Month: December 2020

  • Azərbaycanda koronavirusdan sağalma sayı yoluxmanı keçdi: 38 nəfər öldü – FOTO

    Azərbaycanda koronavirusa (COVID-19) 4124 yeni yoluxma faktı qeydə alınıb, 4205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 38 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 62 308 nəfərə çatıb.

    Ölkədə son sutka ərzində 17 426, hazırkı dövrədək isə 2 016 003 test aparılıb.

    Ümumi ölənlərin sayı 2 088 nəfərdir.

    Ümumi yoluxanların sayı 191 460 nəfər, ümumi sağalanların sayı 127 064 nəfərdir.

  • Макрон заразился коронавирусом

    Президент Франции Эммануэль Макрон заразился коронавирусом, сообщает Елисейский дворец, пишет РИА Новости.

    “У президента республики сегодня подтвердился COVID-19”, – говорится в коммюнике.

    Отмечается, что диагноз был поставлен на основе теста RTPCR, проводимого при появлении первых симптомов.

    “В соответствии с действующими санитарными правилами президент республики будет изолирован на семь дней. Он продолжит осуществлять свою деятельность удаленно”, – отмечается в заявлении.

  • Makron koronavirusa yoluxdu

    Fransa prezidenti Emmanuel Makron koronavirusa yoluxub.

    Bu barədə “RİA Novosti” Yelisey Sarayının məlumatına istinadla xəbər yayıb.

  • FHN-dən modul tipli xəstəxanada partlayış iddiaları ilə bağlı AÇIQLAMA

    Bəzi media orqanlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinə məxsus, koronaviruslu xəstələr üçün nəzərdə tutulmuş modul tipli xəstəxanada yanğınla nəticələnmiş partlayış baş verməsi barədə məlumat yayılıb.

    FHN-dən APA-ya verilən məlumatda bildirilir ki, bu məlumatlar tamamilə əsassızdır: “Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinə məxsus, koronaviruslu xəstələr üçün nəzərdə tutulmuş, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanada hər hansı hadisə baş verməyib.

    Təəssüf edirik ki, bəzi media orqanları heç bir dəqiqləşdirmə aparmadan, burada müalicə olunan şəxslərin ailə üzvlərini və yaxınlarını nəzərə almadan, bu cür yalan və böhtan xarakterli məlumatlar yayır. Bir daha qeyd edirik ki, xəstəxanada ölümlə nəticələnən hər hansı qəza və ya partlayış hadisəsi baş verməyib.

    FHN media nümayəndələrini bu cür xəbərləri yayarkən həssaslıq nümayiş etdirməyə, cəmiyyətdə çaşqınlıq və təşviş yaratmamağa və məlumatları nazirliklə dəqiqləşdirməyə çağırır”.

    Qeyd edək ki, bu gün bəzi media orqanlarında Zığda yerləşən koronaviruslu xəstələr üçün nəzərdə tutulmuş modul tipli xəstəxanada yanğınla nəticələnən partlayış baş verməsi və bunun nəticəsində xəstələr arasında ölüm halının olması barədə məlumat yayılıb.

  • Türkiyə Azərbaycana humanitar yardım göndərdi

    Türkiyənin Diyanət Vəqfi tərəfindən Azərbaycana göndərilən yardım səlahiyyətli nümayəndələrə təhvil verilib.

    Türkiyənin Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, səhiyyə ləvazimatlarından ibarət yardımın Azərbaycan Müdafiə Nazirliyinə çatdırılması üçün Tibbi Ərazi İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyətli şəxslərinə təhvil verilməsi mərasimində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və səfirliyin din müşaviri Zeki Yavuz Yılmaz iştirak ediblər.

    Səfir Erkan Özoral mətbuata müsahibəsində Qarabağda 44 gün davam edən müharibənin Türkiyədə ciddi bir həssaslıq yaratdığını və ictimaiyyətin Azərbaycana dəstək göstərmək üçün hər cür səy göstərdiyini vurğulayıb.

    Vəqfin Azərbaycanın müxtəlif şəhərlərində bundan əvvəl də şəhid ailələrini əhatə edən yardım fəaliyyətlərini həyata keçirdiyini xatırladan E.Özoral diqqətə çatdırıb ki, yenə də həmin kampaniya çərçivəsində Azərbaycan Müdafiə Nazirliyinə yataq dəstləri, tibbi geyimlər, maskalar və dezinfeksiyaedici vasitələrdən ibarət müxtəlif tibbi ləvazimatları təqdim olunacaq. Bu həssaslığı göstərdiyinə görə Türkiyə Diyanət Vəqfinin rəhbərliyinə təşəkkür edib.

    Səfirliyin din müşaviri Zeki Yavuz Yılmaz təhvil verilən ləvazimatların yardımdan daha çox dəstək mənası daşıdığını qeyd edərək Azərbaycanın Qarabağdakı qələbə sevincini bölüşdüklərini və vəqfin Azərbaycana yardımlarını davam etdirəcəyini bildirib.

  • Şəmkirdə yük maşını ilə təcili tibbi yardım avtomobili toqquşdu: Xəsarət alanlar var

    Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın məlumatına görə, hadisə Bakı-Qazax yolunun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, yük maşını qarşıdan gələn təcili tibbi yardım avtomobilinə çırpılıb.

    Qəza nəticəsində 2 nəfər ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda kişi işlədiyi şirkətdə benzin töküb özünü yandırdı

    Dünən saat 20:00 radələrində Elçin Məmmədovun sürücü işlədiyi Sabunçu rayonu, E.Mehdiyev küçəsi 40 ünvanında yerləşən “Bakı Taksi xidməti” MMC-də üzərinə alışqan maddə tökərək, intihara cəhd etməsi barədə Sabunçu rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Baş Prokurorluqdan verilən məlumata görə, fakta görə Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib.

    İntihara cəhdin səbəblərinin araşdırılması məqsədilə zərərçəkmişin ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

    Qeyd edilən hadisə Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

    İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.

  • Pandemiya ictimai iaşə obyektlərinin gəlirlərini iki dəfə azaldıb

    Ölkədə ictimai iaşə dövriyyəsi pandemiya ilə əlaqədar kəskin azalıb.

    2020-ci ilin yanvar-noyabr aylarında ümumi ictimai iaşə dövriyyəsinin həcmi 682 milyon 809,6 manat təşkil edib. İctimai iaşə dövriyyəsi ötən ilə nisbətən 52,1 faiz azalıb.

    Bu dövrdə dövlət müəssisələri üzrə ictimai iaşə dövriyyəsi cəmi 4 milyon 875,5 min manat olub. Dövlət sektorunda ictimai iaşə dövriyyəsi 63,6 faiz azalıb. Qeyri-dövlət müəssisələrində isə ictimai iaşə dövriyyəsinin həcmi 52 faiz azalaraq 677 milyon 934,1 manat təşkil edib. O cümlədən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə məxsus müəssisələrin iaşə dövriyyəsi 55,3 faiz azalaraq 362 milyon 800 manat olub.

    Bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 46,5 faizi hüquqi şəxslərin, 53,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,9 dəfə azalaraq 315,1 milyon manat olub.

    Qeyd edək ki, ötən ilin müvafiq dövründə ölkədə ictimai iaşə dövriyyəsinin həcmi 1 milyard 412 milyon manat təşkil edib. 2018-ci illə müqayisədə bu göstərici 6,1 faiz çox olub. Bu il isə pandemiyanın yaratdığı səbəblərdən dolayı ictimai iaşə obyektlərinin fəaliyyətində məhdudiyyətlər yarandığından ictimai iaşə dövriyyəsi iki dəfədən çox azalıb.

  • Azərbaycanlı iş adamı koronavirusdan öldü – FOTO

    Salyan rayonunun iş adamlarından biri Seymur Ələkbərov koronavirusdan vəfat edib

    Unikal.org-un məlumatına görə, 58 yaşlı iş adamı Bakı şəhərində müalicə olunduğu tibb müəssisəsində bu gün dünyasını dəyişib

    İxtisasca həkim olan Seymur Ələkbərovun ürək çatışmazlığı və şəkər xəstəliyindən əziyyət çəkdiyi deyilir.

  • Təhsil Nazirliyi: “Summativlərin keçirilməsi ilə bağlı qərar layihəsi artıq hazırdır”

    Ümumtəhsil müəssisələrində şagirdlərin birinci yarımilinin nəticələrinin hansı formada qiymətləndirilməsi ilə bağlı qərar layihəsi artıq hazırdır.

    Bu barədə Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib.

    Qeyd edilib ki, koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq, 2020-2021-ci tədris ili üzrə məktəbdaxili qiymətləndirmənin təşkili ilə bağlı Təhsil Nazirliyinin Kollegiya qərarının layihəsi hazırlanaraq rəy və təkliflərin verilməsi məqsədilə aidiyyəti struktur bölmələrə və qurumlara təqdim olunub.

    Yaxın zamanlarda bununla bağlı ətraflı məlumat veriləcək.