Month: November 2020

  • İşğaldan azad edilmiş Qubadlı ilə bağlı yeni qurum yaradıldı: Rəis təyin olundu

    İşğaldan azad edilmiş ərazilərdə meliorasiya və irriqasiya sistemlərinin bərpası ilə əlaqədar keçirilən tədbir çərçivəsində Qubadlı Suvarma Sistemləri İdarəsinin təsis edilməsi elan olunub.

    Bunu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə elan edib.

    Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, tədbirdən sonra Əlisalam Mədət oğlu Bayramov Qubadlı Suvarma Sistemləri İdarəsinə yeni rəis təyin olunub.

    İşğaldan azad edilən yerlərdə səhmdar cəmiyyətin balansında olan obyektlərin inventarlaşdırması, onların vəziyyətinin ilkin qiymətləndirilməsi və hazırlıq tədbirləri məqsədilə qurumun sədr müavini rəhbərliyi ilə komissiya yaradılıb.

    Qeyd edək ki, Qubadlı Suvarma Sistemləri İdarəsinin balansında 5200 hektar suvarılan sahə, 998 km suvarma kanalları, yeddi nasos stansiya, 129 ədəd suvarma qurğusu və bir hidroqovşaq (Həkərəçay HQ) olub.

    Xatırladaq ki, Cənab Prezident İlham Əliyev noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

    Sərəncama əsasən, sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb.

    Həmin komissiyanın tərkibində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də nümayəndəsi var. Dövlət Komissiyasına Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini iki ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.

    Bu komissiya tərəfindən bütün sahələrdə olduğu kimi su təsərrüfatı və meliorasiya obyektləri müəyyən ediləcək.

  • Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi – FOTO

    Birinci vitse-prezident Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

    Birinci vitse-prezidentin təbrikində deyilir:

    “Bütün Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, həmvətənlərimizin hər birinə möhkəm cansağlığı, sevgi və səadət diləyirəm!

    Bu gün bizim hamımızı Vətənimizə ən nurlu, səmimi hisslər, ona, onun uğurlarına, nailiyyətlərinə və qələbələrinə görə qürur duyğuları birləşdirir!

    Qoy Azərbaycan xalqının həmrəyliyi və dövlət müstəqilliyimiz əbədi olsun! Qoy Azərbaycanda daim sülh, firavanlıq və təhlükəsizlik hökm sürsün! Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!”

    https://www.instagram.com/p/CHsP6yKACzr/?utm_source=ig_embed

  • Bakıda suda batmış maşını çıxarmağa gələn evakuator da suda ilişib qaldı – VİDEO

    Bakı şəhəri ərazisində yeni “göl” yaranıb. Aramsız yağan yağışların nəticəsi olaraq “Sədərək” ticarət mərkəzi ərazisində böyük bir sahə su altındadır.

    Baku.ws-in qaynar xəttinə göndərilən videodan məlum olur ki, ərazidə bir neçə maşın da yaranan “göldə” batıb qalıb.

    Maraqlıdır ki, vətəndaşın müraciəti əsasında əraziyə gələn evakuator maşını da su altında qalıb və oradan çıxa bilməyib.

  • Очередной ВАЖНЫЙ ШАГ по Шуше, Лачину и Кельбаджару

    Телерадиокомпания Azad Azərbaycan (ATV) направила обращение в Национальный совет по телевидению и радиовещанию (НСТР) по вопросу выделения частот.

    ATV намерена организовать вещание радиостанции 106.3 FM в освобожденных от армянской оккупации Шуше, Лачине и Кельбаджаре.

    Для этого в указанных городах будут установлены новые передатчики, сообщает компания.

  • Şuşa, Laçın və Kəlbəcərlə bağlı daha bir VACİB ADDIM

    “Azad Azərbaycan” MTRK-ı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Qəhrəman Azərbaycan ordusunun işğaldan azad etdiyi Şuşa, Laçın və Kəlbəcərdə 106.3 FM radiosunun proqramlarını yayımlamaq üçün Milli Televiziya və Radio Şurasına (MTRŞ) müraciət ünvanlayıb.

    Bu barədə şirkətdən məlumat verilib.

    Müraciətdə Şuşa, Laçın və Kəlbəcərdə yeni radio ötürücülərin quraşdırılması üçün “Azad Azərbaycan” MTRK-na yayım tezliklərinin ayrılmasına icazə verilməsi xahiş edilib.

  • Обнародована статистика по разводам в Азербайджане

    В январе-сентябре 2020 года в органах записи актов гражданского состояния Азербайджана было зарегистрировано 26 312 браков.

    Об этом свидетельствуют данные Государственного комитета статистики Азербайджана.

    Согласно отчету ведомства, в то же время количество зарегистрированных разводов составило 11 089.

  • Azərbaycanda boşanmaların sayı açıqlandı

    2020-ci ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 26 min 312 nikah qeydə alınıb.

    Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunub.

    Məlumata görə, qeydə alınmış boşanma hallarının sayı isə 11 min 089 olub.

    Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.

  • Putinin sözçüsündən Qarabağdakı razılaşmanın ilk günləri ilə bağlı AÇIQLAMA

    Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Dağlıq Qarabağla bağlı razılaşmanın nəticələrini şərh edərkən bildirib ki, ən dəyərli məsələ silah səslərinin kəsilməsi və insanların ölməməsidir.

    “RİA Novosti” agentliyi xəbər verir ki, D.Peskov bu barədə mətbuat konfransında jurnalistin “Kreml üç ölkənin əldə etdiyi barışıqdan sonra ilk günləri necə qiymətləndirir?” suallarına cavab verərkən bildirib.

    V.Putinin sözçüsü əlavə edib ki, bu suala ətraflı cavab almaq üçün hərbi mütəxəssislərə müraciət etmək olar, amma istənilən halda silahların susmasına diqqət etmək lazımdır.

  • Lavrov: “Moskva BMT-nin Qarabağdakı fəaliyyətlərə qoşulmasını gözləyir”

    “Moskva ümid edir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin ardından BMT-nin qurumları da humanitar problemlərin həllinə qoşulacaq”.

    “RİA Novosti” agentliyi xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov jurnalistlər qarşısında çıxış edərkən söyləyib.

    “Mən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsini, Humanitar İşləri Koordinasiya Bürosunu nəzərdə tuturam. Dağlıq Qarabağda mədəni irsin qorunması məsələsi mövcuddur. Burada UNESCO öz rolunu oynaya bilər”, – deyə S.Lavrov qeyd edib.

    Rusiyalı diplomat bildirib ki, BQXK uzun müddətdir bölgədə mövcuddur və onun təcrübəsi digər təşkilatlar üçün də faydalı ola bilər.

  • DSMF-nin Qubadlı rayon şöbəsi ləğv edilib? – RƏSMİ

    Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qubadlı rayon şöbəsinin ləğv edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

    Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili məlumat verib.

    Bildirilib ki, DSMF-nin Qubadlı rayon şöbəsi ləğv edilməyib. Optimallaşdırma çərçivəsində regional idarə yaradılıb. Kadr islahatları ilə bağlı vəzifə təlimatlarına, mövcud fəaliyyət tələblərinə uyğun gəlməyən və ali təhsili olmayan bəzi əməkdaşların əmək müqaviləsinə xitam verilib. Bu məsələdə şəhid ailəsi, səfərbərliyə cəlb olunan vətəndaşların ailə üzvlərinin, Qarabağ müharibəsi iştirakçıları, eləcə də sosial müdafiəyə ehtiyacı olan şəxslərin işdən çıxarılması həqiqətəuyğun deyil.

    Strukturlaşma və islahatlarla bağlı müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq analıq məzuniyyətində olan, şəhid ailəsinin, səfərbərliyə cəlb olunan vətəndaşların ailə üzvlərinin, qaçqınlar, məcburi köçkünlər, sosial müdafiəyə ehtiyacı olan əməkdaşların əmək müqaviləsinin müddəti avtomatik olaraq yenilənəcək. Həmçinin qeyd edilir ki, Dövlət Sosial Müdafiə Fondunun yaxın zamanlarda işğaldan azad edilmiş torpaqlarımızda fəaliyyət göstərəcək regional idarələri yaradılacaq və məcburi köçkünlər öz torpaqlarına qayıtdıqdan sonra həmin idarələrdə işlə təmin ediləcəklər.