Month: December 2020

  • ВВС Азербайджана готовятся к параду Победы – ВИДЕО

    В Баку продолжается подготовка к военному параду в честь победы Азербайджана во второй Карабахской войне.

    С этой целью самолеты и вертолеты ВВС АР сегодня совершили полеты над бакинской бухтой.

  • Bakı səmasında parad hazırlığı – YENİLƏNİB + VİDEO

    “Vətən Müharibəsində qələbəyə həsr olunmuş hərbi paradda iştirak edəcək Hərbi Hava Qüvvələrinin döyüş təyyarə və helikopterləri hazırlıq məqsədilə uçuşlar keçirir”.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    * * * * *

    Bakıda keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş Zəfər paradına hazırlıq işləri davam edir.

    Parada hazırlıqla bağlı Azərbaycan Hərbi Hava Qüvvələri təlim uçuşları həyata keçirir.

  • “YAŞAT” şəhid ailələrinin və qazilərin hansı ehtiyaclarını qarşılayacaq – SİYAHI

    Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalayıb.

    Fərmanla Fondun vəsaitindən istifadə istiqamətləri də müəyyənləşib. Sənədə əsasən, vəsait şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi, məişət şəraitinin yaxşılaşdırılması və Himayəçilik Şurasının müəyyən etdiyi digər istiqamətlər üzrə istifadə ediləcək.

    Fondun vəsaiti fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr) və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılacaq.

  • Утвержден состав Попечительского совета Фонда YAŞAT – РАСПОРЯЖЕНИЕ

    8 декабря Президент Азербайджана Ильхам Алиев подписал распоряжение об утверждении состава Попечительского совета Фонда поддержки военнослужащих, получивших ранения при защите территориальной целостности АР, и семей шехидов (Фонд YAŞAT).

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, Попечительский совет фонда YAŞAT утвержден в следующем составе: Чингиз Абдуллаев, Севиндж Ализаде, Новрузали Асланов, Ашина Масуд, Мансум Ибрагимов, Анар Искендеров, Балакиши Гасымов, Джахангир Новрузов, Шаир Рамалданов, Рена Сафаралиева и Ильхам Закиев.

  • “YAŞAT” Fondunun Himayəçilik Şurasının tərkibi təsdiqləndi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) Himayəçilik Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

    Abdullayev Çingiz Akif oğlu

    Alızadə Sevinc Əsgərxan qızı

    Aslanov Novruzəli Davud oğlu

    Aşina Məsud

    İbrahimov Mənsum İsrafil oğlu

    İsgəndərov Anar Camal oğlu

    Qasımov Balakişi Ələkbər oğlu

    Novruzov Cahangir Mütəllib oğlu

    Ramaldanov Şair Ramaldan oğlu

    Səfərəliyeva Rəna Teymur qızı

    Zəkiyev İlham Əzizağa oğlu.

  • В Азербайджане создан Фонд поддержки раненых при защите территориальной целостности страны и семей шехидов

    8 декабря Президент Азербайджана Ильхам Алиев подписал указ о создании Фонда поддержки военнослужащих, получивших ранения при защите территориальной целостности АР, а также семей шехидов (Фонд YAŞAT).

    Текст документа опубликован АЗЕРТАДЖ.

  • İlham Əliyev Vətən müharibəsinin qazilərinə və şəhid ailələrinə dəstək fondu yaratdı – FƏRMAN

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalayıb.

    AZƏRTAC xəbər verir ki, Fond aşağıdakı şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılır:

    • Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə;

    • İşğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə;

    Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

    Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir.

    Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.

    Fərmana əsasən Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası təsdiq edilir.

    Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

    Dövlət başçısının imzaladığı Sərəncama əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun Himayəçilik Şurasının tərkibi təsdiq edilir.

  • Bakıda mənzildən meyit tapılıb

    Bakıda mənzildən kişi meyiti tapılıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Bakiyev Viktor Vasilyeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • В Баку арестован мужчина, ударивший топором сына и невестку

    В Сабунчинском районном суде рассмотрено представление прокуратуры об избрании меры пресечения в виде заключения под стражу в отношении Мехди Исмаилова, обвиняемого в покушении на убийство сына и невестки, передает АПА.

    Оно было удовлетворено судьей Сулейманом Агаевым. В отношении М.Исмаилова избрана мера пресечения в виде ареста сроком на три месяца.

    Инцидент произошел 5 декабря. Мужчина на почве конфликта ударил топором своего сына Рашада Исмаилова и его жену Джамилю Бабаеву.

    По данному факту возбуждено уголовное дело по статье 29, 120.2.7 (покушение на убийство двух и более лиц) УК АР.

  • Bakıda oğlunu və gəlinini baltalayan şəxs barəsində həbs qətimkan tədbiri seçildi

    Bakıda oğlunu və gəlinini öldürməyə cəhddə təqsirləndirilən Mehdi İsmayılovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

    APA-nın xəbərinə görə, Sabunçu Rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

    Qərara əsasən, M.İsmayılovun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, dekabrın 5-də Sabunçu rayonu ərazisində Rəşad İsmayılov və Cəmalə Babayevaya balta zərbələri vurularaq xəsarətlər yetirilməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Aparılmış araşdırmalarla Mehdi İsmayılovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı oğlu Rəşad İsmayılovu və gəlini Cəmalə Babayevanı balta zərbələri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Mehdi İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.