Month: December 2020

  • В Азербайджане выявлен 1 101 новый случай инфицирования коронавирусом, скончались 37 человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлен 1 101 новый случай инфицирования коронавирусом, 4 209 человек вылечились и были выписаны домой.

    Об этом 29 декабря сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще 37 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 216 584 человека, 2 575 из них скончались, 176 228 – вылечились, 37 781 – находится в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 174 343 теста (за последние 24 часа – 11 279) на COVID-19.

  • Azərbaycanda daha 37 nəfər koronavirusdan öldü: 1101 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirusa (COVID-19) 1 101 yeni yoluxma faktı qeydə alınıb, 4 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 37 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 37 781 nəfərə çatıb.

    Ölkədə son sutka ərzində 11 279, hazırkı dövrədək isə 2 174 343 test aparılıb.

    Ümumi ölənlərin sayı 2 575 nəfərdir.

    Ümumi yoluxanların sayı 216 584 nəfər, ümumi sağalanların sayı 176 228 nəfərdir.

  • Hərbi qulluqçuların uşaqlarına sosial müavinətin verilməsi barədə qanun layihəsi təsdiqləndi

    Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

    “Report” xəbər verir ki, qanuna təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət veriləcək.

    Hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq.

    Digər dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayandırılacaq.

    Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq, üçüncü oxunuşda qəbul edilib.

    Qanuna dəyişiklik layihəsi 2021-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

  • Əmək pensiyasının məbləğinin hesablanması qaydası dəyişdi

    Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

    “Report” xəbər verir ki, qanuna təklif edilən dəyişikliklə əlilliyə görə əmək pensiyasının məbləğinin hesablanması qaydası dəyişdirilir.

    Belə ki, hazırkı qanunvericiliyə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir.

    Dəyişikliklə bu nisbət dəyişir. Belə ki, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulacaq və sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə deyil, 200-ə olan nisbəti şəklində müəyyənləşdiriləcək.

    Bu aşağıdakı hallarda tətbiq edilməyəcək:

    – 2021-ci il yanvarın 1-dək təyin edilmiş əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyalarının yenidən hesablanmasına;

    – 2021-ci il yanvarın 1-dək hüququ yaranmış şəxslərə 2021-ci il yanvarın 1-dən sonra əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə və yenidən hesablanmasına;

    – 2021-ci il yanvarın 1-də əlilliyə və ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmiş şəxslərə bu tarixdən əvvəl əmək pensiyasının təyin edilməsinə.

    Eyni zamanda, qanunda əmək pensiyasının sığorta hissəsinə əlavələri nəzərdə tutan 19-cu maddə ləğv edilir. Ancaq bu qanun qüvvəyə minənədək hesablanmış əlavələrin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi davam etdirilir.

    Qüvvədə olan qanuna görə, 2019-2020-ci illərdə bu qanunla müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanmalı idi. Dəyişikliyə əsasən müddətlər dəyişir.

    Beləliklə, 2019-2022-ci illərdə bu qanunla müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaq.

    Xatırladaq ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri müəyyənləşib. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Qanunda nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

    Bu qanun layihəsi 2021-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

    Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

  • Avtosalon “market” deyil

    Avtodilerlər assosiasiyası satış salonlarının fəaliyyəti barədə məsələ qaldırdı.

    Azərbaycan avtomobil dilerləri assosiasiyası Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) müraciət edərək, COVİD-19 pandemiyası ilə əlaqədar sərtləşdirilmiş karantin şəraitində rəsmi avtomobil sərgi-satış salonlarının fəaliyyətinin bərpası məqsədilə müvafiq hökümət qurumlarına sorğu göndərilməsini xahiş edib. Müraciətdə deyilir:

    “Sahibkarlar Konfederasiyasının iş adamları və hökumət strukturları arasında faydalı dialoqun qurulmasında dərin təcrübəsini nəzərə alaraq, ölkənin avtomobil dilerlərini narahat edən bir məsələdə dəstək olmağınızı xahiş edirik.

    Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramının icarasında ölkə avtomobil parkının yenilənməsinə yönəlmiş vəzifələrin bir hissəsi şübhəsiz rəsmi avtomobil idxalçılarının çiyninə düşür. Sıralarında 40-dan çox dünya şöhrətli avtomobil markasının ölkəmizdəki nümayəndəliklərini birləşdirən AADA – avtomobil biznesi, ekologiya, təhlükəsizlik və ümumən avtonəqliyyat sahəsinin sağlamlaşdırılması və dayanıqlı inkişafına dəstək məqsədilə mütamadi olaraq tədbirlər həyata keçirir.

    Rəsmi avtomobil dilerləri ölkə həyatının bütün sahələrinə birbaşa təsir göstərən əhəmiyyətli işlə məşğuldurlar. Məhz dilerlər müxtəlif sahələrdə çalışan şirkətlərə və hökumət strukturlarına peşəkar xidmət göstərməklə onların effektiv fəaliyyətinə önəmli tövhə verirlər. Sərnişindaşımadan inşaat sektoruna, ərzaq təminatından fövqəladə halların aradan qaldırılmasına, səhiyyədən ictimai asayişin təmin edilməsinə qədər operativlik tələb edilən bütün sahələrdə nəqliyyat vasitələrinin tədarükü və onların işlək vəziyyətdə saxlanmasında rəsmi dilerlərin müstəsna rolu var…

    AADA üzvləri Azərbaycan Respublikasında yeni növ koronavirus pandemiyasının qeydə alındığı ilk gündən etibarən dövlət qurumlarının bütün zəruri qabaqlayıcı tədbirlərini dəstəklyir. Bu məsələdə diqqəti bir məqama, dəqiq desək, son karantin məhdudiyyətləri sırasında avtomobil satış salonlarının fəaliyyətinə qadağa qoyulmasına yönəltmək istəyirik. Ərzaq marketlərindən fərqli olaraq, avtomobil salonunda heç zaman kütləvi alıcı axını müşahidə olunmur. Gün ərzində adətən bir ailənin üzvlərindən ibarət olan 2-3 nəfərəlik bir neçə qrup salona daxil olub, seçdiyi avtomobillə tanış ola bilər…”

    Yuxarıda qeyd olunanları nəzərə alaraq, AADA ölkəmizdə kiçik və orta biznesin maraqlarını təmsil edən nüfuzlu qurum kimi ASK-dan rəsmi avtomobil satış salonlarının fəaliyyətini bərpa olunması barədə Azəbaycan Respublikası İqtisadiyyat Nazirliyinə və NK yanında Operativ Qərargaha müraciət ünvanlamasını xahiş edir.

    AADA-nın İdarə Heyətinin sədri Natiq Zərbəliyev müraciətlə bağlı açıqlamasında söylədi ki, son illərdə dünyada baş vermiş iqdisadi böhran, bununla əlaqədar olan milli valyutamızın devalvasiyası, avtomobil kreditləşməsi məsələlərində əlverişsiz şərtlər ölkəmizdə yeni avtomobillərin satış göstəricilərinə ciddi ziyan vurmuş, rəsmi avtobiznes subyektlərinin iqtisadi durumunu son dərəcə çətinləşdirmişdir. Buna baxmayaraq, avtomobil biznesinin nümayəndələri cəmiyyətin inkişafının bütün sahələrində, sosial məsələləlrin həllində yaxından iştirak etmişlər. AADA üzvlərinin Koronavirusla Mübarizəyə Dəstək Fonduna, Silahlı Qüvvələrə Dəstək Fonduna etdikləri birbaşa maliyyə ianələri buna sübutdur.

    N.Zərbəliyev qeyd etdi ki, avtomobil almağı planlaşdıran müştərilər adətən ilin sonunda təklif ediləcək xüsusi endirimləri gözləyirlər. Avtomobil dilerlərinin hazlrki ağır iqtisadi durumunu nəzərə alsaq, salonların açılması bu sektora çox önəmli dəstək olardı. Nəticədə bu sahədə çalışan onlarla şirkət və yüzlərlə əməkdaşın maddi vəziyyəti stabilləşər, dövlət büdcəsinə ödəniləcək vergi və rüsumların həcmi yüksələr. Məlumdur ki, bizim əhali arasında şəxsi avtomobil sadəcə nəqliyyat vasitəsi deyil – ev, mənzil, bağ sahəsi ilə bir sırada olan ailə kapitalı, qürür mənbəyi, uğur göstəricisi, vərəsəlik predmetidir. Bəzi ailələr arzuladıqları avtomobili əldə etmək üçün illərlə vəsait toplayırlar. Yeni il ərəfəsində avtosalonların bağlı olması belə arzuları puç edə bilər. Yeri gəlmişkən, pandemiya şəraitində şəxsi nəqliyyat vasitəsinin daha da aktuallaşması da danılmaz faktdır.

    Sonda AADA sədri vurğuladı ki, “bütün rəsmi avtomobil sərgi-salonlarında əməkdaşlar tərəfindən profilaktik qaydalara son dərəcə ciddi əməl olunur və bu dilerlər tərəfindən təmsil olunan məşhur avtomobil istehsalçılarının korporativ tələblərinə daxildir”.

    //autograph.az

  • Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə tutuldu, sənədlər məhkəməyə göndərildi – RƏSMİ

    Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz və Nizami rayon şöbələrinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı DSMF-dən daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Fondun Gəncə şəhər Nizami rayon şöbəsinin Sosial sığorta sektorunun baş məsləhətçisi vəzifəsində işləmiş Ələkbərov Elçin Qoşqar oğlunun həmin fondun Gəncə şəhəri Kəpəz şöbəsinin müdiri vəzifəsində işləmiş Qəmbərov Arif Rəşid oğlu və pensiya təyinatı sektorunun müdiri Eminova Səmayə Zakir qızı ilə birlikdə ayrı-ayrı şəxslərə saxta sənədlər əsasında pensiya təyin edilməsi müqabilində beş nəfərdən ümumilikdə 23 min 500 manat məbləğində pul alıb həmin vəsaiti öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməsinə, eləcə də, öz qulluq mövqeyindən istifadə edərək, fonda məxsus 19 min 280 manat məbləğində pul vəsaitini israf etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Bundan başqa, Elçin Ələkbərovun ayrı-ayrı vaxtlarda Səmayə Eminova, habelə fondun Gəncə şəhəri Kəpəz şöbəsinin müdiri vəzifəsində işləmiş Əhmədov Nizami Məmməd oğlu, müdir müavini Xəlilov Bəyəli Şərif oğlu, mütəxəssisi Rafael Novruzov və vətəndaş Şahin Məmmədov ilə birlikdə eyni məqsədlə ayrı-ayrı şəxslərdən ümumilikdə 136 min 300 manat məbləğində pul alıb həmin vəsaiti öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməsinə, eləcə də öz qulluq mövqeyindən istifadə edərək fonda məxsus 113 min 965 manat məbləğində pul vəsaitini israf etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Bundan əlavə, Elçin Ələkbərovun ayrı-ayrı şəxsləri aldadaraq ümumilikdə 39 min 361 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə, həmin şəxsləri rüşvət verməyə təhrik etməsinə, öz qulluq mövqeyindən istifadə etməklə vətəndaş Əbülfəz İbrahimov və digərləri ilə birlikdə 22 nəfərə məxsus cəmi 58 min 300 manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etməsinə, həmin şəxsləri rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

    İş üzrə toplanmış sübutlar əsasında Elçin Ələkbərova, eləcə də qeyd edilən digər şəxslərlə birlikdə cəmi yeddi nəfərə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və israf etmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 311.3-cü (külli miqdarda rüşvət alma) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

    Cinayət işi üzrə aparılan istintaq zamanı vurulmuş 230 min 906 manat məbləğin də maddi ziyanın 197 min 245 manat hissəsinin ödənilməsi təmin edilib.

  • В Азербайджане могут рассмотреть вопрос увеличения единовременной выплаты в размере 190 манатов

    В Азербайджане единовременная выплата безработным и лицам, потерявшим доход в связи с действующим в стране карантинным режимом, предоставляется в размере прожиточного минимума на этот год.

    Как передает Report, об этом 29 декабря на пленарном заседании парламента АР сказал министр труда и соцзащиты населения Сахиль Бабаев.

    “Если ужесточенный карантинный режим вновь будет применен, то мы обсудим с правительством вопрос увеличения суммы выдаваемой гражданам единовременной выплаты со 190 до 196 манатов”, – сказал министр.

  • 190 manatlıq birdəfəlik ödənişlər artırılacaq? – RƏSMİ AÇIQLAMA

    “Birdəfəlik ödəmə bu il üçün yaşayış minimumunun məbləğində verilirdi”.

    “Report”un xəbərinə görə, bunu parlamentin bu gün keçirilən plenar iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

    “Əgər sərtləşdirilmiş karantin rejimi yenə tətbiq olunsa, vətəndaşlara verilən birdəfəlik ödəmənin məbləğinin 190 manatdan 196 manata qaldırılmasını hökumətlə müzakirə edəcəyik”, – deyə nazir bildirib.

  • İlham Əliyevdən külək elektrik stansiyasının tikintisi ilə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Nazirlər Kabineti qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə əlaqədar “İnvestisiya müqaviləsi”nin, “Enerji alqı-satqı müqaviləsi”nin, “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nin, “Torpaq icarə müqaviləsi”nin, “Birbaşa razılaşma”ların və “Müstəqil mühəndis müqaviləsi”nin imzalanması ilə bağlı zəruri tədbirlər görməli, Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış müvafiq müqavilələri təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

    Bundan başqa, Nazirlər Kabineti bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan külək elektrik stansiyasının tikiləcəyi ərazilərdə küləkölçmə işləri tamamlandıqdan sonra torpaqların kateqoriyasının dəyişdirilməsi, həmin ərazilərdə dövlət torpaqlarının icarəyə vermək hüququ iləEnergetika Nazirliyinin daimi istifadəsinə verilməsini və bundan irəli gələn məsələlərlə əlaqədar müvafiq tədbirlər görülməsini təmin etməlidir.

    Eyni zamanda, Nazirlər Kabineti Maliyyə Nazirliyi, Energetika Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə bu Sərəncamın 1-ci bəndində göstərilən “İnvestisiya müqaviləsi”ndə və “Enerji alqı-satqı müqaviləsi”ndə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi üçün zəruri tədbirlər görülməsini təmin etməlidir.

  • Prezident Gömrük və Vergi məcəllələrində dəyişiklik etdi

    Prezident İlham Əliyev Gömrük və Vergi məcəllələrində dəyişiklik edilməsi ilə bağlı Azərbaycan Respublikasının qanunlarını imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Dəyişikliklərə əsasən, yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, Azərbaycan Respublikasının gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulur və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə köçürülür.

    Qeyd edək ki, bundan əvvəl yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulurdu.