Month: December 2020

  • Karantin postundan kənar yollarla keçməyə cəhd göstərənlər saxlanıldı

    Dekabrın 29-da saat 15:00 radələrində Bakı-Quba yolunun 52-ci kilometrliyində qurulmuş xüsusi karantin postunda Quba rayonu istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil saxlanılıb. Araşdırmalar zamanı sürücü Nəsimi Əliyevin müvafiq icazəsi olmadığından avtomobil Bakı şəhəri istiqamətinə geri qaytarılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Məlumatda bildirilir ki, sonradan müşahidə kameraları vasitəsilə həmin avtomobilin Quba rayonundan Bakı şəhəri istiqamətində hərəkət etməsi aşkar edilib və saat 18:00 radələrində nəqliyyat vasitəsi saxlanılıb.

    Araşdırmalar zamanı N.Əliyevin Sumqayıt şəhər sakini Balami Hüseynov tərəfindən 120 manat müqabilində karantin postundan kənar yollarla Xızı rayonu ərazisindən keçirilməsi müəyyən edilib.

    Həmin gün vətəndaş Paşa Abdullayevin də idarə etdiyi “Renault” markalı avtomobillə Xızı rayonu ərazisindən karantin postundan kənar yollarla keçdiyi müəyyən edilib və polis əməkdaşları tərəfindən saxlanılıb. Onun da B.Hüseynov tərəfindən 100 manat müqabilində karantin postundan kənar yollarla keçirilməyə cəhd göstərməsi müəyyən olunub.

    Hər iki sürücü və B.Hüseynov saxlanılaraq inzibati qaydada həbs olunublar.

  • “Spiegel” jurnalında ermənilərin Ağdam şəhərində törətdikləri dağıntılardan bəhs edən məqalə dərc olunub

    Almaniyanın nüfuzlu “Spiegel” jurnalında jurnalist Andre Vidmerin müəllifi olduğu “Dağıdılmış ərazilərə geri qayıdış” adlı məqalə dərc olunub.

    AZƏRTAC xəbər verir ki, məqalədə jurnalistin Ağdamın iki sakini ilə onların doğulub boya-başa çatdığı şəhərə səfər təəssüratları əks olunub.

    Müəllif qeyd edir ki, Ermənistan üzərində qələbə çaldıqdan sonra Azərbaycan bir zamanlar yüz minlərlə azərbaycanlının tərk etdiyi əraziləri geri qaytarıb. Həmin ərazilərə geri qayıdanlar isə minalanmış xarabalıqlarla üzləşirlər.

    Məqalədə birinci Qarabağ müharibəsi zamanı Ağdam şəhərini tərk etmiş bacı-qardaş – Humay və Novruz Novruzovlar yaşadıqları rayonun müharibədən əvvəlki vəziyyəti barədə məlumat verirlər.

    Bakıdan Ağdamadək altı saatlıq səfərdən sonra onlar şəhərdəki evlərin qarşısından keçirlər. Müəllif qeyd edir ki, əslində, bunlar ev deyil, bir zaman ev olmuş tikililərin qalıqlarıdır. Ətraf yalnız xarabalıq landşaftından ibarətdir. Bu xarabalıqda evlərin damı, qapı və pəncərələri yoxdur.

    Ağdam sakinləri jurnalistə ermənilər tərəfindən dağıdılmış evlərini, oxuduqları məktəbi göstərir və işğaldan əvvəl Dağlıq Qarabağda azərbaycanlılarla ermənilərin birgə dinc şəraitdə yaşadıqlarından bəhs edirlər.

    Məqalədə qeyd edilir ki, Ağdam bir zamanlar on minlərlə sakini olan şəhər olub. Düzənlikdə yerləşən bu ərazilər öz çaxırı və konyakı ilə bütün Sovet İttifaqında tanınırdı. Hələ də yol kənarındakı sahələrdə olan dirəklər nə vaxtsa burada üzüm bağlarının olduğunu xatırladır.

    Müəllif, həmçinin qeyd edir ki, Ağdama səfər erməni ordusunun bu rayonu tərk etməsindən cəmi üç həftə sonraya təsadüf edir. Ermənilər 44 gün davam edən İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra bu əraziləri tərk etməli oldular və Azərbaycan Ordusunun tankları şəhərə döyüşsüz daxil oldular.

    Novruzovlar isə 27 il bundan öncə məcburi şəkildə tərk etməli olduqları şəhərlərinə ilk dəfə qayıdıblar.

    Münaqişə barədə ətraflı məlumata malik müəllif öz oxucularına hərbi əməliyyatların gedişi barədə də məlumat verir. Qeyd edilir ki, imzalanan atəşkəs razılaşması nəticəsində Ermənistan Ağdam da daxil olmaqla bir neçə rayonu təhvil verməli oldu.

    Bundan öncə isə Azərbaycan müharibə zamanı yüzlərlə kənd və qəsəbəni, bir neçə şəhəri azad etdi. Texnoloji cəhətdən zəif olan Ermənistan ordusunun güclü silahlanmış rəqibinə qarşı şansı yox idi.

    Andre Vidmer yazır ki, Novruzovlar ailəsinin hekayəti 1988-ci ildən 1994-cü ilə qədər davam etmiş Birinci Qarabağ müharibəsində öz torpaqlarından köçkün düşmüş insanların tarixidir. O zaman Ermənistan təkcə Dağlıq Qarabağı deyil, eyni zamanda, Azərbaycanın yeddi rayonunu da işğal etmişdi.

    Ermənistan hökuməti həmin əraziləri bir növ bufer zonası kimi istifadə edirdi. Ötən əsrin 90-ci illərindən bəri qismən heç kimin yaşamadığı, qismən isə ermənilərin məskunlaşdığı həmin ərazilərdə münaqişədən öncə demək olar ki, yalnız azərbaycanlılar yaşayırdılar.

    Müəllif əhalinin 1989-cu ildəki siyahıyaalmasına da müraciət edir və bildirir ki, həmin rayonlarda azı 400 min azərbaycanlı yaşayırdı və ermənilərin hərbi əməliyyatları nəticəsində Novruzovlar ailəsi kimi bütün azərbaycanlılar öz torpaqlarını tərk etməyə məcbur oldular.

    İxtisasca tibb bacısı olan Humay Novruzova Ağdamı 1993-cü ilin iyulunda valideynlərinin təkidi ilə tərk etdiyini və artıq iyulun 23-də Ağdamın şiddətli atəşlərdən sonra ermənilər tərəfindən işğal edildiyini bildirir.

    Ağdam məscidinin önünə çatan müəllif şəhərdə yeganə salamat binanın bu məsciddən ibarət olduğunu və onun həndəvərində bir neçə yüz kvadratmetrlik sahədən başqa bütün ərazilərə girişin minalara görə qadağan olduğunu yazır.

    Məscidin minarəsindən ətrafa isə yalnız dağıntılardan ibarət mənzərə açılır. Ətrafda divarların qalıqlarından ibarət tənha daş yığınları görünür. Həmin divarlar isə bir zamanlar Ağdam şəhərinin evləri olub. Novruz Novruzov isə doğma şəhəri haqqında deyir: “Mənim Ağdamım çox gözəl idi. Hisslərimi sözlə ifadə etmək çətindir”.

    Yerlə-yeksan edilən Ağdam şəhəri erməni işğalçılarına Dağlıq Qarabağda tikinti üçün bir növ daş karxanası və metal anbarı rolunu oynayıb. Müəllif bildirir ki, Ermənistan ordusunun artıq tərk etmiş olduğu şəhərlərin çoxunda eyni mənzərə mövcuddur.

    Bu yerlər hələ uzun müddət yaşayış üçün yararlı olmayacaq. Ərazilərin minalardan təmizlənməsinə məsul olan qurumu – ANAMA qarşıda hələ çox işin olduğunu qeyd edir. Azərbaycan Prezidenti İlham Əliyev bu regionların yenidən qurulması və ölkənin əsas hissəsi ilə bağlantıların yaranması işini qətiyyətlə aparır.

    Artıq yollar inşa edilir, bundan başqa, Prezident İlham Əliyev Ağdama dəmir yolunun çəkiləcəyini də bildirib.

    Humay Novruzova bir vaxtlar sakini olduğu şəhərin dağıntılarına baxaraq deyir ki, ermənilərin digər insanlara qarşı bu qədər nifrət bəslədiyini düşünməzdi. O, qarşılaşdığı bu dəhşətli mənzərəni təsvir etmək üçün söz tapmadığı qeyd edir. O, azərbaycanlılar tərəfindən erməni sakinlərinə hər zaman yaxşı rəftar edildiyini diqqətə çatdırır.

    Yekunda Novruzovlar Ağdama qayıdıb orada yaşamaq istədiklərini bir daha bildirirlər.

  • Neçə Vətən Müharibəsi qazisinə yüksək texnologiyalı protezlər verilib? – Nazirlikdən AÇIQLAMA

    “Vətən Müharibəsi zamanı orqanları amputasiya olunan 10-dan çox qazi yüksək texnologiyalı protezlərlə təmin olunub. Qazilərdən bir neçəsinə də bu yaxınlarda protezlər təqdim ediləcək”.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı bildirib.

    Onun sözlərinə görə, yeni ilin ilk rübündə protezlər artacaq:

    “Protezlərin təminatı bir az vaxt aparan prosesdir, çünki yara sağalmalıdır, ondan sonra protezlə təminat həyata keçirilir, protezlə hərəkət üçün məşqlərə başlanılır. Ona görə də bu proses uzun çəkdiyi üçün say bu qədər azdır. İnanırıq ki, yeni ilin ilk rübündə ehtiyacı olan bütün qazilərimizə bu təminatlar həyata keçiriləcək”.

    Şöbə müdiri qeyd edib ki, ayaqları amputasiya olunmuş, yaxud müəyyən fiziki orqanını itirmiş vətəndaşlarımızın protezlərlə təminatı istiqamətində işlər gedir:

    “Bilirsiniz ki, 2016-ci ilin aprel döyüşlərindən sonra Birinci-vitse Prezident Mehriban Əliyevinın təşəbbüsü və tapşırıqığı ilə ölkəmizdə yüksək texnologiyalı protezlərin gətirilməsi və qazilərimizə təqdim edilməsinə başlandı.

    Aprel döyüşlərindən sonra bu protezlərə ehtiyacı olan hər bir qazi onlarla təmin olundular. Daha sonra cənab Prezindetin sərəncamı oldu, ƏƏSMN tərkibində Protez-Ortopedik Bərpa Mərkəzində yüksək texnologiyalı protezlərin hazırlanaması istiqamətində işlərə başlanıldı”.

  • Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemləri – VİDEO

    Gürcüstanda yaşayan soydaşlarımız artıq uzun zamandır ki, təhsil sahəsində bir sıra problemlərlə qarşı-qarşıyadırlar.

    Belə ki, Azərbaycandilli məktəblərin direktorsuz olması, eləcə də məktəblərdə dərs deyən azərbaycanlı müəllimlərin Gürcüstan təhsil sistemində aparılmış islahatlardan geri qalması öz növbəsində böyük çətinliklər yaradır.

    Digər bir problem isə Gürcüstan təhsil sisteminə əsasən müəllimlərə müxtəlif statusların verilməsidir ki, azərbaycanlı müəllimlər bu sahədə də kifayət qədər çətinliklər çəkirlər. Buna səbəb müəllimlərin dövlət dili olan gürcü dilində ümumi qabiliyyət imtahanını verməyə sövq edilməsidir. Statuslarını yüksəltmək üçün müəllimlər bütün vacib şərtləri yüksək səviyyədə yerinə yetirsələr də bu imtahanı verməkdə problemlər yaşayırlar. Valideynlər də müəllimlərin maaşlarına bir başa təsir edən bu sistemin tədrisin keyfiyyətini aşağı saldığını bildirirlər.

    Azərbaycan dili və Ədəbiyyatı fənnini tədris edən müəllimlərimiz isə ümumiyyətlə bu sistemdən kənar düşüblər.

  • Али Асадов подписал постановление по эффективному расходованию средств дорожного фонда

    Премьер-министр Азербайджана Али Асадов подписал постановление о внесении изменений в постановление Кабмина от 25 января 2007 года “Об утверждении правил расходования средств дорожного бюджетного фонда на содержание и эксплуатацию автодорог общего пользования республиканского и местного значения на территории АР”.

    Это будет способствовать более всеобъемлющему регулированию некоторых вопросов, связанных с содержанием автомобильных дорог, и, как следствие, эффективному и экономному расходованию средств дорожного фонда.

  • Baş nazirdən avtomobil yolları şəbəkəsinin səmərəli istismarı ilə bağlı QƏRAR

    “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 13 nömrəli Qərarında dəyişiklik edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərar Azərbaycan Respublikasında ümumi istifadədə olan avtomobil yolları şəbəkəsinin səmərəli istismarını təmin etmək məqsədilə qəbul edilib.

    Qərarın qəbul edilməsi avtomobil yollarının saxlanması ilə bağlı bəzi məsələlərin daha dəqiq və dolğun tənzimlənməsinə və nəticə etibarı ilə “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin daha effektiv və qənaətli xərclənməsinə xidmət edəcəkdir.

  • Şəhid ailəsi, qazilər və digər qruplardan olanlara sosial-psixoloji dəstək davam edir

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, onların yaxınları, müharibədən zərər çəkənlərlə bağlı sosial dəstək tədbirləri davam edir.

    Nazirlikdən verilən məlumata görə, bu tədbirlər çərçivəsində nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin psixoloq və psixiatrlarından ibarət qrupları postmüharibə dövründə həmin kateqoriyalara aid 2247 ailə ilə görüşüb.

    Ailə üzvlərindən ehtiyacı olanlara psixoloji dəstək işləri aparılıb, ödənişsiz dərman preparatları verilib. Həmçinin Agentliyin “Onlayn psixoloji dəstək xidməti” (050 406 75 85) tərəfindən 409 zəng üzrə vətəndaşlara dəstək göstərilib.

    Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şirvan, Yevlax və Naftalan Reabilitasiya Müəssisələrində 150 nəfərə sosial-psixoloji xidmətlər göstərilib. Agentliyin mütəxəssisləri həmçinin Bakı Sağlamlıq Mərkəzində müalicə alan 50-dək hərbçi ilə görüşülüb, ehtiyacı olan 17 nəfəri sosial-psixoloji xidmətlərlə təmin edib, Sərhəd Qoşunları Hospitalından 11 hərbçini sosial-psixoloji reabilitasiyaya cəlb ediblər. Uşaq Reabilitasiya Müəssisələrində şəhid və yaralı hərbçilərin 12 uşağına sosial-psixoloji xidmət göstərilir.

  • Застой на рынке Губы, цены падают – ВИДЕО

    Каждый год накануне праздников цены, как правило, стремительно растут.

    В преддверии Нового года сотрудники Baku TV поинтересовались ситуацией на рынке в городе Губе.

    Выяснилось, что цены сейчас намного ниже по сравнению с предыдущими годами. Покупателей практически нет.

    В частности, никто не приобретает традиционно пользующиеся спросом мясные продукты.

    Аналогичная ситуация и в придорожных магазинах. Здесь сейчас почти не продают живую домашнюю птицу, которая обычно очень хорошо раскупалась в преддверии Нового года.

    Продавцы говорят, что если ситуация не изменится, то в ближайшие дни цены упадут еще ниже.

    Наблюдения позволяют сделать вывод, что в этом году граждане потратят на праздничный стол на 30-40% меньше, чем в 2019-м.

  • Quba bazarında durğunluq: Qiymətlər aşağı düşdü – VİDEO

    Hər il bayram öncəsi bazarlarda qiymətlər od-tutub yanır.

    Baku TV bayram öncəsi Quba bazarındakı qiymətlərlə maraqlanıb. Bazardakı qiymətlər əvvəlki illərdən fərqli olaraq çox aşağı düşüb. Alıcı isə demək olar ki, yoxdur.

    Xüsusi ilə daha çox tələbat duyulan ət məhsullarını alan yoxdur. Bazarlarla yanaşı yol kənarında yerləşən ət dükanlarında da eyni vəziyyət hökm sürür. Hər ilin bu vaxtı bazarlara çıxarılan ev quşlarına da indi az rast gəlinir.

    Satıcılar belə vəziyyətin davam etdiyi halda yaxın günlərdə qiymətlərin daha da ucuzlaşacağını bildirirlər. Müşahidələrimizə əsaslanaraq onu da deyə bilərik ki, hazırda vətəndaşlar bayram süfrəsi üçün əvvəlki ilə nisbətən 30-40 faiz az pul xərcləyəcəklər.

  • Кадры из села Алмалыг Кельбаджарского района – ВИДЕО

    Министерство обороны АР распространило видеокадры из села Алмалыг Кельбаджарского района.