Month: November 2020

  • Qarabağda hərbçilərin meyitlərinin mübadiləsi ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

    “Qarabağ münaqişəsinin tərəfləri 200 nəfərin meyitinin mübadiləsini həyata keçiriblər”.

    “RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Peter Maurer açıqlama verib.

    P.Maurer əlavə edib ki, təşkilatın Dağlıq Qarabağdakı fəaliyyətinin prioritetləri məcburi köçkünlərə kömək etmək, həlak olanların meyitlərini çıxarmaq, həmçinin, mümkün danışıqlara və mübadiləyə hazırlaşmaq üçün əsirləri ziyarət etməkdir.

    Qızıl Xaç Komitəsinin prezidenti Rusiya sülhməramlıları ilə təmsil etdiyi təşkilatın fəaliyyətinin çox sıx təşkil olunduğunu vurğulayıb.

  • Dövlət başçısı: “Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir”

    “Biz Füzuliyə qayıtmışıq, Füzulidə Azərbaycan bayrağı dalğalanır. Amma yol boyu dağıdılmış kəndləri, şəhəri görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar”.

    Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən, Füzuli və Cəbrayıl şəhərlərinə səfəri çərçivəsində çıxışı zamanı deyib.

    İlham Əliyev deyib ki, Füzulidə bütün infrastruktur, yaşayış binaları dağıdılıb:

    “Bir dənə belə olsun salamat bina qoymayıblar. Bütün dünya erməni vəhşiliyinin nə demək olduğunu görməlidir. Təkcə Füzuli yox, başqa şəhərlərimiz də bu gündədir. Ağdam şəhəri, başqa şəhərlər də elə bir gündədir ki, sanki vəhşi qəbilə keçib bu torpaqlardan.

    Hər şeyi dağıdıb, talan ediblər. Bizim mədəni-tarixi irsimizi silmək istəyiblər. Amma buna nail ola bilmədilər. Çünki biz geri qayıtdıq. Onları öz torpaqlarımızdan qovduq. Necə ki, əsrlər boyu biz yaşamışıq bu torpaqlarda, bundan sonra da biz yaşayacağıq. Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir”.

  • Президент Ильхам Алиев и Мехрибан Алиева в освобожденных от оккупации районах Азербайджана – ВИДЕО

    Как сообщалось ранее, Президент Азербайджанской Республики Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева посетили освобожденные от армянской оккупации Физулинский и Джебраильский районы, в том числе города Физули и Джебраил.

  • İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad olunmuş rayonlarda – VİDEO

    Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən, Füzuli və Cəbrayıl şəhərlərində olublar.

    İlham Əliyev və Mehriban Əliyevanın bu səfəri canlı yayımlanır:

  • Qurumun borcuna görə Bakı yenə istiliksiz qaldı

    “Azəristiliktəchizat” ASC noyabrın 1-dən ölkənin ucqar rayonlarında, noyabrın 15-dən isə Bakı və ətraf ərazilərdə qış rejiminə keçidlə bağlı binalara istiliyin verilməsinə başlayacağını açıqlasa da, vədinə əməl edə bilmədi. Buna səbəb isə illərdir “Azəristiliktəchizat”ın “Azəriqaz”a olan borcu göstərilir. Borc yüksək olduğundan, qazanxanaların qaz təchizatı dayandırılıb.

    Təəssüf ki, illərdir iki qurum arasında olan borc qalmaqalının əziyyətini vətəndaşlar çəkir.

    Xatırladaq ki, “Azəristilik”in ötənilki borcunu dövlət öz üzərinə götürdükdən sonra əhaliyə istilik verilmişdi. Amma görünən odur ki, problem hələ də davam etməkdədir.

    Məsələ ilə bağlı “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Modern.az-ın sorğusuna cavab olaraq, bildirib ki, ötənilki ödəmələr ötən mövsümlə bağlı idi:

    “Hər mövsüm üçün qaz təchizatı var. Əgər istiliyin verilməməsini qaz ala bilmələri ilə əlaqələndirirlərsə, qazanxana, hansı mərkəzləşdirilmiş istilik sistemi olan yeri idarə edən məsul şəxs deyirsə ki, biz qaz ala bilmirik, bunun səbəbini də açıqlaya bilərlər.

    Ölkədə kifayət qədər qaz ehtiyatları var. Bu gün sifarişçinin alacağı qazın ödəmələri ilə bağlı öhdəlikləri də üzərinə götürmək şərtilə istənilən sifarişini yerinə yetirməyə hazırıq. Yəni sifarişçi alacağı qazın sərfiyyatına uyğun ödəmələri icra etməlidir. Bu baxımdan, qazanxanalar qazı hansı səbəbdən almadıqlarını yaxşı bilirlər. Buna özləri aydınlıq gətirsələr, daha yaxşı olar”.

    Qurum rəsmisi deyib ki, qaz təchizatı ilə bağlı heç bir problem yoxdur:

    “Kiçik bir müqayisə aparaq. Bir bina evində məişət üçün istifadə edilən, yəni mətbəxə gələn qaz var. Qaz təchizatı olmasaydı, bina sakininin mətbəxində də ola bilməzdi. Amma həmin binaya istilik verən qazanxana qaz ala bilmir. Burada yaranan sualın cavabını həmin qurumun əməkdaşları açıqlasalar, daha yaxşı olar”.

    “Azəristiliktəchizat” ASC-dən məsələyə bir qədər araşdırmadan sonra aydınlıq gətiriləcəyi bildirilib.

  • Мевлют Чавушоглу: С Днем национального возрождения, дорогой Азербайджан! – ФОТО

    Министр иностранных дел Турции Мевлют Чавушоглу поздравил азербайджанский народ с Днем национального возрождения, который отмечается 17 ноября.

    “Наши героические азербайджанские братья, которые 32 года назад поднялись на борьбу за независимость, с таким же воодушевлением освободили свои оккупированные территории.

    Флаг, поднятый над Баку в 1988 году, теперь развевается над землями, освобожденными от оккупации!

    С Днем национального возрождения, дорогой Азербайджан!”, – говорится в публикации в Twitter-аккаунте министра.

  • Mevlüt Çavuşoğlu: “Milli Dirçəliş Günün mübarək, Can Azərbaycan!” – FOTO

    Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Azərbaycan xalqını təbrik edib.

    Paylaşımda deyilir:

    “32 il əvvəl müstəqillik üçün ayağa qalxan qəhrəman azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı ərazilərini də azadlığa qovuşdurdu.

    1988-ci ildə Bakıda dalğalanan bayraq bu gün işğaldan azad olunan torpaqlarda dalğalanır! Milli Dirçəliş Günün mübarək, Can Azərbaycan!”

  • Bakıda usta binadan yıxılıb öldü

    Dünən saat 09:00 radələrində paytaxtın Yasamal rayonu ərazisində Məmmədov Fərhad İsa oğlunun hündürlükdən yıxılması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla Yasamal rayonu ərazisində “Sahil-R” MTK tərəfindən tikilməkdə olan hündürmərtəbəli yaşayış binasında usta işləyən Fərhad Məmmədovun həmin binanın 12-ci mərtəbəsində qaynaq işi görən zaman yıxılaraq aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

    Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • В Баку затопило жилые дома: на помощь пришло МЧС

    Сотрудники Министерства по чрезвычайным ситуациям Азербайджана эвакуировали в безопасное место граждан, которые оказались на затопленных дождевой водой территориях, сообщило ведомство.

    Отмечается, что в последние дни в МЧС поступают многочисленные обращения от населения в связи с тем, что из-за ливней в некоторых городах и районах страны, особенно в Баку и Хачмазском районе, дождевые воды затопили улицы и проспекты, жилые дома и дворы, а также другие объекты.

    В целях ликвидации последствий непогоды в подтопленные районы были направлены сотрудники и техника Государственной противопожарной службы МЧС, Войск гражданской обороны, Спасательной службы особого риска и Северного регионального центра.

    В результате спасательных работ граждане были эвакуированы в безопасную зону, проведены дренажные работы и приняты другие неотложные меры.

    В настоящее время эта деятельность продолжается.

  • Bakıda yaşayış evlərini su basdı: Nazirlik işə qarışdı

    Köməksiz vəziyyətdə qalmış vətəndaşlar təhlükəsiz əraziyə çıxarılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilib.

    Qeyd edilib ki, son günlər Respublika ərazisində yağan intensiv yağışlar nəticəsində bəzi şəhər və rayonlarda, xüsusən Bakı şəhərində və Xaçmaz rayonunda küçə və prospektlərin, fərdi yaşayış evlərinin və həyətyanı sahələrin, digər obyektlərin və onların ətrafının yağış suları ilə dolması barədə nazirliyə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub.

    Yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin canlı qüvvəsi və texnikaları yağış sularının yığıldığı ərazilərə cəlb olunub.

    Xilasetmə tədbirləri nəticəsində köməksiz vəziyyətdə qalmış vətəndaşlar təhlükəsiz əraziyə çıxarılıb, suçəkmə işləri və digər təxirəsalınmaz tədbirlər görülüb.

    Hazırda yağış sularının çəkilməsi işləri davam etdirilir.