Month: January 2021

  • Ушла из жизни композитор Наиля Мирмамедли

    Умерла заслуженный деятель искусств Азербайджана, композитор Наиля Мирмамедли.

    Она скончалась 4 января в возрасте 59-и лет. Известие о ее смерти подтвердили в Бакинском государственном университете.

    Отметим, что 19 февраля прошлого года композитор была назначена директором Культурно-творческого центра БГУ.

    Наиля Мирмамедли – супруга покойного композитора Хикмета Мирмамедли.

  • Bəstəkar Nailə Mirməmmədli vəfat etdi

    Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli vəfat edib.

    59 yaşlı bəstəkar bu gün dünyasını dəyişib. Onun ölüm xəbərini Bakı Dövlət Universitetindən təsdiqləyiblər.

    Qeyd edək ki, N.Mirməmmədli ötən ilin fevralın 19-da BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinə direktor təyin olunmuşdu.

    Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşıdır.

  • Bakıda dəhşətli cinayət: Anasına mesaj yazdığına görə 13 bıçaq zərbəsi vurdu… – VİDEO

    2019-cu il dekabrın 20-i gecə saat 3 radələrində bir nəfərin 3 saylı Şəhər Klinik Xəstəxanasına çoxsaylı bıçaq xəsarətləri ilə daxil olması barədə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə məlumat verilib.

    Xəzər RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb, günorta saatlarında hadisəni törədən 2000-ci təvəllüdlü Murad İmaməliyev zəng edib, könüllü şəkildə olduğu yeri polis əməkdaşına bildirərək, təslim olub.

    İstintaqla müəyyən edilib ki, dekabrın 19-da Murad İmaməliyev yaşadığı evdə anasına məxsus mobil telefona baxarkən anasının iş yoldaşı Şahin Yusifovdan “WhatsApp”a mesaj gəldiyini görüb. Anasına qarşı nalayiq ifadələr işlətməsini görüb, bundan qəzəblənərək dekabrın 20-i gecə saat 1 radələrində mətbəxdən götürdüyü bıçaqla Ş.Yusifova 13 zərbə vurub.

    Cinayət işi istintaqın davam etdirilməsi üçün Xəzər rayon prokurorluğuna göndərilib.

    Baki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.İmaməliyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

  • В Азербайджане еще один врач умер от коронавируса – ФОТО

    В Азербайджане еще один врач скончался от коронавируса.

    Соответствующая информация распространилась в соцсети.

    Отмечается, что жертвой COVID-19 стала врач-гинеколог Гульниса Аббасова.

  • Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi – FOTO

    Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

    Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

    Bildirilib ki, həkim-ginekoloq Gülnisə Abbasova COVID-19-un qurbanı olub.

  • Abşeronda sərnişin avtobusu yandı

    Abşeron rayonunda “Daewoo” markalı sərnişin avtobusunun mühərrik hissəsi yanıb.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Avtobusun qalan hissəsi yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • 16 yaşlı qızın mədəsindən 300 qramlıq tük topası çıxarıldı

    Rusiyada 16 yaşlı qızın mədəsindən 300 qramlıq tük topası çıxarılıb.

    Lenta.ru xəbər verir ki, hadisə Kirovda baş verib.

    Yekaterina Bornyakova adlı qızın mədəsindən çıxarılan tük topası 15 santimetr diametrində olub və o, əməliyyat edilib.

    Məlum olub ki, qız trixobezoar adlı nadir xəstəlikdən əziyyət çəkib və tez-tez udduğu tüklər mədəsində topa halına gəlib.

    Pediatr Eduard Sirçinin sözlərinə görə, bu xəstəlik ən çox yeniyetmə qızlarda olur.

  • Silahlı şəxslər kəndlərə hücum etdi: 100 nəfər qətlə yetirildi

    Nigerda silahlı şəxslərin iki kəndə hücumu zamanı 100 nəfər qətlə yetirilib.

    “RİA Novosti” xəbər verir ki, bununla bağlı Tondikivind kommunasının rəhbəri Almu Hassan məlumat verib.

    Onun sözlərinə görə, hadisə Mali ilə sərhəddə yerləşən kənddə baş verib.

    Hassan bildirib ki, Çoma Banqu kəndində 70, Zarumadareye kəndində isə 30 nəfər qətlə yetirilib, 75 nəfər isə xəsarət alıb.

  • Pakistanda mədən işçilərinə silahlı hücum edilib

    Pakistanda naməlum şəxslər mədən işçilərinə silahlı hücum edib.

    Sinxua agentliyinin məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları xəbər verib.

    Baş verən hadisə barədə məlumat yanvarın 3-ü bilinib. Bəlucistan əyalətində bir qrup şəxs əvvəlcə mədən işçilərini qaçırıb, daha sonra isə onlara atəş açıb. Nəticədə 11 nəfər ölüb, üç nəfər isə xəsarət alıb. Yaralıları xəstəxanaya çatdırıblar, onların vəziyyəti barədə heç bir məlumat yoxdur.

    Hazırda hüquq mühafizə orqanları şahidləri axtarır.

    Heç bir qruplaşma hadisəni üzərinə götürməyib.

  • Ali Məhkəmənin keçmiş hakimi vəfat etdi

    Ali Məhkəmənin keçmiş hakimi dünyasını dəyişib.

    Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

    Bildirilib ki, Şahmurad Hidayev vəfat edib.

    Qeyd edək ki, o, 2008-ci ildə “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adına layiq görülüb, 2012-ci ildə isə təqaüdə göndərilib.