Month: January 2021

  • Teymur Rəcəbov İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür edib

    “Hörmətli Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva, Sizin təbrikiniz mənə böyük şərəf verdi. “Airthings Masters” turnirində qazanılan qələbəni Azərbaycan şahmatının, ümumilikdə ölkə idmanının uğuru hesab edirəm”.

    Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bunu qrossmeyster Teymur Rəcəbov “Champions Chess Tour” çərçivəsində keçirilən rapid üzrə onlayn “Airthings Masters” turnirində qazandığı qələbə münasibətilə səmimi təbriklərinə görə dövlətimizin başçısına və Birinci xanıma minnətdarlıq edərkən deyib.

    Şahmatçıların Azərbaycan dövlətinin diqqətini daim hiss etdiklərini vurğulayan qrossmeyster bildirib ki, yaradılan şərait çıxış etdiyimiz bütün yarışlarda qələbə uğrunda mübarizə aparmağa kömək edir: “Peşəkar şahmatçı kimi, hər yarışda Vətənimin idman nüfuzunu layiqincə qorumağa çalışıram. Çox gərgin oyunlar keçirdim və sevinirəm ki, sonda qələbə Azərbaycanın adına yazıldı. Cənab Prezident, ölkəmiz tarixində ən böyük qələbəni 2020-ci ildə Sizin rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusu qazanıb. İşğal altındakı torpaqlarımız otuz ildən sonra Sizin – Ali Baş Komandanın birbaşa rəhbərliyi ilə ordumuz tərəfindən düşmən tapdağından azad etdi. Bu tarixi Qələbə Sizin qətiyyətiniz, müdrik rəhbərliyiniz və milli birliyimiz sayəsində əldə olundu. Cənab Prezident, Sizə və qalib Azərbaycan Ordusuna xalqımıza və mənə yaşatdığınız Zəfər sevincinə görə dərindən minnətdarlıq və təşəkkür bildirmək istəyirəm. Şəhid əsgərlərimizə Allahdan rəhmət, ailələrinə başsağlığı diləyirəm. Xüsusilə vurğulamaq istərdim ki, bu Qələbə biz şahmatçılara gələcək yarışlarda güc və ruh yüksəkliyi verəcək”.

    Azərbaycanın dünyada intellektual və idman, o cümlədən aparıcı şahmat ölkəsi kimi tanındığını vurğulayan qrossmeyster qeyd edib: “Sizin şahmata və şahmatçılara göstərdiyiniz diqqətin sayəsində qrossmeysterlərimiz nüfuzlu yarışlarda parlaq qələbələr qazanır, ölkəmizdə mötəbər şahmat yarışlarının təşkili ənənə halını alır. Sizi və Azərbaycan xalqını sevindirdiyim üçün çox xoşbəxtəm”.

  • Bakı-Ələt yolunda böyük tıxac yaranıb

    Hazırda Bakı – Ələt magistral yolunda böyük tıxac yaranıb.

    Trend-in məlumatına görə, magistralın Ələt qəsəbəsindən paytaxta daxil olan hissəsində nəqliyyatın hərəkətində tıxac əmələ gəlib. Yolun şəhərdən rayonlara gedən istiqaməti bağlanıb.

    Qeyd edək ki, karantin rejimi ilə əlaqədar Bakıya giriş-çıxış da məhdudiyyət tətbiq olunur.

  • Azərbaycanlı futbolçuya Portuqaliya nəhəngindən təklif gəldi – RƏSMİ

    “Zirə”nin futbolçusu Cəlal Hüseynov Portuqaliyanın ən məşhur klublarından olan “Benfika”nın maraq dairəsinə düşüb.

    Bu barədə Oxu.Az-a klubun mətbuat xidmətindən məlumat verilib.

    İki gün əvvəl 18 yaşını tamamlamış müdafiəçi üçün Bakı klubuna rəsmi məktub gəlib. Futbolçu baxışa dəvət olunub. Lakin yeniyetmə futbolçunun Portuqaliyanın paytaxtı Lissabona nə vaxt gedəcəyi hələ bəlli deyil. Hər şey Fransa səfirliyində Şengen vizasının açılmasından asılıdır.

    Qeyd edək ki, Cəlal Hüseynov 2019-cu ilin yayında əsas komandaya götürülüb. Lakin onun debütü cari mövsümə təsadüf edib. O, Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində “Qarabağ”la oyunda debüt etməklə “Zirə”nin heyətində ilk matçını keçirmiş ən gənc futbolçu adına sahib çıxıb. Cəlal onda 17 yaş, 9 ay və 23 günlükdə olub.

  • Rəmiş koronavirusa yoluxub – FOTO

    “Rəmiş” təxəllüsü ilə məşhurluq qazanan, gitara ustadı, Xalq artisti Rafiq Hüseynov koronavirusa yoluxub.

    Bu barədə sosial şəbəkələrdə məlumat verilib.

    Hazırda o, xəstəxanada müalicə alır. Səhhətinin normal olduğu qeyd edilib.

  • “Neftçi” yayda aldığı futbolçunu icarəyə göndərdi – RƏSMİ

    “Neftçi” PFK futbolçu Cabir Əmirlini icarəyə verib.

    Klubun rəsmi saytında gedən xəbərə görə, 23 yaşlı müdafiəçi mövsümün sonunadək “Sumqayıt”da çıxış edəcək.

    Qeyd edək ki, ötən ilin yayında “Neftçi”yə transfer olunmuş Cabir Əmirli bu mövsüm cəmi beş oyunda meydana çıxıb. Onun “Keşlə”dən transferi “Neftçi”nin sabiq baş məşqçisi Füzuli Məmmədovun istəyilə olmuşdu.

  • Bakıda şadlıq sarayından 10 min manatlıq oğurluq edənlər ələ keçdi

    Sabunçu rayonunda oğurluq edən şəxs yaxalanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, rayon polis idarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki şadlıq saraylarının birindən 10 min manat dəyərində 450 oturacaq, iki televizor və led işıqlandırıcı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Kərimov, Y.Yusifov və A.Abbasov saxlanılıblar.

    Davam etdirilən tədbirlər nəticəsində A.Abbasovun yaşadığı evə baxış zamanı oradan üç qram heroin və doqquz qram metamfetamin aşkarlanaraq götürülüb.

    Faktla əlaqədar təhqiqat aparılır.

  • Ermənistan təşviş içində: Sədərəyin Kərki kəndi də Azərbaycana qaytarılacaq

    “Şurnux kəndindən sonra Ararat vilayətinin Tiqranaşen kəndi (Sədərək rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kərki kəndi nəzərdə tutulur) də Azərbaycana qaytarılacaq”.

    “Vestnik Kavkaza”nın məlumatına görə, bu barədə erməni politoloqlarından Hrant Melik-Şahnazaryan özünün “Facebook” səhifəsində bildirib.

    “Bunu haradan öyrəndiyimi sourşmayın. Cavab internetdə var. Ay yarım əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin məlumatını oxuyun. Orada yazılıb ki, Yerasxa ilə yanaşı Paruyr Syak kəndində blokpost quraşdırılacaq. Sonra xəritədə Paruyr Syakı tapın və hər şey aydın olacaq”, – deyə o, əlavə edib.

    O, həmçinin erməni silahlı qüvvələrinin Dağlıq Qarabağdan sistemli şəkildə çəkilməsi prosesindən də söz açıb.

    “Şurnuxun Sovet dövründə hansı ölkənin bir hissəsi olduğunu müzakirə etdiyimiz zaman, xain Nikol qoşunları Dağlıq Qarabağdan çıxarır. Uşaqları məzuniyyət bəhanəsi ilə Ermənistana gətirilir və sonra onlara deyilir ki, azərbaycanlılar əsgərlərin xidmət yerlərinə qayıtmasına icazə vermirlər. Və bu, mütəmadi olaraq təkrarlanır”, – deyə o, bildirir.

  • Часть зангезурского села Шурнух передана под контроль Азербайджана

    Армянская сторона передала Азербайджану часть села Шурнух Зангезурского района, на территории которой были расположены 12 домов армян. Об этом сообщил Sputnik Армения замглавы общины Гориса Менуа Овсепян.

    В рамках сверки границ эти дома вместе с прилегающими земельными участками отошли Азербайджану. Хозяева оставленных домов теперь переехали к родственникам.

    Кроме того, отмечается, что в настоящий момент сельчане собирают последние вещи, азербайджанская сторона уже установила пост у въезда на свой участок села.

  • Şurnux kəndində 12 evin olduğu ərazi Azərbaycana qaytarıldı

    Erməni tərəfi ölkənin cənub-şərqindəki Sünik rayonunun Şurnux kəndində 12 evin olduğu ərazini Azərbaycana qaytarıb.

    Bu barədə “Sputnik” xəbər yayıb.

    Məlumata görə, sərhədlərin delimitasiyası çərçivəsində ərazi Azərbaycanın nəzarətinə qaytarılıb. Tərk edilmiş evlərin sahibləri qohumlarının yanına köçüb.

    Azərbaycanlı hərbçilər kəndin girişində artıq nəzarət məntəqəsi yaradıblar.

  • Lənkəranda “Mercedes” kanala aşdı: Sürücü öldü

    Yanvarın 3-də saat 23 radələrində Lənkəran rayonu Girdəni kəndinin ərazisində kənd sakini Yunus Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobili kanala aşırıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.

    Araşdırmalar aparılır.