Month: January 2021

  • Лионель Месси признан лучшим плеймейкером десятилетия по версии IFFHS

    Международная федерация футбольной истории и статистики (IFFHS) назвала лучшего плеймейкера за последнее десятилетие, передает “Чемпионат”.

    Первое место в рейтинге занял нападающий “Барселоны” Лионель Месси. На второй строчке находится экс-футболист сине-гранатовых Андрес Иньеста. Замкнул тройку лучших футболист “Реала” Лука Модрич. В топ-5 также входят полузащитник “Манчестер Сити” Кевин Де Брёйне и игрок “Реала” Тони Кроос.

    Топ-10 лучших плеймейкеров десятилетия по версии IFFHS:

    1. Лионель Месси
    2. Андрес Иньеста
    3. Лука Модрич
    4. Кевин Де Брёйне
    5. Тони Кроос
    6. Эден Азар
    7. Неймар
    8. Месут Озил
    9. Андреа Пирло
    10. Яя Туре.

  • Son onilliyin ən yaxşıları – SİYAHI

    Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası son onilliyin ən yaxşı pleymeykerinin adını açıqlayıb.

    Qurumun hazırladığı siyahıda ilk pillədə “Barselona”nın hücumçusu Lionel Messi qərarlaşıb. İkinci pillədə “Barsa”nın keçmiş futbolçusu Andres İniesta olub. İlk üçlüyü Madrid “Real”ından Luka Modriç tamamlayıb. İlk beşliyə həmçinin “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bröyne və “Real”ın ulduzu Toni Kroos da düşə bilib.

    İlk onluğu təqdim edirik:

    1. Lionel Messi

    2. Andres İniesta

    3. Luka Modriç

    4. Kevin De Bröyne

    5. Toni Kroos

    6. Eden Azar

    7. Neymar

    8. Müsut Özil

    9. Andrea Pirlo

    10. Yaya Ture

  • Baş nazirdən ölkədə velosiped istehsalını təşviq edəcək QƏRAR

    “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 dekabr tarixli 471 nömrəli Qərarının qüvvədə olma müddətinin uzadılması ilə bağlı qərar qəbul edilib.

    Bu barədə Nazirlər Kabinetinin müvafiq qərarında məlumat verilib.

    Bildirilib ki, sözügedən qərar velosiped istehsalı üçün ölkəmizə idxal edilən ehtiyat hissələrinin gömrük rüsumlarından azad olunmasının iki il müddətinə uzadılmasını ehtiva etməklə, yerli istehsalın və regionların sənaye potensialının inkişafına dəstək məqsədi daşıyır.

  • Азербайджанская нефть незначительно подешевела

    Азербайджанская нефть марки Azeri Light незначительно подешевела.

    Ее стоимость на мировом рынке снизилась на 0,09 доллара за баррель – до 55,67 доллара.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • “Azeri Light”ın bu günə olan qiyməti

    Azərbaycan neftinin qiymətində cüzi ucuzlaşma müşahidə olunub.

    “Azeri Light” markalı neftin bir bareli 0,09 ABŞ dollarına qədər ucuzlaşıb.

    Nəticədə, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 55,67 dollar təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

    Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar dünya bazarında neft qiymətlərinin 5 faizə qədər artmasına səbəb olmuşdu.

  • ОАО “Азерэнержи” приступило к ремонту малых ГЭС в Суговушане – ВИДЕО

    ОАО “Азерэнержи” приступило к капитальному ремонту и восстановительным работам на малых гидроэлектростанциях (МГЭС) “Суговушан-1” и “Суговушан-2” общей установленной мощностью 7,8 МВт, которые находятся на освобожденных от оккупации территориях. Об этом говорится в сообщении ОАО.

    В нем отмечается, что в Суговушане армянские оккупанты демонтировали рабочие механизмы двух МГЭС установленной мощностью 4,8 и 3 МВт. Также электростанции были сильно повреждены в ходе боевых действий.

    Поэтому машинные залы, агрегаты, генераторы, а также здание центра управления, щиты, оборудование, трансформаторы на малых ГЭС “Суговушан-1” и “Суговушан-2” ремонтируются или заменяются новыми.

    Работы планируется завершить в ближайшие месяцы. После этого будет в первую очередь обеспечено электроснабжение близлежащих населенных пунктов, в том числе поселка Суговушан и села Талыш, а затем и других – по новопостроенным ЛЭП.

  • “Azərenerji” Suqovuşandakı SES-lərin təmirinə başladı – VİDEO

    “Azərenerji” işğaldan azad edilən Suqovuşanda yerləşən ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında (SES) əsaslı təmir və bərpa işlərinə başlayıb.

    Bu barədə “Azərenerji” ASC-dən məlumat verilib.

    Qeyd edək ki, erməni qəsbkarları Suqovuşandakı 4,8 və 3 meqavat gücündə olan kiçik su elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb daşıyıb, apara bilmədiklərini isə dağıdıblar. Eyni zamanda döyüşlər zamanı stansiyalara ciddi ziyan dəyib.

    Ona görə də hazırda “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarının maşın zalları, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları təmir edilir və ya yenisi ilə əvəzlənir.

    Aparılan işlərin yaxın aylarda başa çatdırılması planlaşdırılıb. İşlər bitəndən sonra ilkin olaraq Suqovuşan qəsəbəsi, Talış kəndi də daxil olmaqla yaxın ərazilərə elektrik enerjisi veriləcək, daha sonra isə enerji paylayıcı elektrik şəbəkəsinin yeni çəkilən elektrik xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcək.

  • 15 yaşlı qızı qaçıran azərbaycanlı qadınlar saxlanıldılar

    Gürcüstanın əsasən azərbaycanlıların yaşadığı Qardabani rayonunda yeniyetmə qızı qaçırmaqda ittiham olunan dörd nəfər saxlanılıb.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

    İstintaq zamanı müəyyən olunub ki, Qardabaninin kəndlərindən birində 1997-ci il təvəllüdlü gənc oğlan anası və ona yaxın olan iki qadınla birgə 15 yaşlı qızı nikaha daxil olmaq məqsədilə azadlıqdan məhrum ediblər.

    Faktla bağlı istintaq Cinayət Məcəlləsinin yeniyetmənin qanunsuz olaraq azadlıqdan məhrum edilməsi maddəsi üzrə davam etdirilir. Saxlanılan şəxsləri 7 ildən 10 ilədək həbs cəzası gözləyir.

  • В Лерике сошел оползень – ВИДЕО

    В Лерике сошел оползень.

    Как сообщает Baku TV, наиболее ощутимыми его последствия оказались на территории села Вери Алиабады.

    Местные жители опасаются, что их дома могут обрушиться в любой момент.

    Оползень активизировался около двух лет назад на участке близ села протяженностью около 1 км, расположенном вдоль реки.

    Прошедшие здесь недавно проливные дожди ускорили процесс эрозии почвы, что вызывает беспокойство местного населения.

    Село Вери Алиабады расположено на высоте около 160 м над уровнем моря. В нем насчитывается около 80 домов. В результате оползня в более чем 20 из них образовались трещины.

    В представительстве районной Исполнительной власти в селе сообщили, что соответствующие органы проинформированы о сложившейся ситуации.

  • Lerikdə torpaq sürüşməsi qeydə alınıb – VİDEO

    Lerikdə torpaq sürüşməsinə qeydə alınıb.

    Baku TV xəbər verir ki, sürüşmə daha çox Veri Əliabadı kəndində hiss olunub.

    Kənd sakinləri hər an evlərinin uçmaq təhlükəsi olmasından narahatdır. Kənddə əsasən çay boyunca bir kilometrə yaxın ərazidə iki ilə yaxındır ki, sürüşmə aktivləşib.

    Son zamanlar yağıntıların çox olması torpaqda aşınma prosesini sürətləndirib. Bu da kənddə yaşayan ailələrin çoxunu haqlı olaraq narahat edir.

    Qeyd edək ki, Veri Əliabadı kəndi dəniz səviyyəsindən təxminən 160 m hündürlükdə yerləşir. Burada 80-ə yaxın ev var. Torpaq sürüşməsi nəticəsində ümumilikdə 20-dən çox tikilidə irili-xırdalı çatlar yaranıb.

    Kənd icra nümayəndəliyindən isə bildirilib ki, aidiyyəti orqanlara məsələ ilə bağlı məlumat verilib.