Fevralın 15-dən etibarən “Azərbaycan Hava Yolları” Bakı-Dubay-Bakı marşrutu üzrə xüsusi reyslərin həyata keçirilməsinə başlayır.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, növbəti ayda, 15 və 22 fevral tarixlərində AZAL qeyd edilən istiqamətdə iki uçuş yerinə yetirəcək. Mart ayından etibarən isə Dubay istiqamətində uçuşların sayı artırılaraq həftədə iki dəfə – birinci və beşinci günlər yerinə yetiriləcək.
Qeyd edilən reyslərə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytı vasitəsilə almaq mümkündür.
Bakı-Dubay istiqamətində aviareysin sərnişinləri aşağıdakıları etməlidirlər:
– vizası olmayan və ya vizasının qüvvədə olma müddəti bitən sərnişinlər BƏƏ-yə əvvəlcədən viza rəsmiləşdirməlidirlər. Pandemiya dövründə ölkəyə giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-dubai ;
– Dubaya gəlməzdən əvvəl “COVID-19 DXB Smart App” tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər;
– koronavirus infeksiyasının olmadığını təsdiq edən arayış almalıdırlar (çap olunmuş formada və ingilis dilində). COVID-19 testini vermək üçün Azərbaycandakı klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir: https://www.azal.az/az/information/covid-clinics
Dubay-Bakı istiqamətində aviareysin sərnişinləri aşağıdakıları etməlidirlər:
– Azərbaycana giriş hüququnu yoxlamalıdırlar. Azərbaycana giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı burada qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-azerbaijan;
– koronavirus infeksiyasının olmadığını təsdiq edən arayış almalıdırlar. Testin nəticəsinin həqiqiliyi uçuşun başlandığı hava limanında qeydiyyat masasında ALHOSN UAE mobil tətbiqi vasitəsilə (bu tətbiq AppStore, Google Play, GalaxyStore və AppGallery-də mövcuddur) xüsusi QR-kodla, yaxud həkimin imzası və möhür, həmçinin QR-kodun əks olunduğu arayış vasitəsilə yoxlanılacaq. Dubayda koronavirus infeksiyasına analiz vermək üçün tövsiyə olunan laboratoriyaların siyahısı ilə həmçinin burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-dubai.
Hər iki istiqamətdə uçan sərnişinlər üçün:
– testin nəticəsinin reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olduğuna əmin olmaq lazımdır;
– pandemiya dövründə AZAL aviaşirkətinin tətbiq etdiyi xüsusi daşıma qaydaları ilə tanış olmaq: https://youtu.be/-s-0s4o1L2M
Month: January 2021
-
“Azərbaycan Hava Yolları” Bakı və Dubay arasında reyslər həyata keçirməyə başlayır
-
DİN-dən hüquq müdafiəçisi Oktay Gülalıyevin xəsarət aldığı qəza ilə bağlı AÇIQLAMA
2019-cu il oktyabrın 29-da hüquq müdafiəçisi Oktay Gülalıyevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş sürücü məhkəmənin hökmü ilə 2 il 3 ay azadlıqdan məhrum edildikdən sonra fəaliyyətləri böhtan və təxribat üzərində qurulmuş bəzi şəxslər sosial şəbəkə hesablarında məqsədli şəkildə məsələni yenidən gündəmə daşımağa cəhdlər edir, yalan iddialar irəli sürürlər.
Bu barədə DİN-in açıqlamasında deyilib.
Bildirilib ki, məlum fakta görə başlanılmış cinayət işi üzrə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin peşəkar müstəntiqləri tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri, mütəxəssislərinin əldə etdiyi təkzibolunmaz sübutlar və Ədliyyə Nazirliyinin ixtisaslı əməkdaşlarının apardığı çoxsaylı ekspertizalarla hadisənin məhz sürücünün səhlənkarlığı və diqqətsizliyi səbəbindən baş verdiyi təsdiqlənmiş, nəticələri barədə zərərçəkmişin yaxınları və respublika ictimaiyyəti məlumatlandırılmışdır:
“Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin həkimlərlə mütəmadi telefon əlaqəsi saxlaması barədə səsləndirilən cəfəng fikirlərə gəldikdə isə qeyd etməliyik ki, aidiyyəti əməkdaşlarımız istintaq prosesində həkimlərlə də, ekspertlərlə də, şahidlərlə də əlaqə saxlaya bilər və bu onların qanunla müəyyən edilmiş konkret vəzifə borcudur”.
-
Azərbaycan daha 5 əsiri Ermənistana QAYTARDI
Azərbaycan Rusiya tərəfinin vasitəçiliyi ilə daha 5 əsiri Ermənistana qaytarıb.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Erməni əsirlər Qarabağdakı Rusiya sülhməramlıları kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovun müşayiəti ilə Bakıdan Yerevana gətirilir.Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Azərbaycanda saxlanılan 62 erməni diversantın ailə üzvlərinə zəng etdiyini söyləyib.
-
Beyləqanda mal-qara oğurlayan şəxslər saxlanılıb
Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən ötən ilin noyabr-dekabr və cari ilin yanvar aylarında rayon ərazisində yerləşən otlaq sahələrindən və tövlələrdən silsilə şəkildə mal-heyvan oğurlayaraq vətəndaşlara zərər vuran şəxslər aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, bir qrup rayon sakini Beyləqan RPŞ-ya ərizə ilə müraciət edərək, onlara məxsus iribuynuzlu heyvanlarının oğurlandığı barədə məlumat veriblər.Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum edilmiş Raci Cəfərov, Beyləqan rayon sakini Əhliman Abbasov və Şamaxı rayon sakini Etibar Nuriyev saxlanılıb.
Araşdırmalarla onların səkkiz baş iribuynuzlu heyvanı oğurlamaqla rayon sakinlərinə 8 750 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Hər üç şəxs dindirilmə zamanı törətdikləri cinayət əməllərini etiraf edib.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Onların digər cinayət əməllərində iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
-
Erməni jurnalist Paşinyana hücum etdi – VİDEO
Bu gün Ermənistanda ordu günüdür. Lakin İkinci Qarabağ müharibəsində məğlubiyyətlə üzləşənlər haqlı olaraq ordularının gününü qeyd etməyəcəklər. Bunun əvəzinə baş nazir Nikol Paşinyan “Yerablur” qəbristanlığını ziyarət etməyi məqsədə uyğun bilib. Burda da media işçiləri onu rahat buraxmayıb. N.Paşinyan qadın jurnalistin hücumuna məruz qalıb.
Erməni media nümayəndəsi baş nazirə qəbiristanlığı göstərərək belə deyib: “Niyə Şuşa azərbaycanlılarındır demisiniz? Şuşa uğrunda döyüşənlər burada dəfn olunub. Siz isə dediniz ki, Şuşa Azərbaycan şəhəridir? Paşinyan isə suala sualla cavab verib: “Mən demişəm ki, Şuşa erməni şəhəri deyil? Mənim dediklərimi şəxsən sən yazılı sürətdə sübut etsən, o zaman sənin sualına canlı yayımda cavab verəcəyəm”.Xatırladaq ki, yanvarın 20-də parlamentdə çıxış edən Paşinyan Şuşa ilə bağlı danışıb. Baş nazir deyib ki, Şuşanın Ermənistanın olub-olmadığı sual altındadır, çünki Dağlıq Qarabağ münaqişəsindən əvvəl Suşada yaşayan əhalinin 90 faizi azərbaycanlılar olub. Bu göstərici isə təbii ki, qədim Şuşanın əzəli və əbədi Azərbaycan torpağı olduğunu sübut edir.
-
Cəlilabadda dərman növbəsi – VİDEO
Cəlilabadda xəstəxanada şəkərli diabetdən əziyyət çəkən insanlara hörmətsizlik olunması ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Görüntülərdən aydın olur ki, şəkərli diabet xəstələri Cəlilabad Müalicə Diaqnostika Mərkəzindən dərmanlarını götürməyə gəliblər. Lakin karantin olmasına baxmayaraq, onlar arasında növbə gözlənilmir. Hər kəs bir pəncərədən, növbəsiz qəbul edilir. Xəstələr narazılıq edirlər ki, dərman almaq üçün əvvəlcədən növbə yazılmalı və ya xidmət başqa formada təşkil olunmalıdır.“Qafqazinfo” məsələ ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının (MRX) direktoru Elnur Azadxanovla əlaqə saxlayıb. Direktor müşahidə olunan vəziyyət barədə açıqlama verib:
“Cəlilabad rayonu üzrə 4 000 yaxın şəkərli diabet xəstəsi var. Onlara hər ayın sonuncu həftəsi şəkər dərmanları paylanır. Xəstələrdən 2800-ə yaxın insan kənd əhalisidir. Onların diabet dərmanları kənd tibb məntəqələrinə verilir və evlərinə paylanılır. Cəlilabad MRX “COVID-19” xəstəxanası olduğundan, rayon əhalisinə dərmanlar müvəqqəti yerləşdiyimiz Cəlilabad Müalicə Diaqnostika Mərkəzində verilir. Onlara qabaqcadan məlumat verilir ki, hər ayın axırıncı həftəsi müraciət edib dərmanlarını alsınlar. Reseptləri yazılır, əvvəlcədən apteklərə təhvil verilir. Sadəcə, insanlar özləri orada növbəni qurmalıdırlar”.
-
Mehriban Əliyeva Xırdalanda baş verən partlayışla bağlı məsələni nəzarətə götürdü – FOTO
Abşeron Rayon İcra Hakimiyyətində yanvarın 25-də Xırdalan şəhərinin 27-ci məhəlləsində baş vermiş partlayış nəticəsində yararsız vəziyyətə düşmüş 1B saylı binanın sakinləri ilə görüş keçirilib.
Abşeron Rayon İcra Hakimiyyəti Mətbuat xidmətinin rəhbəri Seymur Qasımov bildirib ki, görüşdə RİH başçısı İradə Gülməmmədova və Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədov iştirak edib.İ.Gülməmmədova qeyd edib ki, məsələ Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir:
Zərər görmüş 41 ailənin kirayə evlərlə təmin edildiyini deyən İ.Gülməmmədova vurğulayıb ki, hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən dəymiş ziyan və binanın dayanıqlığı ilə bağlı araşdırma aparılır.
Zərər dəymiş mənzillərə baxış keçirildiyini, müvafiq aktların tərtib edildiyini deyən İ. Gülməmmədovanın sözlərinə görə, araşdırma nəticəsində müvafiq qərar veriləcək.
Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədov da məsələnin dövlətin diqqətində olduğunu qeyd edərək deyib ki, zərər görmüş sakinlərin kirayə evlərdə yerləşdirilməsi birinci növbədə görülməsi vacib olan məqamdır:
“Qış fəsli olması və havaların soyuq keçməsi səbəbindən sakinlər dərhal normal şəraitli kirayə mənzillərlə təmin edilib”.
O qeyd edib ki, FHN-nin verəcəyi qərardan asılı olaraq, aparılacaq təmir işləri də surətli şəkildə həyata keçiriləcək.



-
Protokol tərtib edən vəzifəli şəxslərin siyahısına əlavələr edildi
Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına əlavələr edilib.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.Fərman Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin vəzifəli şəxsləri tərəfindən tərtib olunan protokollarla əlaqədardır.
Sənədin əvvəlki variantına əsasən, İnzibati Xətalar Məcəlləsinin 221.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Qida Təhlükəsizliyi Agentliyi adından – Agentliyin sədri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, regional bölmələrin rəhbərləri həyata keçirir.
Fərmanla “bölmələrin rəhbərləri” sözləri “bölmənin rəhbəri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi” sözləri ilə əvəzlənib.