Month: December 2020

  • Xarici universitetlərin diplomlarının tanınmasına görə ödəniləcək məbləğ müəyyənləşdi – SİYAHI

    Baş nazir Əli Əsədov “Xarici dövlətlərin xarici təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nin təsdiq edilməsi barədə qərar imzalayıb.

    Qərara əsasən, xarici dövlətlərin xarici ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizanın keçirilməsi üzrə bir xidmətin haqqı 250 manat məbləğində, xarici dövlətlərin xarici təhsilə aid kvalifikasiyalarının tanınması haqqında şəhadətnamənin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsi üçün xidmətin haqqı 20 manat məbləğində müəyyən edilib.

  • Bir qrup hərbçi “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncəma əsasən təltif olunan hərbçilərin siyahısı ilə bu linkdə tanış ola bilərsiniz.

  • Peşə təhsili diplomunun tanınması üzrə xidmət haqları məlum oldu – SİYAHI

    Nazirlər Kabineti “Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”ni təsdiq edib.

    Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği aşağıdakı kimidir:

  • Müəllimlərin işə qəbulu üzrə onlayn müsahibələr bitdi

    Müəllimlərin işə qəbulu müsabiqəsinin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan vakansiyalara işə qəbul olunmuş şəxslər üçün həyata keçirilən onlayn müsahibələr başa çatıb.

    Təhsil Nazirliyindən verilən məlumata görə, 14-24 dekabr tarixlərini əhatə edən müsahibələrdə 2 209 namizəd iştirak etmək hüququ qazanıb.

    “Microsoft Teams” proqramı üzərindən onlayn formatda təşkil olunan müsahibələrdə ümumilikdə 2 196 namizəd iştirak edib. Hərbi xidmətdə olduğu üçün onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslər üçün növbəti müsahibələrdə yenidən müraciət etmək imkanı yaradılması nəzərdə tutulub.

    Qeyd edək ki, müsahibələrin nəticələri ilə bağlı məlumatlar tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

  • Serbiyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

    Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

    Məktubda deyilir:

    “Zati-aliləri.

    Doğum gününüz münasibətilə Sizi təbrik edir, möhkəm cansağlığı, Azərbaycan Respublikasının bundan sonra da inkişafı istiqamətində fəaliyyətinizdə uğurlar diləyirəm.

    Müxtəlif məsələlər üzrə fikir və ideyalarımızı açıq mübadilə imkanı kimi qiymətləndirdiyim əvvəlki görüşlərimizi məmnunluq hissi ilə xatırlayıram. Ümid edirəm ki, qarşıdakı illərdə də ölkələrimiz arasındakı əhəmiyyətli münasibətləri inkişaf etdirməyə səy göstərəcəyik.

    Serbiya-Azərbaycan münasibətlərinin qarşılıqlı hörmət və etimad ruhunda inkişafına verdiyiniz töhfəni yüksək qiymətləndirir, Kosovo və Metoxiya məsələsində Azərbaycanın prinsipial mövqeyinə, həmçinin beynəlxalq təşkilatlarda Serbiyaya göstərilən dəstəyə görə Sizə xüsusi minnətdarlığımı bildirirəm. Eyni zamanda, bu xoş fürsətdən istifadə edərək Serbiyanın BMT-yə üzv ölkələrin ərazi bütövlüyü və suverenliyinə prinsipial sadiqliyini vurğulayıram.

    Hər zaman səmimi dostların əhatəsində olmağınızı, fədakar əməyinizin nəticələrinin gələcək nəsillər tərəfindən minnətdarlıqla qarşılanmasını arzu edir, bir daha Sizə dərin ehtiramımı bildirirəm”.

  • Azərbaycanda zəlzələ olub

    Dekabrın 25-də Xınalıq seysmoloji stansiyasından 16 kilometr cənubda – İsmayıllı rayonunda maqnitudası 3.1 olan zəlzələ baş verib.

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:14-də qeydə alınıb.

    Ocağı 31 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

  • Hikmət Hacıyev mərkəzi icra hakimiyyəti orqanlarında ictimai şuraların yaradılması ilə bağlı görüş keçirdi

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev mərkəzi icra hakimiyyəti orqanlarında ictimai nəzarətin həyata keçirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, mövcud hüquqi bazanın təkmilləşdirilməsi məsələləri ilə bağlı həmin qurumların rəhbər şəxsləri ilə görüş keçirib.

    AZƏRTAC xəbər verir ki, H.Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinin vacibliyini vurğuladığını, müxtəlif sahələrdə mövcud olan problemlərin araşdırılmasında və onların həlli yollarına dair təkliflər hazırlanmasında vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakı ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verdiyini diqqətə çatdırıb.

    Prezidentin köməkçisi 2013-cü ildə ölkəmizdə ictimai nəzarət mexanizminin hüquqi bazasının yaradıldığını, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edildiyini, qanuna əsasən mərkəzi və yerli icra hakimiyyəti, habelə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarəti təşkil etmək üçün həmin qurumların nəzdində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının seçkili nümayəndələrindən ibarət ictimai şuraların yaradılması mexanizminin təsbit edildiyini vurğulayıb. O, sözügedən qanunun qəbul edilməsindən 7 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də onun tətbiqində ciddi problemlərin qaldığını, bir sıra mərkəzi icra hakimiyyəti orqanlarında ictimai şuraların yaradılmadığını, mövcud olan əksər şuraların isə yaradılmasında və fəaliyyətində kifayət qədər nöqsanlara yol verildiyini bildirib.

    Daha sonra mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri çıxış edərək ictimai şuraların yaradılması və fəaliyyəti zamanı üzləşdikləri problemləri diqqətə çatdırıblar. Onlar bəzi hallarda ictimai şuralara seçilən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin öz funksiyalarını, hüquq və vəzifələrini bilmədiklərini, habelə aidiyyəti sahə üzrə məlumatsız olduqlarını vurğulayıblar.

    Görüşdə mərkəzi icra hakimiyyəti orqanlarının ictimai şuraları yaradarkən diqqət yetirməli olduqları əsas məqamlar barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

    Sonda Hikmət Hacıyev çıxış edərək, qısa müddət ərzində ictimai şuraların yaradılması prosesinə başlanılması, qanunvericiliyin bütün tələblərinə əməl edilməklə şəffaf və obyektiv seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb. O, ictimai şuralarda müstəqil və təcrübəli şəxslərin təmsil olunmasına üstünlük verilməsinin, yerli qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığın təmin edilməsinin, ictimai şuraların fəaliyyəti ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsinin, müvafiq təlim proqramlarının təşkil edilməsinin, ictimai şuraların iclaslarının mütəmadi keçirilməsinin, şuraların işində şəffaflığın təmin edilməsinin vacibliyini diqqətə çatdırıb.

  • “Azəriqaz”dan borclu vətəndaşlara daha bir XƏBƏRDARLIQ

    “Dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan məcburi köçkün ailələrinin 9 560 769 manat, eləcə də, yeni salınmış qəsəbələrdə inşa edilmiş çoxmərtəbəli yaşayış komplekslərinin qazanxanalarında istehlak olunan təbii qazın dəyərinin ödənilməməsi səbəbindən 10 obyekt üzrə 1 164 708,86 manat borcun yığıldığına dair açıqlama yayıb.

    Bir daha qeyd edirik ki, borcların qanuna müvafiq şəkildə ödənilməməsi, eyni zamanda qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktlarının təsdiq olunmaması Birliyin maliyyə dayanıqlığını sarsıdır və iqtisadi göstəricilərinə mənfi təsir edir”.

    Bu barədə qurumun növbəti açıqlamasında bildirilir.

    “Bunu nəzərə alaraq, istehlak olunan təbii qazın dəyərini ödəməyən Abşeron, Sabunçu, Qəbələ rayonlarındakı qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binalarının qazanxanalarının, eləcə də, Şirvan şəhərində məcburi köçkünlərin yaşayış məhəlləsinin qazanxanasının qaz təminatının 25.12.2020-ci il tarixindən dayandırılması barədə xəbərdarlıq da olunmuşdu.

    Bu xəbərdarlıqda vurğulanırdı ki, Xəzər, Binəqədi, Yasamal, Qaradağ və Nərimanov rayonlarında kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan məcburi köçkün ailələrinin də qaz təchizatının mərhələli şəkildə dayandırılması gözlənilir.

    Bu gün bu prosesin icrasına başlayan “Azəriqaz”ın Bakı Regional Qaz İstismarı Departamenti və Salyan Regional qaz istismarı İdarəsinin əməkdaşları müqavimətlə qarşılaşıb. Məcburi köçkünlər qaz təchizatının dayandırılmasına etiraz ediblər.

    Sabunçu rayonunun Məhəmmədi kəndi ərazisindəki qazanxananın qaz təchizatının dayandırılmasına dair vurulan plombları isə Birliyin işçiləri ərazidən ayrılan kimi qırıblar. Şirvan rayonundakı yaşayış məhəlləsindəki qazanxanaya isə yaxınlaşmaq mümkün olmayıb, ciddi müqavimət göstərilib. Bəzi ərazilərdə isə qısa müddətə möhlət istənilib.

    Məlumatda deyilir ki, 8 722 məcburi köçkün ailəsinin kompakt məskunlaşdığı 1439 obyekt, eləcə də yeni salınan qəsəbələrdəki çoxmərtəbəli binalar üzrə 10 obyektin qazanxanasının borcu olmasına baxmayaraq gün ərzində yalnız Qəbələ rayonundakı yaşayış binasının qazanxanasının qaz təminatının dayandırılması mümkün olub.

    Xatırladırıq ki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarının tələblərinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş təbii qazın dəyəri qaz sayğacının göstəricisinə uyğun olaraq qaz paylayıcısına vaxtında ödənilməlidir”, – deyə qurum bəyan edib.

  • Xəzər dənizinə çirkab suları axıdan müəssisələr yarım milyon manat cərimələndi – RƏSMİ

    “Bu il ərzində Xəzər dənizinə çirkab suları axıdan müəssisələr 500 min manat məbləğində cərimə edilib”.

    Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu ETSN-nin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

    Onun sözlərinə görə, bu dövrdə 105 müəssisəyə məcburi göstəriş verilib ki, su təmizləyici qurğularını qursunlar:

    “Dəfələrlə xəbərdarlıq edilən, lakin iş görməyın 12 müəssisənin bağlanılması ilə bağlı məhkəmə orqanları qarşısında iddia qaldırılıb. Bu il ərzində Xəzər dənizinə və Kür çayına çirkab suları axıdılan müəssisələrlə bağlı 354 akt, 144 protokol tərtib edilib”.

  • В Азербайджане выявлены 1 703 новых случая инфицирования коронавирусом, скончались 36 человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 1 703 новых случая инфицирования коронавирусом, еще 4 359 человек вылечились и были выписаны домой.

    Об этом 25 декабря сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще 36 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 211 764 человека, 2 416 из них скончались, 160 245 – вылечились, 49 103 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведен 2 129 291 тест (за последние 24 часа – 13 300) на COVID-19.