiyaya görə uşaq ölümlərinin sayında artımla bağlı xəbərdarlıq edib

    Pandemiyanın təsirləri səbəbindən bu ilin sonuna qədər beş yaşınadək daha 6-7 milyon uşağa zəiflik və kəskin aclıqdan yaranan fəsadlar diaqnozu qoyulacaq.

    “Rosbalt”ın məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) xəbərdarlıq edib.

    Proqnoza əsasən, uşaq ölümləri xüsusən Böyük Səhradan cənubda Afrika ölkələrində və Cənubi Asiyada ayda 10 mindən çox ola bilər.

    Mütəxəssislər, uşaqlar üçün təhlükənin təkcə COVID-19 virusundan gəlmədiyini vurğulayıblar. Onların sözlərinə görə, bu bədbin proqnoz həm də pandemiya səbəbindən əsas xidmət sahələrində fasilələrin artması, yaxud işsizliyə görə yaranan yoxsulluqla əlaqədar verilib.

    Pandemiyanın təhsil, qidalanma və ümumi rifah üzərində təsirinə görə “itirilmiş nəslin yaranması” proqnozlaşdırılıb. Statistikaya görə, məktəblərin bu və ya digər şəkildə bağlanması 30 ölkədə 572 milyon şagirdə təsir edib.

  • Автомобиль наехал на митингующих в Ереване

    Правоохранители Армении задержали водителя автомобиля, совершившего наезд на протестующих, которые перекрыли дорогу в Ереване, требуя отставки премьера Армении Никола Пашиняна, сообщили в пресс-службе полиции, передает РИА Новости.

    Как следует из размещенных в Youtube видеокадров, протестующие перекрыли дорогу, выстроившись в живую цепь на пешеходном переходе. Проезжающий по дороге микроавтобус сначала сбросил скорость, а затем, наехав на толпу, разорвал живую цепь и поехал дальше. При этом на кадрах видно, что в результате наезда девушка упала на дорогу.

    “В результате проведенных сотрудниками полиции неотложных мероприятий 27-летний водитель обнаружен и находится в Центральном отделении полиции Еревана.

    Обстоятельства выясняются, по данном факту готовятся материалы”, – говорится в сообщении, размещенном на сайте полиции.

    В Ереване проходят акции оппозиции, ее участники требуют отставки Пашиняна из-за того, что он подписал соглашение о прекращении огня в Карабахе. Специальная следственная служба Армении возбудила уголовное дело по статье “организация и проведение собрания с нарушением установленного законом порядка”, максимальная санкция которой предусматривает двухмесячный арест.

  • Bu il Azərbaycan Gürcüstana ən çox məhsul ixrac edən ikinci ölkədir

    Bu il Azərbaycanla Gürcüstan arasındakı ticarət dövriyyəsinin həcmi 466,8 milyon dollar olub.

    Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, ticarət dövriyyəsinin həcmi 88,8 milyon dollar və ya 15,9 faiz azalıb.

    Bu ilin ilk 10 ayında ölkədən Azərbaycana idxal edilən məhsulların həcmi 58,8 milyon dollar dəyərində olub. Azərbaycandan Gürcüstana ixrac edilən məhsulların həcmi isə 408 milyon dollar təşkil edib.

    Gürcüstanın Statistika İdarəsinin rəsmi məlumatlarına əsasən, Azərbaycan Gürcüstana ən çox məhsul ixrac edən ölkələrin renkinqində Çindən sonra ikinci ölkədir. Ölkəyə ixrac edilən məhsulların 13,3 faizini Azərbaycan təmin edir. Gürcüstanın məhsul ixrac etdiyi ölkələr sırasında isə Azərbaycan 9-cu ölkədir.

    Qeyd edək ki, ötən ilin müvafiq dövründə Azərbaycanla Gürcüstan arasındakı ticarət dövriyyəsinin həcmi 555,5 milyon dollar təşkil edib.

  • “WhatsApp” yeni funksiyanı işə salır

    “WhatsApp” tətbiqində digər istifadəçiyə videonun səsini söndürüb göndərmək mümkün olacaq.

    Yeni funksiya barədə “Wabetainfo” məlumat verib.

    Yeniliyin mahiyyəti ondan ibarətdir ki, indi digər istifadəçiyə videonu göndərməzdən əvvəl onun səsini söndürmək mümkün olacaq.

    Videonun müddəti və ölçüsü haqqında məlumatın yanında, ekranın sol tərəfində səsi söndürməyə imkan verən işarə olacaq.

    Hələlik yeni funksiya sınaq mərhələsindədir. Funksiya 2020-ci ilin sonunda “WhatsApp” istifadəçilərinin ixtiyarına veriləcək.

  • Müharibədən zərərçəkənlər üçün onlayn “Psixoloji dəstək xətti” fəaliyyətə başladı

    Bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müharibədən zərər çəkən vətəndaşlar üçün onlayn “Psixoloji dəstək xətti” (050 406 75 85) fəaliyyətə başlayıb.

    Nazirlikdən bildirilib ki, psixoloji dəstək xəttinin açılmasında məqsəd müharibədən zərər çəkən insanlara operativ psixoloji yardımın göstərilməsidir.

    Agentliyin psixoloq və psixiatrları tərəfindən göstəriləcək yardım onlayn şəkildə həyata keçiriləcək. Belə ki, mütəxəssislər vətəndaşlara həm telefon zəngi vasitəsilə səsli, həm də videogörüntü (“ZOOM” və digər proqramlar vasitəsilə) formasında dəstək olacaqlar.
    Qeyd olunan telefon nömrəsinə zəng edən vətəndaş ona göstəriləcək psixoloji dəstəyin formasını (telefon danışığı və ya videogörüntü) özü seçəcək.

    Vətəndaşın müraciəti qeydiyyata alındıqdan sonra aidiyyəti üzrə yönləndiriləcək.

    Mütəxəssislərdən ibarət xüsusi qrup müraciəti araşdırdıqdan sonra vətəndaşa məhz hansı istiqamətdə yardım göstəriləcəyinə qərar verərək, onunla əlaqə yaradacaq.

    “Psixoloji dəstək xətti” möhtəşəm qələbəmizlə başa çatan Vətən müharibəsinin iştirakçıları olan hərbçilər, onların yaxınları, şəhid ailələri və eləcə də düşmənin terror hücumları nəticəsində yaxınları həlak olan, dərin sarsıntı keçirən insanlara fasiləsiz və sürətli psixoloji xidməti təmin edəcək.

  • Azərbaycanda Təhsil Şöbəsinin müdiri dünyasını dəyişdi

    Göyçay rayon Təhsil Şöbəsinin müdiri dünyasını dəyişib.

    Şöbə müdiri İsmayılov Elnur Siracəddin oğlunun işdə qəfildən halı pisləşib. O, xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

    İlkin məlumata görə, E.İsmayılov ürək tutmasından dünyasını dəyişib.

  • Azərbaycanda karantin rejiminin sərtləşdirilməsi ilə bağlı XƏBƏRDARLIQ

    “Koronavirusdan ölən şəxslərin sayının artması pis vəziyyətdir. Son günlər Azərbaycanda gündəlik koronavirusa yoluxmalar iki mini ötüb. İyun-iyul aylarında gündəlik yoluxma 600-ün üstündə idi və səhiyyə sistemi ciddi yüklənmişdi”.

    Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib.

    Onun sözlərinə görə, bu gün iki mindən yuxarı yoluxmalarla mübarizə aparırlar:

    “Səhiyyə sistemi yüklənir. Bu günə qədər görülən işlər, yeni modul xəstəxanaların açılması nəticəsində xəstələrə lazımi xidmət göstərilir. Xəstəlik sayı artsa, tibbi xidmətin keyfiyyəti bizim üçün əsasdır. Amma saylar çox önəmlidir. Bizim ölkəmiz bu cür yükün altında ciddi əziyyətə düşür. Unutmamalıyıq ki, biz bu gün müharibədə vuruşmuş əsgərlərə xidmət edirik”.

    O qeyd edib ki, bu xəstəliklə mübarizədə karantindən başqa uğurlu bir yol yoxdur:

    “Ayrı-ayrı regionlarda lokal sərtləşməyə getmək istəyirik, amma bu effektli nəticə vermədi”.

  • TƏBİB-dən xəstəxanada olduğu iddia edilən huşsuz əsgər və zabitlərlə bağlı AÇIQLAMA

    Sosial şəbəkələrdə və bəzi KİV-də Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yaralı, huşsuz vəziyyətdə əsgər və hərbçilərin gətirildiyinə dair yayılan məlumatlar həqiqəti əks etdirmir.

    Bu barədə TƏBİB-in departament müdiri Aygün Əliyeva məlumat verib.

    O bildirib ki, hazırda Şirvan Şəhər Mərkəzi Xəstəxanasında qələbəmizlə yekunlaşan Vətən müharibəsində yaralanan hərbçilərimiz var və onlar müvafiq olaraq müayinə və müalicə olunurlar:

    “Lakin həmin hərbçilərimizin yaddaşları ilə bağlı hər hansı bir problem yoxdur. COVID-19 pandemiyası ilə əlaqədar yaxınları ilə görüşmək imkanları məhdudlaşdırılsa da, mütəmadi olaraq telefon vasitəsilə əlaqə saxlayırlar. Bir daha belə əsassız informasiyalar yayan KİV-ləri “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət etməyə, sosial şəbəkə istifadəçilərini isə vətəndaş məsuliyyəti nümayiş etdirməyə çağırırıq.

    Bu həssas dövrdə həqiqəti əks etdirməyən, dəqiqləşdirilməmiş məlumatları yaymaqla hərbçilərin ailələrinə qarşı mənəvi haqsızlıq etməməyi xahiş edirik. Onu da qeyd edək ki, hazırda məsələ ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır”.

  • В Азербайджане по выходным дням общественный транспорт работать не будет

    На всей территории Азербайджана с 00:00 21 ноября до 06:00 28 декабря 2020 года по субботам и воскресеньям приостанавливается работа общественного транспорта.

    Об этом 19 ноября сообщает оперативный штаб при Кабинете министров.

    Отмечается, что срок действия ограничения на пассажироперевозки в метрополитене Баку также продлевается до 06:00 28 декабря.

  • Azərbaycanda həftəsonları ictimai nəqliyyat işləməyəcək – RƏSMİ

    Sərt karantin rejiminin uzadılması ilə əlaqədar ölkə üzrə həftəsonları ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bildirilib ki, Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb.

    2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.