Month: December 2020

  • İcbari Sığorta Bürosuna ödəniləcək məbləğlər müəyyən edildi – QƏRAR

    Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti İcbari Sığorta Bürosuna ödənilməli olan iştirak haqqının və təminat depozitinin məbləğlərinin müəyyən edilməsi barədə Qərar qəbul edib.

    Oxu.Az-ın məlumatına əsasən, İcbari Sığorta Bürosunun iştirakçısı olmaq üçün müraciət etmiş sığortaçının ödəməli olduğu iştirak haqqının məbləği 200 min manat həcmində müəyyən edilib.

    İcbari Sığorta Bürosunun iştirakçısı olmaq istəyən sığortaçının Büroya birdəfəlik olaraq ödəməli olduğu təminat depozitinin məbləği isə müvafiq icbari sığorta növləri üzrə aşağıdakı kimi müəyyən edilib:

    Daşınmaz əmlakın icbari sığortası üzrə – 100 min manat;

    Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə – 100 min manat;

    Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə – 200 min manat;

    Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə – 100 min manat;

    İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə – 100 yüz min manat.

    Qərara əsasən, İcbari Sığorta Bürosunun iştirakçısı olmaq istəyən dövlət qeydiyyatının ərazi aidiyyəti Naxçıvan Muxtar Respublikasına aid olan və nəzərdə tutulmuş icbari sığorta növləri üzrə sığorta müqavilələrini Naxçıvanda yerləşən daşınmaz əmlaklara və dövlət qeydiyyat nişanı Naxçıvanın rayonlarına aid olan nəqliyyat vasitələrinə münasibətdə iştirak haqqının və təminat depozitinin məbləğləri nəzərdə tutulmuş məbləğlərin yarısı miqdarında müəyyənləşib.

  • Прогноз погоды в Азербайджане на 18 декабря

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 18 декабря.

    В Баку и на Абшеронском полуострове прогнозируется дождливая погода, утром – слабый туман, порывистый северо-западный ветер.

    Температура воздуха в Баку и на Абшероне составит ночью 5-7, днем – 7-9 градусов тепла.

    Атмосферное давление повысится с 767 до 771 мм ртутного столба, относительная влажность – 75-85%.

    В некоторых районах Азербайджана завтра ожидается дождь, в горах и предгорьях – снег, местами – туман, восточный ветер.

    Температура воздуха ночью составит 0-4, днем – 6-10 градусов тепла, в горах ночью – 5-10 градусов мороза, днем – от 2 градусов мороза до 3 градусов тепла.

  • Sabahın hava proqnozu

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

    Xidmətdən verilən məlumata görə, dekabrın 18-də Bakı və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, günün ikinci yarısında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında zəif duman olacaq, mülayim şimal-qərb küləyi arabir güclənəcək.
    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

    Dekabrın 18-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, qərb rayonlarından başlayaraq gündüz tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
    Havanın temperaturu gecə 0-4, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 18-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.

  • Türkiyə Müdafiə Sənayesi nazirindən ABŞ-ın sanksiyalarına REAKSİYA: “Zəiflik yaratmayacaq”

    Türkiyə Prezident Aparatının Müdafiə Sənayesi naziri İsmail Dəmir ABŞ-ın S-400 alışına görə ölkəsinə sanksiya tətbiq etməsinə münasibət bildirib.

    “Anadolu” agentliyi məlumat verir ki, o, ABŞ-ın sanksiya qərarının ölkədə dörd nəfərə və bir quruma qarşı olduğunu deyib.

    “Milli Müdafiə Nazirliyi, Türkiyə Silahlı Qüvvələri və təhlükəsizlik qüvvələrimiz bundan təsirlənəcək vəziyyətdə deyil. Layihələrimiz, ümumiyyətlə, müdafiə sənayesi şirkətləri tərəfindən həyata keçirilir və bunların heç biri sanksiyaya məruz qalmır. Narahatlığa səbəb yoxdur”.

    O qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyi alış-veriş edən bir qurum deyil, onun məqsədi prioritet layihələr hazırlamaq və onları həyata keçirməkdir. Müdafiə Sənayesi Başçılığının birbaşa aldığı və idxal etdiyi layihələr, demək olar ki, yoxdur:

    “ABŞ-ın sanksiya qərarının zəiflik yaradacağını düşünmürəm. Qanunla verilən qərar müttəfiqlik ruhuna uyğun deyil. Maddi ehtiyacımız yoxdur, bu günə qədər olmayıb.

    Türkiyə ölkəmizin prezidentinin mövqeyi ilə əmr alan bir ölkə olmadığını göstərdi, bu da bir embarqo mexanizmini işə saldı”.

  • Uzun müddət yaralı və komada olan əsgərimiz şəhid oldu

    Bu gün Siyəzən igid şəhidi Saatmirzə Feyruz oğlu Əzimovu son mənzilə yola salıb.

    Modern.az-ın məlumatına görə, 23 yaşlı Siyəzən şəhər sakini Saatmirzə Əzimov bir neçə il əvvəl hərbi xidmətini başa vursa da, Vətənin dar günündə biganə qalmayıb.

    Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Siyəzəndən cəbhəyə könüllü getmək istəyənlərin sırasında Saatmirzə öndə olub, təkid edərək könüllü vuruşlara qatılıb. Qarabağda gedən döyüşlərdə ağır yaralanan 23 yaşlı gəncin hətta bir müddət əvvəl şəhid olması xəbəri yayılıb. Amma yaralı olan Saatmirzə Əzimov uzun müddət hospitalda komada olub. Həkimlərin səyinə baxmayaraq onu həyata qaytarmaq mümkün olmayıb.

    Saatmirzə Əzimov ailənin tək oğlu olub, indi ailənin azyaşlı bir qızı qalıb.

    Siyəzən İH başçısı Novruz Novruzov şəhidin cənazəsinə bükülmüş Azərbaycan bayrağını şəhidin atası Feyruz Əzimova təqdim edib. Dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri, Siyəzən İH və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon sakinləri iştirak edib. Şəhid Saatmirzə Əzimov Siyəzən şəhər qəbristanlığında dəfn olunub.

    Ruhu şad olsun!

  • Sərt karantin Bakıda gündəlik sərnişin sayına necə təsir edib? – RƏSMİ AÇIQLAMA

    Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq qərarına əsasən, dekabrın 14-dən tətbiq edilən sərtləşdirilmiş karantin rejimi nəqliyyat və sərnişin axınlarına təsir edib.

    Bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.

    O bildirib ki, dekabrın ilk on günlüyü ilə müqayisədə son üç gündə (14,15 və 16 dekabr tarixlərində) gündəlik sərnişin axını 40 faizədək azalıb:

    “Belə ki, sərt karantin rejiminin tətbiqinə qədər gündəlik sərnişin səfər sayı 1 900 000-2 100 000 arasında dəyişirdisə hazırda bu rəqəm 1 200 000- 1 300 000 səviyyəsindədir.

    Gündəlik sərnişin axının əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq gündəlik xəttə çıxan avtobus sayında ciddi dəyişiklik edilməyib. Mövcud epidemioloji vəziyyət nəzərə alınaraq dekabrın ilk on günlüyündə olduğu kimi bu gün də xətlərə 1900-2000 avtobus çıxarılır”.

    M.Ağayev deyib ki, küçə və prospektlərdə nəqliyyat vasitələrinin sayında da müəyyən qədər azalma müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına əsasən dekabrın ilk on günü ilə müqayisədə gündəlik nəqliyyat axını 33 faizədək azalıb:

    “Lakin bəzi hallarda karantin postlarının ətrafında yaranan sıxlıqlar müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkətində çətinliklər yaradır. Bunun üçün də bir daha fərdi avtomobil sürücülərindən xahiş edirik ki, postlara yaxınlaşan zaman hərəkətlərinə icazə verən sənədlərini hazır etsinlər və sağ hərəkət zolağını ictimai, eləcə də, operativ nəqliyyat vasitələri üçün boş saxlasınlar.

    Həmçinin, bir daha sərnişinlərimizdən mütləq qaydada tibbi maskadan istifa etmələrini xahiş edirik”.

  • Максим Шевченко дал интервью Общественному телевидению Азербайджана – ВИДЕО

    Российский политолог, журналист, общественный деятель Максим Шевченко дал интервью Общественному телеканалу Азербайджана.

    Он стал гостем известного азербайджанского журналиста, военного обозревателя Гейдара Мирзы.

    М.Шевченко поделился своими мыслями о Карабахской войне.

    Представляем вам данное интервью.

  • Maksim Şevçenko İTV-yə müsahibə verib – VİDEO

    Rusiyalı jurnalist Maksim Şevçenko İTV kanalına müsahibə verib.

    Məşhur jurnalist Heydər Mirzənin qonağı olan Şevçenko Qarabağ müharibəsi haqqında fikirlərini bölüşüb.

    Müsahibəni aşağıdakı linkdən izləyə bilərsiniz:

  • İşğaldan azad edilmiş ərazilərdə modul tipli poçt şöbələri fəaliyyətə başlayacaq

    İşğaldan azad edilmiş ərazilərdə modul tipli poçt şöbələri fəaliyyət göstərəcək.

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Azərpoçt” MMC-dən Oxu.Az-a verilən məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərməsi nəzərdə tutulan beş ədəd modul tipli bina, poçt şöbələrinin satınalınması ilə bağlı elan verib.

    Satınalma kotirovka sorğusu üsulu ilə həyata keçiriləcək. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 21 dekabr 2020-ci il saat 17:00-dək qəbul edilir.

    Maraqlanan təşkilatların +99412 493 56 00 telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

    Ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyov, 72. E-mail: office@azerpost.az

  • Birinci Qarabağ Müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınan Azərbaycan vətəndaşlarının SAYI

    “Hazırda Dövlət Komissiyasında Birinci Qarabağ Müharibəsinin nəticələrinə görə, 3890 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Dövlət Komissiyası itkin düşmüş bütün vətəndaşlarımızın axtarışı sahəsində zəruri tədbirləri davam etdirir”.

    Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov AZƏRTAC-a müsahibəsində deyib.

    O qeyd edib ki, bu iş həm də aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə həyata keçirilir:

    “BQXK-nın Azərbaycandakı nümayəndəliyi ilə Dövlət Komissiyası arasında imzalanmış “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişinə əsasən, son illərdə bu iş daha intensiv aparılır.

    Saziş çərçivəsində itkinlərə aid 3600-dən çox sorğu anketi toplanılıb, məlumatlar elektron məlumat bazasına daxil edilib.

    Zəruri olan digər vacib iş isə itkin düşənlərin ailələrindən bioloji (DNT) nümunələrin götürülməsi ilə bağlıdır. Son illər ərzində üç minə yaxın bioloji nümunə toplanaraq, müvafiq qaydada sənədləşdirilib”.