Month: December 2020

  • Депутат ММ сделал прогноз по курсу маната в 2021 году

    В соответствии с прогнозами, в 2021 году курс маната останется стабильным.

    Как сообщает Report, об этом сказал 24 декабря на заседании Милли Меджлиса председатель парламентского комитета по экономической политике, промышленности и предпринимательству Таир Миркишили.

    По его словам, на восстановление освобожденных от оккупации территорий в расходах госбюджета на будущий год предусмотрены 2,2 млрд манатов.

    “Расходы бюджета, связанные с социальной сферой, увеличены на 38,9%”, – сказал депутат.

  • Növbəti ildə manatın məzənnəsi dəyişəcək? – AÇIQLAMA

    “2021-ci ildə manatın məzənnəsinin sabit qalacağı proqnozlaşdırılır”.

    Report xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

    Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsinin xərclərində işğaldan azad edilən ərazilərin bərpası üçün 2,2 milyard manat vəsait ayrılıb: “Sosial sahə ilə bağlı büdcə xərcləri 38,9 faizə çatdırılıb. Ölkənin müdafiə qabiliyyətinin artırılması da təqdirəlayiq hesab edilib”.

  • İsmayıllıda dəhşətli cinayətin təfərrüatı: Sevgi münasibətində olduğu qızla…

    Dekabrın 20-də İsmayıllı rayonunda 18 yaşlı Fərid Musayevin həmyaşıdı tərəfindən öldürülməsi ilə bağlı detallar məlum olub.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, F.Musayev sevgi münasibətində olduğu qızın Səxavət Məsimli ilə də telefonda danışdığını eşidib.

    İlkin məlumata görə, F. Musayev Sumqayıt şəhərində yaşayan S.Məsimliyə zəng edərək həmin qızla niyə danışdığını soruşub və bunu ona irad kimi bildirib. Səxavət qızla danışmadığını deyəndə Fərid onu söyüb. Bundan sonra gənclər söhbəti aydınlaşdırmaq üçün İsmayıllı rayonunda parkda görüşüblər. Səxavət görüş üçün Sumqayıtdan İsmayıllıya gəlib. Dekabrın 20-də saat 17 radələrində görüş baş tutub, iki saata yaxın söhbət ediblər. Yekunda Səxavət Məsimli qızla heç vaxt danışmadığını bildirib və telefonla danışarkən söydüyü söyüşə görə Fəridin üzr istəməsini tələb edib.

    Fərid Musayev isə üzr istəməyəcəyini bildirib. S.Məsimli istintaqa ifadəsində deyib ki, Fərid ondan üzr istəmədiyi üçün üzərində gətirdiyi bıçaqla onu vuraraq qətlə yetirib.

    S.Məsimli barəsində məhkəmə 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, hazırda Şəki istintaq təcridxanasında saxlanılır.

  • Qəbələdə sakinlərdən silahlar götürüldü

    Qəbələ sakinlərindən müvafiq sənədləri olmayan silahlar götürülüb.

    Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Mirzəbəyli kənd sakinləri – H.Sədullayev, R.İsgəndərov və S.Məmmədovun hərəsindən bir ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
    Həmin şəxslər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

  • Азербайджанская община Нагорного Карабаха: Ильхаму Алиеву нужно присвоить звание “Национальный герой”

    Правление азербайджанской общины Нагорно-Карабахского региона предложило присвоить Президенту Ильхаму Алиеву звание “Национальный герой Азербайджана”.

    Члены правления распространили в связи с этим письмо.

    “За годы своего президентства Ильхам Алиев неустанно трудился на благо народа и для процветания нашей Родины. Под его руководством страна стала одной из самых влиятельных держав не только в регионе, но и в глобальном масштабе.

    Мы желаем, чтобы Президенту Ильхаму Алиеву было присвоено звание Национального героя Азербайджана за его роль в достижении нашей славной Победы, которая привела к восстановлению территориальной целостности Азербайджана, и за его беспрецедентные заслуги в деле прогресса страны.

    Во время 44-дневной Отечественной войны весь мир стал свидетелем силы нашего государства, источником которой стало единство народ – Президент – армия.

    Президент Ильхам Алиев как Верховный главнокомандующий победоносной армией возглавил успешную военную операцию на поле боя. Опытный и искусный дипломат, он, несмотря на международное давление, с честью защищал справедливую позицию азербайджанского народа и, неустанно ведя борьбу на поле информационной войны, решительно разоблачал кампанию лжи и очернительства, развернутую нашими врагами.

    Верховный главнокомандующий – победитель, имя которого золотыми буквами вписано в историю нашей страны, в сердце народа уже стал Национальным героем Азербайджана.

    Мы искренне желаем, чтобы это звание было официально присвоено Президенту”, – говорится в письме.

  • Dağlıq Qarabağın azərbaycanlı icması: “Prezident İlham Əliyevə Milli Qəhrəman adı verilsin”

    Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının idarə heyəti Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi təklifi ilə çıxış edib.

    İdarə heyətinin üzvləri bununla bağlı məktub ünvanlayıblar.

    Məktubda deyilir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi illər ərzində xalqımızın rifahı naminə və vətənimizin tərəqqisi üçün yorulmadan çalışıb. Onun rəhbərliyi altında ölkəmiz nəinki regionda, eləcə də qlobal səviyyədə böyük nüfuza malik dövlətlər sırasına daxil olub.

    Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnmiş şanlı qələbəmizin əldə edilməsindəki roluna və vətənimizin tərəqqisi naminə misilsiz xidmətlərinə görə möhtərəm Prezident cənab İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsini arzu edirik.
    Xalq-Prezident-Ordu birliyindən irəli gələn dövlətimizin gücünə 44 günlük Vətən müharibəsi dövründə bütün dünya şahid oldu.

    Bu dönəm ərzində Prezident cənab İlham Əliyev qalib ordunun müzəffər Ali Baş Komandanı kimi döyüş meydanında uğurlu hərbi əməliyyata rəhbərlik etdi, mahir diplomat kimi Azərbaycan xalqının haqlı mövqeyini beynəlxalq təzyiqlərə rəğmən uğurla müdafiə etdi və informasiya müharibəsində yorulmadan mübarizə aparıb düşmənlərimizin qarayaxma kampaniyalarını qətiyyətlə ifşa etdi.

    Azərbaycan tarixinə adı qızıl hərflərlə yazılmış müzəffər Ali Baş Komandan xalqın qəlbində artıq Azərbaycanın Milli Qəhrəmanına çevrilib. Bu adın cənab Prezidentə rəsmi şəkildə təqdim edilməsini ürəkdən arzu edirik”.

  • Haber Global подготовил сюжет ко дню рождения Ильхама Алиева – ВИДЕО

    Турецкий телеканал Haber Global подготовил сюжет ко дню рождения Президента Азербайджана Ильхама Алиева.


    В нем отмечается, что глава государства благодаря своему дипломатическому искусству по итогам 44-дневной Отечественной войны укрепил свой авторитет на родине и на международной арене.

    Видеосюжет рассказывает о жизненном пути и политической деятельности Ильхама Алиева, а также проводимых им реформах.

  • Zəfərin memarı İlham Əliyev 59 yaşında – VİDEO

    Türkiyənin “Haber Global” telekanalında Azərbaycan Prezidenti İlham Əliyevin doğum gününə həsr olunmuş reportaj yayımlanıb.


    Reportajda qeyd edilib ki, İlham Əliyev təkcə Azərbaycan xalqının deyil, 44 günlük Vətən Müharibəsində apardığı diplomatik siyasəti ilə bütün dünyanın rəğbətini qazanıb.

    Videoda İlham Əliyevin həyatı, diplomatik fəaliyyəti, apardığı islahatlar haqqında məlumat verilib.

    Həmin reportajı təqdim edirik:

  • Сергей Лебедев направил поздравительное письмо Президенту Ильхаму Алиеву

    Председатель Исполкома – исполнительный секретарь СНГ Сергей Лебедев направил поздравительное письмо Президенту Азербайджана Ильхаму Алиеву.

    Об этом сообщает АЗЕРТАДЖ.

    “Глубокоуважаемый Ильхам Гейдарович.

    Примите мои сердечные поздравления по случаю дня Вашего рождения.

    Ваше имя в Азербайджане, странах СНГ и во всем мире прочно ассоциируется с принципиальным, сильным и волевым лидером, ведущим свою страну твердым курсом по пути развития и процветания, обеспечения гражданского мира и согласия.

    Решение стоящих перед Вами ответственных задач требует предельной мобилизации физических и душевных сил, которые вы всецело отдаете делу повышения благосостояния, культурного и духовного обогащения народа Азербайджана.

    Глубоко убежден, что исключительная работоспособность и высокий интеллектуальный потенциал позволят Вам и далее добиваться успехов в многоплановой деятельности во благо Азербайджанской Республики.

    Пользуясь столь приятным случаем, выражаю искреннюю признательность за Вашу последовательную и конструктивную позицию в вопросах развития интеграционных процессов на пространстве Содружества Независимых Государств и неизменную поддержку Исполкома СНГ.

    Желаю Вам, глубокоуважаемый Ильхам Гейдарович, доброго здоровья, благополучия и успешной реализации всех Ваших планов и замыслов”, – говорится в поздравлении.

  • Sergey Lebedev İlham Əliyevə təbrik məktubu ünvanladı

    MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “Möhtərəm İlham Heydər oğlu.

    Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

    Azərbaycanda, MDB məkanında və bütün dünyada Sizin adınız öz ölkəsini inkişaf və tərəqqi, vətəndaş sülhünün və həmrəyliyinin təmin edilməsi yolu ilə qətiyyətlə irəli aparan prinsipial, güclü və iradəli lider sözü ilə tam assosiasiya yaradır.

    Sizin qarşınızda duran məsul məsələlərin həlli fiziki və mənəvi gücün ən yüksək səviyyədə səfərbər olunmasını tələb edir. Siz var gücünüzlə Azərbaycan xalqının rifahının yüksəldilməsi, mədəni və mənəvi baxımdan zənginləşməsi işinə həsr edirsiniz.

    Mən qəti əminəm ki, Sizə xas olan müstəsna iş qabiliyyəti və yüksək intellektual potensial bundan sonra da Azərbaycan Respublikası naminə çoxşaxəli fəaliyyətinizdə uğurlar qazanmağa imkan verəcək.

    Bu xoş fürsətdən istifadə edərək, Sizə Müstəqil Dövlətlər Birliyi məkanında inteqrasiya proseslərinin inkişafı məsələlərində ardıcıl və konstruktiv mövqe tutduğunuza, MDB İcraiyyə Komitəsini daim dəstəklədiyinizə görə səmimi minnətdarlığımı bildirirəm.

    Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq, bütün planlarınızın və niyyətlərinizin uğurla həyata keçməsini arzu edirəm”.