Month: January 2021

  • Netçalada 49 yaşlı kişi bıçaqlanıb

    Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Tataraməhlə kəndində qeydə alınıb.

    Kənd sakini, 1972-ci il təvəllüdlü Həsənov Mahir Fərhad oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

    Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda o, cərrahiyyə şöbəsində əməliyyat olunur.

    Faktla bağlı araşdırma aparılır.

  • В Гарадагском районе грузовик упал в обрыв, есть погибший

    На горячую линию «112» МЧС поступила информация о том, что в Гарадагском районе Баку грузовик марки «Shacman» упал в обрыв и необходимо задействовать спасателей.

    Как сообщили Report в МЧС Азербайджана, на место происшествия прибыли соответствующие силы Спасательной службы особого риска.

    В результате проведенных мер, тело Ибадова Садига Валех оглы, 1999 года рождения было извлечено из транспортного средства и передано по назначению.

  • Qaradağda yük maşını dərəyə aşıb, ölən var

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Shacman” markalı yük avtomobilinin dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

    FHN-dən “Report”a verilən məlumatına görə, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu cəlb olunub.

    Həyata keçirilən tədbirlər nəticəsində 1999-cu il təvəllüdlü İbadov Sadiq Valeh oğlunun meyiti qəza törədən nəqliyyat vasitəsinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Bu nömrələrdən edilən zəngləri dinləmək mümkün deyil – YENİ ŞİFRƏLƏMƏ

    China Telecom telefon danışıqlarını üçüncü şəxsin dinləməsinin qarşısını alan kvant şifrəli danışıq xidmətini başladıb.

    Median.Az ted.az-a istinadən bildirir ki, hələ pilot mərhələdə olan xidmətin hərbi və dövlət qurumları kimi yüksək səviyyəli təhlükəsizlik tələb edən sahələrdə istifadəsi planlaşdırılır. Şirkət bunun simsiz rabitə sahəsində yeni mərhələ olacağını bildirib.

    Qeyd edilib ki, Çinin Anhui əyalətini pilot bölgə olaraq seçən China Telecom prosesi xüsusi SIM kart və mobil tətbiqlə birlikdə kvant şifrələmə ilə həyata keçirəcək. Sözügedən xidmətdə 5G və süni zəka rol oynayacaq.

    İstifadəçilər kvant şifrələnmiş telefon danışığı xidmətindən yararlanmaq üçün China Telecom mağazasına getməli və bu xidməti dəstəkləyən SİM kart almalıdırlar. Bundan sonra, “Quantum Safe Search” tətbiqi SİM kartın olduğu telefona yüklənməlidir.

    Qeyd edək ki, China Telecom hələlik xidmətin qiyməti barədə heç bir məlumat paylaşmayıb

  • Ərdoğan “Telegram”da kanal açdı

    WhatsApp-dan imtina edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Telegram” və “BİP” tətbiqlərində kanallar açıb.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumat prezidentin mətbuat xidmətindən verilib.

    Qeyd edək ki, bir neçə gün öncə Ərdoğan “məxfilik şərtləri”nin yenilənməsinə görə “WhatsApp” tətbiqindən imtina etmişdi.

  • Fransa parlamentinə Azərbaycanla bağlı qətnamə layihəsi təqdim olunub

    Fransa Milli Assambleyasına “Sülhə və regional inkişafa kömək məqsədilə Fransanın Cənubi Qafqazda rolunun möhkəmlənməsinin vacibliyi” adlı qətnamə layihəsi təqdim edilib.

    “Report”un yerli bürosu xəbər verir ki, sənədin müəllifləri Fransa-Azərbaycan Dostluq Qrupunun üzvləri – deputatlar Jerom Lamber (Jerome Lambert), Jan – Lük Reytzer (Jean-Luc Reitzer), Andre Vilye (André Villiers), Mişel Vyale (Michel Vialay), Frederik Düma (Frederique Dumas) və Mjid El Gerabdır (Mjid El Guerrab).

    Qətnamə layihəsində Fransa hökumətinə Cənubi Qafqazda sülhün qorunmasındakı rolu və bu məqsədlə Azərbaycanla yaxından əməkdaşlıq etməsi üçün tövsiyələr yer alıb.

    Sənəddə Azərbaycanın Cənubi Qafqaz regionunda stabilliyin və inkişafın təmin olunmasındakı aparıcı roluna toxunulub.

  • Prezident Əmək Məcəlləsinə dəyişikliyi təsdiqlədi: Zəfər Günü qeyri-iş günü olacaq

    Prezident İlham Əliyev Əmək Məcəlləsində edilən dəyişikliklə bağlı Qanunu təsdiqləyib.

    Təsdiqlənmiş dəyişikliklərə əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr – Zəfər Günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir.

    Digər bir dəyişikliklə isə məcəlləyə yeni – 106.1-ci maddə əlavə edilir: “Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü – “Azərbaycan Respublikasında Anım Günü”dür. Həmin gün iş günü hesab edilir.

  • Nazarbayevin qızı parlamentə qayıtdı

    Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva Parlamentə qayıdıb.

    Bu barədə “Sputnik” xəbər yayıb.

    O, “Nur Otan” partiyasından deputat olacaq.

    Qeyd edək ki, Nazarbayevin rəhbərlik etdiyi “Nur Otan” partiyası parlament seçkilərində səslərin 71.09% -ni qazanıb. Nəticədə partiya 98 mandatından 76-na sahib olub.

    Dariqa Nazarbayeva əvvəllər Senatın spikeri olub.

    Lakin 2020-ci ilin may ayında o, vəzifəsini tərk etmişdi: Prezident Kasım-Jomart Tokayevin sərəncamı ilə onun deputatlıq səlahiyyətlərinə xitam verilmişdi.

  • “Telegram”a “böyük köç”: Son 72 saat ərzində 25 milyon yeni qeydiyyat

    “Telegram” messencerinin istifadəçilərinin sayı son 72 saat ərzində 25 milyon artıb.

    “RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə sözügedən sosial şəbəkə proqramının yaradıcısı Pavel Durov məlumat yayıb.

    “Yalnız son 72 saat ərzində “Telegram”a 25 milyon yeni istifadəçi qatılıb”, – deyə P. Durov qeyd edib.

    O əlavə edib ki, son 72 saat ərində Asiyadan 38 faiz, Avropadan 27, Latın Amerikasından 21, Orta Şərq-Şimali Afrika ölkələrindən isə səkkiz faiz istifadəçi “Telegram”a qoşulub.

  • 100 nəfərlik toyların keçirilməsinə icazə verilə bilər – AÇIQLAMA

    “Artıq bir ildən çoxdur ki, bütün dünya, o cümlədən Azərbaycan COVID-19 pandemiyası ilə qarşılaşıb. Ölkənin pandemiya şəraitindən az itki və minimum ziyanla çıxması istiqamətində bir çox əhəmiyyətli və sosial tədbirlər həyata keçirilib. Müəyyən dönəmlərdə artma və azalmalarla bərabər, ümumilikdə Azərbaycan, həqiqətən, bu problemin öhdəsindən gələ bilmişdir”.

    Median.Az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

    Onun sözlərinə görə, hazırda dünya pandemiya ilə mübarizədə vaksinlərin tətbiqi mərhələsinə başlayıb. Vaksinlərin tətbiqi böyük bir ölçüdə yaxşılaşmaya doğru aparacaq:

    “Rəqəmlər azaldıqdan və ya virus tamamilə yox olduqdan sonra digər dünya ölkələri kimi, Azərbaycan da pandemiyadan əvvəlki həyat tərzinə qayıdacaq. Lakin artıq azalmalar böyük ölçüdə olduqdan sonra bu günə qədər tətbiq edilən məhdudlaşma və sərtləşmələr aradan götürülməlidir. Zamanla biz bununla artıq rastlaşmışıq.

    Pandemiyadan əziyyət çəkənlərin sayı azaldığı zaman yumşalmalara, çoxaldığı zaman isə sərtləşməyə getmişdik. Bu isə tamamilə adekvat addım idi. Bundan sonra da bu tədbirlər görüləcək. Əhalinin sərbəst hərəkəti, iş yerlərinin açılması, insanları daha çox düşündürən toy mərasimlərinin və yas məclislərinin keçirilməsi qaydalarına bir daha baxıla bilər və baxılacaqdır”.

    Deputat əlavə etdi ki, bu istiqamətdə qərarları, əlbəttə, Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Burada gündəlik statistika və epidemioloji vəziyyət nəzərə alınır: “Hələlik hansısa konkret addım barədə danışmaq tezdir. Amma gözlənilən budur ki, yumşalmalara gediləcək. Bir vacib məsələni qeyd edim ki, pandemiyadan əvvəl də bizim ziyalılarımız və söz sahibi olan insanlarımız mərasimlərimizlə bağlı tənqidi fikirlər səsləndirib. Həddindən artıq ifrat və israfçılığa yol vermək daim tənqid olunub. Adət və ənənələrimizə yad olan elementlərin mərasimlərə daxil edilməsi qəbuledilməz sayılıb. Yəqin ki, bir il ərzində həyata keçirilən məhdudlaşma və tam qadağalar bundan sonra həmin mərasimləri nəzərdən keçirib məhdud formada reallaşdırmağımıza şərait yaradacaq.

    Pandemiya baxımından yanaşsaq, məhdud sayda, sadəcə ailə üzvləri, yaxınlar və əziz insanların iştirakı ilə mərasimlərin keçirilməsi ilk vaxtlarda daha məqsədəuyğun olar. Daha sonra isə gedişata əsasən, yeni qərar veriləcək. Bu, təbii ki, ölkədə epidemioloji vəziyyət və statistikaya bağlı olacaq. Yoluxma sayları yüksək olduğu təqdirdə toy mərasimlərinin keçirilməsinə icazənin verilməsi mümkün olmayacaq.

    Əgər azalma olarsa, virus tamamilə yox olmağa doğru gedərsə, 400-500 nəfərlik saylarla toyların keçirilməsi məqsədəuyğun deyil. Çünki əsasən yoluxmalar yas mərasimləri və çox sayda insanların birgə olduğu yerlərdən baş vermişdi.

    Düşünürəm ki, pandemiyadan sonra 50, 70, 100 nəfərlik məclislərin qurulması daha məqsədəuyğun olacaq. Verilən qərardan asılı olaraq bu say daha çox və ya nisbətən çox da ola bilər”.