Month: January 2021

  • Hacı Əliyev Vətən Müharibəsi şəhidinin oğlu ilə görüşdü – VİDEO

    Hacı Əliyev Vətən Müharibəsində şəhid olmuş keçmiş idmançı, güləşçi Hüseyn Qasımovun oğlu Ağa ilə görüşüb.

    Ağa Qasımov da idmanla həvəskar şəkildə məşğul olsa da, atasının və özünün də arzusu ilə titullu güləşçimizlə görüşmək istəyirmiş.

    Xaricdə yarışda olarkən şəhid övladının bu arzusundan xəbərdar olan Hacı vətənə qayıdan kimi onunla görüşüb və hədiyyələrini təqdim edib.

    Həmin görüşdən görüntüləri təqdim edirik:

  • Şəhid Emil Əliyevin anası: “Gözüm qapıdadır, deyirəm ki, nə vaxtsa gələcək” – VİDEO

    Azərbaycan Televiziyası şəhid Emil Əliyevin ailəsindən reportaj hazırlayıb.

    Reportajda şəhidimizin anası bildirib ki, günlər keçsə də, oğlunun itkisinə inana bilmir:

    “Gözüm qapıdadır, deyirəm ki, nə vaxtsa gələcək”.

    Ətraflı AzTV-nin reportajında:

  • Cəbhəboyu rayonlarda partlamamış hərbi sursat, minalar aşkarlanıb – FOTO

    Yanvarın 1-5 tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Füzuli, Goranboy, Qubadlı, Tərtər, Xocavənd, Zəngilan rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 17 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 3 müraciət daxil olub.

    ANAMA-dan verilən məlumata görə, daxil olmuş 20 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 25 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

    Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 796 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd bombacıq, 8 ədəd piyada əleyhinə mina, 87 ədəd tank əleyhinə mina, 3 ədəd tank əleyhinə minanın partladıcısı və 19 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

    Agentliyin partlayış qrupu tərəfindən 491 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 641 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

  • Gömrük Komitəsi xaricdən mal gətirənlərə yenidən güzəşt edib

    “Smart Customs” tətbiqinin və “e.customs.gov.az” portalının fəaliyyətində yaranan texniki problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir və bəyanetmə prosesində yaranan çətinliklər tezliklə aradan qaldırılacaq.

    Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) vətəndaşlara və xaricdən mal gətirən şirkətlərə müraciətində deyilir.

    Dövlət Komitəsi bildirir ki, daşıyıcı şirkətlər yaranmış problemin həllini tapana qədər xarici anbarlarındakı malları ölkəyə gətirə bilərlər və bununla bağlı heç bir məhdudiyyət yoxdur.

    Xatırladaq ki, 2021-ci ilin yanvarın 1-dən qaydalara görə xaricdə aldığı malı gömrük sistemində onlayn bəyan etməyən vətəndaşın bağlaması ölkəyə gətirilmirdi.

  • Sakini işıqsız qoyan “Azərişığ”ın kabel bəhanəsi – VİDEO

    Abşeron rayonu Saray qəsəbəsinin sakini Abbas Abbasovun evi işıqsız qalıb.

    Vətəndaş evinə elektrik enerjisi verilməsi və sayğac qoyulması ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də, məsələ həllini tapmayıb.

    Daha ətraflı Baku TV-nin reportajında:

  • Назначен заведующий отделом TƏBİB

    Осуществлено новое кадровое назначение в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    Как сообщает Report, соответствующий приказ подписал председатель правления объединения Рамин Байрамлы.

    Согласно информации, Сарраф Гусейнов назначен на должность начальника Отдела делопроизводства и архива TƏBİB.

    Отметим, что он родился в 1986 году, ранее был советником ректора по общественным вопросам и проректором по воспитательной работе в Азербайджанском университете языков.

  • TƏBİB-ə yeni şöbə müdiri təyin edildi

    Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB) yeni kadr təyinatı olub.

    “Report” xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Sərraf Hüseynov TƏBİB-in Kargüzarlıq və Arxiv şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

    Qeyd edək ki, Sərraf Balaxan oğlu Hüseynov 1986-cı ildə anadan olub. S.Hüseynov daha əvvəl Azərbaycan Dillər Universitetində rektorun ictimai məsələlər üzrə müşaviri və tərbiyə işləri üzrə prorektor olub.

    O, həmçinin Azərbaycan Dillər Universitetində, Qərbi Kaspi Universitetində və Təhsil Nazirliyinin teledərs layihəsində müəllimdir.

  • Doğum günü özünün iştirakı olmadan qeyd edilən qəhrəman

    Qırx dörd günlük Vətən Müharibəsində canından keçən qəhrəman oğullarımızdan biri də Mirzəyev Kamran Araz oğludur.

    “Report”un Muğan bürosu xəbər verir ki, Kamran Mirzəyev 1998-cü il yanvarın 5-də Cəlilabad rayonunun Qarğılı kəndində anadan olub.

    O, orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini uğurla başa vurub.

    Şəhid əsgər K.Mirzəyev Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulub. Bir sıra əməliyyatlarda uğurla iştirak edib. Eyni zamanda ağır döyüşlərdə cəsurluğu ilə seçilib.

    Kamran Mirzəyev Füzuli uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun nəşi ötən ilin oktyabrında Cəlilabada gətirilib və doğulduğu kənddə dəfn edilib.

    Şəhidin bacısı Zeynəb Mirzəyeva deyir ki, qardaşı həmişə onun ad gününün qeyd edilməsini sevirdi: “Ötən il onun doğum gününü bir yerdə keçirdik”. Ona görə də ailə üzvləri Kamranın sevdiyi bu ənənəni onun ölümündən sonra da davam etdiriblər. Təəssüf ki, onun iştirakı olmadan.

    Cəsur döyüşçümüz göstərdiyi igidliyə görə Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

    Allah rəhmət eləsin!

  • Azərbaycan hərbçiləri Qarabağda Monte Melkonyanın posterinə görün nə etdilər – VİDEO

    Sosial şəbəkələrdə Qarabağda ermənilər yaşayan ərazilərdə onlara məxsus atributların sökülməsini əks etdirən video yayılıb. Yayılan videoda Azərbaycan hərbçisi terrorçu Monte Melkonyanın posterini məhv edir.

    Median.Az qazet.az-a istinadən xəbər verir ki, yayılan videonun Hadrutda lentə alındığı ehtimal edilir.

  • Alim Qasımov: “Cıdır düzündə festivallar təşkil edəcəyik”

    “Prezident İlham Əliyevin Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi çox gözəl qərardır. Nə qədər imkanımız var, Şuşada mədəniyyət evləri, institutlar yaratmalıyıq”.

    Bunu azvision.az-a açıqlamasında Xalq artisti, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Alim Qasımov deyib.

    Xanəndə Şuşadan bir neçə gün öncə qayıtdığını bildirib:

    “Cıdır düzündə festivallar təşkil edəcəyik. Oranı ikinci paytaxta çevirəcəyik. Ölkəmizə gələn qonaqlar və vətəndaşlarımız bu şəhərdən mənəvi zövq almalıdırlar. Özüm də 3-4 gün bundan öncə Şuşada oldum. Əsgərlərimizlə, polis və komandirlərimizlə söhbətləşdim. Şəhəri yenidən dirçəldəcəyik. Bundan sonra Şuşadan Azərbaycan mədəniyyətinin qoxusu gələcək”.