Month: December 2020

  • Dövlət başçısı: “Torpaqların sahibləri qayıdıb”

    “Vəhşi düşmən keçib bu torpaqlardan. Dağıdıb ki, heç vaxt Azərbaycan əhalisi bura qayıtmasın. İnşallah hamımız qayıdacağıq. Hər şeyi dağıdıblar.

    Orda artıq Azərbaycan bayrağı ucaldılıb. Hərbi hissələr tikiblər ki, torpaqlarımızı əbədi işğal altında saxlasınlar. Amma rədd elədik onları. Qovduq torpaqlarımızdan. Torpaqların sahibləri qayıdıb”.

    “Report” xəbər verir ki, bu sözləri Zəngilan rayonuna səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

    “Baxın ağacları necə qırıblar! Baxın, vəhşi düşmən neynəyib, bütün ağacları kəsib. Zəngilanın çox zəngin təbiəti var. Unikal meşələri var”, – deyə Ali Baş Komandan əlavə edib.

    Qeyd edək ki, dövlət başçısının videogörüntüsünü Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.

  • Çexiyada koronavirusla əlaqədar maksimal epidemioloji təhlükə səviyyəsi elan edilib

    Çexiyada koronavirusla əlaqədar beşinci – maksimal epidemioloji təhlükə səviyyəsi elan edilib.

    Bu barədə “RİA Novosti” Çexiyanın Səhiyyə naziri Yan Blatnıya istinadən məlumat yayıb.

    Qərara müvafiq olaraq ölkədə yeni qadağalar tətbiq ediləcək. Dekabrın 27-dən etibarən Çexiyada ərzaq mağazaları və apteklər istisna olmaqla digər obyektlər bağlanacaq.

    Bundan əlavə, saat 21:00-dan 05:00-a qədər komendant saatı tətbiq ediləcək.

  • “Caliber”: Xocalı aeroportu və ermənilərin xam xəyalları – VİDEO

    Qarabağ münaqişəsi zamanı Ermənistan bütün dünyaya informasiya müharibəsini necə aparmaq olmaz nümunəsi göstərdi. Erməni kütləvi informasiya vasitələri və “Telegram” kanalları Azərbaycan qoşunları işğaldan azad edilmiş Şuşa şəhərində təmizlik işləri apardığı vaxt “möhtəşəm qələbələri” haqqında yazırdılar. Üçtərəfli bəyanatdan sonra Ermənistanın tamamilə məğlub olduğu üçün öz xalqını aldatmaqdan əl çəkəcəyi gözlənilirdi. Lakin reallıqda tamamilə başqa cür olurdu.

    Son günlər Ermənistan mətbuatı və sosial şəbəkələrin erməni seqmenti rus sülhməramlılarının “Stepanakert aeroportu”nu açacağı barədə xəbərlər yayırlar. Əslində isə onlar Xocalı aeroportunu nəzərdə tuturlar. Həmçinin qeyd olunur ki, guya bu, erməni hərbi qüvvələrinin istəyi ilə Azərbaycanın iştirakı olmadan həyata keçirilir.

    Bu fikirlər “Caliber” “Youtube” kanalının hazırladığı süjetdə yer alıb. Süjetdə erməni yalanlarının üstü açılıb, əslində həqiqətin nədən ibarət olduğu izah edilib.

    Süjeti tam şəkildə buradan izləyə bilərsiniz:

  • İlham Əliyev işğaldan azad edilmiş torpaqlarda bayrağımızı ucaltdı – VİDEO

    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızı ucaldıb.

    Bunu əks etdirən videonu Birinci vitse-prezident Mehriban Əliyeva şəxsi sosial media hesabında paylaşıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Prezident “Azərişığ”ın işğaldan azad edilmiş ərazilərdə gördüyü işlərdən danışıb

    Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə bugünkü səfəri zamanı dağıdılmış kəndlərdən və “Azərişıq” ASC-nin yeni çəkdiyi işıq xəttindən danışıb.

    “Report” xəbər verir ki, Cəbrayıl rayonu ərazisindən keçərək Qubadlıya getdikləri zaman yolların kənarında səlikə ilə basdırılmış elektrik dirəkləri və çəkilmiş xəttlər haqqında müsbət fikir bölüşüb:

    “Yolun sağ və sol tərəfində qoyulmuş dirəklər torpaqlar işğaldan azad olunandan sonra qısa müddətdə qoyulmuşdur”.

    Qeyd edək ki, “Azərişıq” ASC 44 günlük Vətən müharibəsi zamanı oktyabrın 4-də işğaldan azad edilən Cəbrayıl rayonunda olan dövlət əhəmiyyətli obyektlərin daimi və keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək üçün dərhal işlərə başlayıb və artıq noyabrın 19-dan etibarən Cəbrayıl rayonu və Hadrut qəsəbəsi elektrik enerjisi ilə təmin edilib.

  • Prezident: Ermənilər açıq-aşkar oğurluq ediblər

    “Seləli – bura da dağıdılıb. Görün nə günə qoyublar! Mən hələ müharibədən əvvəl deyirdim ki, bizim bütün kəndlərimiz, şəhərlərimiz talan edilib. Ermənilər dam örtüklərini, pəncərə çərçivələrini, hər şeyi aparıblar. Açıq-aşkar oğurluq ediblər. Bizim torpaqlarımızı istismar ediblər”.

    Median.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayonunun Seləli kəndinə səfəri zamanı deyib.

    Dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.

  • Azərbaycan Prezidenti: “Ermənilər bizim evlərimizdə yaşayıblar”

    “Birinci Ağalı kəndi. Bura da dağıdılıb. Amma bəzi evlər qalıb. Ermənilər bizim evlərimizdə yaşayıblar. Daha bəsdir, özümüz yaşayacağıq öz evlərimizdə. Onlar da getsinlər öz vətənlərində yaşasınlar”.

    Median.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan rayonunun Birinci Ağalı kəndinə səfəri zamanı deyib.

    Dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.

  • İlham Əliyev: “Həm peşəkarlıq, həm iradə, milli ruh, qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etdik”

    “Qəhrəman Azərbaycan əsgəri öz gücünü göstərdi bütün dünyaya. İndi mənə məlumat verilir ki, dünyanın aparıcı ölkələrində, ali hərbi məktəblərində bizim döyüş taktikamız öyrənilir”.

    Median.Az xəbər verir ki, bu sözləri Qubadlı rayonuna səfər edən Azərbaycan Prezidenti İlham Əliyev Xanlıq qəsəbəsində olarkən deyib.

    “Bu bir yenilikdir. XXI əsrın müharibəsidir. Həm peşəkarlıq, həm iradə, milli ruh, qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etdik”, – deyə Prezident İlham Əliyev əlavə edib.

    Qeyd edək ki, dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.

  • Dövlət başçısı: Zəngilanı bərpa edəcəyik

    “Zəngilan rayonunun gözəl mənzərəsi! Səfalı məkan! Hamısını bərpa edəcəyik. Bu da Üçüncü Ağalı kəndi. Burda görünür ermənilər yaşayıblar. Amma görün nə gündə! Nə gündə! Mən deyəndə ki, işğal edilmiş torpaqlarda ermənilər səfalət içində yaşayır, budur, bunun sübutu”.

    Median.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan rayonunun Üçüncü Ağalı kəndinə səfəri zamanı deyib.

    Dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.

  • Prezident: “Saxtakarlar, oğrular, yalançılar, vəhşilər bizim torpaqlarımızı 30 ilə yaxın müddət ərzində işğal altında saxlayıb”

    Ermənilərin zəbt elədikləri evlərimiz. İndi Üçüncü Ağalı kəndinin sakinləri yəqin ki, tanıyar bu ev kimindir. Gələsən, başqasının torpağını zəbt edəsən, insanları evsiz, eşiksiz qoyasan, sonra da onların evində yaşayasan, xarabalığa çevirəsən, sonra da deyəsən ki, bu, qədim erməni torpağıdır.

    Saxtakarlar, oğrular, yalançılar, vəhşilər bizim torpaqlarımızı 30 ilə yaxın müddət ərzində işğal altında saxlayıb. Bütün bu videosənədlər hüquqi müstəvidə bizim təzminat davamız üçün əşyayi dəlil kimi olacaq”.

    “Report” xəbər verir bu sözləri Zəngilan rayonuna səfər edən Azərbaycan Prezidenti İlham Əliyev Üçüncü Ağalı kəndində olarkən deyib. Dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.