Month: January 2021

  • Sabah güclü külək əsəcək

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir.

    Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 766 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 2-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 13-14-də Bakıda və Abşeron yarımadasında mülayim cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

    Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edir ki, yanvarın 13-dən 14-ü səhərədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi 15-18 m/s, arabir 20 m/s-dək, Azərbaycanın bəzi rayonlarında isə arabir 18-23 m/s-dək güclənəcək.

  • DYP Biləcəri bələdiyyəsini cərimələdi

    Dövlət Yol Polisi (DYP) Binəqədi rayon Biləcəri bələdiyyəsi barəsində inzibati qaydada protokol tərtib edib.

    “Report”un əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsi bələdiyyəni İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan beş gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilib.

    Qərara əsasən, Binəqədi rayon Biləcəri bələdiyyəsi 300 manat məbləğində cərimə edilib.

    Bələdiyyə qərardan apelyasiya şikayəti verib.

  • İtaliya mətbuatı: “Prezident İlham Əliyev: Biz Qarabağda cənnət yaradacağıq”

    İtaliyanın nüfuzlu “Il Giornale” qəzeti, “Notizie Geopolitiche” analitik-informasiya portalı, “MSN Notizie” xəbər portalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan videoformatda keçirilmiş müşavirədə Azərbaycan dövlət başçısının 2020-ci ildə ölkədə siyasi, iqtisadi, sosial sahələrdə baş vermiş əsas hadisələr, eləcə də 2021-ci il üzrə planlarla bağlı açıqlamları dərc olunub.

    Məqalələrdə Prezident İlham Əliyevin fikirlərinə istinadən 2020-ci ilin bütün ölkələr üçün iqtisadi sahədə ağır il olduğu, amma Azərbaycanın digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxdığı, 2020-ci ildə Azərbaycanda qeyri-neft sənayesinin 11 faizdən çox artdığı, bunun da məhz şaxələndirmə hesabına əldə edildiyi və bunun real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı demək olduğu bildirilib.

    Prezident İlham Əliyevin 2020-ci ildə ölkədə kənd təsərrüfatının iki faiz, orta əməkhaqqı və orta pensiyaların təqribən 13-14 faiz artdığını, koronavirusla mübarizə üçün vəsitələr xərclənsə də, müharibə aparılsa da, digər xərclər, müavinətlər və sosial paketlər olsa da ölkənin valyuta ehtiyatlarının qorunduğunu, Dövlət Neft Fondunun vəsaitinin 0,5 faiz artdığını bildirdiyi qeyd olunub.

    Eyni zamanda 2020-ci ilin sonunda – dekabrın 31-də Cənub Qaz Dəhlizinin tam istismara verildiyi barədə məlumat verdiyi qeyd olunub. Məqalədə beynəlxalq qurumların Azərbaycanda gedən işlərə verdikləri qiymətlə bağlı Prezident İlham Əliyevin fikirlərinə də yer verilib.

    Müşavirədə Prezident İlham Əliyevin 2021-ci ilin planlarından danışaraq dövlət investisiya planında təsbit olunmuş ənənəvi işlərlə yanaşı, azad edilmiş ərazilərdə görüləcək işlər barədə verdiyi məlumatlardan da istifadə edilib. Bu xüsusda, birinci layihə kimi Şuşa şəhərinə yol layihəsi, Şuşa şəhərinə getmək üçün yeni yol çəkilişinin mütləq olduğu, bu sahədə işlərə artıq start verildiyi, Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolunun inşa olunmağa başlandığı və bu yolun nəzərdə tutulmuş qrafikdən daha tez bir zamanda inşa ediləcəyi bildirilib.

    Digər vacib layihə kimi Toğanalı – Kəlbəcər yolu layihəsinə də start verildiyini və relyefin mürəkkəbliyini nəzərə alaraq, bu yolun üstündə tunellərin tikiləcəyini, habelə Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilməsi üçün hazırlıq işlərinə başlandığını bildirdiyi və Toğanalıdan Kəlbəcərə çəkiləcək yolun Laçın rayonu da daxil olmaqla davam etdiriləcəyini vurğuladığı, beləliklə, iki tərəfdən, – həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturunun yaranacağını bildirdiyi qeyd olunub.

    Məlumatlar arasında Laçın və ya Kəlbəcər rayonlarının ərazisində müasir beynəlxalq hava limanının tikilməsi üçün yer axtarıldığı, ya Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanının tikiləcəyi, Füzuli şəhərində də beynəlxalq hava limanının inşa ediləcəyi, bunun həm Qarabağ bölgəsinin inkişafı üçün lazım olduğu, eyni zamanda, Şuşaya gəlmək istəyən xarici qonaqların rahat Füzuliyə enib, oradan avtomobillə Şuşaya gedəcəkləri, aeroportun tikintisi ilə paralel olaraq artıq Füzuli şəhərindən beynəlxalq uçuşların təşkili ilə bağlı ilkin araşdırmaların aparılmalı olduğu və aeroportun açılışından sonra qonşu ölkələrin bəziləri ilə hava nəqliyyatının təmin edilməsi üçün AZAL-ın müvafiq iş aparmalı olduğu qeyd olunub.

    İtaliya mətbuatında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin müharibənin başa çatmasından iki aydan az vaxt keçməsinə baxmayaraq, artıq çox böyük işlərin görüldüyü də qeyd olunub.

  • İlon Mask “Forbes”in reytinqində liderliyi itirdi

    “SpaceX” və “Tesla” şirkətinin rəhbəri İlon Mask “Forbes”in planetin ən varlı adamları reytinqində birinci yeri tərk edib.

    Bu barədə “RİA Novosti” məlumat verir.

    Eyni zamanda, onun “Bloomberg” agentliyi tərəfindən hesablanan “Bloomberg Billionaires Index”də (BBI) liderliyini qoruduğu bildirilir.

    “Forbes Real-Time”a görə, Maskın sərvəti bir gündə 13,5 milyard azalaraq 176,2 milyard ABŞ dolları təşkil edib. O, reytinqdəki liderliyini kapitalı 182,1 milyard dollar olaraq qiymətləndirilən “Amazon”un qurucusu Ceff Bezosa təhvil verib.

    Qeyd edilir ki, bir gün əvvəl ABŞ-ın əsas fond indeksləri düşüb, “Tesla”nın səhmləri 7,8 faiz azalaraq, 811.19 dollar təşkil edib.

  • Binəqədidə yanğın hadisəsi baş verib

    Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli üç otaqlı evin bir otağında beşik və dörd ədəd döşək yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ev yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Rəmişin vəziyyəti necədir? – AÇIQLAMA

    “Allaha şükür Rəmiş özünü normal hiss edir. Düzdür, bir az narahatlığı var. O da ki normal haldır. Rəmişin 77 yaşı var”.

    Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Rəmişin həyat yoldaşı Gülü xanım deyib.

    O bildirib ki, sənətçinin vəziyyəti hazırda qənaətbəxşdir:

    “Xəstəxanaya yerləşdirilməyib, evdədir. Çox yorulanda uzanır, amma arada hərəkət də edir. Vəziyyəti elə də ağır deyil. Yaşlı insandır, xəstələnə bilər. Bu, normaldır”.

    Qeyd edək ki, bir müddət öncə Xalq artistinin koronavirusa yoluxduğu, daha sonra isə vəfat etdiyi haqda iddialar yayılıb.

  • Bakıda birmərtəbəli evdə yanğın

    Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 230 m² olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 16 m² sahədə və içərisində iki ədəd məişət avadanlığı yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Центробанк Азербайджана прокомментировал утверждения о снижении курса маната

    12 января на валютном аукционе, организованном Центробанком, было продано 142,2 млн долларов против 70,6 млн, реализованных на предыдущем аукционе 7 января.

    “Ожидания, сформированные на фоне необоснованных сообщений о падении курса маната, привели к некоторому росту спроса на рынке наличной инвалюты, что вызвало относительное увеличение и спроса на валютных аукционах. Однако, учитывая рост цен на нефть по сравнению с прошлым годом, недавнее заседание ОПЕК+ и принятые позитивные решениям по добыче сырья, программы вакцинации против вируса COVID-19 и значительные трансферты из Государственного нефтяного фонда, отметим, что заявления о девальвации маната необоснованны. В связи с этим мы считаем, что рост спроса на наличную инвалюту носит временный характер и в ближайшее время замедлится”, – отметили в ЦБА.

    Кроме того, регулятор заявил, что также необоснованны различные сообщения о проблемах с продажей долларов в банках в безналичной форме и связи данного факта с валютными аукционами.

    “ЦБ проводит валютные аукционы дважды в неделю (вторник и четверг), и они полностью удовлетворяют потребности банков как в наличной, так и в безналичной валюте”, – подчеркнули в ЦБ.

    Регулятор отметил, что и в течение 2021 года будет уделять внимание сохранению стабильности курса национальной валюты.

  • Manatın məzənnəsi ucuzlaşacaq? – Mərkəzi Bank iddialara aydınlıq gətirdi

    12 yanvar tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

    Qurumdan verilən məlumata əsasən, hərracda tələb 142,2 milyon ABŞ dollarını təşkil edib və tam təmin edilib. Hərracda məzənnə 1 dollar üçün 1,7 manat müəyyən edilib.

    Tələbin ötən aylara nisbətən yüksək olması ilə bağlı Mərkəzi Bankın açıqlamasında bildirilib ki, son günlər manatın ucuzlaşması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə gedən əsassız xəbərlərin fonunda formalaşan gözlənti nağd valyuta bazarında müəyyən tələbi şərtləndirib və bu da valyuta hərracında tələbin nisbətən artmasına təsir edib:

    “Neftin qiymətinin ötən illə müqayisədə artdığını, OPEC+ ölkələrinin son toplantısında neft hasilatı ilə bağlı müsbət qərarların qəbul olunduğunu, bütün dünyada artıq COVID-19 virusuna qarşı vaksinasiya proqramlarının başlandığını və Dövlət Neft Fondunun əhəmiyyətli məbləğdə transfertlərini nəzərə alaraq qeyd edirik ki, manatın ucuzlaşması ilə bağlı iddialar əsassızdır. Bu baxımdan hesab edirik ki, nağd valyuta ilə bağlı artan tələb müvəqqəti xarakter daşıyır və qısa zamanda səngiyəcək.

    Eyni zamanda, son günlər bəzi internet səhifələrində guya banklarda qeyri-nağd ABŞ dolları satışlarında problem olduğunu və bunun valyuta hərracları ilə bağlılığını iddia edən fikirlər də əsassızdır. Bildiririk ki, Mərkəzi Bank tərəfindən valyuta hərracları həftədə iki dəfə (çərşənbə axşamı və cümə axşamı) keçirilir və bu hərraclarda bankların həm nağd, həm də qeyri-nağd valyuta üzrə tələbləri tam təmin edilir.

    Bir daha vurğulamaq istərdik ki, 2017-ci ildən bəri milli valyutanın məzənnəsi sabitdir və cari ildə də Mərkəzi Bank tərəfindən valyuta bazarında stabilliyin tәmin edilməsi diqqət mərkəzində saxlanılacaq”.

  • Rusiyalı qadında koronavirusun 18 mutasiyası tapıldı

    Rusiyada immuniteti aşağı olan qadın altı ay COVID-19-dan əziyyət çəkib.

    Virological.org xəbər verir ki, nəticədə onun bədənində koronavirusun 18 yeni mutasiyası meydana gəlib.

    Bildirilir ki, 47 yaşlı bədxassəli lenfoma xəstəsi kimyaterapiya kursu keçərkən virusa yoluxub.

    Ondan yazda və yayda götürülən analizlər çoxlu müxtəlif mutasiyaların olduğunu göstərib. Onların ikisi Danimarkada su samurlarında tapılan ştammla eyni olub. Qadında müəyyən edilən digər ştammın isə daha əvvəl immuniteti zəif olan, anticisim plazması ilə müalicə olunan başqa bir xəstədə aşkar edildiyi bildirilir.

    Rusiyalı professor Konstantin Krutovski virusun daha yoluxucu “Britaniya variantı”nın da (VOC-202012/01) immuniteti zəif xəstədə çıxdığını ehtimal edib.