Month: December 2020

  • Земля 2 января окажется на минимальном расстоянии от Солнца

    Расстояние между Землей и Солнцем 2 января будет минимальным в году. Из-за этого видимый диаметр солнечного диска будет примерно на 3% больше, чем в июле. Об этом пишет пресс-служба Московского планетария, передает ТАСС.

    “В субботу, 2 января, Земля окажется на самом близком расстоянии от Солнца, что позволит нам наблюдать самый большой диск Солнца в 2021 году. Видимый диаметр будет максимальным, в результате чего диск небесного светила будет выглядеть на 3% больше, чем в начале июля, когда это расстояние максимально”, – уточнили в планетарии.

    Расстояние между Землей и Солнцем в этот день составит около 147 млн км. Земля в этот момент будет находиться в перигелии – самой ближайшей к Солнцу точке своей орбиты, которую она проходит раз в год. Самую далекую точку, афелий, Земля проходит в начале июля, оказываясь на расстоянии более 152 млн км от Солнца.

    Полный оборот вокруг Солнца планета совершает за 365 дней 6 часов 9 минут 10 секунд. Земля движется вокруг Солнца по эллиптической орбите со средней скоростью 29,765 км/сек.

  • Bir neçə gündən sonra Günəş gözümüzdə daha böyük görünəcək

    2 yanvarda Yerlə Günəş arasındakı məsafə il ərzində ən yaxın vəziyyətdə olacaq. Bu səbəbdən Günəş diskinin görünən diametri iyul ayına nisbətən təxminən 3 faiz daha böyük müşahidə ediləcək.

    TASS-ın məlumatına görə, bu barədə Moskva Planetariumundan bildirilib:

    “Yanvarın 2-də, şənbə günü Yer kürəsi Günəşə ən yaxın məsafədə olacaq və bu, 2021-ci ildə Günəşin ən böyük diskini müşahidə etməyimizə imkan verəcək. Onun görünən diametri maksimum olacaq, nəticədə səma cisminin diski 3 faiz daha böyük görünəcək”.

    Həmin gün Yer ilə Günəş arasındakı məsafə təxminən 147 milyon km olacaq.

  • В Абшеронском районе произошла поножовщина

    В Абшеронском районе произошла поножовщина.

    Как передает Report, инцидент зафиксирован в поселке Мехдиабад.

    Заур Алескеров (2004 г.р.) в ходе конфликта получил ножевое ранение от своего сверстника.

    Пострадавший был доставлен в больницу.

    По данному факту ведется расследование.

  • Abşeronda 16 yaşlı gənc bıçaqlanıb

    Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

    Belə ki, 2004-cü il təvəllüdlü Ələsgərov Zaur Elcan oğlu mübahisə zəminində həmyaşıdı tərəfindən bıçaqlanıb.

    Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun sağ qolunda bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

    Hadisənin təfərrüatı araşdırılır.

  • İlham Əliyev bir qrup hərbçini “Hərbi xidmətlərə görə” medalı ilə təltif etdi

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

    Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

    Sərəncama əsasən təltif olunan hərbçilərin siyahısı ilə bu linkdə tanış ola bilərsiniz.

  • Bayram günlərində marşrut avtobusları hansı qaydada işləyəcək? – RƏSMİ

    Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” müvafiq qərarına uyğun olaraq, ölkə ərazisində olduğu kimi Bakı şəhərində də ictimai nəqliyyatın fəaliyyəti 31 yanvar 2021-ci il tarixinədək yalnız hər həftənin şənbə və bazar günləri dayandırılır.

    Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Yeni il tətili günlərdində də bu qərar əsas götürülməklə 2 yanvar gecə saat 00:00-dan 4 yanvar səhər saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

    31 dekabr 2020-ci il, eləcə də 1 və 4 yanvar 2021-ci il tarixləri isə müvafiq olaraq həftənin cümə axşamı, cümə və bazar ertəsi günlərinə təsadüf etdiyindən həmin günlərdə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə sərnişinlərimizin xidmətində olacaq.

  • Əfqanıstanda Azərbaycan səfirliyinin açılması təsdiqləndi

    Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilib.

    “Report” xəbər verir ki, layihəni parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təqdim edib.

    Komitə sədri bildirib ki, bu qanun layihəsi həddindən artıq vacib və strateji əhəmiyyət kəsb edir:

    “Belə bir səfirliyin açılması Azərbaycanın maraqlarına tam uyğundur”.

    Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

  • Gəncə qışa hazırdır – VİDEO

    Ölkənin iknci böyük şəhərində qış fəslinə hazırlıq işləri demək olar ki, tam bitib.

    Aidiyyəti qurumlar tərəfindən havaların şaxtalı keçə biləcəyi təhlükəsi nəzərə alınaraq yaranacaq problemlərin qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbirlər həyata keçirilir.

    Ətraflı Baku TV-nin reportajında:

  • POLKOVNİK: Ordumuz bu ərazilərə nəzarəti ələ keçirib – Novruzlu, Zeyvə, Ucanis… / VİDEO

    “Azərbaycan, Ermənistan və Rusiya arasında olan razılaşma şərtinə əsasən Qafan, Sünük də daxil olmaqla, bir neçə yaşayış məntəqəsi Azərbaycana təfil verilib”.

    Redaktor.az xəbər verir ki, bu sözləri ehtiyatda olan Polkovnik-leytenant Elmar Hüseynov deyib. O bildirib ki, hazırda həmin ərazilərə Azərbaycan Ordusu nəzarət edir:

    “Novruzlu, Zeyvə, Ucanis, Yevğard, Əkərək, Aşağı Qaraçimən, Sünik, Çakaten, Şıxovuz, Nerkin Hand, Tsab, Gexanuş və Qafan şəhəri ətrafındakı yüksəklikləri Azərbaycana qaytarılıb. Ermənilər bu əraziləri sovet dönəmində sərhədləri önə çəkərək, həyasızcasına zəbt etmişdilər. Amma Azərbaycanın qələbəsindən sonra, digər işğal olunmuş ərazilərlə yanaşı bu ərazilər də Azərbaycanın nəzarətində keçib”.

  • Azərbaycanda 2 həftəlik ən sərt qadağa gəlir,30 dekabr… – AÇIQLAMA

    Son günlərin yoluxma sayı və ölənlərin statistikasi ürək açan deyil. Belə ki, günlük yoluxmaların sayı çox, ölənlərin sayı isə 40-dan çox olur.

    Median.Az azerforum.com-a istinadən xəbər verir ki, bir çox mütəxəssislər yoluxmaların artma səbəbini avtobuslardakı sıxlıqla əlaqələndirirlər. Bir neçə gün öncə keçirilən Operativ Qərargahın brifinqində 2 həftəlik sərtləşmələrin olacağı ilə bağlı xəbərdarlıq edildi. Gələn həftə sərtləşmə olarsa, avtobusların fəaliyyətinə 2 həftə məhdudiyyət qoyula bilərmi?

    Azerforum.com bildirir ki, bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, iki həftəlik avtobusların fəaliyyətinə məhdudiyyət qoyula bilər:

    “Düşünürəm ki, qoyulmalıdır. Əgər təcili tədbirlər görülməsə, gündəlik yoluxma 5000-ni keçə bilər. Bu gün əsas yoluxma mənbəyi ictimai nəqliyyatdakı sıxlıqdır.

    İnsanlarımız avtobuslarda maskadan düzgün istifadə etmir. Avtobusa minən kimi maskanı çənəyə endirirlər. İnsanlarımız anlamalıdır ki, yoluxmaların sayının kəskin artması xəstəxanalarda yer və dərman çatışmazlığına gətirib çıxara bilər. Hesab edirəm ki, apreldəki karantin rejiminə qayıtmalıyıq. Aptek və marketlərdən başqa digər iaşə obyektlərinin fəaliyyətinə 2 həftəlik də olsa məhdudiyyət qoyulmalıdır. Ən önəmlisi isə maskaların istifadəsinə nəzarət gücləndirilməldir”.