Month: January 2021

  • Azərbaycanda daha 33 nəfər koronavirusdan öldü: 421 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirusa (COVID-19) 421 yeni yoluxma faktı qeydə alınıb, 3645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 33 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 24834 nəfərə çatıb.

    Ölkədə son sutka ərzində 4287, hazırkı dövrədək isə 2204226 test aparılıb.

    Ümumi ölənlərin sayı 2703 nəfərdir.

    Ümumi yoluxanların sayı 219462 nəfər, ümumi sağalanların sayı 1919 25 nəfərdir.

  • В Мингячевире больной шизофренией убил свою мать

    Первого января, около 15:00, в прокуратуру Мингячевира поступила информация об обнаружении трупа жительницы города Афаг Ахмедовой (1948 г.р.) в принадлежащем ей доме.

    Как сообщили в ведомстве, сотрудниками прокуратуры с участием судебно-медицинского эксперта был произведен осмотр места происшествия, осуществлены другие необходимые процессуальные действия.

    У следствия возникли обоснованные подозрения в том, что потерпевшую убил ударом молотка ее сын Ислам Ахмедов (1981 г.р.), состоящий на учете в психоневрологическом диспансере с диагнозом “параноидная шизофрения”.

    По данному факту возбуждено уголовное дело в соответствии со ст. 120.1 (умышленное убийство) Уголовного кодекса, назначены соответствующие экспертизы.

    Ахмедов был привлечен к следствию в качестве обвиняемого, в отношении его решением суда избрана мера пресечения в виде ареста.

    В настоящее время следствие по делу продолжается.

  • Mingəçevirdə şizofreniya xəstəsi olan oğul anasını çəkiclə öldürdü

    Yanvarın 1-də, saat 15:00 radələrində Mingəçevir şəhər sakini, 1948-ci il təvəllüdlü Əhmədova Afaq İbiş qızının yaşadığı ünvanda meyitinin aşkarlanması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

    Mingəçevir Şəhər Prokurorluğundan verilən məlumata görə, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Aparılmış ilkin araşdırmalarla Afaq Əhmədovanın 1981-ci il təvəllüdlü, Mingəçevir şəhər rayonlararası Əsəb-ruhi dispanserində “paranoid şizofreniya” xəstəliyi diaqnozu ilə qeydiyyatda olan oğlu Əhmədov İslam Yaşar oğlu tərəfindən aralarında yaranmış münaqişə zəminində çəkiclə vurularaq, öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

    İslam Əhmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • Ərdoğan Türkiyə istehsalı olan peyvəndin istifadəyə buraxılacağı tarixi açıqladı – VİDEO

    “Ən geci aprel ayında Türkiyə istehsalı olan peyvəndlər istifadəyə hazır olacaq”.

    “Sözcü”nün məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans vasitəsilə qatıldığı “Elazığ Kömürhan Körpüsü və Bağlantı Tüneli”nin açılış mərasimində bildirib.

    O, əhalinin sağlamlığı ilə bərabər, işini, azuqəsini, gələcəyini qorumaq üçün dövlətin imkanlarını səfərbər etdiyini vurğulayıb.

    Türkiyə prezidentinin sözlərinə görə, bütün dünyanı bürüyən epidemiyanın şərtlərinə baxmayaraq, ötən 2020-ci ildə sosial layihələrdə axsama olmayıb.

  • Sabirabadda qəza: Sərnişin öldü

    Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə dekabrın 31-də saat 22:00 radələrində Sabirabad şəhəri ərazisində qeydə alınıb.

    Xaçmaz rayon sakini T.İsmayılov idarə etdiyi “VAZ-2107” markalı avtomobili daş hasara vurub.

    Nəticədə, sürücü və sərnişini, İmişli rayon sakini Toğrul Şükürzadə xəsarətlərlə xəstəxanaya yerləşdirilib, T.Şükürzadə yanvarın 1-də orada ölüb.

    Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

  • Казахстан официально отказался от смертной казни

    Казахстан официально отказался от смертной казни. Соответствующий закон подписал президент Казахстана Касым-Жомарт Токаев, передает Tengrinews.kz со ссылкой на Акорду.

    “Главой государства подписан Закон “О ратификации второго факультативного протокола к Международному пакту о гражданских и политических правах, направленного на отмену смертной казни”, – говорится в сообщении.

    С 2003 года в Казахстане был введен мораторий на смертную казнь.

    “Казахстан присоединился к Международному пакту, способствующему отказу от смертной казни. Отказ от тяжкого наказания, несомненно, является важным шагом на пути построения правового общества, государства, основанного на гуманистических принципах”, – отметил председатель Сената парламента Маулен Ашимбаев.

    Согласно международному протоколу у Казахстана после отмены смертной казни останется право применять ее в военное время.

  • Qazaxıstanda ölüm cəzası rəsmən ləğv olundu

    Qazaxıstan ölüm cəzasından rəsmən imtina edib.

    Bu barədə Tengrinews.kz xəbər verib.

    Müvafiq qanunu dövlət başçısı imzalayıb.

    2003-cü ildən bəri Qazaxıstanda ölüm cəzasına moratorium tətbiq edilib; o vaxtdan bəri ölkədə bunların heç biri qeyd edilməyib.

    Qazaxıstan ölüm cəzasının ləğv edilməsini təşviq edən Beynəlxalq Pakta qatılıb.

    Beynəlxalq protokola görə, ölüm hökmü ləğv edildikdən sonra Qazaxıstan müharibə dövründə bu cəzadan istifadə etmək hüququnu saxlayacaq.

  • Nazirlikdən Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə bağlı AÇIQLAMA

    Azərbaycanda təhsil alan əcnəbilərin sayı məlum olub.

    Bu barədə Təhsil Nazirliyinin yaydığı hesabatda qeyd edilib.

    2020-2021-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrində 89 ölkədən 6500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır.

    Tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Türkmənistan, Hindistan, Pakistan və digər ölkələri təmsil edir.

  • BMT-nin sülhməramlı səfirindən Ermənistanın vandalizmi ilə bağlı dünya ictimaiyyətinə ÇAĞIRIŞ

    Fransa Ali Musiqi Akademiyasının direktoru, Azərbaycanın Əməkdar artisti, BMT-nin sülhməramlı səfiri Adilə Əliyeva dünya ictimaiyyətinə açıq məktubla müraciət edib.

    Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Fransada 30 ildir yaşayan azərbaycanlı pianoçu deyib ki, hətta qlobal pandemiya belə Azərbaycan torpaqlarının qonşu Ermənistan tərəfindən işğal olunması ağrısını azaltmağa qadir deyildi:

    “30 illik işğal bir milyon qaçqının və müxtəlif milliyyətdən, dindən olan Azərbaycan əhalisinin – rusların, ermənilərin, yəhudilərin, ləzgilərin və başqalarının qan yaddaşında yer alan ali ədalətə inamını məhv edə bilməyib”.

    Müəllif ermənilərin XIX əsrdə Azərbaycan torpaqlarına köçürüldüyü, Ermənistanın bütün beynəlxalq normaları kobudcasına pozaraq, Azərbaycan torpaqlarını işğal etdiyi, dəhşətli müharibə cinayətləri törətdiyi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin parlaq taktikası və qələbə strategiyası, ordumuzun qəhrəmancasına savaşması nəticəsində ölkəmizin Zəfər qazanaraq, BMT-nin dörd qətnaməsini təkbaşına yerinə yetirdiyi barədə ətraflı məlumat verib.

    BMT-nin sülhməramlı səfiri bildirib ki, 30 illik işğal ərzində Azərbaycanın mədəni irsinə böyük ziyan vurulub, tarixi və dini abidələri (həm müsəlman, həm də xristian) məhv edilib, dağıdılıb, təhqir edilib, İslam və xristianlığın qanunları, şərəfi və qaydaları kobudcasına pozulub:

    “Ermənistan uzun illər ərzində Azərbaycanın tarixi və mədəni irsini mənimsəyirdi, hər xalqın tarixi-mədəni dəyərlərinin müdafiəsi haqqında UNESCO konvensiyasını pozurdu”.

    Tanınmış sənətkar digər ölkələrin mədəniyyət və incəsənət təmsilçilərini Azərbaycanın işğaldan azad olunmuş torpaqlarını ziyarət etməyə, erməni işğalçılarının törətdikləri dağıntıların dəhşətli miqyasını görməyə dəvət edib.

    Müsəlman Şərqində, məhz Azərbaycanda ilk demokratik respublikanın qurulduğunu, qadına səsvermə hüququnun verildiyini, ilk operanın, baletin, operettanın yarandığını xatırladan sənətkar bütün ölkələrin və xalqların sülhməramlı səfirlərini müstəqil dövlətimizin əldə etdiyi sülhün qorunması üçün öz töhfələrini bəxş etməyə çağırıb.

  • Пашинян вновь стал объектом насмешек, заявив о введении “жестких” санкций против Турции

    Армянский премьер-министр Никол Пашинян, объявленный предателем после тяжелого поражения армии РА в Карабахе, обратился к народу с новогодним посланием. Он сделал заявление о запрете на импорт турецких товаров в страну на полгода.

    Об этом сообщает Haber Global.

    “Мы вводим жесткие санкции в отношении Турции на шесть месяцев. Это решение потрясло турецкий рынок. Если они перестанут поддерживать Азербайджан, мы пересмотрим свое решение”, – сказал он.

    Заявление Пашиняна вызвало смех у пользователей соцсетей.

    Официальный Ереван объяснил свое решение соображениями безопасности и ролью Турции в последних событиях в Карабахе.