Month: December 2020

  • Azərbaycanda daha 36 nəfər koronavirusdan öldü: 1703 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirusa (COVID-19) 1703 yeni yoluxma faktı qeydə alınıb, 4359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 36 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 49103 nəfərə çatıb.

    Ölkədə son sutka ərzində 13300, hazırkı dövrədək isə 2129291 test aparılıb.
    Ümumi ölənlərin sayı 2416 nəfərdir.

    Ümumi yoluxanların sayı 211764 nəfər, ümumi sağalanların sayı 160245 nəfərdir.

  • Новые кадры из Кельбаджарского района, являющегося жемчужиной Карабаха – ВИДЕО

    Министерство обороны Азербайджана опубликовало видеокадры из села Мамедсефи Кельбаджарского района.

  • Qarabağın incisi Kəlbəcərdən yeni görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Məmmədsəfi kəndindən videogörüntülər yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • “Bəzi analar aliment almaqda çətinlik çəkirlər” – AÇIQLAMA

    “Aliment fondunun yaradılması vacib məsələlərdən biridir. Bu gün bəzi analar var ki, aliment almaqda çətinlik çəkirlər”.

    “Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

    “Uzun müddət aliment ala bilməyən analar var ki, təklif edirəm, onların məşğulluq məsələsinə önəm verilməlidir.

    İnanırıq ki, bir gün Aliment fondunun yaradılması məsələsinə də baxılacaq”, – komitə sədri bildirib.

  • Эрдоган заявил, что также считает Путина человеком, который держит свое слово

    Президент Турции Реджеп Тайип Эрдоган считает российского лидера Владимира Путина честным человеком, который держит свое слово.

    Об этом Эрдоган сказал, отвечая на вопросы журналистов после пятничной молитвы.

    “Познакомившись с господином Путиным, я узнал его именно в таком ключе. Он действительно честный человек”, – отметил турецкий лидер.

    Ранее президент России в ходе большой пресс-конференции назвал Эрдогана человеком, “который держит свое слово”, несмотря на то, что их взгляды “на отдельные вопросы могут расходиться”.

  • Ərdoğan: “Putin verdiyi sözə əməl edən dürüst insandır”

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini dürüst və sözünə əməl edən bir insan kimi xarakterizə edib.

    Bu barədə TASS məlumat yayıb.

    “Cənab Putinin bu fikirləri, əslində, onun özünü də ifadə edir. Tanıdıqdan sonra mən də onu eynilə bu cür tanıdım. O, həqiqətən, dürüst insandır”, – deyə R.T.Ərdoğan bildirib.

    Qeyd edək ki, Rusiya lideri ənənəvi illik böyük mətbuat konfransı zamanı Ərdoğanı verdiyi sözü tutan insan kimi tanıdığını bildirmişdi.

  • Dövlət qayğısı göstərilən şəhid ailələrilə bağlı statistika açıqlandı

    “Son bir ayda 4 500 şəhid ailəsi və müharibə əlili dövlətin qayğısı ilə əhatə olunub”.

    “Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

    Nazir bildirib ki, bu il 1 500 mənzil və fərdi ev bu kateqoriyadan olan insanlara təqdim ediləcək:

    “Ümumilikdə isə 9 mindən çox fərdi ev və mənzil bu kateqoriyadan olan insanlara təqdim edilib”.

  • İşçilərdən rüşvət alan qadın məmura cinayət işi açıldı, sənədlər məhkəməyə göndərildi – RƏSMİ

    Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan şəhər Əlillərin Bərpa Mərkəzinin sabiq baş həkimi Abbasova Könül Şahmalı qızının qanunsuz hərəkətləri barədə daxil olmuş material üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Aparılmış istintaqla müəyyən edilib ki, Könül Abbasova Şirvan şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkimi vəzifəsində işlədiyi dövrdə vəzifə səlahiyyətindən sui-istifadə edib ayrı-ayrı vaxtlarda ümumilikdə 10 şəxsdən müxtəlif məbləğlərdə olmaqla cəmi 16 min manat məbləğində pul vəsaitini rüşvət qismində alaraq həmin şəxsləri Mərkəzdə müxtəlif vəzifələrə işə götürüb.

    Həmçinin, Könül Abbasova baş həkim işlədiyi müddət ərzində Şirvan şəhər Əlillərin Bərpa Mərkəzində müxtəlif vəzifələrdə işləmiş 26 nəfər işçidən hədə-qorxu tətbiq etməklə məcburi qaydada onlara müvafiq bayramlarla əlaqədar mükafat qismində təyin edilib ödənilən cəmi 4 min 593 manat məbləğində bayram pullarını xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə rüşvət qismində qanunsuz olaraq tələb edib alıb.

    Bununla yanaşı, Könül Abbasova baş həkim işlədiyi müddət ərzində Mərkəz əməkdaşlarından bir nəfər işçinin dörd aylıq, cəmi 602 manat pulunu da onun bülletenə çıxmasına şərait yaradılmasına görə qanunsuz olaraq rüşvət qismində tələb edib alıb.

    Qeyd edilən qanunsuz hərəkətləri ilə Könül Abbasovanın öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyindən, ona Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq etməklə rüşvət alma) maddələri ilə ittiham elan edilmiş, cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

  • Президент ЛУКОЙЛа поздравил Ильхама Алиева

    Президент нефтяной компании ЛУКОЙЛ Вагит Алекперов направил поздравительное письмо Президенту Азербайджана Ильхаму Алиеву.

    Об этом сообщает АЗЕРТАДЖ.

    “Уважаемый Ильхам Гейдарович.

    Примите самые теплые и сердечные поздравления по случаю Вашего Дня рождения.

    Ваша деятельность на высшем государственном посту всецело посвящена Азербайджану и его гражданам. Полная самоотдача, высокая требовательность к себе и подчиненным, предвидение перспектив развития страны – все это вызывает признание и уважение коллег в стране и за рубежом.

    Мы высоко ценим Ваш личный вклад в развитие и расширение деловых контактов, укрепление дружественных взаимоотношений между нашими народами, развитие торгово-экономических связей между Азербайджанской Республикой и Российской Федерацией.

    Пользуясь случаем, хотел бы искренне поблагодарить Вас за личное участие и внимание к нашей деятельности в Азербайджане. Хотел бы заверить, что мы будем и впредь четко выполнять взятые перед Азербайджанской Республикой обязательства.

    Позвольте от всей души пожелать Вам, уважаемый Ильхам Гейдарович, Вашим родным и близким неиссякаемой энергии, больших успехов в работе, крепкого здоровья, счастья и благополучия”, – говорится в поздравлении.

  • Vahid Ələkbərov İlham Əliyevi təbrik etdi

    “LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

    Hörmətli İlham Heydər oğlu.

    Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

    Sizin ali dövləti vəzifədə fəaliyyətiniz bütünlüklə Azərbaycana və onun vətəndaşlarına həsr olunub. Yorulmaz fədakarlıq, özünə və tabeliyində olanlara qarşı yüksək tələbkarlıq, ölkənin inkişaf perspektivlərini qabaqcadan görmək – bütün bu keyfiyyətlər Sizə ölkədə və xaricdə dərin hörmət və nüfuz qazandırır.

    Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında işgüzar əlaqələrin inkişafına və genişlənməsinə, qarşılıqlı dostluq münasibətlərinin möhkəmlənməsinə, ticari-iqtisadi əlaqələrin inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk.

    Bu xoş fürsətdən istifadə edərək, Azərbaycanda bizim fəaliyyətimizə göstərdiyiniz diqqətə görə Sizə səmimi-qəlbdən təşəkkür etmək istərdim. Sizi əmin etmək istərdim ki, biz Azərbaycan Respublikası qarşısında götürdüyümüz öhdəlikləri bundan sonra da dəqiq yerinə yetirəcəyik.

    Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən tükənməz enerji, işlərinizdə böyük uğurlar, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirəm.

    Hörmətlə,

    Vahid Ələkbərov

    “LUKoyl” neft şirkətinin prezidenti”