Month: January 2021

  • Tərtərdə minaya düşən traktorçu: “Əlim, üzüm qan içində idi” – VİDEO

    “Traktorla işləyirdim. Həm də telefonla danışırdım. Birdən partlayış baş verdi. Ətrafı qara tüstü bürüdü. Özümü traktordan kənara atdım. Əvvəlcə əllərimi və ayaqlarımı yoxladım. Gördüm ki, ciddi yaram yoxdur. Amma əlim-üzüm qan içində idi”.

    Bunu Trend-ə Tərtərdə minaya düşən traktorçu Elgün Ələkbərov deyib. O, traktorla torpaq şumlayarkən tank əleyhinə minaya düşdüyünü bildirib:

    “Əlimi başıma vuranda gördüm ki, başım və üzümdən yaralanmışam. Özüm ayağa qalxdım, yaxınlıqda sahənin aqronomu vardı. Onun yanına getdim, o da məni xəstəxanaya çatdırdı”.

    Xatırladaq ki, Tərtər rayonunun işğaldan azad olunmuş Qızıl oba kəndinin ərazisində traktor minaya düşüb. Nəticədə traktorçu, Tərtər rayon Seyidimli kənd sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu əl və üz nahiyəsindən xəsarətlər alıb. Yaralı yaxınlıqda olan şəxslərin köməkliyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

  • Ərdoğandan: “Türkiyə pandemiya boyu ABŞ və Çindən sonra ən çox peyvənd layihəsi həyata keçirən üçüncü ölkədir”

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin üç yeni peyvənd istehsalına başladığını açıqlayıb.

    “Haber Global” məlumat verir ki, bu barədə o, TÜBİTAK və TÜBA Elmi Mükafatları Mərasimində deyib.

    “Hazırda üç yeni peyvəndimiz test mərhələsinə başlamaq üzrədir. İnaktiv metodla daha təsirli olmaq üçün bir peyvənd üzərində çalışmağa da davam edirik. Şirkətlərimizi yerli və milli istehsalla bağlı səfərbər etmişik”.

    O qeyd edib ki, ÜST-ün məlumatlarına görə, Türkiyə pandemiya boyu ABŞ və Çindən sonra ən çox peyvənd layihəsi həyata keçirən üçüncü ölkədir:

    “İnşallah öz peyvəndini hazırlayan, inkişaf etdirən və ixrac edən ölkə kimi beynəlxalq arenada əhəmiyyətli oyunçu olacağıq”.

  • BSU-nun şöbə müdiri 100-dən çox tələbənin təhsil haqqını mənimsədi

    Azərbaycanda şöbə müdiri tələbələrin pulunu mənimsəməkdə günahlandırılır.

    Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva 100-dən çox tələbənin təhsil haqqı kimi ödədiyi 1000-7000 min manat pulunu mənimsəyib.

    Hadisədən sonra həmin şöbə müdiri işdən çıxarılıb.

    Hüquq-mühafizə orqanlarından fakt təsdiqlənib. Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

    BSU-dan isə bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.

    ///Report

  • В Азербайджане выявлены 209 новых случаев инфицирования коронавирусом, скончались восемь человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 209 новых случаев инфицирования коронавирусом, 437 пациентов вылечились и были выписаны домой, скончались восемь человек.

    Об этом 28 января сообщает оперативный штаб при Кабинете министров.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 229 793 человека, 3 113 – скончались, 222 154 – вылечились, 4 526 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 387 134 теста на COVID-19 (за последние 24 часа – 7 060).

  • Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü – FOTO

    Azərbaycanda son sutkada koronavirusa 209 yeni yoluxma faktı qeydə alınıb, 437 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 229 793 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 222 154 nəfər müalicə olunaraq sağalıb, 3113 nəfər vəfat edib, aktiv xəstə sayı 4526 nəfərdir.

    Ölkədə son sutka ərzində 7060, hazırkı dövrədək isə 2 387 134 test aparılıb.

  • Qaçaq Nəbinin kəndi Aşağı Mollu – VİDEOREPORTAJ

    Baku TV əməkdaşları işğaldan azad edilən Qubadlı rayonunun Aşağı Mollu kəndində olub.

    XIX əsrin ikinci yarısında Azərbaycanda “Qaçaq hərəkatı”nın fəal iştirakçısı olan Qaçaq Nəbi 1854-cü ildə bu kənddə anadan olub. Xalq qəhrəmanı kimi ad çıxaran Nəbi ömrü boyu haqsızlığa qarşı mübarizə aparıb.

    Mollu kəndində Nəbi kimi neçə-neçə qəhrəman oğullar doğulub boya-başa çatıb. Vətən müharibəsində bu kəndin igidləri qəhrəmancasına vuruşaraq adlarını tarixə yazıblar. Kənd işğaldan azad edildikdən sonra tarixi qəhmanlar haqqında xatirə lövhəsi ucaldılıb.

    Kənd 27 illik işğal dövründə erməni vandalizminin qurbanı olub.

    Bütün işğaldan azad edilən torpaqlarımız kimi artıq Aşağı Mollu kəndi də öz sahiblərinə qaytarılıb.

    Ətraflı reportajı təqdim edirik:

  • Суд признал арест Навального законным

    Московский областной суд в четверг признал законным 30-дневный арест оппозиционера Алексея Навального, задержанного после прилета в Россию из Германии, передает корреспондент РИА Новости из зала суда.

    “Постановление Химкинского городского суда Московской области оставить без изменений, апелляционные жалобы – без удовлетворения”, – огласил решение судья Муса Мусаев.

  • Məhkəmə Navalnının həbsini qanuni saydı

    Moskva məhkəməsi Almaniyadan Rusiyaya qayıdarkən saxlanılan rusiyalı müxalifətçi Aleksey Navalnının 30 günlük həbsini qanuni sayıb.

    Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

    “Moskva vilayətinin Ximski şəhər məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılsın, apelyasiya şikayəti təmin edilmir”, – deyə hakim Musa Musayev qərarı açıqlayarkən bildirib.

  • В Азербайджане возбуждено уголовное дело в отношении еще одного армянского террориста

    В Азербайджане в отношении террориста-армянина по национальности Алеши Арамаисовича Хосровяна, обвиняемого в совершении терактов на территории Азербайджана в составе незаконного вооруженного формирования, возбуждено уголовное дело, передает Report.

    В Сабаильском районном суде под председательством судьи Азера Тагиева будет рассмотрено ходатайство об избрании в его отношении меры пресечения в виде ареста.

    А.Хосровяну инкриминируются статьи 228.1 (незаконное приобретение, передача, продажа, хранение, перевозка и ношение огнестрельного оружия, его комплектующих частей, боеприпасов, взрывчатых веществ и устройств), 276 (шпионаж), 279.1 (создание не предусмотренных законодательством АР вооруженных формирований или групп, а также участие в их создании и деятельности, снабжение их оружием, боеприпасами, взрывчатыми веществами, военной техникой или воинским снаряжением) и 318.2 (незаконное пересечение государственной границы АР) УК.

  • Azərbaycanda daha bir erməni terrorçu barəsində cinayət işi başlanıldı

    Qanunsuz silahlı birləşmə tərkibində Azərbaycan ərazisində terror əməlləri törətməkdə təqsirləndirilən erməni əsilli Xosrovyan Alyoşa Aramaisoviç barəsində Azərbaycanda cinayət işi başlanılıb.

    “Report”un xəbərinə görə, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilib.

    Təqdimata Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

    A.Xosrovyana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 276-cı (casusluq), 279.1-ci ( Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq) maddələri ilə ittiham verilib.