Month: December 2020

  • Koronavirusa qarşı peyvənd olunanlar elektron qeydiyyata düşəcək

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus peyvəndi olanların elektron qeydiyyatı yollarını araşdırır.

    Bu barədə qurumun rəsmi nümayəndəsi Tarik Yazareviç TASS-a bildirib.

    O, bu kart vasitəsi ilə hansı peyvəndlərin qəbul edildiyinin bəlli olacağını xatırladıb.

  • В НАНА произведено новое назначение

    Доктор философии по филологии Сейфал Гасанов назначен руководителем аппарата Президиума Национальной академии наук Азербайджана (НАНА).

    Об этом сообщает пресс-служба НАНА.

  • AMEA-da yeni TƏYİNAT

    Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni təyinat olub.

    Bununla bağlı AMEA-nın mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, filologiya üzrə fəlsəfə doktoru Seyfəl Həsənov AMEA Rəyasət Heyəti Aparatının rəhbəri vəzifəsinə təyinat alıb.

  • Koronavirusa qarşı yeni vasitə: Ölümlərin qarşısı alına bilər

    Böyük Britaniya alimləri koronavirusun müalicəsində anticismlərdən istifadə etməklə yeni üsulun sınaqlarına başlayıblar.

    Onun effektli olduğu sübut edilərsə, SARS-CoV-2-yə yoluxanlar COVID-19-un irəliləməsinə qarşı qorunma əldə edəcək.

    Bu barədə “Science Alert” xəbər verir.

    “AZD7442” dərmanı “University College London Hospital” və “AstraZeneca” mütəxəssisləri tərəfindən yaradılıb.

    “AZD8895” və “AZD1061” monoklonal anticismlər birləşərək, SARS-CoV-2 sünbül zülalının reseptorla bağlanma sahəsini hədəf alır. Koronavirus zülalının bu hissəsinə yapışan anticismlər virusun hüceyrəyə bağlanmasına və ona daha da daxil olmasına maneə törədir.

    Alimlər aticismlərə onların təsir müddətlərini artıran (6-12 aya qədər) və həmçinin, xəstəliyin antikora bağlı ağırlaşma riskini azaldan dəyişikliklər ediblər.

    Tədqiqatçılar ümid edirlər ki, bu, koronavirusa məruz qalan insanlarda COVID-19 simptomlarının irəliləməsinin qarşısının alınmasına kömək edəcək. Bu cür profilaktika, məsələn, qocalar evində saxlanılan yaşlı insanların həyatını xilas etməyə imkan verəcək.

  • Фонд Гейдара Алиева раздал новогодние подарки воспитанникам детских домов и школ-интернатов

    Возглавляемый Первым вице-президентом Азербайджана Мехрибан Алиевой Фонд Гейдара Алиева ежегодно в канун Дня солидарности азербайджанцев мира и Нового года организовывает в Buta Palace празднество для воспитанников детских домов и школ-интернатов.

    Как сообщили в фонде, в этом году в связи с пандемией COVID-19 вместо проведения торжества его представители посетили детские дома и школы-интернаты, учреждения соцобслуживания детей с особыми потребностями и психоневрологические центры в Баку, Гяндже, Шеки и Лянкяране.

    Их воспитанникам были вручены новогодние подарки, в том числе мягкие игрушки, конструкторы LEGO и сладости.

    Праздничная акция охватила около 2 тыс. детей.

  • Heydər Əliyev Fondu uşaq evləri və internat məktəblərinə Yeni il sovqatları göndərib

    Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Buta sarayında uşaq evləri və internat məktəblərinin sakinləri üçün şənlik təşkil edir.

    Heydər Əliyev Fondundan verilən xəbərə görə, bu il COVID-19 pandemiyası ilə əlaqədar şənliyin təşkil olunması xüsusi karantin rejiminin qaydalarına uyğun olmadığından Fond bu kateqoriyadan olan uşaqları fərqli şəkildə təbrik edib.

    Uşaq evləri və internat məktəblərində tərbiyə alanları sevindirmək üçün Heydər Əliyev Fondunun nümayəndələri uşaqların qaldıqları müəssisələrə gedərək, onlara bayram sovqatları çatdırıblar.

    Hər zaman Heydər Əliyev Fondunun təşkil etdiyi aksiyaları səbirsizliklə gözləyən və böyük sevinclə qarşılayan uşaqlarda bu il də bayram əhval-ruhiyyəsi yaratmaq üçün Heydər Əliyev Fondu təşkil etdiyi hədiyyələri onların zövqünə və istəklərinə uyğun hazırlayıb. Uşaqlara 2021-ci ilin rəmzi olan yumşaq oyuncaqlar, onların ən çox sevdikləri şirniyyatlar və leqo konstruktorları təqdim edilib.

    Heydər Əliyev Fondunun sovqatları Bakı ilə yanaşı, Gəncə, Lənkəran və Şəkidəki uşaq evləri, internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial-xidmət müəssisələrinə və Uşaq Psixonevroloji Mərkəzinə çatdırılıb.

    Fondun təşkil etdiyi bayram aksiyası iki minə yaxın uşağı əhatə edib.

  • Dünya bazarında neftin qiymətləri

    Dünyada dekabrın 30-da neft qiymətlərində bahalaşma qeydə alınıb.

    Bu barədə RT məlumat yayıb.

    WTI markalı neftin fevral fyuçersləri 0.54 faiz bahalaşaraq, bir barel üçün 48.26 dollar təşkil edib.

    “Brent” markalı neftin fevral fyuçersləri isə 0.33 faiz bahalaşaraq, bir barel üçün 51.26 dollara yüksəlib.

  • Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi

    Azərbaycan Respublikası Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

    Təbrikdə deyilir:

    “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

    Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza möhkəm cansağlığı, şərəfli xidmətinizdə uğurlar arzulayıram.

    Ümummilli lider Heydər Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində dövlətimizin iqtisadi dayaqları formalaşdırılaraq, müstəqilliyimiz əbədi və dönməz olmuşdur. Eyni zamanda, xalqımızın milli mənlik şüurunun formalaşmasına və dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunmasına Ulu Öndər əvəzsiz töhfələr bəxş etmişdir. Hazırda layiqincə davam etdirilən bu siyasət nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən dövlətçiliyimizin inkişafı naminə məqsədyönlü islahatlar həyata keçirilir.

    Dövlətimizin inkişafında prioritet istiqamətlərdən hesab edilən ordumuzun hərbi qüdrətinin daha da artırılması məqsədilə atılan addımlar həyata keçirilən bu islahatların əsas tərkib hissələrindəndir. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın dünyada nüfuzu gündən-günə artaraq, xalq-dövlət-ordu birliyi daha da möhkəmlənibdir.

    Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında erməni silahlı birləşmələrinin törətdiyi təxribatlara qarşı ordumuzun başladığı uğurlu əks-hücum əməliyyatlarında – 44 günlük Vətən Müharibəsində hərbi qulluqçularımızın göstərdiyi qəhrəmanlıqlar, şücaətlər sayəsində 30 ilə yaxın düşmən işğalında qalan tarixi torpaqlarımız azad edildi. Ali Baş Komandanın müdrik siyasəti və ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu gün rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarda üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Dekabrın 10-da Azadlıq meydanında Vətən Müharibəsində Böyük Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradı müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyinin bir daha təsdiqidir.

    Vətənimizin müstəqilliyinin, ərazi bötövlüyünün qorunması naminə canlarından keçən bütün şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, şəxsi heyəti bayramlar münasibətilə təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti arzulayıram.
    Hərbi anda sədaqətə, çətin və şərəfli hərbi xidmətdə fədakarlığa görə hər birinizə minnətdarlığımı bildirirəm.

    Bayramınız mübarək olsun!”

  • Число инфицированных коронавирусом в мире превысило 82 млн

    По данным на утро 30 декабря, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 82 327 231.

    Суточный прирост составил 654 145.

    За весь период пандемии скончались 1 796 543 человека, выздоровели – 58 338 453.

    Больше всего инфицированных в США – 19 977 704. На 2-м месте – Индия (10 245 326), 3-м – Бразилия (7 564 117). В первую пятерку также входят Россия (3 105 037) и Франция (2 574 041).

    По числу жертв инфекции и выздоровевших лидируют Соединенные Штаты – 346 579 и 11 844 472 соответственно.

    Турция (2 178 580 заболевших) занимает 7-е место, Иран (1 206 373) – 15-е.

    В Армении COVID-19 заболели 158 296 человек, в Грузии – 224155.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 54 814 летальных исходов.

    На сегодня в Азербайджане подтверждены 216 584 случая инфицирования коронавирусом, 176 228 человек вылечились, 2 575 – скончались.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 82 326 252 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 1 796 477 xəstə ölüb, 58 337 378 nəfər sağalıb.

    Avropada 23 104 167, Şimali Amerikada 22 916 834, Asiyada 20 518 086, Cənubi Amerikada 13 025 080, Afrikada isə 2 713 145 nəfərdə koronavirus aşkarlanıb.

    Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (19 977 704 nəfər), Hindistan (10 245 326 nəfər), Braziliya (7 564 117 nəfər), Rusiya (3 105 037 nəfər) və Fransadır (2 574 041 nəfər).

    Yeddinci yerdə olan Türkiyədə 2 178 580, İranda 1 212 481, Gürcüstanda 224 155, Ermənistanda isə 158 296 nəfərdə koronavirus müəyyən edilib.

    Azərbaycanda koronavirusa yoluxan 216 584 nəfərin 2 575-i ölüb, 176 228-i sağalıb.