Month: January 2021

  • Baş prokuror Vilyam Hacıyevin oğlunu yenidən vəzifəyə təyin etdi

    Baş Prokurorluq İmişli Rayon İcra Hakimiyyətinin həbs edilən sabiq başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin yenidən vəzifəyə təyin edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

    Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Baş prokurorun əmri ilə sərəncamda olan Məhəmməd Hacıyev Qubadlı Rayon Prokurorluğunun müstəntiqi təyin olunub.

    Qeyd edək ki, rayon prokurorluğunun müstəntiqi vəzifəsi prokurorluq orqanlarında qulluq keçmə haqqında qanuna görə ən sonuncu – 9-cu təsnifat hesab olunur.

    Xatırladaq ki, ötən il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və V.Hacıyev həbs edilib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Prezident İlham Əliyev mayın 6-da V.Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

    Daha sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Məhəmməd Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsindən azad olunub.

    Qeyd edək ki, ilk xəbəri unikal.org saytı yayıb.

  • Müdafiə Nazirliyindən itkin düşmüş sayılan hərbçilərlə bağlı MƏLUMAT

    Müdafiə Nazirliyi itkin düşmüş hesab olunan 64 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında siyahı yayıb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

    Vətən müharibəsində şəhid olmuş və itkin düşmüş hesab olunan hərbi qulluqçuların siyahısı

  • Завершился рабочий визит Президента Ильхама Алиева в Россию

    Рабочий визит Президента Азербайджанской Республики Ильхама Алиева в Российскую Федерацию завершился, сообщает АЗЕРТАДЖ.

  • Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

    Azərbaycan Prezident İlham Əliyevin Rusiyaya səfəri yekunlaşıb.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri yanvarın 11-də başa çatıb.

  • Президент Ильхам Алиев: Азербайджан настроен на эффективное сотрудничество с Россией

    Президент Азербайджана Ильхам Алиев заявил, что настроен на эффективное сотрудничество с Россией, а также выразил уверенность, что уже в этом году все потери из-за пандемии коронавируса будут компенсированы, пишет ТАСС.

    “Что касается двусторонних отношений, то, несмотря на тяжелый год, связанный с пандемией, у нас все-таки спад товарооборота не очень значительный. Уверен, что в этом году мы все компенсируем, у нас очень большая, обширная повестка дня, в том числе в экономической сфере. В политической сфере Азербайджан и Россия уже давно стратегические партнеры”, – сказал Ильхам Алиев во время встречи в понедельник с президентом России Владимиром Путиным.

    “Вы отметили, – сказал глава азербайджанского государства, обращаясь к Путину, – гуманитарное сотрудничество между нашими странами. Это всегда отличалось большой искренностью, эффективностью и также нацеленностью на конкретный результат. И по всем другим сферам мы настроены на очень эффективное сотрудничество”.

  • Prezident İlham Əliyev: “Azərbaycan Rusiya ilə effektiv əməkdaşlığa köklənib” – VİDEO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya ilə səmərəli əməkdaşlığa kökləndiklərini, artıq bu il koronavirus pandemiyası ilə əlaqədar bütün itkilərin kompensasiya ediləcəyinə əminliyini ifadə edib.

    TASS agentlyi xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ikitərəfli görüş zamanı fikir bildirib.

    “İkitərəfli münasibətlərə gəldikdə, pandemiya ilə əlaqədar çətin bir il olmasına baxmayaraq, ticarət dövriyyəmizdə çox ciddi bir azalma yoxdur. Əminəm ki, bu il, o cümlədən iqtisadi sahədə, bütün məsələləri kompensasiya edəcəyik. Siyasi sahədə isə Azərbaycan və Rusiya artıq uzun müddətdir ki, strateji tərəfdaşdırlar”, – deyə Prezident İlham Əliyev qeyd edib.

    Azərbaycan Prezidenti Rusiyanın müharibənin bitməsində, eləcə də sülhməramlı missiyada fəal iştirakına toxunaraq söyləyib ki, bu, strateji tərəfdaşlıq münasibətlərinin uzunmüddətli və çox yaxşı dinamikaya malik olmasının göstəricisidir.

  • AQTA yoluxucu heyvan xəstəlikləri ilə bağlı xəbərdarlıq edir

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən Azərbaycan Respublikası ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə xəbərdarlıq edib.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı (OIE) Təşkilatı tərəfindən Monteneqronun Danilovqrad (Danilovgrad) şəhəri ərazisində blutanq xəstəliyi, İsrail Dövlətinin Şimal dairəsinin ərazisində dabaq xəstəliyi, Fransanın Provans-AIp-Kot de Azur (Provence-AIpes-Cöte d’Azur) regionunun ərazisində Aueski xəstəliyi, Niderland Krallığının Şimali Brabant (North Brabant) əyalətinin və Litva Respublikasının Kaunas (Kaunas) dairəsinin ərazisində yüksək patogen quş qripi xəstəliyi, İspaniya Krallığının Rioxa (La Rioja) Muxtar əyalətinin ərazisində süngərvari ensefalopatiya xəstəliyinin yayılması müəyyən edilib.

    Bununla əlaqədar olaraq, Monteneqronun Danilovqrad şəhərindən bütün növ diri iribuynuzlu və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların, İsrail Dövlətinin Şimal dairəsindən bütün növ diri xırdabuynuzlu heyvanların və onlara aid məhsulların, İspaniya Krallığının Rioxa Muxtar əyalətindən diri iribuynuzlu heyvanların və onlara aid məhsulların, o cümlədən genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olan yemlərin, həmçinin OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Niderland Krallığının Şimali Brabant əyalətindən və Litva Respublikasının Kaunas dairəsindən bütün növ diri quş və quş məhsullarının, Fransanın Provans-Alp–Kot de Azur regionundan ölkəmizə diri donuz və donuz mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Monteneqrodan, İsrail Dövlətindən, Fransa, Litva Respublikasından, Niderland və İspaniya Krallıqlarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • “Azərkosmos” Belçikanın “SatADSL” şirkəti ilə əməkdaşlığa başlayıb

    “Azərkosmos” ASC və Belçikanın internet və yayım xidmətləri təqdim edən “SatADSL” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

    Bu barədə “Azərkosmos” məlumat yayıb.

    Müqaviləyə əsasən, “SatADSL” şirkəti özünün bulud əsaslı platformasından “Azerpsace-1” peykinin Mərkəzi Asiya yayım şüası vasitəsilə peyk internet xidmətləri təqdim edəcək. Bununla da şirkət Mərkəzi Asiyadan olan müştərilərini “Azerspace-1” peyki üzərindən hazır internet paketləri ilə təmin edəcək.

    Qeyd edək ki, “SatADSL” şirkəti dünyanın 45 ölkəsində peyk interneti xidmətləri göstərən platformaya malikdir və telekommunikasiya sahəsində bütün dünyaya etibarlı peyk həlləri təklif edir.

    “SatADSL” ilə əməkdaşlığımız “Azərkosmos”un müştərilərinə və tərəfdaşlarına peşakarlıqla təqdim etdiyi keyfiyyətli xidmətin göstəricisidir. “SatADSL” şirkəti ilə işləməkdən məmnunuq və bu əməkdaşlıq çərçivəsində növbəti illər ərzində qarşılıqlı fayda gətirəcək yeni layihələrimizin olacağına inanırıq”, – deyə “Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye qeyd edib.

    “Azərkosmos” ilə qurduğumuz bu strateji tərəfdaşlıq bizə Şərqi Avropa regionunda və Rusiyada rabitə xidmətləri üzrə geniş imkanlar yaradacaq. Bu tərəfdaşlıq sayəsində rabitənin problemli olduğu bölgələrdə yüksək keyfiyyətli və etibarlı peyk xidmətləri təqdim edəcəyik”, – deyə “SatADSL” şirkətinin direktoru Tierri Eltges bildirib.

  • Amin Musayev: “Həkimlər gəzə biləcəyimi deyiblər”

    “Əsir düşdüyüm gün noyabrın ya 10-u, ya da 11-i idi. Müharibənin bitdiyi gün əsir düşmüşəm. Yalnız Azərbaycana qayıdanda bildim ki, müharibə bitib”.

    Bunu oxu.az-a açıqlamasında 33 gün əsirlikdə olmuş əsgər Amin Musayev deyib.

    Onun Rusiyanın ANNA (Analytical Network News Agency) Xəbər Agentliyinin çəkdiyi görüntülərdə necə əsir düşdüyü görünür. Amin həmin anları belə xatırlayıb:

    “Mən əsir düşərkən onlar məni videoya çəkməklə əsirlərə qarşı necə humanist olduqlarını göstərməyə çalışırdılar. Amma o qədər pis niyyət, qorxaq insanlardır ki, bunu göstərməyi bacarmadılar. Hətta o videogörüntülərdə məni başqa ölkənin vətəndaşı kimi qələmə vermək istədilər, alınmadı. Hətta mənim adımı soruşanda, istəmirdim ki, haqqımda düz məlumat əldə etsinlər. Əsirlikdə olduğum müddətdə də şiddətə məruz qaldım. Alın nahiyəmdən qundaqla vurdular (doğrudan da əsir kimi tapıldığı ilk görüntüdə qanın olmaması, daha sonrakı görüntüdə alnının sol hissəsindən qan axdığı görünür – S.M.). Bu, videoda da görünür. Sözün düzü, həmin videoya düz-əməlli baxmamışam. Çünki yadıma düşdükcə, mənə pis təsir edir, gecələr yata bilmirəm.

    Rus jurnalist (Aleksandr Xarçenkonu nəzərdə tutur – S.M.) sanitar maşınına mindirilənə kimi yanımda idi. Amma alnıma onun yanında avtomatla vurdular”.

    O, Bakıya qayıtmasını yalnız təyyarədə olarkən bildiyini qeyd edib. Amin onu da bildirib ki, həkimlər ona yeriyəcəyini deyib:

    “Ermənilərlə ünsiyyətim rus dilində qurulurdu. Mən də rus dilində “çut-çut” bilirəm. Əsirlərə olan rəftarları çox pisdir. Sol ayağımda əməliyyatı səhv etmişdilər. Burda dedilər ki, bu ayaqla yeriyə bilməyəcəksən. Bakıda yenidən məni əməliyyat etdilər, qan köçürdülər.

    Hazırda yalnız dizimin bükülməyində problem var. Bir də İrəvanda sağ ayağıma iynəni elə vurublar ki, həmin nahiyədə sinir sistemimə toxunduğundan, hissiyat zəifdir. Burada həkimlər tam gəzmə ehtimalımın olduğunu deyiblər.

    Azərbaycana qayıdacağıma dair ümidimi heç vaxt itirmirdim. Çünki prezidentimə güvənirdim. Bakıya aparılacağım deyilməmişdi. Səhər-səhər sarğımı dəyişəndə xərəyə qoyub məni apardılar, heç bilmədim hara gedirəm. Yalnız təyyarənin səsini eşitdim. Gözümü təyyarədə rus açıb dedi ki, Bakıya gedirsən. Onda da qəribə hiss yaşadım. Tam inanmağım gəlmirdi. Amma Bakıya düşəndə həyəcan və sevinc hissimi danışmaqla ifadə edə bilmərəm.

    Şükür olsun ki, bu gün Qarabağ azaddır. Şəhidlərimizin, qazilərimizin qanı yerdə qalmadı. Biz məğlub xalqdan qalibə çevrildik. Bunun da hamısı cənab Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində olub.

    Mən xalqın bizə sevgisini müharibə vaxtı gördüm. Bizə o qədər mülki insanlardan yeməklər gəlirdi ki, demək olar, hərbdən verilən yeməkləri yemirdik”.

  • Завершились переговоры между лидерами Азербайджана, России и Армении – ВИДЕО

    Переговоры президента РФ Владимира Путина, президента Азербайджана Ильхама Алиева и премьер-министра Армении Никола Пашиняна завершились в Москве, передает ТАСС.

    Трехсторонняя встреча продолжалась в Кремле почти четыре часа.

    Следует отметить, что лидеры трех стран выступили с заявлением после завершения встречи.