Month: January 2021

  • ABŞ-da iğtişaşlarda ölənlərin sayı artdı – VİDEO

    ABŞ-da Vaşinqton rəsmiləri çərşənbə günü Konqres qarşısında keçirilən etiraz aksiyaları zamanı ümumilikdə dörd nəfərin öldüyünü təsdiqləyiblər.

    Bu barədə şəhər polis idarəsinin rəisi Robert Konti mətbuat konfransında deyib.

    O, Konqres binasında bir qadının güllə yarasından həyatını itirdiyini təsdiqləyib və daha üç nəfərin də öldüyünü bildirib. Onların ikisi kişi, biri qadındır.

    Lakin ölümlərin konkret səbəbləri açıqlanmayıb.

  • Байден призвал Трампа потребовать от протестующих прекратить осаду конгресса – ВИДЕО

    Избранный президент США Джо Байден призвал Дональда Трампа выступить по телевидению и потребовать от протестующих прекращения осады Конгресса.

    Об этом сообщает “РИА Новости”.

    “Я призываю президента Трампа выступить по национальному телевидению и потребовать прекращения этого”, – заявил Байден, выступая с обращением на фоне происходящих в Вашингтоне беспорядков.

    “Достаточно!”, – сказал Байден, признавшись, что “шокирован происходящим” и призвал Трампа сделать все необходимое для прекращения этого.

  • Bayden Trampa çağırış etdi: “Baş verənlərin bitməsini tələb etsin” – VİDEO

    ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden Donald Trampı televiziyaya çıxaraq nümayişçilərdən Konqresin mühasirəsinə son qoyulmasını tələb etməsini istəyib.

    Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

    “Prezident Trampı milli televiziya vasitəsi ilə çıxış edərək baş verənlərin bitməsini tələb etməsini istəyirəm. Yetər!”, – deyə C.Bayden qeyd edib.

    C.Bayden baş verən hadisələrə görə şok keçirdiyini də etiraf edib.

  • В столице США введен комендантский час

    Мэр Вашингтона Мюриэл Баузер распорядилась в среду ввести комендантский час с 18:00 по местному времени (03:00) ввиду обострения ситуации на проходящей демонстрации в поддержку нынешнего президента США Дональда Трампа, передает “Интерфакс”.

    “Сегодня я распорядилась ввести комендантский час в Округе Колумбия с 18:00 по местному времени в среду, 6 января, до 06:00 утра четверга, 7 января”, – написала Баузер в твиттере.

    Ранее сообщалось, что группа демонстрантов, поддерживающая президента США Дональда Трампа, прорвалась в здание Сената.

    В связи с этим и Сенат, и Палата представителей приостановили работу. Вице-президента США Майка Пенса эвакуировали из здания конгресса.

    В Конгрессе США в среду рассматривают вопрос об утверждении результатов президентских выборов 2020 года.

  • Vaşinqtonda etirazlara görə komendant saatı tətbiq edildi

    Vaşinqtonun meri Myuriel Bouzer şəhərdə komendant saatı elan edib.

    Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

    Qeyd olunur ki, məhdudiyyətlər ABŞ prezidenti Donald Tramp tərəfdarlarının paytaxtdakı kütləvi etirazları, o cümlədən Konqresin binasına soxulmaları ilə bağlıdır.

  • Под председательством Ильхама Алиева состоялось совещание, посвященное итогам 2020 года – ТРАНСЛЯЦИЯ

    6 января под председательством Президента Азербайджанской Республики Ильхама Алиева состоялось совещание в видеоформате, посвященное итогам 2020 года.

    Запись выступления главы государства транслируется Азербайджанским государственным телевидением (AzTV).

  • İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib – CANLI YAYIM

    Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib.

    Prezident İlham Əliyev müşavirədə çıxış edib.

    Müşavirədən hazırlanmış videomaterialı təqdim edirik:

  • Ötən il əlilliyi olan şəxslərə 35 minə yaxın reabilitasiya vasitəsi verilib

    2020-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi tərəfindən 11 344 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib.

    Nazirlikdən verilən məlumata görə, onlardan 1648 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.

    Həmin şəxslərə 1000-ə yaxın təkərli oturacaq, 1514 aşağı və yuxarı ətraf, habelə döş protezi, 1089 aşağı və yuxarı ətraf ortezi,11 560 müxtəlif reabilitasiya vasitəsi verilib. Həmçinin onlara 191 bel və boyun nahiyəsi üçün korset, 3402 cüt protez ayaqqabı, 3555 cüt ortopedik ayaqqabı,1314 dördayaqlı dayaq vasitəsi, 2921 qoltuqaltı və dirsəkaltı ağac, 2547 əsa və s. təqdim edilib.

    İl ərzində ölkəmizin müxtəlif bölgələri üzrə 1252 əlilliyi olan şəxsə, o cümlədən Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan 262 şəxsə ehtiyac duyduqları 7151 reabilitasiya vasitəsi yaşadıqları regionlara, bir qisminə isə evlərinə aparılaraq verilib.

    Ümumilikdə, 2020-ci ildə mərkəz tərəfindən əlilliyi olan şəxslərə 35 minə yaxın reabilitasiya vasitəsi verilib.

  • Vətən müharibəsindən bəhs edən filmlər çəkiləcək

    Yaxın gələcəkdə Azərbaycanın Vətən Müharibəsində tarixi qələbəsinə həsr olunmuş “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya filmlərinin layihələri üzrə müsabiqəsi elan ediləcək.

    Median.Az
    xəbər verir ki, bu barədə müsahibəsində Azərbaycan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, rejissor Rüfət Həsənov bildirib.

    R.Həsənov qeyd edib ki, bu təşəbbüs çərçivəsində kifayət qədər geniş mövzunu əhatə etmək planlaşdırılır:

    “Əlbətdə ki, “Böyük qayıdış” ilk növbədə Azərbaycanın 44 günlük Vətən Müharibəsi dövründəki parlaq qələbəsi ilə əlaqələndirilir, lakin gələcək film layihələri sırf hərbi mövzularla məhdudlaşdırılmaya da bilər. Çünki Qarabağın uzun illər erməni işğalından sonra geri qayıtması həm mədəniyyətimizin, ruhumuzun qaytarılması, həm də sadə insan talelərindən bəhs etmək fürsətidir”.

    “Böyük qayıdış” layihəsi çərçivəsində on əsər seçiləcək. Onun sözlərinə görə, müsabiqə yerli film sənayesinin istehsalına yeni bir yanaşmanı tələb edir:

    “Ölkədəki mövcud film istehsalı sistemi arxaikdir və prinsipcə yeni bir yanaşmaya ehtiyac duyduğu üçün müasir layihə seçimi sisteminin tətbiqi də daxil olmaqla bir sıra islahatlar üzərində işləyirik”.

    Şöbə rəhbəri bildirib ki, bu sistem çərçivəsində prodüser bir ssenari deyil, müəyyən bir yaradıcı kompozisiya, konspekt, büdcə planı və s. ilə bitmiş bir film layihəsi təqdim edəcəkdir.

    R. Həsənov əlavə edib ki, dövlətin dəstə ilə həyata keçiriləcək Qarabağ müharibəsi ilə bağlı bir sıra bədii, sənədli film layihələri hazırlama və reallaşdırma mərhələsindədir. (Trend)

  • Türkiyədə benzinin qiyməti bahalaşdı – VİDEO

    Türkiyədə benzinin bir litrinin qiyməti 11 kuruş (təxminən 4,9 qəpik – red.) bahalaşıb.

    Bu barədə Türkiyə Enerji Neft Qaz Quraşdırma Stansiyaları İşəgötürənlər Birliyindən məlumat verilib.

    Qeyd edək ki, Türkiyədə yanacaq satışı ilə fəaliyyət göstərən şirkətlərin təklif etdikləri qiymətlər rəqabətə uyğun olaraq bir-birindən az da olsa fərqlənir.

    Bu səbəbdən də əvvəllər olduğu kimi qiymət artımından sonra da Ankara, İstanbul və İzmir bölgələrində benzinin qiyməti bir-birindən cüzi fərqli olacaq.