Month: December 2020

  • Neftin bu günə olan qiyməti

    Dünya bazarında neftin qiymətində ucuzlaşma qeydə alınıb.

    RT xəbər verir ki, WTI markalı neftin yanvar fyuçersləri 0,48 faiz azalaraq, bir bareli 48,13 dollar olub.

    “Brent” markalı neftin fevral fyuçersləri isə 0,64 faiz azalaraq, bir bareli 51,17 dollar təşkil edib.

  • В Баку проведут очередную масштабную дезинфекцию

    19 декабря на основных улицах и проспектах Баку и пригородов в очередной раз будут проведены дезинфекционные работы, сообщают столичные коммунальные службы.

    В связи с этим и ввиду токсичности дезинфицирующих средств граждан просят без необходимости не покидать место жительства.

  • Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ

    Sabah paytaxtın bəzi küçə və prospektlərində dezinfeksiya aparılacaq.

    Bu barədə paytaxtın kommunal strukturlarından məlumat verilib.

    Bildirilib ki, COVID-19-a yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq, dekabr ayının 19-da kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

    Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

  • Число инфицированных коронавирусом в мире превысило 75 млн

    По данным на утро 18 декабря, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 75 283 201.

    Суточный прирост составил 745 742.

    За весь период пандемии скончались 1 668 359 человек, выздоровели – 52 853 158.

    Больше всего инфицированных в США – 17 626 770. На 2-м месте – Индия (9 979 447), 3-м – Бразилия (7 111 527). В первую пятерку также входят Россия (2 762 768) и Франция (2 427 316).

    По числу жертв инфекции и выздоровевших лидируют Соединенные Штаты – 317 928 и 10 291 057 соответственно.

    Турция (1 955 680 заболевших) занимает 6-е место, Иран (1 138 530) – 15-е.

    В Армении коронавирусом заболели 151 392 человека, в Грузии – 201368.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 53 095 летальных исходов.

    На сегодня в Азербайджане подтверждены 191 460 случаев инфицирования коронавирусом, 127 064 человека вылечились, 2 088 – скончались.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 75 282 798 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 1 668 356 xəstə ölüb, 52 852 602 nəfər sağalıb.

    Avropada 20 702 250, Şimali Amerikada 20 301 038, Asiyada 19 498 354, Cənubi Amerikada 12 269 059, Afrikada isə 2 464 185 nəfərdə koronavirus aşkarlanıb.

    Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (17 626 770 nəfər), Hindistan (9 979 447 nəfər), Braziliya (7 111 527 nəfər), Rusiya (2 762 668 nəfər) və Fransadır (2 427 316 nəfər).

    Altıncı yerdə olan Türkiyədə 1 955 680, İranda 1 138 530, Gürcüstanda 201 368, Ermənistanda isə 151 392 nəfərdə koronavirus müəyyən edilib.

    Azərbaycanda koronavirusa yoluxan 191 460 nəfərin 2 088-i ölüb, 127 064-ü sağalıb.

  • Hacıqabulda yanğın olub

    Hacıqabul rayonunda ümumi sahəsi 200 kvadrat metr olan fəaliyyət göstərməyən barak tipli birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 120 kvadrat metr sahədə yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın söndürülüb.

  • В Азербайджане произошло землетрясение

    18 декабря в Мингячевире произошло землетрясение магнитудой 3,0.

    Об этом сообщает Республиканский центр сейсмологической службы при Национальной академии наук Азербайджана.

    Подземные толчки были зарегистрированы в 05:18 по местному времени в 21 км к северо-западу от сейсмостанции Мингячевир.

    Очаг землетрясения залегал на глубине 14 км.

  • Azərbaycanda zəlzələ oldu

    Bu gün Mingəçevirdə zəlzələ baş verib.

    Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, zəlzələnin maqnitudası 3 olub.

    Yeraltı təkanlar yerli vaxtla 05:18-də Mingəçevir stansiyasından 21 km şimal-qərbdə qeydə alınıb.

    Ocağı 14 kilometr dərinlikdə yerləşən zəlzələ hiss edilməyib.

  • COVID-19-dan sağaldıqdan sonra səhhəti daha sürətli bərpa etməyin yolları açıqlandı

    Koronaivrsudan sağalandan sonra əsas məsələ ciyərlərin vəziyyətidir. Tam sağalmaq və viruslu xəstəliklərin (xüsusilə də koronavirus) hücumlarına qarşı həssas olmamaq üçün ayağa qalxmalı, ağciyərin gücünü bərpa etməliyik.

    “Sputnik”in məlumatına görə, bu barədə enerji terapevti, reabilitoloq, psixoloq Dmitri Sandul COVID-19-dan sağalandan sonra daha sürətli bərpa yollarını açıqlayarkən bildirib.

    O, nəfəs almağı aktivləşdirən fiziki məşqlər etməyi məsləhət görüb.

    Sandul yoqa və siqunun bədənin bərpasını sürətləndirməyə kömək edəcəyini əlavə edib.

    “Yoqa – ağciyər sistemimizin bərpasına və onun viral mühitdən təmizlənməsinə faydalı təsir göstərəcək… Eyni şəkildə Çin sağlamlıq sistemi olan siqun da ən qısa müddətdə özümüzə gəlməyimizə kömək edəcək”, – deyə o, bildirib.

    Mütəxəssis bundan başqa üzün bioloji cəhətdən aktiv nöqtələrinin masajını tövsiyə edib. Onun sözlərinə görə, bu, qoxu hissinin bərpasına kömək edəcək.

    Bundan əlavə, reabilitasiya dövründə hamam və sauna, üzgüçülük kömək edə bilər.

  • Ət, toyuq və balıq məhsullarını necə saxlamaq lazımdır?

    Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır.

    Budəfəki maarifləndirici mövzu isə ət, toyuq və balıq məhsullarının düzgün saxlanma qaydaları haqqındadır.

    Qida rasionumuzda ət və digər ət növləri xüsusi yer tutur. Bu məhsulların tərkibi insan orqanizminin böyüməsi, inkişafı və normal həyat fəaliyyəti üçün lazım olan bütün maddələrlə zəngindir. Yüksək qidalılıq dəyərinə baxmayaraq, ət, toyuq və balıq məhsulları düzgün saxlanmadıqda müxtəlif mikroorqanizmlər, o cümlədən patogenlərin inkişafı üçün əlverişli mühit yaranır.

    Həmçinin kəsim zamanı gigiyenik qaydalara riayət edilməməsi səbəbindən ət məhsullarında müxtəlif mikroorqanizmlərlə (Salmonella, Eşerixiyakoli, Kampilobakteriya, Listeria, Stafilokokk, Streptokokk, Clostridium, Şigella və s.) çirklənmə baş verə bilər. İnsanlar arasında tez-tez rast gəlinən qida mənşəli zəhərlənmələrin (qida toksikoinfeksiyaların) əsas səbəbi məhz bu kimi mikroorqanizmlərlə sirayətlənmiş ət məhsullarının istehlakıdır. Bu baxımdan ət, toyuq və balıq məhsullarının səbəb ola biləcəyi təhlükələrin profilaktikası məqsədilə istehlakçılar diqqətli olmalıdırlar. Təzə və qidaya yararlı ət, toyuq və balıq məhsulları bir sıra xüsusiyyətlərlə xarakterizə olunur. Bu məhsulları sanitar-gigiyenik normalara cavab verən satış obyektlərindən əldə etmək tövsiyə olunur.

    Ət, toyuq və balıq məhsullarının düzgün saxlanması şərtdir. Saxlanma qabiliyyətinə görə ət, toyuq və balıq tez xarab olan məhsullar sayılır. Bu məhsulların soyuducuda saxlanmasının düzgün təşkili itkilərin azaldılması, keyfiyyətin və təhlükəsizliyinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Ət məhsullarının saxlanmasında bir sıra xarici mühit amilləri də mikroorqanizmlərin inkişafına, keyfiyyət dəyişikliyinə, qidalılıq dəyərinin aşağı düşməsinə səbəb olur.

    Belə ki, mikroorqanizmlərin dəridəki kəsik və zədələr vasitəsilə insana yoluxması ehtimalının yüksək olduğunu nəzərə alaraq, ət məhsulları doğranan zaman əllərin zədələnməməsi üçün maksimum ehtiyatlı olmaq lazımdır. Ət, toyuq və balığın doğranmasında istifadə edilən kəsici alətlər və taxtalar mükəmməl yuyulub təmizlənməlidir. Doğranma başa çatdıqdan sonra alətlər mütləq təkrar təmizlənməli, yuyulmalı və dezinfeksiya olunmalıdır.

    Bundan başqa, ət və digər ət növləri soyuducuda saxlanarkən “mal qonşuluğu” prinsipinə əməl olunmalıdır. Ət, toyuq, balıq kimi məhsullar digər çiy qidalarla eyni yerdə saxlanmamalıdır. Belə hal çarpaz çirklənmənin (bu məhsullardakı mikroorqanizmlərin digər qidalara nüfuz etməsi) baş verməsinə səbəb ola bilər.

    Ət, toyuq, balıq kimi məhsulların saxlanmasında ən vacib şərtlərdən biri temperatur rejiminə əməl etməkdir. Uyğun temperaturun tətbiqi məhsulların saхlanması zamanı gedən bütün proseslərin intensivliyinə təsir göstərir. Belə ki, temperaturun artması ilə suyun buхarlanması, fermentlərin, mikroorqanizmlərin və zərərvericilərin fəallığı güclənir. Təhlükəsiz dondurma və soyutma birbaşa temperaturdan asılıdır. Dondurucunun temperaturu -18 °C olaraq tənzimləndikdə bu məhsulların uzun müddət keyfiyyətli saxlanılması mümkündür. Soyuducuda isə ət məhsullarını 2 °C temperaturda saxlamaq tövsiyə olunur.

    Bu məhsulların saxlanmasının düzgün təşkilində qablaşdırma materiallarının da rolu böyükdür. Belə ki, ət məhsullarını təkistifadəlik hissələrə bölərək, qida ilə təmasda uyğun qablaşmada dondurucuda saxlamaq lazımdır. Əti keyfiyyətli saxlamaq üçün polad və ya şüşə tərkibli qablardan istifadə olunmalıdır. Həmçinin ət və toyuq məhsullarının bir-birinə təmas etməyəcək şəkildə saxlanmasına da diqqət etmək lazımdır. Qeyd edək ki, toyuq məhsulları, saxlamaq üçün az davamlıdır və mal ətinə nisbətən mikroblarla yüksək yoluxmaq xüsusiyyətinə malikdir.

    Toyuq məhsullarını donduraraq mühafizə etmək bu qidanın yararlılıq müddətini uzatmaq üçün istifadə olunan vacib metodlardan biridir. Mikroorqanizmlər üçün lazım olan su donduqda onların fəaliyyəti də məhdudlaşır. Donaçma mərhələsində isə mikroorqanizmlər üçün su yarandıqca onların məhsuldakı fəaliyyəti tədricən bərpa olunur və çoxalmağa başlayır ki, bu da qida zəhərlənməsi riski yaradır. Bu baxımdan toyuq məhsulları təkrar-təkrar dondurularaq istifadə edilməməlidir. Həmçinin donu soyuducu şəraitində açmaqla məhsullar ən qısa zamanda realizasiya olunmalıdır.

    Balıq da tez xarab olan məhsullar qrupuna aiddir. Soyudulmuş və dondurulmuş məhsulu uzun müddət təhlükəsiz saxlamaq mümkündür. Soyudulmuş balıqlar +5 C-dən -1 C-dək 95-98 % nisbi rütubətdə zəif hava cərəyanı şəraitində saхlanmalıdır. Dondurulmuş balıqları -18 C-də 85-90 % nisbi rütubətdə saхlamaq məsləhət görülür.

    Qeyd edək ki, balıq məhsullarını əvvəlcə təmizləyib, yuyub və suyu tam süzüldükdən sonra dondurub saxlamaq lazımdır. Xüsusən də balıq məhsullarını 1-2 saat soyuducuda saxlayıb, daha sonra dondurmaq məsləhət görülür. Balığın dondurulması mikrobioloji proseslərin qarşısını almaq üçün vacibdir.

    Bundan başqa, balıqları dondurmazdan əvvəl az miqdarda duzlanması onun təzəliyinin qorunub saxlanmasına kömək edir. Balıq məhsullarının bir dəfədən artıq dondurulması onun keyfiyyətinə mənfi təsir göstərir. Balıq tez dondurulub, tədricən donu açıldıqda yüksək keyfiyyətli qida əldə edilir.

    Qablaşdırılmış ət, toyuq və balıq alarkən qablaşdırmanın tam olması şərtdir. İstehlakçılar məhsulun etiketi üzərindəki istifadə tarixi, yararlılıq müddəti, saxlanma şəraiti və temperaturu, eləcə də digər zəruri məlumatlarla tanış olmalıdırlar.

    Unutmayaq ki, ət, toyuq və balıq məhsulları uyğun şəraitdə və temperaturda saxlanmaqla yanaşı, düzgün emal edilməli, tam bişirilməlidir ki, insan sağlamlığına zərər vurmasın.