Month: November 2020

  • Rusiyalı sülhməramlılar Dağlıq Qarabağın minalardan təmizlənməsində iştirak edəcək

    Rusiya məxsus “İl-76” təyyarələri Ulyanovsk-Vostoçnı aerodromundan Dağlıq Qarabağa xüsusi texnika və sülhməramlı briqadanın mühəndis-istehkamçı bölmələrini göndərir.

    “RİA Novosti” agentliyi bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

    Qeyd olunur ki, istehkamçılar Dağlıq Qarabağ münaqişəsi zonasında ərazilərin, yolların və obyektlərin minalardan təmizlənməsi tapşırıqlarını yerinə yetirəcəklər.

    Partlayıcı maddələrin aşkarlanması və axtarışı prosesində xidməti itlərin istifadəsi də nəzərdə tutulub.

  • Ильхам Алиев и Мехрибан Алиева в Физули, Джебраиле и Худаферине – ФОТО

    Как сообщалось ранее, Президент Азербайджанской Республики Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева посетили освобожденные от армянской оккупации Физулинский и Джебраильский районы, в том числе города Физули и Джебраил.

    В рамках поездки Ильхам Алиев и Мехрибан Алиева встретились с местными жителями, а также посетили Худаферин, где расположены знаменитые мосты.


























































  • İlham Əliyev və Mehriban Əliyeva Füzuli, Cəbrayıl və Xudafərində – FOTO

    Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.

    İlham Əliyev və Mehriban Əliyeva səfər çərçivəsində həmin ərazilərdə yaşayan sakinlərlə görüşüblər, eyni zamanda, uzun illərin həsrət körpüsü Xudafərinə yollanıblar.

    Səfərdən fotoları təqdim edirik:


























































  • Azərbaycan xaricdən nə qədər avtomobil alıb?

    2020-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan xaricdən 42 min 827 ədəd avtomobil idxal edib.

    Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, alınan avtomobillərin ümumi dəyəri 511 milyon 375,4 min dollar həcmində olub. Ötən ilə nisbətən ölkəyə xaricidən avtomobil alışını 20,8 faiz və ya 7370 ədəd artırılıb.

    Müvafiq dövr ərzində ölkəmiz xaricidən 156 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri alıb. Bu avtomobillərin idxal dəyəri 13 milyon 751,8 min dollar təşkil edib. Lakin, bu tip avtomobillərin idxal həcmində ötən ilə nisbətən azalma var. Bu il 2,8 dəfə və ya 285 ədəd az avtobus idxal edilib.

    İdxal edilən avtomobillərin əksəriyyəti minik avtomobilləridir. 2020-ci ilin 10 ayı ərzində 39 min 853 ədəd bu tipdə avtonəqliyyat vasitələri idxal olunub və onların ümumi dəyəri 442 milyon 271,9 dollar təşkil edib. Ötən ilə nisbətən idxal həcmi 24,8 faiz və ya 7919 ədəd çox olub.

    2019-cu ilə nisbətən yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxal həcmi 7,8 faiz və ya 229 ədəd az olub. Bu ilin yanvar-oktyabr ayları ərzində 2 min 705 ədəd bu tipdə avtomobil idxal olunub və onların ümumi dəyəri 39 milyon 438,6 min dollar təşkil edib.

    Eləcə də, xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələrinin alış sayında da azalma var. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu 23,6 faiz və ya 35 ədəd az olub. 2020-ci ilin ilk 10 ayı ərzindən 113 ədəd xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri alınıb və onların ümumi idxal dəyəri 15 milyon 913,1 dollar olub.

    Qeyd edək ki, 2019-cu ilin eyni dövründə Azərbaycan xaricidən ümumi 35 min 457 ədəd avtomobil idxal edilib.

  • Azərbaycan arxeoloqları Baş prokurora müraciət etdi

    Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Qoşqar Qoşqarlı, sektor müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Əliyev, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalov, elmi işçi Səbuhi Hüseynov Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə rəsmi müraciət ediblər.

    Bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bildirilib ki, müraciətdə Qarabağın işğalda olan ərazilərində Ermənistan arxeoloqları tərəfindən Azərbaycana məxsus maddi mədəni irs abidələrinin talanması və uzun müddət arxeoloji abidələrimizdə qanunsuz qazıntıların aparılması məsələsinə toxunulub.

    Göstərilib ki, 2002-ci ildən başlayaraq, ermənilər xarici ölkə alimlərini cəlb etməklə, on ildən artıq müddətdə Xocavənd rayonu ərazisindəki Qədim Daş dövrünə – Paleolit dövrünə aid Azıx mağara düşərgəsində qanunsuz arxeoloji qazıntı işləri aparıb, respublikanın aidiyyəti orqanlarının müvafiq icazəsi olmadan əldə edilmiş tapıntılar Ermənistan ərazisinə daşınıb.

    Müraciətdə qeyd edilib ki, Ağdam rayonunun işğalda olan Şahbulaq qalası yaxınlığında 2005-cı ildən etibarən Ermənistan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşı arxeoloji kəşfiyyat işləri aparıb, 2006-cı ildən bu qrup, başda Yerevan Dövlət Universitetinin Kulturologiya fakültəsinin rəhbəri olan Hamlet Petrosyan olmaqla qanunsuz arxeoloji qazıntılara başlayıb.

    Bu qazıntılar 2020-ci ilin iyul ayına qədər 14 il fasiləsiz davam etdirilib. Ermənilər qanunsuz olaraq Azərbaycana məxsus qədim şəhər yerində arxeoloji işlər aparmaqla uydurma “Tiqranakert şəhərinin” tapdıqlarını və bu ərazilərin guya “ermənilərin qədim əraziləri olduğu” haqqında uydurmalarla dünya mətbuatında daimi çıxışlar ediblər.

    2009-cu ildə bu ərazilərdə “Tiqranakert qoruğu” təşkil edən qondarma rejim, 2010-cu ildə Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ xanlığına məxsus Şahbulaq qalasında “Tiqranakert Arxeoloji Muzeyi” yaradıb.

    Şahbulaq qalasında müsəlman abidəsini muzeyə çevirərək, uzun müddət aparılan qanunsuz qazıntıların nəticəsində ətraf ərazilərdən aşkar etdikləri arxeoloji materialları bu muzeydə saxlayıblar.

    Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı altında Şanlı Azərbaycan Ordusunun əldə etdiyi qələbədən sonra qanunsuz ekspedisiyanın rəhbəri Hamlet Petrosyan özünün Facebook səhifəsində, maddi mədəni irs nümunələrinin artıq Şahbulaqda olan muzeydən çıxarıldığını həyasızcasına bildirib.

    Müraciətdə qeyd edilib ki, ermənilər və onların başqa ölkələrdən olan həmkarları işğal edilmiş ərazilərdə qeyri-qanuni qazıntıları ilə Azərbaycan Respublikasının “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” 1998-ci il 10 aprel tarixli Qanunun müddəalarını, “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərini pozublar.

    Alimlərimiz müraciətlərində erməni və onlarla əlbir olmuş digər ölkələrin tədqiqatçıları barəsində cinayət işinin açılmalı olduğunu və işğalda olmuş ərazilərdəki abidələrdən qanunsuz olaraq aparılmış bütün tapıntıların Azərbaycana qaytarılmasının vacibliyini vurğulayıblar.

    Azərbaycan alimləri müraciətlərində bildiriblər ki, istintaq-axtarış prosesində ermənilərin abidələrimizlə bağlı daha çox cinayət əməllərinin üzə çıxacağı istisna edilmir.

  • Qaz partlayışında yaralanan qadın üç gün sonra öldü

    Gəncə şəhərində evdə partlayışda xəsarət alan qadın vəfat edib.

    Qafqazinfo-nun verdiyi xəbərə görə, noyabrın 13-də şəhər sakini, 1962-ci il təvəllüdlü Gülnarə Əliyeva yaşadığı evin qaz sobasını yandıran zaman baş vermiş qəfil partlayış nəticəsində ağır xəsarətlər alıb.

    O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilsə də, noyabrın 16-da orada vəfat edib.

    Faktla bağlı prokurorluqda araşdırma aparılır.

  • Кадры, доказывающие большие потери армии оккупанта – ФОТО

    Агентство France Press подготовило репортаж о Нагорном Карабахе. В материале особое внимание привлек снимок, на котором запечатлены сотни сброшенных в кучу касок армянских военнослужащих.

    Это наглядно демонстрирует, насколько крупные потери понесла вражеская сторона.

    Отметим, что премьер-министр Армении Никол Пашинян признал, что во время второй Карабахской войны нашей армией было уничтожено 2 400 армянских военнослужащих.

    Экс-посол Армении в Ватикане, зять третьего президента страны Сержа Саргсяна Микаел Минасян считает, что эта цифра как минимум в два раза больше.

    По его словам, служба национальной безопасности и министерство обороны доложили главе правительства Армении о гибели 4 750 солдат.

  • Boş dəbilqələr: Düşmənin etiraf etmədiyi itkilərinin görüntüləri – FOTO

    “France presse” agentliyi Dağlıq Qarabağ barədə reportaj hazırlayıb. Məqalədə diqqət çəkən məqam isə dəbilqələrlə bağlı görüntüdür.

    Kadrda bir kənara yığılmış erməni hərbçilərinə məxsus yüzlərlə dəbilqə əks olunub. Bu, düşmən tərəfin nə qədər itki verdiyinin bariz nümunəsidir.

    Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ müharibəsi zamanı 2400 erməni hərbçisinin ordumuz tərəfindən məhv edildiyini etiraf edib.

    Ermənistanın Vatikandakı keçmiş səfiri, ölkənin üçüncü prezidenti Serj Sarqsyanın kürəkəni Mikayel Minasyan isə bu rəqəmin ən azı iki dəfə çox olduğunu – Milli Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyinin hökumət başçısına 4750 əsgər itkisi barədə məruzə etdiyini deyib.

  • Neft qiymətlərində artım var

    Dünya bazarında neft qiymətləri artıb.

    “Brent” markalı neftin bir barelinin qiyməti bu gün 0,82 faiz və ya 0,36 ABŞ dolları həcmində artaraq, 44,18 dolları təşkil edib.

    WTI markalı neftin bir barelinin qiyməti isə 0,68 faiz və ya 0,28 ABŞ dolları həcmində artaraq, bir bareli 41,62 dollara bərabər olub.

  • Последствия дождя: в Баку парализовано движение транспорта – ВИДЕО

    Дождь, начавшийся в ночь на 17 ноября в Баку, создал ряд сложностей для жителей столицы.

    Так, утром было парализовано движение транспорта у станции метро “Низами”, недалеко от Азербайджанского государственного академического драмтеатра.

    Представляем данные видеокадры: