Month: January 2021

  • Пиротехники МЧС России разминируют территорию Агдамского района

    Пиротехники МЧС России проведут разминирование территории Агдамского района Азербайджана.

    Об этом информирует ТАСС со ссылкой на пресс-службу ведомства.

    “4 января самолет Ил-76 МЧС России со спасателями на борту вылетел в Азербайджан для выполнения задач по разминированию территорий в Нагорном Карабахе. В рамках гуманитарной миссии пиротехники будут работать в Агдамском районе”, – заявили в МЧС.

    Отмечается, что в разминировании будут участвовать 20 пиротехников центра “Лидер” и Ногинского спасательного центра. В работах также будут задействованы три комплекса с роботами.

  • Rusiya FHN Ağdamı minalardan təmizləyəcək

    Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri Ağdam rayonunda minalardan təmizləmə işləri aparacaq.

    Bu barədə TASS idarənin mətbuat xidmətinə istinadən məlumat verib.

    “Yanvarın 4-də Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi göyərtəsində xilasedicilərlə birlikdə Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi tapşırıqlarını yerinə yetirmək üçün Azərbaycan Respublikasına uçub. Humanitar missiyanın bir hissəsi olaraq, pirotexniklər Ağdam rayonunda işləyəcəklər”, – deyə məlumatda bildirilib.

    Minalardan təmizlənmədə “Lider” və Noqinsk Xilasetmə Mərkəzindən 20 pirotexnik, həmçinin robotlarla birlikdə üç kompleks də iştirak edəcək.

  • Sabah Bakıda səkkiz dərəcə isti olacaq

    Bakıda və Abşeron yarımadasında yanvarın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq.

    Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3, gündüz 6-8, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 60-70 faiz olacaq.

    Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 5-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Командир «Грузинского легиона»: Поздравляем Азербайджанскую Армию с блестящей победой в Карабахе – ВИДЕО

    Командир «Грузинского легиона» Мамука Мамулашвили, воюющий в составе ВСУ за территориальную целостность Украины, поздравил Азербайджан, азербайджанский народ и Азербайджанскую Армию с Новым годом и блестящей победой в Карабахе.

    М. Мамулашвили неоднократно публично выступал в поддержку территориальной целостности нашей страны и безоговорочное возвращение Карабаха в состав Азербайджана.

    Отметим, что в Украине Мамука Мамулашвили награждён орденами «Народный герой», Крестом Ивана Мазепы и медалью «За жертвенность и любовь к Украине».

  • “Qarabağ Dirçəliş Fondu” yaradıldı – FƏRMAN

    Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Fərmana əsasən, “Qarabağ Dirçəliş Fondu” Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

    Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılır. Fondun fəaliyyətinə cari rəhbərliyi üç üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir

    Fondun vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.

    Dövlət başçısı Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam da imzalayıb.

    Sərəncama əsasən, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

    Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

    Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

    Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

    Tural Gəncəliyev – Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

    Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

    Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru

    Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru

    Kamal Abdulla – Azərbaycan Dillər Universitetinin rektoru

    Alim Qasımov – Azərbaycan Respublikasının Xalq artisti.

  • Azərbaycanda şagirdlərin yerdəyişməsi yenidən dayandırılacaq

    8 yanvar saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.

    Bu barəd Təhsil Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, səbəb II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

    Portalda mövcud sorğuların tamamlanması prosesi 13 yanvar saat 18:00-dək davam edəcək.

    Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.

    Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

  • DİN-dən karantin postlarındakı vəziyyətlə bağlı AÇIQLAMA

    Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi beş şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, 2021-ci il yanvarın 3-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2 225 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

    Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2 025 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

  • 2021-ci ildə müdafiə və milli təhlükəsizlik üzrə ayrılan xərclərin təyinatı məlum oldu

    Azərbaycanda bu il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik üzrə ayrılan xərclərin təyinatı məlum olub.

    Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Fərmanında öz əksini tapıb.

    Fərmana əsasən, bu il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik üzrə 4 585 806 638 manat vəsait ayrılıb.

    Həmin vəsaitin 1 934 288 659 manatı müdafiə qüvvələri, 260 612 183 manatı milli təhlükəsizlik, 281 620 334 manatı sərhəd xidməti, 3 901 203 manatı müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 2 105 384 259 manatı müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üzrə xərclənəcək.

  • Növbəti üç günün hava proqnozu açıqlanıb

    “Yaxın üç gün ərzində ölkə ərazisində mülayim, xoş və əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir. Səhər saatlarında bəzi dağlıq ərazilərdə duman olacağı ehtimalı var”.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

    Onun sözlərinə görə, qərb istiqamətli, 5-10 metr sürətli külək əsəcək, havanın temperaturu Aran rayonlarında, gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10 dərəcə isti, dağlarda isə gecə 5 dərəcə şaxtadan 7 dərəcəyədək şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

    “Bakıda və Abşeron yarımadasında ayın 3-ü və 4-nə keçən gecə yarımadanın bəzi ərazilərində havanın çiskinli olacağı gözlənilir. Şimal-qərb küləyi saniyədə 7-12, arabir 15 metr sürətlə əsəcək. Havanın temperaturu gecə 5, gündüz isə 9-10 dərəcəyə yaxın isti olacaq.

    Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Yanvarın 3-dən 6-dək qərb küləyi 5-10 metr/saniyə, gündüz saatlarında arabir 15 metr/saniyə olacaq. Havanın temperaturu gecə 5-6 dərəcəyədək şaxta, gündüz isə 8 dərəcəyə yaxın isti olacaq”.

  • Teymur Rəcəbov Levon Aronyanı məğlub etdi

    Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final görüşlərinə start verilib.

    Azərbaycan qrossmeysteri Teymur Rəcəbov və Ermənistan təmsilçisi Levon Aronyan bu gün ilk matçda münasibətlərinə aydınlıq gətirib.

    Dörd oyundan ibarət qarşılaşmada T.Rəcəbov qalib gəlib. Üç görüşdə heç-heçə edən təmsilçimiz son partiyada qara fiqurlarla qələbə qazanmağı bacarıb – 2,5:1,5.

    Sabah Rəcəbovla Aronyan arasında ikinci matç keçiriləcək. Turnirin qalibi yarışın son günündə bəlli olacaq. Rəcəbova çempion olmaq üçün heç-heçə də kifayət edəcək.