Month: December 2020

  • Bakıda anbar yanır

    Bakıda anbarda yanğın başlayıb.

    Baku.ws-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi ünvanında anbarda yanğın olması barədə məlumat daxil olub.

    Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

    İlkin məlumata görə, yanğının sahəsi təqribən 250 m² təşkil edir. Hazırda yanğınsöndürmə işləri aparılır.

    Əlavə məlumat veriləcək.

  • “Niyə şəhid qızını bu qədər incidirsiniz?”

    Məşhur insan üçün boşanma və ya evlənmə gizlədiləcək məsələ deyil.

    Median.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb. Sənətçi boşanma xəbərləri ilə gündəmə gələn bloqer Aynişan Quliyeva haqda yazıb və onu tənqid edənlərə səslənib:

    “Balaca şəhərdir. Hamının qeydiyyat şöbələrində, qonşuluqda, qohumluqda bir tanışı çıxır. İnsanlar məcburdur ki, bir açıqlama etsin. Çünki açıqlama olmasa, fantaziyanız genişdir, ardını özünüz bilirsiniz… Niyə böyüdürsünüz bu məsələni? Niyə bir şəhid qızını bu qədər incidirsiniz bu mövzuda?”.

    Qeyd edək ki, Aynişan fitnes müəllimi həyat yoldaşı ilə boşanıb. 

                              

  • Təcili yardım niyə gecikir? – RƏSMİ AÇIQLAMA

    Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronavirus xəstələrinin və COVID-19-a şübhəli şəxslərin hansı hallarda poliklinikaya, hansı hallarda isə Təcili Tibbi Yardıma müraciət etməsi barədə məsələyə münasibət bildirib.

    Onun sözlərinə görə, evdə özünü təcrid, digər qoruyucu tədbirlər, xəstəlik haqqında müxtəlif suallar məhz poliklinik həkim və tibb işçiləri ilə müzakirə oluna bilər:

    “Bu məqsədlər üçün təcili yardıma zəng etmək yolverilməzdir və həmin xidmətin və onun əlaqə vasitələrinin izafi yüklənməsinə səbəb olur. Təcili yardıma yalnız davam edən yüksək qızdırma, xəstənin vəziyyəti qəfil pisləşən zaman, boğulma halları və s. zamanı müraciət edilməlidir.

    Bəzi hallarda evdə müalicə alan koronavirus xəstələrində vəziyyətin pisləşməsi zamanı poliklinika tərəfindən də təcili yardım çağırıla bilər. Nəzərə almaq lazımdır ki, təcili yardımın hər bir əsassız çağırışı hansısa bir ağır xəstəyə göstəriləcək zəruri tibbi yardımın geçikməsinə səbəb olur”.

    “Gəlin, məsulliyyətli olaq, qoruyucu vasitələrdən hamılıqla və düzgün istifadə edək, özümüzü, yaxınlarımızı qoruyaq, təmaslarımızı azaldaq, xəstəlik əlamətləri hiss etdikdə özümüzü təcrid edərək həkimə müraciət edək və digərlərinin həyatını riskə atmayaq”, – deyə o qeyd edib.

  • Şuşada baba evini tapan hərbçimiz belə sevindi – VİDEO

    İşğaldan azad edilmiş Şuşa şəhərində xidmət başında olan hərbçilərimizdən biri öz baba evini tapıb. Oxu24.com xəbər verir ki, sosial şəbəkələrdə yayılmış videoda hərbçimizin doğma evinə girərkən necə sevindiyi, dostlarına həmin ev haqqında danışması əks olunub. Sözügedən videonu təqdim edirik.

  • İki gündə 50-dən çox düşmən əsgərini məhv edən şəhid – FOTO

    Hərbçi yoldaşları deyirdilər ki, hələ müharibə başlamazdan əvvəl keçirilən təlim kurslarında iştirak etmək istəməyib ki, birdən müharibə başlayar, mən də təlimlərdə olaram, iştirak edə bilmərəm. O, hərbi xidmətini də öz istəyi ilə ön cəbhədə çəkib. Amma həmişə deyirdi ki, mən burada qisasımızı ermənilərdən istədiyim kimi ala bilmirəm. Hər zaman müharibənin başlanılmasını, orada iştirak etməsini istəyirdi.

    Median.Az bildirir ki, bunu Trend-ə 33 yaşlı şəhid Şəhriyar Abdullayevin qardaşı Tural Abdullayev deyib.

    Onun sözlərinə görə, qardaşı hərbi xidmətini başa vurduqdan sonra atası onun polis orqanlarında işə düzəlməsini istəyib. Ş.Abdullayev sənədlərini verdikdən sonra polis orqanlarına işə qəbul olsa da, son anda fikrindən daşınır:

    “O, atamdan xəbərsiz sənədlərini götürüb Xüsusi Təyinatlı Qüvvələrə qəbul üçün verdi. XTQ-yə qəbul oldu və 2012-ci ildən orada gizir kimi çalışmağa başladı”.

    Qardaşının II Qarabağ müharibəsinin başlanıldığı ilk gündən döyüş bölgəsinin qaynar nöqtələrində vuruşduğunu deyən T.Abdullayev qeyd edib ki, qardaşı Murov yüksəkliyinin, Füzulinin, Hadrutun ermənilərdən geri alınmasında çox fəal iştirak edib. O, Hadrut alındıqdan sonra buradakı yüksəkliklərdə aparılan döyüşlərdə qəhrəmancasına həlak olub:

    “Döyüş yoldaşları deyirdilər ki, oktyabrın 9-10-da 50-dən çox ermənini məhv edib. Oktyabrın 10-da isə ermənilərin atdığı snayper nəticəsində başından yaralanaraq həlak olub”.

    Qeyd edək ki, T.Abdullayev ailəli olub. Onun 4 və 5 yaşlarında iki qız övladı var.

  • “Öz qolundan qan axırdı, sarğısını açıb komandirinin yarasını sarıdı” – VİDEO

    “Deyirdim Emin, özündən muğayat ol, istəyirəm gələsən. Deyirdi ki, gələcəm bir həftəyə, qardaşım, görüşəcəyik. Elə qismət oldu ki, sözünün üstündə durdu, gəldi, amma canlı gələ bilmədi”.

    ARB TV-nin efirində yayımlanan “Günə doğru” verilişinin kollektivi şəhid Vüsal Məmmədovun evlərində olub və onunla bağlı ətraflı süjet hazırlayıb.

    Bu sözləri öz dostu, aprel şəhidi Emin Bağırov haqqında danışarkən demişdi Vüsal. Ama tale çox amansız bir oyun oynadı. Bir vaxt onun qurduğu cümlələri indi içi yana-yana bacısı söyləyir…

    Şəhidin bacısı Gülnarə Məmmədova hisslərini belə ifadə edib: “O da mənə söz vermişdi ki, Gülüş, narahat olma, gələcəm, hər şey yaxşı olacaq. Eyni cümləni də mən ona işlədirəm ki, həqiqətən gəldi amma sağ gəlmədi, cənazəsi gəldi. Mən heç vaxt gözləmirdim və inana bilməzdim ki, mən öz qardaşımın, nəfəs aldığım insanın tabutunu görəcəm”.

    Qəhrəman şəhidimiz ilk günlər Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə şücaətlə vuruşur. Yaralansa da, müalicə almaqdan imtina edir və yenidən döyüşə qayıdır. Və elə həmin döyüşlərdən birində, ən uca zirvəyə – şəhidlik zirvəsinə ucalır.

    Şəhidin dostu Etibar Hüseynov isə onu belə xatırlayıb: “Komandirlərindən bir söz var ki, Vüsalın sözünün qabağına söz deyən yox idi. Ona görə yox ki, Vüsaldan qorxurdular, ona görə ki, Vüsala hörmət edirdilər, rəğbət bəsləyirdilər. Tabor komandirləri yaralandı, Vüsal qolundakı bandajı açıb onun başına bağladı amma halbuki öz qolundan qan fışqırırdı. Bir döyüşçü üçün də ən böyük şərəf hədəfdə şəhid olmaqdır, Vüsal hədəfdə şəhid oldu”.

  • Sarkisyan Azərbaycanla sərhədin demarkasiyası üçün Putindən kömək istədi

    İrəvan Rusiya Prezidenti Vladimir Putindən Ermənistanla Azərbaycan arasındakı sərhədin demarkasiyası prosesini dəstəkləməsini istəyib.

    RBK-nın məlumatına görə, müvafiq məktubla Rusiya liderinə erməni həmkarı Armen Sarkisyan müraciət edib.

    Ermənistan prezidenti demarkasiya ilə bağlı tərəflər arasında yeni mübahisələrin yaranması baxımından potensial təhlükə olduğunu bildirib.

  • Çavuşoğlu və Lavrov Qarabağdan danışdı

    Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Telefon söhbətində Dağlıq Qarabağ, Ukrayna və rusiyalı jurnalistlərin həbsi məsələsi müzakirə edilib.

  • Polad Bülbüloğlu: “Azərbaycan və bütün region üçün yeni səhifə başlayır”

    “Azərbaycan əsgərləri uzun illər işğal altında olan torpaqları azad etdilər və bununla da bu gün təkcə Azərbaycan üçün deyil, həm də bütün region üçün yeni səhifə başlayır”.

    “Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada keçirilən biznes forumda çıxışı zamanı deyib.

    “Prezidentimiz İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, bu bütün region üçün geniş fürsət pəncərəsi yaradır. Qonşularımız müdriklik edib normal qarşılıqlı əlaqə yolunu tutarsa, bu bütün bölgə üçün faydalı olacaq”, – səfir bildirib.

  • Сферы, деятельность которых разрешена в период ужесточенного карантинного режима в Азербайджане

    Кабинет министров Азербайджана обнародовал сферы, деятельность которых разрешена в период с 00:00 14 декабря 2020-го по 00:00 18 января 2021 года.

    1. Здравоохранение и социальная сфера:

    – научно-исследовательские и лабораторные услуги;

    – оказание услуг в больницах, поликлиниках и других медучреждениях;

    – ветеринарные услуги;

    – производство медицинского оборудования, лекарственных препаратов и медицинских средств;

    – социальное обслуживание, в том числе услуги по уходу за лицами с хроническими физическими, психическими и эмоциональными расстройствами, нуждающимися в особой заботе;

    2. Инфраструктура:

    – коммунальное обслуживание (канализация, водо-, газо-, тепло- и энергоснабжение);

    – производство и снабжение электроэнергией;

    – водное хозяйство и мелиорация;

    – телекоммуникационные услуги и услуги связи

    3. Транспорт и логистика:

    – грузовые перевозки железнодорожным, автомобильным, морским и воздушным транспортом;

    – обслуживание железных и автомобильных дорог, морского судоходства и портов;

    – логистическое обслуживание;

    – услуги общественного транспорта и такси;

    4. Основные виды производства:

    – производство продукции оборонной промышленности;

    – машиностроительная промышленность;

    – производство нефтяного оборудования и установок;

    – производство продовольственных товаров и сырья для них, заготовка, снабжение, хранение и оптовая продажа пищевых продуктов;

    – производство средств ежедневного ухода и гигиены;

    – производство химической продукции;

    – сбор, производство и переработка сельскохозяйственной продукции, в том числе деятельность фермерских хозяйств;

    – посев, орошение, защита растений и сбор урожая;

    – добыча, переработка, хранение и продажа нефти и газа;

    – транспортировка нефти и газа посредством трубопроводов;

    – металлургическая промышленность;

    – производство и ремонт строительной и бытовой техники;

    – инженерные и проектные услуги;

    – строительство и ремонт объектов и оборудования гражданского и промышленного назначения, дорог;

    – производство упаковочных материалов;

    – производство изделий из камня, металла и дерева;

    – производство и ремонт мебели;

    – забой животных;

    5. Оптовая и розничная торговля:

    – продуктовые магазины (супермаркеты, рынки);

    – аптеки;

    – автозаправочные станции;

    – оказание всеми торговыми объектами (за исключением продуктовых магазинов и аптек) на территории АР только услуг доставки или онлайн-продажи;

    – оказание всеми объектами общественного питания на территории АР, в том числе ресторанами, кафе и чайными домами, услуг доставки или онлайн-продажи.

    6. Бытовое обслуживание:

    – сбор и утилизация бытовых отходов;

    – почтовые услуги;

    – химчистка;

    – уборка в жилых зданиях, за исключением квартир;

    – ремонт автомобилей;

    – автомойки;

    – приюты для животных;

    7. Средства массовой информации.

    8. Финансовые организации:

    – банки и небанковские кредитные организации, ломбарды;

    – инвестиционные компании, фондовые биржи;

    – страховые компании;

    – организации, оказывающие платные и клиринговые услуги;

    9. Специальное обслуживание:

    – услуги доставки;

    – ремонт бытовой техники, компьютеров и мобильных устройств;

    – дезинфекция;

    10. Адвокатская деятельность.

    11. Деятельность отелей.

    12. Проведение официальных спортивных соревнований на открытом воздухе без участия зрителей, а также организация мероприятий по подготовке к международным спортивным соревнованиям.