Month: January 2021

  • Bu il sosial müdafiə və sosial təminat üzrə ayrılan xərclər hansı istiqamətlərdə xərclənəcək?

    Azərbaycanda bu il dövlət büdcəsindən sosial müdafiə və sosial təminat üzrə ayrılan xərclərin təyinatı məlum olub.

    Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Fərmanında öz əksini tapıb.

    Fərmana əsasən, bu il dövlət büdcəsindən sosial müdafiə və sosial təminat üzrə 3 692 746 545 manat vəsait ayrılıb.

    Həmin vəsaitin 289 724 358 manatı sosial müdafiə, 4 818 974 manatı sosial təminat, 3 398 143 213 manatı sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlər üzrə xərclənəcək.

  • Bakı sakinindən altı kiloqram heroin aşkarlandı

    Bakı sakinindən külli miqdarda narkotik vasitə aşkarlanıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Səbail rayonunun ərazisində Bakı şəhər sakini P.Quliyevdən 6 kiloqram 24 qram heroin aşkar edilərək götürülüb.

  • İranın XİN başçısı Azərbaycana gələcək

    İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Azərbaycana səfər edəcək.

    Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə yanvarın 4-də keçirdiyi brifinqdə bildirib.

    Onun sözlərinə görə, M.Zərifin Moskva, Bakı və Yerevana səfərləri gündəlikdədir.

    S.Xətibzadə səfərin tarixi və gündəliyi barədə açıqlama verməyib.

  • 2021-ci il üzrə təhsil üzrə ayrılan xərclərin təyinatı məlum oldu

    Azərbaycanda bu il dövlət büdcəsindən təhsil üzrə ayrılan xərclərin təyinatı məlum olub.

    Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Fərmanında öz əksini tapıb.

    Fərmana əsasən, bu il dövlət büdcəsindən təhsil üzrə 3 277 655 549 manat vəsait ayrılıb.

    Həmin vəsaitin 319 352 315 manatı məktəbəqədər təhsil, 1 764 680 611 manatı ümumi təhsil, 51 143 908 manatı isə peşə təhsili üzrə xərclənəcək.

  • Azərbaycanda əcnəbidən 25 kiloqramdan artıq narkotik vasitə aşkarlandı – FOTO/VİDEO

    Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan ölkəmizə qaçaq yolla narkotik vasitə, psixatrop maddə və narkotik tərkibli həblər keçirən əcnəbi vətəndaş saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən İran vətəndaşı Sadeq Şəfii rayon ərazisində saxlanılıb və şəxsi axtarış zamanı ondan 10 qrama yaxın psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

    Davam etdirilən tədbirlərlə onun ölkə ərazisinə qanunsuz yolla gətirdiyi və Çaylı kəndi ərazisində yolun kənarında gizlətdiyi narkotik vasitələr də müəyyən edilib. Həmin şəxsin kolların arasında gizlətdiyi çantadan ayrı-ayrı bağlamalarda ümumilikdə 22 kiloqramdan artıq heroin, 2 kq 630 qram metamfetamin, 3 100 ədəd metadon və tramadol həbləri aşkar edilərək götürülüb.

    Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.


  • Azərbaycanda sərt karantinə rəğmən gizli fəaliyyət göstərən çayxana aşkarlandı – FOTO

    Ucar rayonunda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinə zidd fəaliyyət göstərən çayxana aşkar edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib.

    Çayxananın sahibi və orada olanlardan yeddi nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub.


  • Видеокадры из Азыхской пещеры – ВИДЕО

    Министерство обороны Азербайджана распространило видеокадры из Азыхской пещеры.

  • Azıx mağarasının görüntüləri – VİDEO

    Azərbaycan Müdafiə Nazirliyi Azıx mağarasının videogörüntülərini yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Evi icazəsiz tərk edən COVID-19 xəstələrinin sayı açıqlandı

    Son iki gündə ev şəraitində müalicə təyin edilən 12 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, onlardan altı nəfər barəsində cinayət işi başlanılıb.

    “Bu istiqamətdə tətbiq edilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edirik”, – deyə DİN-dən qeyd edilib.

  • Bu il tikinti və şəhərsalma üzrə ayrılan vəsait hansı istiqamətlərdə xərclənəcək?

    Azərbaycanda bu il dövlət büdcəsindən tikinti və şəhərsalma üzrə ayrılan xərclərin təyinatı məlum olub.

    Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Fərmanında öz əksini tapıb.

    Fərmana əsasən, bu il dövlət büdcəsindən tikinti və şəhərsalma üzrə 5 036 561 290 manat vəsait ayrılıb.

    Həmin vəsaitin 2 835 000 000 manatı dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri), 2,2 milyard manatı işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə xərclənəcək.