Month: January 2021

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 91 318 240 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 1 952 932 xəstə ölüb, 65 291 805 nəfər sağalıb.

    Şimali Amerikada 26 423 084, Avropada 26 155 298, Asiyada 21 559 568, Cənubi Amerikada 14 035 014, Afrikada isə 3 095 419 nəfərdə koronavirus aşkarlanıb.

    Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (23 143 197 nəfər), Hindistan (10 479 913 nəfər), Braziliya (8 133 833 nəfər), Rusiya (3 425 269 nəfər) və Böyük Britaniyadır (3 118 518 nəfər).

    Yeddinci yerdə olan Türkiyədə 2 336 476, İranda 1 292 614, Gürcüstanda 239 780, Ermənistanda isə 162 288 nəfərdə koronavirus müəyyən edilib.

    Azərbaycanda koronavirusa yoluxan 224 827 nəfərin 2 926-sı ölüb, 209 522-si sağalıb.

  • В Баку пропал без вести 15-летний подросток

    В Низаминском районе Баку пропал без вести 15-летний Эльвин Мамедов.

    Об этом Report сообщил его отец Эльчин Мамедов. Он отметил, что сын пропал 11 января, около 17:00, недалеко от станции метро “Гара Гараев”.

    Отмечается, что подросток страдает психическим заболеванием.

  • Bakıda 15 yaşlı yeniyetmə itkin düşdü – FOTO

    Bakıda 15 yaşlı oğlan itkin düşüb.

    Bu barədə Oxu.Az-a onun atası Məmmədov Elçin məlumat verib.

    O bildirib ki, oğlu Elvin Məmmədov ötən gün günorta saatlarında evdən çıxıb və geri qayıtmayıb. Sonuncu dəfə dünən “Qara Qarayev” metrostansiyasının yaxınlığında görülüb.

    Atasının sözlərinə görə, Elvin əqli qüsurludur və eşitmə problemi olduğundan qulağında eşitmə cihazı var. Evdən çıxanda üzərində qara gödəkcə, qara şalvar və qara rəngli ayaqqabı olub.

    Yaşadığı ünvanı belə ifadə edə bilmir, psixoloji problemləri var.

    Xahiş olunur, 15 yaşlı Elvini görən şəxslər 070 997 53 52 nömrəsi vasitəsilə məlumat versinlər.

  • Alimlər koronavirusu məhv etməyin yeni üsulunu tapıblar

    Rusiya və Özbəkistan alimləri müəyyən ediblər ki, zəif dozada şüalanma insana zərər vermədən, karonavirus və onun mutasiyalarını məhv etməyə qadirdir.

    Bu barədə Ural Federal Universitetinin mətbuat xidməti məlumat yayıb.

    Məlumatda bildirilir ki, universitetin və Özbəkistan Elmlər Akademiyasının alimləri rentgen və ultrabənövşəyi şüaların COVİD-19-a təsirini araşdırıblar.

    Araşdırma nəticəsində müəyyən olunub ki, zəif şüalanmanın təsiri ilə insan orqanizmindəki bir çox virusları, o cümlədən də koronavirusu zərərsizləşdirmək mümkündür. Alimlərin sözlərinə görə, bu üsuldan müxtəlif obyektlərin və məkanların dezinfeksiyası üçün də istifadə etmək olar.

  • Potensial təhlükəli asteroid Yerə yaxınlaşır

    Astronomlar yaxın iki gündə potensial təhlükəli “2020 WU5” asteroidinin planetimizin yaxınlığından keçəcəyini bildirirlər.

    “RİA Novosti”nin məlumatına görə, onun hərəkət trayektoriyası NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının veb saytında verilib.

    “2020 WU5” asteroidi 2020-ci ilin noyabr ayında “NEOWISE” (“Wield-Field Infrared Survey Explorer”) kosmik teleskopu tərəfindən əldə edilmiş şəkillərdə aşkar edilib.

    Asteroid orbitləri xaricdən yer üzü ilə kəsişən “Apollon” qrupuna aiddir. Diametri 0,5-1,1 kilometr arasında olan səma cisminin Yerə ən yaxın yanaşması yanvanın 13-dən 14-nə keçən gecə gözlənilir. Bildirilir ki, Şimal yarımkürəsinin orta enliklərində onu müşahidə etmək üçün yaxşı şərait olacaq.

    Asteroidin Yerdən kifayət qədər uzaq keçməsinə baxmayaraq (müxtəlif hesablamalara görə, 8,1-7,5 milyon kilometr arasında), potensial təhlükəli kimi təsnif edilir.

  • Dünyanın ən yaşlı futbolçusu komandası ilə müqaviləsini uzatdı

    Dünyanın ən yaşlı futbolçusu sayılan 53 yaşlı Kadzuesi Miura Yaponiyanın “Yokohama” klubu ilə müqaviləsini uzadıb.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    53 yaşlı futbolçu ilə 2021-ci il mövsümü üçün müqavilə imzalanıb.

    Xatırladaq ki, bu il Miuranın karyerasında 36-cı mövsümü olacaq.

  • Gürcüstandan 250 Azərbaycan vətəndaşı təxliyə olunacaq

    Pandemiya səbəbindən Gürcüstanı tərk edə bilməyən daha 250 Azərbaycan vətəndaşının vətənə təxliyəsi həyata keçiriləcək.

    “Report”un yerli bürosu xəbər verir ki, təxliyə yanvarın 15-nə təyin olunub.

    Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib ki, təxliyə olunacaq şəxslər sabah koronavirus testindən keçiriləcək və nəticələr yanvarın 14-də açıqlanacaq.

    COVID-19 virusu aşkarlanmayan şəxslərə Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında səfirlik nümayəndəsi tərəfindən xüsusi arayışlar veriləcək və onlar vətənə dönə biləcəklər.

    Qeyd edək ki, pandemiya dövründə Gürcüstan vasitəsilə iki minə yaxın azərbaycanlının Azərbaycana qayıtması təmin edilib.

  • Eksternat imtahanlarının nəticələri bəlli oldu

    Bakı şəhəri üzrə onlayn formada keçirilən eksternat qaydasında aralıq imtahanlarının nəticələri açıqlanıb.

    Əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil olunan imtahanlara hər iki səviyyə üzrə ümumilikdə 316 nəfər qatılıb. Onlardan 250 nəfəri uğur qazanıb.

    Eksternat imtahanlarında ümumi orta təhsil səviyyəsi üzrə 61 nəfər, tam orta təhsil səviyyəsi üzrə 189 nəfər uğur qazanıb.   

    Növbəti mərhələdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək eksternlər müvafiq olaraq ümumi orta və tam orta təhsil haqqında attestat ala biləcəklər.

    Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

    Ümumi orta təhsil səviyyəsi üzrə eksternat qaydasında aralıq imtahanlarında uğur qazanmış şəxslərin siyahısı.

    Tam orta təhsil səviyyəsi üzrə eksternat qaydasında aralıq imtahanlarında uğur qazanmış şəxslərin siyahısı.

  • Hadrut və Cəbrayılda itkin düşmüş erməni hərbçilərin meyitləri aşkarlandı

    Ermənilərin bu gün Hadrut, Cəbrayıl rayonlarında və digər ərazilərdə apardıqları axtarışlar zamanı bu ölkənin ikinci Qarabağ müharibəsində həlak olmuş daha 10 hərbçisinin meyiti tapılıb.

    Bu barədə “Report” “News.am”a istinadən xəbər verir.

    Məlumata görə, bununla da Qarabağda aparılan axtarış işləri zamanı meyitləri aşkarlanan erməni hərbçilərinin sayı 1 222 nəfərə çatıb.

    Qeyd edək ki, itkin düşmüş erməni hərbçilərinin axtarışlarına hərbçilərlə yanaşı, əsgərlərin yaxınları, digər mülki şəxslər də cəlb edilib. Ermənistan rəhbərliyi ikinci Qarabağ müharibəsindəki itkilərinin sayını bu günə kimi açıqlamayıb. Lakin Səhiyyə Nazirliyi ekspertizadan keçirilən meyitlərin sayının 3 300-ü ötdüyünü açıqlayıb.

    Dünən ermənilərin Zəngilan rayonu istiqamətində apardıqları axtarışlar zamanı bu ölkənin daha 14 hərbi qulluqçusunun meyiti tapılıb.

  • Байден сделал вторую прививку от коронавируса

    Избранный президент США Джо Байден получил вторую дозу вакцины Pfizer от коронавируса.

    Как передает Report со ссылкой на РИА Новости, об этом сообщает его журналистский пул.

    В распространенном сообщение отмечается, что Байдену сделали укол в госпитале в Ньюарке, в десяти-пятнадцати километрах от его резиденции.

    Вторую дозу вакцины избранный президент США получил в 13.35 (22.35 – бакинское время) в понедельник.