Month: December 2020

  • 10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun həbs müddəti uzadıldı

    Nəsimi Rayon Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən kənd sakini İlkin Süleymanovun barəsində seçilmiş həbs-qətimkan tədbirin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

    Bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkili Əlibaba Rzayev məlumat verib.

    O bildirib ki, hakim Solmaz Mustafayeva sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin olunub və İlkin Süleymanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 1 ay 13 gün artırılıb.

    Qeyd edək ki, ötən il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək, yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

    Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

    İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

  • Azərbaycanda yeni yubiley medalı təsis edilir

    “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı” təsis ediləcək.

    APA-nın məlumatına görə, Milli Məclisə bununla bağlı qanun layihəsi daxil olub.

    “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.

  • Президент Ильхам Алиев на заседании Совета глав государств СНГ – ПРЯМОЙ ЭФИР

    18 декабря проходит очередное заседание Совета глав государств СНГ в формате видеоконференции.

    Президент Азербайджана Ильхам Алиев принимает участие в заседании.

  • İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında – CANLI YAYIM

    Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında növbəti sammiti başlayıb.

    Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir.

    Dövlət başçısı toplantıda nitq söyləyir:

  • Rüşvət almaqda təqsirləndirilən sabiq rəis HƏBS EDİLDİ

    Binəqədi rayon Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayon Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin sabiq rəisi Oruc Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

    APA xəbər verir ki, hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, O. Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, O. Məmmədov bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.

    Daha sonra o, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    İstintaq orqanı tərəfindən O. Məmmədov barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 312-ci (rüşvət vermə) maddələri ilə cinayət işi başlanıb.

  • Хулуси Акар о переговорах по Нахчыванскому и Лачинскому коридорам

    Работы по Нахчыванскому и Лачинскому коридорам ведутся параллельно.

    Об этом заявил журналистам министр национальной обороны Турции Хулуси Акар, рассказывая о задачах турецких миротворцев, передает CNN Türk.

    “Москва утверждает, что если турецкие военные окажутся в той части Карабаха, где остались армяне, то могут возникнуть проблемы. Мы обсудим этот вопрос с Баку”, – сказал Акар.

    Говоря о Нахчыванском и Лачинском коридорах, министр отметил, что в связи с этим ведутся переговоры между Азербайджаном, Россией и Арменией.

    “Вопрос будет решен в ближайшие дни”, – подчеркнул Акар.

  • Hulusi Akardan Naxçıvan və Laçın dəhlizi ilə bağlı danışıqlar barədə VACİB AÇIQLAMA

    “Naxçıvan və Laçın dəhlizi ilə bağlı işlər bərabər aparılır”.

    “CNN Türk”ün məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar türkiyəli sülhməramlıların Qarabağdakı vəzifələri və Naxçıvanla bağlı təfərrüatı açıqlayarkən bildirib.

    “Qarabağın bir hissəsində ermənilər var. Türkiyə hərbçilərinin varlığı Ankara-Bakı arasındakı məsələdir. Moskva iddia edir ki, ermənilərin olduğu yerdə türkiyəli sülhməramlılar problem yarada bilər. Bakı ilə danışıb bu məsələni həll edəcəyik”.

    Naxçıvan və Laçın dəhlizi məsələsinə gəlincə, nazir bununla bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında danışıqların getdiyini bildirib.

    “Məsələ qarşıdakı günlərdə reallaşacaq”, – deyə Hulusi Akar vurğulayıb.

  • Neftçalada kişi qohumunu bıçaqladı

    Ötən gecə Neftçalada bıçaqlanma hadisəsi baş verib.

    Publika.az xəbər verir ki, rayonun Qaraqaşlı kəndində 1975-ci il təvəllüdlü Qədirov Vüqar Eldar oğlu qohumu, 1972-ci il təvəllüdlü Bağırov Ceyhun Nuhu oğluna bıçaqla xəsarət yetirib.

    Məlumata görə, hadisə Ceyhun Bağırovun evində baş verib. Qohumlar arasında yaranan mübahisə münaqişəyə çevrilib və Vüqar bıçaqla Ceyhunun döş qəfəsinə zərbə endirib. İkinci ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

  • Как будут восстанавливать Карабах после долгих лет вражеской оккупации? – ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ

    В Азербайджане будут подготовлены генпланы всех городов и районов, освобожденных от армянской оккупации.

    Об этом заявил заместитель председателя Комитета по градостроительству и архитектуре Ильгар Исбатов, передает Report.

    “При работах по реконструкции на территории Карабаха будет сохранено своеобразие его культурно-исторических памятников. Мы также поставили перед собой цель построить новые и современные села и поселки. Планируем привлечь к работам как отечественных, так и зарубежных специалистов.

    Существуют разные подходы к возрождению освобожденных от оккупации территорий. Например, Шуша – исторический город, здесь планируется восстановление ряда памятников культуры. Но есть населенные пункты и районы, которые полностью разрушены. Таким образом, будут применены различные подходы при их восстановлении.

    Они будут полностью реконструированы в соответствии с самыми современными требованиями”, – сказал он.

  • Uzun illər düşmən işğalında qalan Qarabağ yenidən necə qurulacaq? – RƏSMİ AÇIQLAMA

    “Erməni işğalından azad edilmiş bütün şəhər və rayonların Baş Planı hazırlanacaq”.

    Report xəbər verir ki, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib.

    “Qarabağın yenidən qurulması zamanı mədəni-tarixi abidələrin özünəməxsusluğu qorunub-saxlanılacaq. Biz, həmçinin, yüksək standartlı, yeni kənd və qəsəbələrin yaradılmasını qarşımıza məqsəd qoymuşuq. Bərpa işlərinə yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssisləri də cəlb etməyi düşünürük.

    İşğaldan azad edilmiş ərazilərin bərpasına müxtəlif yanaşmalar var. Məsələn, Şuşa tarixi şəhərdir, burda bir sıra mədəniyyət abidələrinin bərpası nəzərdə tutulur. Amma elə şəhər və rayonlar var ki, tamamilə dağıdılıb. Bu tipli ərazilərin qurulmasında fərqli yanaşmalar olacaq.

    Həmin şəhərlər ən müasir tələblərə əsaslanaraq tam yenidən qurulacaq”, – o qeyd edib.