Month: December 2020

  • Norveçdə torpaq sürüşməsi, 12 nəfər itkin düşüb

    Norveçin paytaxtı Oslo şəhərinin şimal-şərqindəki Rumerike bölgəsində güclü torpaq sürüşməsi baş verib.

    “Report”un məlumatına görə, bu barədə “NRK” televiziya və radio şirkəti xəbər yayıb.

    Qeyd olunub ki, bölgədən 1,5 milyon nəfər təxliyə edilib, 12 nəfərin taleyi barədə məlumat yoxdur.

    Artıq hadisə yerinə Norveç Krallığının Baş naziri Erna Solberq gəlib. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində zərər çəkən və evsiz qalan hər kəsə yardım ediləcək.

  • ANAMA və DİN əhaliyə xəbərdarlıq edib

    Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Daxili İşlər Nazirliyi ölkə əhalisinə xəbərdarlıq edib.

    ANAMA-dan “Report”a verilən məlumata görə, müraciətdə sakinlərə naməlum və şübhəli əşyalara toxunmamaları, xüsusilə uşaqları tanımadıqları əşyalara əl vurmamaları və dərhal aidiyyəti üzrə 102 Xidməti – Zəng Mərkəzinə məlumat vermələri bildirilib.

    Həmçinin vurğulanıb ki, işğaldan azad edilmiş və müharibə zamanı düşmən atəşinə məruz qalmış ərazilərin minalarla, partlamamış hərbi sursatla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirkləndiyi nəzərə alınaraq, təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətə qədər vətəndaşların bu ərazilərə daxil olmaları müvəqqəti olaraq qəti şəkildə qadağandır.

    Vətəndaşların bu ərazilərə səfər etməkdən çəkinmələri artıq dərəcədə xahiş olunur.

  • Rusiyadan SON DƏQİQƏ Qarabağ AÇIQLAMASI: 317 ERMƏNİ…

    Dağlıq Qarabağla bağlı 30 dekabr tarixinə olan son statistika açıqlanıb.

    Median.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bütün təmas xəttində atəşkəsə əməl edilib.

    Qaynar xəttə gün ərzində 551 zəng daxil olub.

    Bu gün 317, ümumilikdə 46 713 nəfərdən Ermənistandan Qarabağa qaytarılıb.

    Rus həkimləri 129-u uşaq olmaqla 1 016 səxsə tibbi yardım göstəriblər.

    Ümumilikdə 368,3 hektar ərazi, 145 km yol, 615 yaşayış binası, o cümlədən 20 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib. 15 463 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.//azsabah.com

  • SON DƏQİQƏ! Azərbaycanda yeni qərar: 1 aprel 2021-ci il tarixinədək uzadıldı

    Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dövlət tərəfindən dəstəklənməsi tədbirlərinin davam etdirilməsi nəzərə alınmaqla, Azərbaycan Mərkəzi Bankın (AMB) requlyativ siyasətinin iqtisadiyyatın dəstəklənməsi üzrə hökumət siyasəti ilə sinxronlaşdırılması məqsədilə, kredit təşkilatlarının tənzimləmə yükünün azaldılması və maliyyə xidmətlərinin istehlakçılarının hüquqlarının qorunması istiqamətində 30 dekabr 2020-ci il tarixinədək qəbul edilmiş qərarların və tövsiyələrin tətbiqi müddətinin 1 aprel 2021-ci il tarixinədək uzadılması məqsədəuyğun hesab edilib.

    Median.Az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilib.

    “Belə ki, dövlətin dəstək mexanizmləri ilə əhatə olunan və restrukturizasiya olunmuş kreditlərlə, habelə kapital adekvatlığı əmsalının minimum həddi, əməliyyat və bazar risklərinin kapitalda nəzərə alınması və kontr-tsiklik kapital buferi ilə əlaqədar güzəştlərin tətbiqi müddətinin aprelin 1-dək uzadılması, eyni zamanda, cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamasına, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı məlumatların kredit bürosuna xüsusi qeydlə təqdim olunmasına dair kredit təşkilatlarına verilmiş tövsiyələrin həmin tarixədək qüvvədə saxlanılması nəzərdə tutulur.

    Pandemiya dövründə nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və iqtisadi subyektlərin bu xidmətlər üzrə xərclərinin azaldılması məqsədilə Mərkəzi Bankın banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqlarının, habelə sahibkarların ödəniş kartları üzrə ekvayer tariflərinin 50 % aşağı salınması qərarı aprelin 1-dək uzadılıb.

    Həmçinin, qiymətli kağızlar bazarı iştirakçılarına verilmiş requlyativ güzəştlərin müddətləri, eyni zamanda, qiymətli kağızlar bazarında bağlanan əqdlər üzrə tariflərin, habelə Bakı Fond Birjasında listinqə daxil olması tariflərinin tətbiqinin aprelin 1-dək təxirə salınması qərara alınıb”, – məlumatda deyilir.

    AMB hesab edir ki, pandemiyanın yenidən genişlənməsi ilə əlaqədar karantin tədbirlərinin və bəzi iqtisadi fəaliyyət sahələrində məhdudiyyətlərin yenidən tətbiq edilməsi fonunda müşahidə edilən biznes və ev təsərrüfatlarının iqtisadi aktivliyinin və gəlirlərinin aşağı düşmәsi təbii ki, maliyyə sektoruna təsirsiz qalmır.

    Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli 1 950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 24.04.2020-ci il tarixli, 16 saylı qərarı ilə maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər paketi təsdiq edilmiş və “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası” qəbul olunub.

    Bu ilin sentyabr ayında Mərkəzi Bankın yayımladığı açıqlamada məlumat verildiyi kimi, Tədbirlər paketi ilə müəyyən edilmiş ilkin müddət keçdikdən sonra, pandemiya şəraitinin davam etməsi nəzərə alınaraq müvafiq qərar və tövsiyələrin böyük əksəriyyətinin tətbiqi müddəti Mərkəzi Bankının İdarə Heyətinin 30.09.2020-ci il tarixli, 45 saylı qərarı ilə 1 yanvar 2021-ci il tarixinədək uzadılmışdır. Bununla, fiziki şəxslərin və pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi, habelə bank sektoru üzrə requlyativ çərçivənin modifikasiyası tədbirləri çərçivəsində 1 yanvar 2021-ci il tarixinədək kreditlərin təsnifləşdirilməsi üzrə requlyativ tələblər yumşaldılmış və dividend ödənişləri məhdudlaşdırılmış, kreditlərin təsnifləşdirilməsi üzrə güzəştlər faizləri subsidiyalaşdırılan sahibkarlıq kreditlərinə və dövlət fondlarının vəsaiti hesabına verilmiş kreditlərin restrukturizasiyasına şamil edilmişdir. Bununla yanaşı, kredit təşkilatlarına 1 yanvar 2021-ci il tarixinədək əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, həmçinin borcalanlar üzrə neqativ kredit tarixçəsi barədə məlumatların kredit bürosuna xüsusi qeydlə təqdim olunması tövsiyə edilib.//oxu24.com 

  • Azərbaycan Prezidenti xorvatiyalı həmkarına başsağlığı verib

    Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə başsağlığı məktubu ünvanlayıb.

    “Report”un məlumatına görə, məktubda deyilir:

    “Hörmətli cənab Prezident.

    Ölkənizdə baş vermiş zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

    Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Xorvatiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

  • Bayram Kərimovun anası: “Prezident balamı qurtarıb mənə verdi”

    “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm. Çox sağ olsunlar ki, mənim balamı əsirlikdən qurtarıb mənə verdilər”

    “Report”un məlumatına görə, bunu Vətən müharibəsi zamanı yaralanaraq əsir düşən və danışıqlardan sonra ölkəyə qaytarılan Gəncə şəhər sakini, əsgər Bayram Kərimovun anası Zülfiyyə Kərimova bildirib.

    “Bütün dualarım qəbul olundu. Çox sevincliyəm, hamıya təşəkkür edirəm. Həkimlər sağolsunlar oğlumun sağlamlığına diqqətlə yanaşıb, ayağa qaldırıblar”.

    Qeyd edək ki, Vətən müharibəsi zamanı yaralanaraq əsir düşən və danışıqlardan sonra ölkəyə qaytarılan Gəncə şəhər sakini, əsgər Bayram Kərimov bu gün evə buraxılıb.

  • Əsirlikdən azad olunan Bayram Kərimov evinə dönüb – FOTO

    Əsirlikdən azad olunan Bayram Kərimov artıq evlərindədir.

    Oxu.az-ın hadisə yerində olan müxbirinin məlumatına görə, ailəsi onun gəlişini sevinclə qarşılayıb.

    B.Kərimovu yaşadığı binanın qarşısına onun ailəsi və yaxınları çıxıb.

    Bayramın gəlişi münasibəti ilə qurban kəsilib.

  • Шехид Анар Гейдаров предан земле в Сумгайыте – ФОТО

    В городе Сумгайыт был похоронен капитан Анар Гейдаров, погибший в ходе Отечественной войны.

    Как сообщает Oxu.Az, в церемонии прощания с шехидом приняли участие его родные, глава Исполнительной Власти города Закир Фараджов, а также жители Сумгайыта.

    Гейдаров был похоронен на Аллее шехидов.

  • 190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatıb

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkəmizdə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin köçürülməsini başa çatdırıb.

    Nazirlikdən verilən məlumata görə, həmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndərilib. SMS-i aldıqdan sonra onlara verilmiş bank kartları vasitəsilə vəsaitlərini müvafiq bankın bankomatlarından əldə edə bilərlər.

    Xatırladaq ki, bu ilin aprel-may aylarında işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı 600 min şəxsə, sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə 3-cü, 4-cü və 5-ci dəfə birdəfəlik ödəmələr verilib. Bu dəfəki ödəniş sayca 6-cıdır.

    Ümumilikdə cari ildə 190 manat birdəfəlik ödəmələrin verilməsi üçün 450 milyon manat vəsait sərf olunub.

  • Təhsil Nazirliyinin əməkdaşları İsmayıllı və Oğuzda şəhid olmuş müəllimlərin ailələrini ziyarət ediblər – FOTO

    Bu gün Təhsil Nazirliyi rəhbərliyinin təşəbbüsü ilə Nazirliyin işçiləri İsmayıllı şəhər 3 nömrəli lisey məktəbin tarix müəllimi, şəhid Famil Əhmədzadə və Oğuz rayonu Sincan kənd tam orta məktəbinin təşkilatçısı, şəhid Rəvan Lətifovun ailə üzvlərini ziyarət ediblər.

    Bununla bağlı Nazirliyin əməkdaşı sosial şəbəkədə paylaşım edib.

    “Onlara bir daha təşəkkür borcumuzu ifadə etdik. Hər iki şəhid müəllimimiz könüllü olaraq cəbhəyə yollanıb və qəhrəmancasına həlak olublar”, – deyə paylaşımda qeyd olunub.