Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Qanuna əsasən, Şamaxı rayonunun Saqiyan kənd inzibati ərazi dairəsi tərkibindəki Saqiyan kəndi Günəşli kəndi adlandırılıb və Saqiyan kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi hesab edilib.
Month: December 2020
-
İlham Əliyev Saqiyan kəndinin adının dəyişdirilməsi ilə bağlı qanunu təsdiqlədi
-
Özünü prokurorluq əməkdaşı kimi qələmə verərək dələduzluq edən şəxs həbs olundu
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş Qəhrəmanov Pərvin İftixar oğlunun qanunsuz hərəkətləri barədə müraciət əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Prokurorluqdan verilən məlumata görə, aparılmış ilkin istintaqla Qəhrəmanov Pərvin İftixar oğlunun özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikasının Baş Prokurorluğunun yüksək vəzifəli əməkdaşı kimi təqdim edib vətəndaşa Dövlət Neft Şirkətində mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib. Sonuncuya məxsus beş min manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.Qeyd edilən qanunsuz hərəkətləri ilə Pərvin Qəhrəmanov prokurorluq orqanı əməkdaşının cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyib.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Pərvin Qəhrəmanov Cinayət Məcəlləsinin 178.1 (dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda törədilmiş cinayətin təfərrütının, eləcə də hər hansı digər şəxslərin cinayətdə iştirakının müəyyən edilməsi istiqamətində tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla fiziki şəxsin pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər davam etdirilir.
-
Kartdakı qalıq subsidiyadan növbəti ildə də istifadə edə biləcəksiniz
Fermerlər 2020-ci ildə ödənilmiş subsidiya vəsaitlərinin “Fermer Kartı”nda qalmış hissəsindən gələn il də istifadə edə biləcəklər.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən verilən məlumatda bildirilir ki, fermerlərin kartdakı qalıq vəsaitdən gələn il istifadə edə bilməsi üçün “Fermer kartı” aktiv olmalıdır.Əgər fermer öz adına açılmış “Fermer Kartı”nı bankdan götürüb və aktivləşdiribsə, kartda qalmış vəsaitdən gələn il də istifadə edə biləcək. Fermer kartı bankdan götürməyibsə, yaxud da götürüb, aktivləşdirməyibsə, kartdakı vəsait silinəcək. Bu səbəbdən AKİA fermerlərə müraciət edərək adlarına açılmış “Fermer kartı”nı bankdan götürərək aktivləşdirməyə çağırır.
Qeyd edilib ki, 2020-ci ilin yanvarından etibarən fermerlər subsidiya üçün müraciəti Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən onlayn qaydada edir və subsidiyalar onların “Fermer Kartı”na köçürülür. Yeni qaydaya görə, fermerlərə ödənilən əkin subsidiyasının yalnız 25 faizi nağdlaşdırıla bilir, qalan 75 faizindən isə fermer təchizatçılara verilmiş POS-terminallar vasitəsilə ödəniş edərək, əkin üçün lazım olan toxum, ting, gübrə və pestisidlər alırlar.
-
На территории бывшего блокпоста врага в освобожденном Суговушане обнаружен снаряд с белым фосфором – ФОТО
Артиллерийский 122-миллиметровый снаряд Д-4 (П-4), начиненный белым фосфором, обнаружен на территории бывшего военного блокпоста противника в освобожденном селе Суговушан Тертерского района.
Об этом говорится в аккаунте Национального агентства по разминированию территорий Азербайджана (ANAMA) в Twitter.
“Это очередное доказательство того, что враг применял против АР запрещенные международными конвенциями боеприпасы”, – отмечается в публикации.
Suqovuşanda keçmiş erməni postundan ağ fosfor bombaları aşkar olundu – FOTO
Suqovuşanda keçmiş düşmən postu ərazisində istifadəsi qadağan olan ağ fosfor tərkibli top mərmiləri aşkar olunub.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) verilən məlumata görə, dekabrın 25-də Tərtər rayonu, İşğaldan azad olunmuş Suqovuşan kəndində keçmiş düşmən postu ərazisində aşkar olunmuş 122 mm D-4 (P-4) Ağ fosfor tərkibli, istifadəsi Beynəlxalq hüquq normalarına zidd olan top mərmiləri aşkar olunub.Население Азербайджана предупредили в связи с защитными масками – ВИДЕО
Государственная служба по антимонопольной политике и надзору за потребительским рынком Азербайджана обратилась к гражданам с призывом быть внимательными при выборе защитной маски, сообщили в службе.
Было отмечено, что все типы продаваемых в стране масок (местного производства и импортируемых) должны соответствовать требованиям стандартов AZS 884:2020 (EN 14683:2014) и AZS 885:2020 (149:2001+А1:2009).Госслужба рекомендует потребителям при покупке этих защитных средств запрашивать у продавца информацию об их происхождении и соответствующие сертификаты, подтверждающие безопасность.
Граждане также могут обратиться в госслужбу, если столкнутся со случаями продажи несертифицированных защитных масок неизвестного происхождения.
Əhaliyə qoruyucu maskalarla bağlı xəbərdarlıq edildi – VİDEO
Əhaliyə qoruyucu maska seçərkən diqqətli olmaları tövsiyə edilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumatda bildirilir ki, koronavirus pandemiyasına qarşı mübarizədə qoruyucu maskaların düzgün seçilməsi vacibdir.Belə ki, standartların tələblərinə görə birdəfəlik tibbi maskalar, burun və ağız boşluğunu əhatə edən və yoluxucu xəstəliklərin birbaşa ötürülməsi riskini minimuma endirmək üçün maneə yaradan vasitə olmalıdır. Qoruyucu maskaların tibbi və respirator növləri mövcuddur. Pandemiya dövründə əhali tərəfindən daha çox tibbi maskalardan istifadə olunur.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən 2020-ci ildə Avropa standartları əsasında tibbi maskalara dair əsas tələbləri müəyyən edən iki dövlət standartı qəbul edilib. Ölkədə satışa çıxarılan bütün növ maskalar bu standartların tələblərinə uyğun olmalıdır. Bu məqsədlə məhsulun standartların tələblərinə uyğunluğuna akkreditasiya olunmuş qurumlar tərəfindən zəmanət verilir və istehlak bazarına təhlükəsizlik normalarına cavab verən mallar buraxılır.
Standartların tələblərinə görə tibbi maskaların əsas xüsusiyyətləri onun bakterial filtrasiya effektivliyi, maskanın hava keçiriciliyi və mikrobioloji təmizliyidir. Maska istifadəçinin burun, ağız və çənəsinə eləcə də üzün yan tərəflərinə sıx oturmasını təmin edən qoruyucu vasitələrə malik olmalı, istifadə zamanı filtr təbəqəsi ayrılmamalı, dağılmamalı, ilməsi qırılmamalıdır.
İstehlakçılara tövsiyə edilib ki, qoruyucu maskalar alarkən satıcıdan onun mənşəyi barədə məlumatları və təhlükəsizliyini təsdiq edən müvafiq sertifikatları tələb etsinlər. İstehlakçılar mənşəyi məlum olmayan, sertifikatlaşdırılmayan qoruyucu maskaların satışı ilə qarşılaşdıqda Dövlət Xidmətinə müraciət edə bilərlər. Hazırda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bu istiqamətdə aparılan monitorinqlər və nəzarət tədbirləri gücləndirilib.
Standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən qoruyucu maskaların dövriyyəsi ilə məşğul olan sahibkarlıq subyektləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinə əsasən bu tələblərə cavab verməyən malların satışını həyata keçirən vəzifəli şəxslərə qarşı 1500 manatdan 2000 manatadək, hüquqi şəxslərə isə 4000 manatdan 6000 manatadək cərimə tətbiq olunur.
Россия отправила в Азербайджан девять вагонов гуманитарной помощи – ВИДЕО
Министерство по чрезвычайным ситуациям (МЧС) Азербайджана 24 декабря приняло очередную колонну с гуманитарной помощью, отправленную Министерством РФ по делам гражданской обороны, чрезвычайным ситуациям и ликвидации последствий стихийных бедствий, на Бардинской железнодорожной станции. Девять вагонов гуманитарного груза состоят в основном из строительных материалов, технического и бытового оборудования.
Об этом сообщает МЧС Азербайджана.Отметим, что в целом до 24 декабря МЧС России в Азербайджан с гуманитарной помощью было отправлено 54 вагона и 25 грузовых автомобилей.
Доставленная помощь предназначена для работ по ремонту и восстановлению имущества мирных жителей населенных пунктов, расположенных вне зоны боевых действий, пострадавших в результате попадания вражеских снарядов и ракетных обстрелов в период Отечественной войны.

