Month: January 2021

  • Salyanda gənc qız sirkə turşusu içib

    Salyan sakini sirkə turşusundan zəhərlənib.

    “Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Salyan şəhərinin Nazim Babayev küçəsi 5 ünvanında qeydə alınıb.

    Həmin ünvanda yaşayan 2002-ci il təvəllüdlü Axundova Nərmin Taleh qızı stolun üstündəki sirkə turşusunu içib. Yaxınları onu dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlər tərəfindən görülmüş profilaktik tədbirlər nəticəsində gənc qızın həyatını xilas etmək mümkün olub.

    Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Göyçay bələdiyyə sədrinin meyiti tapıldı – İsmayıllıda

    Göyçay rayon sakini İsmayıllıda müəmmalı şəkildə ölüb.

    Median.Az-ın xəbərinə görə, Göyçay rayonu Bəydövül kənd Bələdiyyəsinin sədri, 1987-ci il təvəllüdlü Yusifov Ramil Ramiz oğlunun meyiti bu gün İsmayıllı rayonu İvanovka kəndi ərazisindən tapılıb.

    Onun dostları ilə İsmayıllıya getdiyi bildirilir. Ramil Yusifovun hansı səbəbdən öldüyü hələ ki, dəqiq məlum deyil. Gənc bələdiyyə sədrinin meyiti Göyçaya gətirilib. Ölümün dəqiq səbəbi məhkəmə tibbi ekspertizanın rəyindən sonra bilinəcək.

    Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)

  • Son gülləsinə qədər vuruşan, düşmənə qan udduran şəhidimiz – VİDEO

    Son gülləsinə qədər vuruşdu. Xeyli düşmən məhv etdi və canından da çox sevdiyi vətən uğrunda şəhid oldu.

    Söhbət qanı ilə tarix yazan və düşmənə qan udduran şəhid İmran Məmmədlidən gedir.

    Ətraflı AzTV-nin reportajında:

  • Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri Bakıya doğru hərəkət edir – FOTO

    Türkiyə Hərbi Hava Qüvvələrinin A400M tipli yük təyyarələri Azərbaycana doğru hərəkət edir.

    Bu barədə Flightradar portalı məlumat yayıb.

    Portal uçuşu göstərən fotoda paylaşıb.

    Kayseri şəhərindən Azərbaycana doğru daha bir “Airbus A400-M” hərbi yük təyyarəsi Azərbaycana doğru uçur. Bu gün artıq Türkiyə Müdafiə Nazirliyinə məxsus 5-ci hərbi yük təyyarəsi Azərbaycana gəlir.

    Qeyd edək ki, Kayseridə “Birinci Xüsusi Təyinatlı Komando Briqadası” yerləşir.

  • Azərbaycanda işıqpulu ARTACAQ – AÇIQLAMA

    Xəbər verdiyimiz kimi, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

    İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.

    Azərbaycanda əlaqəli sahələrdə məhsulların qiymətində artım müzakirə mövzusudur.

    Median.Az xəbər verir ki , bununla bağlı sonxeber.az-a iqtisadçı-ekspert Akif Nəsirli danışıb:

    “Qeyd edim ki, hazırda bütün diqqət Aİ-92 və dizel yanacağına yönəlib, amma məsələ burasındadır ki, xam neftin də satış qiyməti artırılıb. Bu gün Azərbaycanda enerji əsasən xam neftin ayrılmasından, yəni ondan ayrılan mazut hesabına alınır. Deməli, bu, enerjinin də qiymətinə təsir edəcək.

    Ölkədə elektrik enerjisi istehsalında əsasən xam neftdən alınan mazutdan istifadə edilir. Mazut yandırılır və elektrik enerjisi alınır. Belə çıxır ki, bir neçə aya Azərenerji də təkliflə müraciət edəcək ki, elektik enetrjisinin qiymətlərini qaldırsınlar.

    Qiymət artımı elə bir addımdır ki, şaxəli şəkildə bütün iqtisadiyyatın sahələrini əhatə edəcək. Yəqin ki, hər kilovata 5-6 qəpik artım ola bilər”.

  • “Sentyabrda Putini devirməyə çalışacaqlar, hazırlıq gedir” — ŞOK AÇIQLAMA

    Rusiyanın tanınmış politoloqu Sergey Markov “Exo Moskvı” radiosuna müsahibəsində bəyan edib ki, 2021-ci ilin sentyabrında prezident Putini hakimiyyətdən devirməyə cəhd edəcəklər.

    Median.Az bildirir ki, çevriliş cəhdi təşkilatçıları ABŞ və Böyük Britaniya olacaq: “Sentyabrda Dövlət Dumasına seçkilər keçiriləcək. Bu seçkilər əvvəlcədən qeyri-legitim və ədalətsiz elan olunacaq. Maydan hazırlığı başlanacaq”.

    Markovun sözlərinə görə, ABŞ və Britaniya xüsusi xidməti ilə yanaşı böyük sayda Mərkəzlər, fondlar, KİV və siyasi qruplar bu prosesdə iştirak edəcək. Politoloqun sözlərinə görə, bunun üçün Praqada qərargah qurulacaq.

    Markovun sözlərinə görə, Belarusda son hadisələr göstərir ki, vahid liderin mövcud olduğu mərkəzləşmiş hakimiyyət, bu iqtidarın ciddi uğurlar qazandığı barədə ekspert rəyləri həddən çox şişirdilib.

    Politoloq deyib ki, bu qüvvələr Rusiyada siyasi rejimin zəif olduğu barədə nəticəyə gələ bilərlər.

    Markovun fikrincə, Rusiyada Putinin tərəfdarları cəmlənmiş “Vahid Rusiya” və “Xalq Cəbhəsi” kimi siyasi strukturlar çalışmalıdır. “Amma o qurumlarda ciddi bürokratiya hökm sürür. Parlaq şəxsiyyətlər oradan uzaqlaşdırılıb”-deyə ekspert vurğulayıb.

    Politoloqun sözlərinə görə, baş verən çoxsaylı siyasi hadisələrin fonunda bu qurumlar praktik olaraq heç bir reaksiya vermir.

    “Belə adamlar belarus televiziyasında da var idi. Onlar Lukaşenkonu satdılar. Rusiya telekanallarında və KİV-lərində kifayət qədər çox sayda adamlar var ki, həlledici məqamda, Maydan başlananda Putini satacaqlar”-deyə Markov bildirib./azpost.info

  • Regionda ucuzlaşan ət qiymətlərinin paytaxt bazarlarına təsiri – VİDEO

    Bölgələrdə ət və ət məhsullarının qiymətində 25-35% ucuzlaşma müşahidə olunur.

    Belə ki, əvvəl 10-12 manat arası dəyişən mal və qoyun ətinin bir kiloqramı indi 7-8 manata satılır.

    Bəs görəsən, bu qiymət azalması paytaxtdakı bazarlara öz təsirini göstəribmi?

    Ətraflı Baku TV-nin süjetində:

  • ABŞ-da Trampın tərəfdarları ilə polis arasında toqquşmalar olub, xəsarət alanlar var

    ABŞ-ın paytaxtı Vaşinqtonda etirazçılar Kapitoli ətrafındakı hasarlar vasitəsilə binalardan birinə daxil olublar.

    “Report” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

    Qeyd edilir ki, polis Trampın tərəfdarlarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir.

    Polis əməkdaşları ilə etirazçılar arasında baş verən toqquşmalar zamanı bir neçə nəfər xəsarət alıb. ABŞ Senatı Konqres qarşısındakı etirazlara görə, iclasını yarımçıq dayandırıb.

    22:57
    ABŞ prezidenti Donald Trampın tərəfdarları Kapitolinin binasına daxil olmağa çalışırlar.

    “Report”un məlumatına görə, “NBC News” telekanalı xəbər verir.

    Qeyd edilir ki, bu zaman onlarla polis arasında toqquşmalar baş verib.

    “Məndən və əməkdaşlarımdan “Cannon” binasını tərk etməyi xahiş etdilər (Konqresin bina kompleksinə daxildir-red.)”, – Konqres üzvü Riçi Torres bildirib.

  • Doğum günü özünün iştirakı olmadan qeyd edilən qəhrəman

    Qırx dörd günlük Vətən Müharibəsində canından keçən qəhrəman oğullarımızdan biri də Mirzəyev Kamran Araz oğludur.

    “Report”un Muğan bürosu xəbər verir ki, Kamran Mirzəyev 1998-cü il yanvarın 5-də Cəlilabad rayonunun Qarğılı kəndində anadan olub.

    O, orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini uğurla başa vurub.

    Şəhid əsgər K.Mirzəyev Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulub. Bir sıra əməliyyatlarda uğurla iştirak edib. Eyni zamanda ağır döyüşlərdə cəsurluğu ilə seçilib.

    Kamran Mirzəyev Füzuli uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun nəşi ötən ilin oktyabrında Cəlilabada gətirilib və doğulduğu kənddə dəfn edilib.

    Şəhidin bacısı Zeynəb Mirzəyeva deyir ki, qardaşı həmişə onun ad gününün qeyd edilməsini sevirdi: “Ötən il onun doğum gününü bir yerdə keçirdik”. Ona görə də ailə üzvləri Kamranın sevdiyi bu ənənəni onun ölümündən sonra da davam etdiriblər. Təəssüf ki, onun iştirakı olmadan.

    Cəsur döyüşçümüz göstərdiyi igidliyə görə Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

    Allah rəhmət eləsin!

  • Braziliyada helikopter qəzaya uğrayıb, ölənlər var

    Braziliyada helikopter qəzası baş verib.

    “Report”un məlumatına görə, bu barədə yerli G1 telekanalı məlumat yayıb.

    Qəza nəticəsində iki nəfər ağır xəsarət alıb. Onlar helikopterin sahibi, eyni zamanda pilotu və sərnişinidir. Xilasedicilər onları qəzaya uğramış helikopterdən çıxarsalar da, yaralıların həyatını xilas etmək mümkün olmayıb.

    Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.