Month: January 2021

  • Рабочая группа по Карабаху обсудит восстановление транспортной инфраструктуры

    Трехсторонняя рабочая группа по Карабаху обсудит 30 января в Москве вопросы восстановления транспортной инфраструктуры в регионе. Об этом ТАСС заявил вице-премьер РФ Алексей Оверчук.

    “Темы определены в заявлении президента России Владимира Путина, главы Азербайджана Ильхама Алиева и премьер-министра Армении Никола Пашиняна. Прежде всего будем смотреть на проблемы развития и восстановления транспортной инфраструктуры”, – сказал он.

    Оверчук затруднился ответить, как часто будут проходить встречи на уровне вице-премьеров, всегда ли они будут проходить в Москве. “Пока ничего нельзя сказать, мы встречаемся в первый раз”, – добавил зампред правительства РФ.

  • Dağlıq Qarabağ üzrə üçtərəfli işçi qrupunun görüş vaxtı müəyyənləşdi

    Dağlıq Qarabağ üzrə üçtərəfli işçi qrupu yanvarın 30-da bölgədəki nəqliyyat infrastrukturunun bərpası məsələlərini müzakirə edəcək.

    Bu barədə TASS-a Rusiya baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.

    “Mövzular Rusiya Prezidenti Vladimir Putinin, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı birgə bəyanata uyğun olaraq müəyyənləşdirilir. Hər şeydən əvvəl nəqliyyat infrastrukturunun inkişafı və bərpası problemlərinə baxacağıq”, – deyə o bildirib.

    Overçuk baş nazir müavinləri səviyyəsində görüşlərin tez-tez baş tutub-tutmayacağı, həmişə Moskvada keçirilib-keçirilməyəcəyi ilə bağlı suala dəqiq cavab verməyib:

    “Hələlik nəsə demək mümkün deyil, ilk dəfə görüşürük. Görək necə olur”.

  • Karantin qaydalarını pozaraq fəaliyyət göstərən dönərxana aşkarlandı

    Qubada karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən dönərxana aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən dönərxana aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti icarə əsasında işlədən Babək Camalov və orada olan üç nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

    Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

  • Yeniyetmə qıza qarşı seksual hərəkətlər edən sabiq polis həbs edildi – RƏSMİ

    Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində yetkinlik yaşına çatmayan Bəsti Cahanovaya (ad şərti olaraq qeyd edilib) qarşı polis nəfəri Mirsahib Kazımzadənin seksual xarakterli hərəkətlər etməsi barədə məlumatlar yayılıb.

    Lənkəran rayon prokurorluğundan verilən məlumata görə, 2006-cı il təvəllüdlü Bəsti Cahanovanın Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə polis nəfəri Mirsahib Kazımzadənin 26.08.2020-ci il tarixdə, saat 23 radələrində “Palıdlı sahil” otelində ona qarşı seksual xarakterli digər hərəkətlərin edilməsi barədə müraciəti əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb və 07.12.2020-ci il tarixdə faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb.

    30.09.2020-ci il tarixdə Mirsahib Kazımzadə daxili işlər orqanı əməkdaşının adına ləkə gətirən hərəkətlər etdiyində görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

    Cinayət işi üzrə toplanmış sübutlar əsasında 27.01.2021-ci il tarixdə sabiq polis nəfəri Mirsahib Kazımzadə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə ibtidai istintaqın qısa müddət ərzində tamamlanaraq məhkəməyə göndərilməsi təmin ediləcək.

  • Bakıda daha bir yol kəsişməsində işıqfor quraşdırıldı

    Bakı Nəqliyyat Agentliyi (BNA) yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə Yeni Ramana yolu ilə Samir Əliyev küçəsinin kəsişməsində işıqfor obyekti və müvafiq yol nişanları quraşdırıb, nişanlanma işləri aparıb.

    Bu barədə BNA məlumat yayıb.

    Məlumata görə, bununla da növbəli hərəkət təmin edilərək yol nəqliyyat hadisələrinin baş vermə riski minimuma endirilib. Ətrafda iki tam orta məktəbin, bir uşaq bağçasının yerləşməsi nəzərə alınaraq, bütün istiqamətlər üzrə təşkil edilən, nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların rahatlığı, təhlükəsizliyi təmin edilib.

  • В Тертере трактор наехал на мину, есть пострадавший – ОБНОВЛЕНО

    Состояние тракториста Эльгюна Алекперова, подорвавшегося на мине на территории села Гырмызыкенд Тертерского района, оценивается как стабильное.

    Об этом сообщили в Центральной районной больнице Барды, куда был госпитализирован пострадавший.

    Отмечается, что мужчина получил осколочные ранения в области лица, живота и правой нижней конечности.

    * * * * *

    28 января в Тертерском районе трактор наехал на мину и подорвался.

    В результате водитель Эльгюн Алекперов (1987 г.р.) получил травмы различной степени тяжести.

  • Tərtərdə traktor minaya düşdü: Yaralanan var – YENİLƏNİB

    Tərtər rayonunun Qırmızıkənd kəndi ərazisində minaya düşən traktor sürücüsü Elgün Ələkbərovun vəziyyəti stabildir.

    Bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

    Bildirilib ki, o, üz nahiyəsinin, qarının ön divarı, sağ aşağı ətrafın kiçik ölçülü kor səthi qəlpə yaraları alıb.

    * * * * *

    Tərtər rayonunun Qırmızıkənd kəndi ərazisində traktor minaya düşüb.

    Hadisə günorta saatlarında baş verib.

    Hadisə nəticəsində traktorun sürücüsü,1987-ci il təvəllüdlü Elgün Ələkbərov xəsarət alıb.

  • Nazirin işdən çıxardığı polkovnik Xalq artistinin həyat yoldaşı imiş

    Xəbər verdiyimiz kimi, daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

    Qaynarinfo xəbər verir ki, Xosrov Nəcəfov Xalq artisti Mələkxanım Əyyubovanın həyat yoldaşıdır.

  • GECƏNİN ACI XƏBƏRİ: Xalq artisti Rafiq Hüseynov (Rəmiş) VƏFAT ETDİ

    Rəmiş kimi tanınan xalq artisti, məşhur gitara ifaçısı, Rafiq Hüseynov dünyasını dəyişdi.

    Median.Az xəbər verir ki, o, hepatit C mənşəli xroniki qaraciyər xəstəliyindən əziyyət çəkirdi.

    Allah rəhmət eləsin!// konkret.az

  • Müharibədə qalib olmağımıza kömək edən peyklər – VİDEO

    Qısa zamanda Azərbaycan ordusunun möhtəşəm qələbə əldə etməsi heç də təsadüfi deyil. Yeni nəsil texnologiyalardan istifadə və hərbi texnikanın müasirliyi qələbənin yardımçısı oldu. Burada peyk texnologiyasının rolunu xüsusi vurğulamaq lazımdır.

    Məlumdur ki, 2013-cü ildən bəri Azərbaycan orbitə üç peyk buraxıb. Vətən müharibəsi dövründə bu texnologiya vasitəsilə düşmənin hərəkətlərini onlayn formada izləmək və onların təxribatlarının qarşısını almaq mümkün olub ki, bu da bizə əlavə üstünlük yaradıb.

    Peykdən təqdim edilən məlumatlar əsasında indi daha böyük səmərə ilə minatəmizləmə işləri görülür. Eyni zamanda, kənd təsərrüfatının, meşə fondunun, su resurslarının, ekoloji vəziyyətin gələcək inkişafı ilə bağlı peykdən ötürülən məlumatlar xüsusi əhəmiyyətə malikdir. Bir sözlə, bizim həm telekommunikasiya, həm də Yer səthini müşahidə edən peyklərimiz qarşıda duran bütün vəzifələri icra etmək üçün böyük imkanlar yaradır.

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik: