Month: December 2020

  • Hadrutda olan igid əsgərlər danışdı – VİDEO

    44 günlük zəfər tariximizi yazan qəhrəmanlarımıza nə qədər minnətdar olsaq, yenə də azdır.

    Baku Tv komandası Hadrut qəsəbəsində xidmətini davam etdirən igid əsgərlərimizlə görüşüb.

    Hadrut qəsəbəsinin işğaldan azad olunması istiqamətində vuruşan qəhrəmanlarla söhbət zamanı, onların ruh yüksəkliyi, Vətən sevgisi aydın hiss olunub.

    Ətraflı süjeti təqdim edirik:

  • В Армении арестован подполковник, обвиняемый в гибели 18 военнослужащих

    В Армении арестован замкомандира одной из воинских частей подполковник А.В., которого подозревают в том, что во время боевых действий в Нагорном Карабахе он отдал приказ, приведший к гибели 18 и ранению одного военнослужащего.

    Об этом сообщает пресс-служба генпрокуратуры РА, пишет Sputnik Армения.

    Отец погибшего военнослужащего Х.О. написал письмо генпрокурору республики Артуру Давтяну, в котором рассказал, что, узнав об отправке сына в Карабах, поехал туда на своем автомобиле.

    9 октября на территории села Ханлыг (Губадлинский район – ред.) стал очевидцем того, как в условиях приближающегося азербайджанского ударного БПЛА заместитель командира воинской части отдал приказ вышедшим из машины военнослужащим сесть в нее и продолжить движение. Спустя несколько минут машина попала под обстрел, а находившиеся в ней солдаты погибли, написал в своем заявлении мужчина.

    Прокурор направил письмо в Следственный комитет, где в ходе предварительного следствия выяснилось, что на территории Ханлыга замкомандира воинской части подполковник А.В, несмотря на звук находящегося поблизости беспилотника ВС Азербайджана, отдал приказ усадить военнослужащих в машину и продолжить движение. При этом было отмечено, что существует ряд серьезных проблем в силах противовоздушной обороны Армении.

    “Командир роты выполнил его приказ и усадил в автомобиль 19 военнослужащих. Спустя пять минут по машине ударил беспилотник, и из-за возникшего пожара погибли 18 человек, еще один получил ранения. Также увечья получили отец военнослужащего, который написал генпрокурору, и находившийся в его машине начальник инженерно-саперной службы воинской части”, – сообщает пресс-служба прокуратуры.

    На основании полученных доказательств подполковнику А.В. было выдвинуто обвинение в злоупотреблении властью во время военного положения, повлекшее тяжкие последствия. В тот же день было представлено ходатайство о его аресте, которое суд удовлетворил.

  • Azərbaycana məxsus PUA-nın səsinə məhəl qoymayan erməni polkovnik-leytenant həbs olundu

    Ermənistanda hərbi hissələrdən birinin komandir müavini, polkovnik-leytenant A.V. həbs olunub.

    O, Dağlıq Qarabağda döyüş əməliyyatları zamanı 18 hərbi qulluqçunun ölümünə, bir nəfərin isə yaralanmasına səbəb olan əmr verməkdə şübhəli bilinir.

    “Sputnik”in xəbərinə görə, bu barədə Ermənistan Prokurorluğunun mətbuat xidməti məlumat verib.

    Ölən hərbçinin atası X.O. Baş prokuror Artur Davtyana bir məktub ünvanlayaraq, oğlunun Qarabağa göndərilməsini öyrəndikdən sonra şəxsi heyəti dəstəkləmək üçün avtomobili ilə oraya getdiyini yazıb.

    Onun sözlərinə görə, oktyabrın 9-da Xanlıq kəndi (Qubadlı rayonu – red.) ərazisində Azərbaycan Silahlı Qüvvələrinə məxsus zərbə PUA-nın səsinin eşidilməsinə baxmayaraq, hərbi hissə komandirinin müavininin maşından düşən hərbçilərə onun içərisinə minib hərəkətə davam etməsini əmr etdiyinin şahidi olub. Dəqiqələr sonra avtomobil pilotsuz təyyarənin atəşinə tutulub və içindəki əsgərlər öldürülüb.

    Prokuror İstintaq Komitəsinə bir məktub göndərib. İlkin istintaq zamanı hadisənin, həqiqətən, belə baş verdiyi məlum olub.

    Bununla yanaşı, Ermənistanın Hava Hücumundan müdafiə qüvvələrində bir sıra ciddi problemlərin mövcudluğu qeyd edilib.

    Əldə olunan dəlillərə əsasən, polkovnik-leytenant A.V. hərbi vəziyyət zamanı səlahiyyətdən ağır nəticələrə səbəb olan sui-istifadə ittihamı irəli sürülüb. Elə həmin gün o həbs olunub.

  • Армянам дали сутки на то, чтобы покинуть дома в селе Шурнух – ВИДЕО

    Азербайджанская сторона предоставила армянам сутки на то, чтобы те освободили половину села Шурнух Зангезурского района.

    Об этом заявил заместитель мэра Гориса Менуа Овсепян.

    Он сказал, что азербайджанцы потребовали освобождения указанной территории до наступления утра 31 декабря.

    “Жителям и главе села они сказали, что власти Армении еще 10 дней назад были предупреждены об этом”, – сказал М.Овсепян.

    Также он отметил, что сельчане в знак протеста перекрыли дорогу, проходящую через данный населенный пункт.

    “Эта трасса также переходит Азербайджану. Население хочет понять, кому было сообщено об этом 10 дней назад, кто был в курсе?”, – задался вопросом вице-мэр.

    По его словам, речь идет примерно о 12 домах и прилегающих к ним земельных участках, что в целом составляет довольно большую территорию.

    М.Овсепян также заявил, что не слышал ничего адекватного от премьер-министра РА Никола Пашиняна, который, по его мнению, действительно не владеет ситуацией.

  • Ermənilərə Şurnux kəndini boşaltmaq üçün bir gün vaxt verildi – VİDEO

    “Azərbaycanlılar ermənilərə Zəngəzurun Şurnux kəndinin yarısını boşaltmağa bir gün vaxt veriblər”.

    Bunu Gorus meriyasının sədr müavini Menua Ovsepyan açıqlamasında bildirib.

    O deyib ki, azərbaycanlılar ərazilərin sabah səhərə qədər azad olunmasını tələb ediblər:

    “Onlar sakinlərə və kənd başçısına deyiblər ki, 10 gün əvvəl bu barədə Ermənistan rəhbərliyinə məlumat veriblər”.

    M.Ovsepyan həmçinin qeyd edib ki, Şurnux sakinləri hökumətə etiraz olaraq kənddən keçən yolu bağlayıblar:

    “Bu avtomobil yolu da Azərbaycana keçib. Əhali bu barədə kimə məlumat verildiyini, kimin xəbərdar olduğunu anlamaq istəyir. Söhbət 12 evdən və ona bitişik torpaq sahələrindən gedir. Bu, böyük ərazidir”.

    Sərd müavini vurğulayıb ki, Baş nazir Nikol Paşinyandan indiyə qədər qaneedici bir söz eşitməyib. Onun sözlərinə görə, baş nazir artıq vəziyyətə nəzarət etmir.

  • Hamiləlik zamanı koronavirusa yoluxma körpəyə necə təsir edir? – AÇIQLAMA

    Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova hamilə qadınlara və analara COVID-19 riski ilə bağlı tövsiyə verib.

    Onun sözlərinə görə, COVID-19 virusu əsasən hava-damcı yolu vasitəsilə yayılır, bu səbəbdən hamiləlik zamanı koronavirusa yoluxma halı baş verərsə, virusun ana bətnindəki körpəyə keçmə ehtimalı minimaldır.

    S.Məmmədova bildirib ki, hamiləlik infeksiyaya meyilliliyi artmır və xəstəliyin klinik gedişatını ağırlaşdırmır, infeksiyalaşmış anaların əksəriyyəti sağalır:

    “Hamilə qadınlarda COVID-19 klinik əlamətləri hamilə olmayan şəxslərlə eynidir. Lakin hamilə qadınlarda COVID-19-la əlaqəli ağır fəsadlaşma baş verdikdə intensiv terapiya şöbəsinə hospitalizasiya və ekstrakorporal membran oksigenasiya zərurəti yarana bilər.

    Ana südü ilə virusun yoluxması sübut olunmamışdır. Lakin əmizdirmə zamanı ana ilə körpə arasında məsafə az olduğundan hava-damcı yolu ilə yoluxma mümkündür. Bu zaman anaların tibb maskadan istifadəsi tövsiyə olunandır. Ana südündə passiv anticisimlər və digər infeksiya əleyhinə faktorlar olduğundan döşlə əmizdirmə alqışlanmalıdır.

    ABŞ-ın bəzi xəstəxanalarında protokola uyğun COVID-19 ağır gedişatlı hamilələrdə remdezivirindən istifadə olunur.

    Remdezivir SARS-CoV-2-nin vitro və digər koronoviruslara təsir edən yeni nukleotid analoqudur. Ebola və Marburq virus xəstəliyi olan hamilələrdə istifadə olunmuş və döl üçün hər hansı bir toksik təsiri haqqında məlumat olmamışdır. Lakin randomizə olunmuş klinik tədqiqat COVID-19 pandemiyası zamanı hamilə və süd verən analara bu dərmanın istifadəsini istisna etmişdir. Bəzi tədqiqatlarda lopinavir – ritonavir (adətən İİV infeksiyalı hamilələrdə) istifadə edilir. Ciftdən keçir və vaxtından əvvəl doğuş riskini artırır. Lakin insanlarda teratogen effekt qeydə alınmayıb. COVID-19-da olunan ribavirin və barisitinib kimi vasitələr tertogen effektə malikdir.

    Ana xəstə olduğu halda bilavasitə kontaktın azaldılması məqsədi ilə yenidoğulmuşu sağılmış ana südü digər sağlam şəxs tərəfindən, gigiyena qaydalarına riayət edərək, qidalandırılması tövsiyə edirilir”.

  • 190 manatlıq birdəfəlik ödəmələrin verilməsi başa çatır – RƏSMİ

    “Artıq altıncı dəfədir ki, ölkədə tətbiq edilən xüsusi karantin rejimində işsiz və gəlirini itirən şəxslərə 190 manat birdəfəlik ödəmə verilir”.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı bildirib.

    Onun sözlərinə görə, 190 manatın ödəməsinin bu gün tamamlanması nəzərdə tutulur:

    “Ümumilikdə 450 milyon manat vəsait işini və gəlirini itirən qeyri-formal çalışan aztəminatlı şəxslərə bu məqsəd üçün ödənildi”.

    O qeyd edib ki, növbəti ildə birdəfəlik ödəmə ilə bağlı qərar Nazirlər Kabinetindən asılıdır:

    “Yeni ilə daha pozitiv arzularımız var. İnanırıq ki, sərt karantin rejimi olmayacaq və iqtisadi fəallıq bərpa ediləcək”.

  • Üç şəhid anası Azərbaycan vətəndaşlığına qəbul edildi – RƏSMİ

    Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyini bildirən bir neçə şəhid anasının müraciətlərinə müsbət yanaşılıb və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə onların hər biri Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib.

    Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

    Həmin şəxslər aşağıdakılardır:

    2020-ci il 14 iyul Tovuz döyüşlərində şəhid olmuş və Azərbaycan Respublikası Prezidentinin 09.12.2020-ci il tarixli sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Mirzəyev İlqar Anzor oğlunun anası – Mirzəyeva Gülnar Abdulla qızı,

    Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş və Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş Əliyev Romir Rəşadət oğlunun anası – Əliyeva Miroslava Petru qızı,

    Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Məmmədov Rafiq Sahibulla oğlunun anası- Rotar Ana Andreyevnadır.

  • Вырастут ли соцвыплаты семьям шехидов и инвалидам войны? – ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ

    После завершения Отечественной войны 1 540 человек были привлечены к программе самозанятости, 860 из них – члены семей шехидов.

    Об этом заявил завотделом по связям с общественностью и коммуникациям Министерства труда и социальной защиты населения АР Фазиль Талыбов.

    По его словам, программа самозанятости реализуется в соответствии с поручением Президента Ильхама Алиева.

    “Мы используем ее возможности для обеспечения занятости нуждающихся семей”, – сказал Ф.Талыбов.

    Он отметил, что перед министерством в 2021 году стоит множество целей.

    “В настоящее время в Милли Меджлисе завершаются работы над рядом законопроектов, которые в основном направлены на рост социальных выплат и повышение уровня жизни семей шехидов и инвалидов войны”, – сказал Ф.Талыбов.

  • Şəhid ailələri və müharibə əlillərinin sosial ödənişləri artırılır? – RƏSMİ AÇIQLAMA

    “Vətən Müharibəsindən sonra 1540 nəfər özünüməşğulluq proqramına cəlb edilib. Onlardan 860-ı şəhid ailəsi üzvləridir”.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı bildirib.

    Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq özünüməşğulluq proqramı icra edilir:

    “Özünüməşğulluq proqramı aktiv məşğulluq tədbiri kimi ən ideal bir proqramdır. Ehtiyacı olan ailələrin məşğulluğunun təmin edilməsində, məhz özünüməşğulluq proqramının imkanlarından istifadə edirik”.

    O qeyd edib ki, 2021-ci ildə nazirliyin hədəfləri çoxdur:

    “Hazırda Milli Məclisdə bir neçə qanun layihəsi üzərində son tamamlanma işləri gedir. Burada əsas hədəf şəhid ailələrinin, müharibə əlillərinin sosial ödənişlərinin artırılması, onların həyat səviyyəsinin yaxşılaşdırılmasıdır”.