Month: January 2021

  • Ceyhun Bayramov Pakistana getdi

    Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Pakistana səfərə gedib.

    Bu barədə Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva “Twitter” hesabında yazıb.

    Qeyd edək ki, bu səfər 2010-cu ildən bəri Xarici İşlər Nazirliyi səviyyəsindən ölkəmizdən Pakistana ilk səfər olacaq.

  • Rusiyada koronavirusu bir dəqiqəyə müəyyən edən üsul tapıldı

    Rusiyada “Sbera” süni intellekt laboratoriyası bir dəqiqədə yeni növ koronavirus infeksiyası ehtimalını təyin edə biləcək alqoritm hazırlayıb.

    Bu barədə “RİA Novosti” şirkətin açıqlamasına istinadən xəbər yayır.

    Virusun varlığını təyin etmək üçün səsin, nəfəs almanın və öskürəyin səs modellərindən istifadə olunur, həmçinin simptomlar barədə qısa sorğu aparılır.

    Səs Rusiya xəstəxanalarındakı xəstələrin nəfəs alması, səsi və öskürək səsləri üzərində öyrədilmiş dərin konvolyusional neyron şəbəkəsi tərəfindən analiz edilir.

    “Hal-hazırda alqoritmin nəticələri PCR testi qədər dəqiq olmasa da, müqayisə ediləbiləcək xüsusiyyətlərə malikdir”, – deyə şirkətdən bildirilib.

    “Sberbank” İdarə Heyəti sədrinin birinci müavini Aleksandr Vedyakin qeyd edib ki, bu, bir tibbi diaqnostik vasitə yox, gündəlik yoxlayıcıdır.

    Şirkət bu alqoritmlə əlaqəli xüsusi tətbiq hazırlamağı planlaşdırır. Tətbiq “App Store” və “Google Play”də satışa çıxarılacaq.

  • Pandemiya ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə müddətli əlavə ödənildi

    Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamına və Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 442 nömrəli Qərarına uyğun olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə noyabr ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.

    Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Belə ki, Bakı şəhəri üzrə 33, respublikanın digər şəhər və rayonları üzrə 78 dövlət tibb müəssisəsinin 13 641 tibb və 3 114 qeyri-tibb işçisinə noyabr ayı üzrə iş vaxtına mütənasib olaraq, 20 milyon manat müddətli əlavə ödənilib.

    Nazirlər Kabinetinin qərarına uyğun olaraq, yeni növ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:

    Tibbi profilaktik tədbirləri həyata keçirən 2 832 tibb işçisinə aylıq vəzifə maaşının 3 misli məbləğində cəmi 2,3 milyon manat ödənilib.

    Təcili tibbi yardım xidməti göstərən 3 871 tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 522 laboratoriya işçisinə aylıq vəzifə maaşının 4 misli məbləğində cəmi 6,1 milyon manat ödənilib.

    Pasiyentlərə stasionar tibbi xidmət göstərən 6 416 tibb işçisinə aylıq vəzifə maaşının 5 misli məbləğində cəmi 9,3 milyon manat ödənilib.

    Onu da qeyd edək ki, 3 114 qeyri-tibb işçisinə 3-5 misli məbləğində 2,3 milyon manat müddətli əlavə verilmişdir.

    Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 8 yanvar 2021-ci il tarixli 2 nömrəli Qərarına əsasən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2021-ci il martın 31-dək uzadılıb.

  • Sosial şəbəkədə mübahisə etdikləri Sumqayıt sakinini öldürməyə cəhd edənlər tutuldular – RƏSMİ

    29 dekabr 2020-ci il tarixdə saat 00:00 radələrində Rüstəmov Rahib Rafik oğlunun çoxsaylı bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olması barədə Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub.

    Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla Bakı şəhər sakinləri 1992-ci il təvəllüdlü Məmmədov Samir Qiyas oğlu və 1992-ci il təvəllüdlü Rüstəmov Əli Əfqan oğlunun qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında zərərçəkmiş Rahib Rüstəmov ilə sosial şəbəkədə aralarında baş vermiş mübahisə ilə əlaqədar görüşərək, sonuncuya bıçaqla çoxsaylı xəsarətlər yetirərək, onu qəsdən öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Əli Rüstəmov və Samir Məmmədov Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs kimi tutularaq istintaqa cəlb olunub.

    Əli Rüstəmov və Samir Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • Чтобы скрыть секрет парень убил всю свою семью

    Житель канадского города Маркхема 23-летний Менхаз Заман убил всю семью, чтобы скрыть от них свою двойную жизнь.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщает Sun.

    Переехавшие в Канаду из Бангладеш родители молодого человека очень гордились им. Они были уверены, что сын учится на инженера в престижном вузе и его ждет блестящее будущее.

    В действительности парень нигде не учился, а вместо этого целыми днями играл в компьютерные игры. Он не смог поступить в университет, его приняли в местный колледж, но позднее отчислили, потому что он не справлялся с учебой. Менхаз не рассказывал об этом родным, а вместо этого на протяжении нескольких лет каждый день уезжал из дома с ноутбуком и возвращался поздно вечером.

    За сутки до момента вручения дипломов Менхаз решил избавиться от родственников, чтобы они ни о чем не узнали. Около трех часов дня, когда дома не было отца и младшей сестры, молодой человек убил отдыхавшую мать. Спустя примерно час он расправился и с бабушкой. Вечером он убил вернувшуюся с работы сестру, а после полуночи — отца.

    После этого парень вышел на связь со своими интернет-друзьями и сообщил, что только что убил всю семью. Они сначала не поверили, но он выслал им селфи с телами и окровавленным ножом. Партнеры по онлайн-игре сообщили об этом канадским властям, при этом им был известен только никнейм преступника.

    Полицейские вычислили местоположение молодого человека к утру следующего дня и прибыли к дому. Менхаз в это время был там вместе с трупами родных.

    За четыре убийства канадцу дали пожизненное заключение без права на помилование в первые 40 лет.

    В суде Менхаз попросил прощения у всех, кто знал его семью.

  • Gənc sirrini gizlətmək üçün ailə üzvlərini öldürdü

    Kanadanın Markem şəhərində dəhşətli qətl hadisəsi baş verib.

    Bu barədə “Report” “Sun” nəşrinə istinadən xəbər verir.

    Qeyd olunub ki, 23 yaşlı Menhaz Zaman ailəsi ilə birlikdə Banqladeşdən Kanadaya köçüb.

    Valideynləri oğullarının prestijli universitetdə mühəndis ixtisasında oxuduğunu güman etsələr də, oğlan onlara yalan danışırmış. Hətta hər gün təhsil almaq adı ilə evdən oyun zallarına gedirmiş. Bu, bir neçə il davam edib.

    Diplom verilmə günü bütün yalanlarının ortaya çıxacağını bilən Menhaz ailə üzvlərini qətlə yetirmək qərarı verir. Günortadan sonra saat üçə yaxın, atası və kiçik bacısı evdə olmadıqda, gənc istirahət edən anasını öldürür. Təxminən bir saatdan sonra nənəsini, axşam işdən qayıdan bacısını və gecə yarısından sonra atasını öldürür.

    Bundan sonra dostlarına ailəsinin qətlə yetirdiyini deyib. Əvvəlcə dostları hadisənin yalan olduğunu zənn etsələr də, gəncin meyitlərlə selfisi vəziyyəti dəyişib.

    Hadisə ilə bağlı polisə məlumat verilib. Polis, ertəsi gün səhər saatlarında gəncin yerini müəyyənləşdirib və evinə gəlib. Dörd nəfəri öldürən Menhaz Zamana 40 il ərzində əfv hüququ verilmədən ömürlük həbs cəzası verilib.

  • ƏƏSMN: Əlavə məbləğlər təqaüdlərə birləşdirilməklə veriləcək

    “Bildiyiniz kimi, bu ilin əvvəlindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin təqaüdündə ciddi artımlar edildi. Eyni zamanda yeni sosial dəstək paketi çərçivəsində I dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) sosial müavinət, təqaüd və pensiya əlavələri də optimallaşdırılıb”.

    “Report” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

    Onun sözlərinə görə, indiyədək I dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) pensiyasının üzərinə 22 manat əlavə olunmaqla verilirdi. 2021-ci ilin əvvəlindən bu əlavə (müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin pensiyasına əlavələr istisna olmaqla) ləğv olunsa da, əvəzində onlara verilən 100 manat təqaüd 30 manat artırılaraq 130 manata çatdırılıb.

    Beləliklə, I dərəcə əlilliyi olan şəxslərə yönələn sosial ödəniş nəticə etibarilə azalmır, əksinə, daha da artırılır.

    “Eyni zamanda, I dərəcə gözdən əlilliyi olan şəxslərin pensiyasının üzərinə edilən 110 manat əlavə də onların aldıqları 100 manat təqaüdlə birləşdirilib və 2021-ci ilin əvvəlindən onlara aylıq 210 manat təqaüd müəyyən edilib”.

    O, qeyd edib ki, fəlsəfə doktoru elmi dərəcəsinə görə pensiyanın üzərində verilən 120 manat əlavənin əvəzində də onlara yeni 120 manat məbləğində təqaüd təsis edilib:

    “Habelə elmlər doktoru elmi dərəcəsinə görə pensiyanın üzərində verilən 200 manat əlavənin əvəzində onlara yeni 200 manat təqaüd veriləcək. Göründüyü kimi, qeyd olunan şəxslərə yönələn sosial ödənişin forması dəyişsə də, nəticə olaraq onun məbləği dəyişmir.

    Ona görə də hazırda yanvar ayının pensiyasını alarkən müvafiq əlavənin olmadığını gördükdə bilsinlər ki, həmin əlavə məbləğ onların təqaüdləri ilə birləşdirilməklə və ya təqaüd formasında veriləcək. Yaxın günlərdə yanvar ayı üzrə təqaüdlərin də verilməsi təmin olunacaq.

    Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan şəxslərə isə bildiririk ki, onlara qeyd edilən təqaüdlər elektron qaydada, proaktiv şəkildə təyin olunaraq ödəniləcək. Buna görə də təqaüd təyinatı ilə bağlı onların hər hansı quruma müraciət etmələrinə ehtiyac yoxdur”, – deyə F.Talıbov vurğulayıb.

  • Vətən müharibəsindən geri dönən əsgərə gözəl sürpriz (VİDEO)

    İkinci Qarabağ müharibəsindən geri dönən əsgərimiz Xəyal Kərimov Sumqayıta çatar-çatmaz sürprizlə qarşılaşıb. Valideynləri onu sevdiyi qızla elə avtomobildən düşən kimi nişanlayıblar.

    BAKU.TV xəbər verir ki, bu X.Kərimovun anasının istəyi olub.

    Qeyd edək ki, 27 sentyabrdan başlanan döyüşlərdə igidlərimiz böyük şücaətlər göstərib. 44 günlük “Dəmir yumruq” əməliyyatında Azərbaycan ordusu öz qüdrətini göstərdi və düşmənə layiqli cəzasını verdi.

    Ətraflı süjeti təqdim edirik:

  • В Азербайджане День Победы станет нерабочим днем

    День Победы станет нерабочим праздничным днем.

    Как передает Median.Az, это нашло отражение в поправке к Трудовому кодексу, утвержденной сегодня Президентом Ильхамом Алиевым.

    Отметим, что принятие закона исходит из распоряжения президента Ильхама Алиева «Об учреждении Дня Победы в Азербайджанской Республике» от 3 декабря 2020 года.

    В Азербайджане ежегодно 8 ноября будет праздноваться как День Победы.

    Другой поправкой в Кодекс стало добавление статьи 106.1, cогласно которой ежегодно 27 сентября отмечается в Азербайджанской Республике как День памяти. Этот день будет считаться рабочим.

  • Azərbaycanda Zəfər günü qeyri-iş, Anım günü isə iş günü olacaq

    Azərbaycan Prezidenti İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

    Median.Az xəbər verir ki, məcəlləyə dəyişikliklər ölkə başçısının 2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” və 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncamlarından irəli gəlib.

    Layihəyə əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr – Zəfər Günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir.

    Digər bir dəyişikliklə isə məcəlləyə yeni – 106.1-ci maddə əlavə edilib. Belə ki, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü – “Azərbaycan Respublikasında Anım Günü”dür. Həmin gün iş günü hesab edilir.