Month: December 2020

  • Ermənilər azərbaycanlı əsgərin meyitin yandırdı – 18+VİDEO

    Əsir götülmüş Azərbaycan hərbi qulluqçusunun cəsədinin erməni silahlı dəstələri tərəfindən yandırılması ilə bağlı sosial şəbəkə və digər informasiya mənbələrində videolar yayılıb.

    Bu barədə Ombudsman Aparatından məlumat verilib.

    Bildirilib ki, həmin görüntülərdə əsir götürülmüş Azərbaycan hərbçisinin cəsədi üzərinə yandırıcı maye tökülməklə od vurulduğu nümayiş olunur:

    “Yayılan materiallardan aydın görünür ki, Ermənistan tərəfi azərbaycanlı hərbçinin cəsədini yandıraraq qeyri-insani formada təhqir etməklə iştirakçısı olduğu Cenevrə Konvensiyalarının və digər humanitar hüquq normalarının tələblərini hələ də kobud şəkildə pozmaqda davam edir. Hesab edirik ki, Ermənistan hərbçiləri azərbaycanlı hərbi qulluqçunu onun cəsədi üzərində həyata keçirdikləri qeyri-insani və mənfur əməlləri gizlətmək məqsədilə yandırıb. Halbuki, Ermənistan Hərbi əsirlərlə rəftara dair III Cenevrə Konvensiyasına qoşulmaqla öz üzərinə hərbi əsirlərlə hər zaman humanist rəftar etmək öhdəliyini götürüb”.

    “Bu baxımdan qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin dəstələri tərəfindən törədilmiş bu cinayət əməlini qəti şəkildə pisləyir və beynəlxalq təşkilatları insan hüquqlarının kobud pozulmasına səbəb olan bu kimi qeyri-insani hərəkətlərə göz yummamağa çağırırıq”, Ombudsman Aparatından bildirilib.

  • Prezident 5775 hərbçini “Laçının azad olunmasına görə” medalı ilə təltif etdi

    Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Median.Az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 5775 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

    Təltif edilənlərin 5-i polkovnik, 39-u polkovnik-leytenantdır.

  • Bravo распределяет подарки для военнослужащих в Гадруте – ВИДЕО

    По инициативе Фонда Гейдара Алиева сеть супермаркетов Bravo продолжает проводить акцию поддержки военных, несущих службу в различных регионах страны.

    В рамках этой акции для солдат и офицеров в освобожденный от оккупации Гадрут были доставлены пакеты с продуктами питания и средствами личной гигиены в соответствии с их потребностями.

    Представители торговой сети Bravo передали посылки военнослужащим, выслушали их пожелания.

    Военные, в свою очередь, выразили благодарность за оказываемую им заботу.

  • Vətənin hər guşəsini gəzən “Bravo” Hadrutdakı əsgərlərə də sovqat apardı – VİDEO

    Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bravo” marketlər şəbəkəsi bu dəfə işğaldan azad edilmiş Hadrutda xidmət edən hərbi qulluqçulara əsgər sovqatı çatdırıb.

    Gündəlik tələbat, qida məhsulları və gigiyenik vasitələrdən ibarət olan sovqatlar əsgər və zabitlərimizə təqdim edilib.

    Hərbçilər öz növbələrində onlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

  • Hulusi Akar: “Monitorinq mərkəzində xidmət aparacaq türkiyəli hərbçilər Azərbaycana yollanıb” – VİDEO

    Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar bildirib ki, Monitorinq mərkəzində xidmət aparacaq bir qrup türkiyəli hərbçi artıq Azərbaycana yollanıb və xidməti vəzifələrini yerinə yetirmək üçün hazır vəziyyətdə müvafiq əmr gözləyir.

    “Haber Global”ın xəbər verir ki, H.Akar bu barədə yüksək rütbəli Türk hərbçilərlə ilin yekunlarına dair iclasda çıxış edərkən məlumat verib.

    H.Akar qeyd edib ki, atəşkəsə nəzarət üzrə monitorinq mərkəzinin inşası yekunlaşandan dərhal sonra bir türkiyəli general və 35 zabit xidməti vəzifələrinin icrasına başlayacaq.

    “Humanitar yardım fəaliyyətləri çərçivəsində də azərbaycanlı qardaşlarımıza əlimizdən gələn dəstəyi verdik və verməkdə davam edəcəyik. Azərbaycanlı qardaşlarımızın haqlı və şərəfli mübarizəsində yanındayıq”, – deyə H.Akar bildirib.

  • Qırmızı göl təmizlənəcək – Nazirlikdən AÇIQLAMA

    “Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Qırmızı gölün təmizlənməsi planlaşdırılır”.

    Bunu ETSN-nin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib.

    Onun sözlərinə görə, təxminən 12 il bundan əvvəl aparılan təhlillər zamanı təkcə Abşeron yarımadasında 800-dən artıq qurumayan göllər mövcud idi:

    “İndi o göllərin müəyyən hissəsi azaldılıb. Bunun müxtəlif səbəbləri var. Göllərin əksəriyyəti tullantıların düzgün idarə olunmaması, yağış sularının idarə olunması üçün müvafiq infrastrukturun olmaması və hər hansı fəaliyyət zamanı nəzərdə tutulan işlərin yerinə yetirilməməsidir. Bakıda yerləşən səkkiz gölün təmizlənməsi nəzərdə tutulur”.

    O qeyd edib ki, hazırda Böyük göl və Zığ gölünün təmizlənməsi istiqamətində işlər gedir.

  • Rusiyanın hökumət başçısı Prezident İlham Əliyevi təbrik edib

    Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Sizi doğum gününüz münasibətilə Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm.

    Dostluq, mehriban qonşuluq və tərəfdaşlıq prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin əhəmiyyətli şəxsi töhfənizi qeyd etmək istərdim. Birgə səylərlə ticari-iqtisadi, elmi-texniki və mədəni-humanitar əməkdaşlığın inkişafı, müxtəlif sahələrdə böyük perspektivli layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradılır.

    Əminəm ki, qarşılıqlı fəaliyyətin bütün kompleksinin bundan sonra da gücləndirilməsi, yeni təşəbbüslərin təşviqi Rusiya və Azərbaycanın uzunmüddətli maraqlarına tam şəkildə cavab verir.

    Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayıram”.

  • SOCAR Pakistanı ən ucuz maye qazla təmin edəcək

    Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ENOC Sinqapur fevral ayında Pakistanı maye qazla (LNG) təmin edəcək.

    Bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb.

    Məlumatda bildirilir ki, fevral ayında Azərbaycan Pakistanı ən aşağı təkliflə maye qazla (LNG) təmin edəcək. Beləliklə, Pakistanın LNG şirkəti fevral ayı ərzində iki maye qaz daşıyan tanker qəbul edəcək. Bu, iki yük tankeri 15-16 və 23-24 fevral 2021-ci il tarixləri üçün nəzərdə tutulub.

    Tender sənədində göstərilir ki, SOCAR bu yüklərin 23-24 fevral aralığında olan hissəsini təmin edəcək. Yüklər Pakistanın Karaçi ərazisindəki Port Qasim limanına çatdırılacaq.

    Qeyd edilib ki, Pakistanın LNG şirkəti, həmçinin, 2021-ci il mart ayı üçün daha belə üç tankerin qəbul edilməsi üzrə tender elan edib. Bu yüklər 9-10, 16-17 və 22-23 mart tarixləri üçün nəzərdə tutulub.

  • Müdafiə Nazirliyində xidməti müşavirə: Zakir Həsənov komandir-rəis heyətinə konkret göstərişlər verdi

    Dekabrın 29-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri və birlik komandirlərinin iştirakı ilə xidməti müşavirə keçirilib.

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişlərini bir daha müşavirə iştirakçılarına xatırladan Müdafiə naziri dövlət başçısının rəhbərliyi ilə Azərbaycan Ordusunda həyata keçirilən islahatların davam etdirilməsi və qarşıda duran vəzifələrin icrası ilə bağlı bir sıra tapşırıqları diqqətə çatdırıb.

    General-polkovnik Z.Həsənov müşavirədə şəxsi heyətin Vətənə, dövlətə və Ali Baş Komandana misilsiz sədaqət, milli-mənəvi dəyərlər, vətənpərvərlik, milli köklərə bağlılıq və döyüş ruhunda tərbiyə edilməsinin, hərbi intizamın möhkəmləndirilməsinin vacibliyini xüsusi qeyd edib.

    Müdafiə naziri şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, intensiv döyüş hazırlığı səviyyəsinin artırılması üçün hərbi hissələrdə, əsasən azad edilmiş ərazilərdə yerləşən bölmələrdə keçiriləcək döyüş hazırlığı tədbirlərinin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilməsini tapşırıb.

    Azad edilmiş ərazilərdə aparılan mühəndis-istehkam işləri və qoşunların mühəndis təminatı tədbirləri ilə maraqlanan Müdafiə naziri döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat və təchizatının daha da yaxşılaşdırılması ilə bağlı komandir-rəis heyətinə konkret göstərişlər verib.

  • Президент Ильхам Алиев наградил группу военнослужащих медалью “За освобождение Суговушана”

    29 декабря Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о награждении группы военнослужащих Вооруженных сил медалью “За освобождение Суговушана”.

    С полным списком награжденных можно ознакомиться на АЗЕРТАДЖ.