Month: December 2020

  • Brüsseldə Qarabağla bağlı layihə: Ədalətsiz qərar dəyişdirildi

    Belçikanın paytaxtı Brüsselin İxelles bələdiyyəsi Dağlıq Qarabağla bağlı qərar layihəsi hazırlayıb.

    Bu barədə Diasporla İş Üzrə Dövlət komitəsi məlumat yayıb.

    Brüsseldə yaşayan Azərbaycan icmasından bildirilib ki, qərar layihəsinin ilkin versiyasında ölkəmizə qarşı qərəzli mövqe ifadə olunub.

    İcma üzvlərinin İxelles bələdiyyə rəhbərliyinə ünvanladığı müraciət, eləcə də, keçirilən görüşlər nəticəsində ədalətli yanaşma təmin edilib və qərarın mətninin dəyişdirilməsinə nail olunub.

    Xatırladaq ki, Brüsselin 19 bələdiyyəsindən biri olan İxelles bələdiyyəsi paytaxtın mərkəzi hissəsində yerləşir.

    90 min nəfərə yaxın əhalisi olan bu ərazidə 170-dən çox xarici ölkənin vətəndaşı məskunlaşıb.

  • Pandemiyanın baş alıb getdiyi Avropa ölkəsi xizək mövsümünü açır

    Avstriyadakı bir çox xizək mərkəzləri bu gündən qış mövsümünü açır.

    Dw.com xəbər verir ki, xüsusilə 14 yaşdan yuxarı bütün xizəkçilər liftlərdə və ya növbədə olarkən FFP2 yüksək performanslı maska taxmalıdırlar.

    Bütün kurortlar bu qoruyucu tədbirlə razılaşmır, çünki maskaların taxılmasına nəzarət etmək çətindir, lakin pozuntular aşkar edilərsə şirkət məsuliyyət daşımalıdır.

    7 dekabr – 10 yanvar tarixlərində ölkəyə risk zonalarından gələnlərin hamısına on günlük karantin tətbiq edilməsi tələb olunacaq.

    Qeyd edək ki, ölkədə 344 357 nəfərdə koronavirus aşkarlanıb.

  • Ermənistanın müharibə itkilərinin sayı artır

    Noyabrın 13-dən Qarabağ müharibəsində həlak olmuş 1 059 erməni əsgərinin meyiti aşkar olunub.

    “Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya sülhməramlı kontingentinin mətbuat xidməti bildirib.

    Məlumata görə, Ermənistanın itkin düşmüş daha 537 hərbçisinin axtarışı aparılır.

    Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi Qarabağ müharibəsindəki itkilərinin sayını gizlədir. Nazirlik döyüşlərdə həlak olan erməni hərbçilərinin sayını bu günə kimi açıqlamayıb.

  • Bakıda avtomobil yanıb

    Bakının Binəqədi rayonunda avtomobil yanıb.

    Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, hadisə zamanı “Toyota” markalı minik avtomobilinin yanar hissələri yanıb.

    Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

    Yanğın söndürülüb.

  • Rusiyada terror planlaşdıran 17 yaşlı yeniyetmə saxlanılıb – VİDEO

    Rusiyanın Tambov şəhərində terror aktı planlaşdıran 17 yaşlı yeniyetmə saxlanılıb.

    RT-nin məlumatına görə RF Federal Təhlükəsizlik bürosu bununla bağlı kadrları yayımlayıb.

    Yerli kolleclərin birinin tələbəsi olan yeniyetmə cinayətini “destruktiv submədəniyyət”lərin təsiri altında planlaşdırdığını bildirib.

    Şübhəli əldəqayırma partlayıcı qurğudan istifadə etmək istəyib. O, partlayıcının hazırlanma qaydasını internetdən öyrənib. Yeniyetmənin mənzilində partlayıcı maddələr, komponentlər və təlimatlar tapılıb.

    Faktla bağlı cinayət işi açılıb.

  • Partiyaların maliyyə problemlərinin həllinə dəstək veriləcək

    Milli Məclis komitələrinin birgə iclası keçirilib.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin onlayn formatda keçirilən birgə iclasında “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə” məsələ ikinci oxunuşda müzakirəyə çıxarılıb.

    Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bildirib ki, qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında geniş müzakirə olundu və siyasi partiyalar haqqında fikir və mülahizələr irəli sürüldü.

    Qeyd edib ki, hazırda humanist bir qanun layihəsi bizim müzakirəmizə verilib. Layihəyə görə, 17-1-ci maddəyə edilən dəyişiklik yeni çağırış Milli Məclisə keçirilmiş seçkilərdə mandat qazanaraq parlamentdə təmsil olunan və yeni qeydiyyatdan keçən partiyaların maliyyə problemlərinin həllinə dəstək verəcək. Yeni qanunda vəsaitin verilmə müddəti müəyyən olunur.

    Qeyd olunub ki, bu qanun dövlət büdcəsindən siyasi partiyalar üçün ayrılmış vəsaitin bölüşdürülməsində tam ədalətli yanaşmanı ortaya qoyur.

    Hər iki komitə üzvlərinin və siyasi partiya rəhbərlərinin iştirakı ilə aparılan müzakirələrin yekununda qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.

  • Ağstafanın həbsdə olan sabiq icra başçısının və müavininin məhkəməsi başlayır

    Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    “Report” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiyanın icraatına verilib.

    Qeyd edək ki, DTX-nin yaydığı məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb.

    Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən olunub. Nizaməddin Quliyevin müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

    Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əməkhaqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

    Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarına baxış keçirilən zaman müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.

    Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.

  • Новую мутацию коронавируса нашли еще в одной европейской стране

    Новую мутацию коронавируса, которую обнаружили в Великобритании в декабре этого года, выявили в Швейцарии. Об этом сообщает “РИА Новости”.

    По сведениям властей Швейцарии, вирус был обнаружен у двух граждан Великобритании, находившихся на территории страны.

    Ранее сообщалось, что новый штамм вируса добрался до Германии. По сведениям властей федеральной земли Баден-Вюртемберг, мутировавший коронавирус нашли у женщины, прилетевшей во Франкфурт из Лондона.

    Опасную мутацию коронавируса впервые обнаружили в Великобритании в сентябре. К настоящему времени выявлено порядка тысячи случаев заражения новым штаммом. Мутация была также выявлена у пациентов в Нидерландах, Дании, Австралии и Италии. Британский консультационный совет по новым и возникающим респираторным вирусным угрозам заявил, что данный вариант коронавируса распространяется быстрее.

  • COVID-19-un yeni növü İsveçrəyə də çatdı

    İsveçrədə ilk dəfə koronavirusun Britaniyada aşkarlanmış yeni növünə yoluxma halı qeydə alınıb.

    “RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə İsveçrənin İctimai Səhiyyə Nazirliyinin Federal ofisi məlumat yayıb.

    Bildirilir ki, COVID-19-un yeni növü Böyük Britaniyanın bu ölkədəki iki vətəndaşında aşkarlanıb.

    Qeyd edək ki, Böyük Britaniyada SARS-CoV-2 koronavirusunun yeni mutasiya etmiş növü aşkar edilib.

    Britaniyanın Səhiyyə naziri Mett Xenkok dekabrın 14-də ölkədə virusun yeni növünün aşkar edilməsi haqqında rəsmi məlumat verib.

  • Президент Ильхам Алиев подписал распоряжение о демобилизации военнослужащих

    25 декабря Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о демобилизации военнослужащих, призванных на военную службу по мобилизации.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, военнослужащие, призванные на военную службу в соответствии с распоряжением Президента АР от 28 сентября 2020 года об объявлении частичной мобилизации, должны быть поэтапно демобилизованы в период с 25 декабря 2020-го по 15 апреля 2021 года.

    Министерству обороны и Государственной пограничной службе поручено регулярно информировать Президента АР о выполнении пункта 1 настоящего распоряжения, а Кабинету министров – решить вытекающие из документа вопросы.

    Распоряжение вступает в силу со дня подписания.