Month: January 2021

  • “The London Post”: “Azərbaycan ən yaxşı investisiya məkanıdır” – FOTO

    Böyük Britaniyanın nüfuzlu “The London Post” qəzeti “Azərbaycan ən yaxşı investisiya məkanıdır” başlıqlı yazı dərc edib.

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlının müəllifi olduğu yazıda bildirilir ki, son 15 ildə iqtisadiyyatını üç dəfə böyüdən Azərbaycanın qarşıdakı 10 illikdə bu sektoru daha iki dəfə böyütmə hədəfi var.

    “Dünya investisiya hesabatı 2020”də 2014-2019-cu illərdə ən çox birbaşa xarici sərmayə cəlb edən ilk üç keçid ölkəsindən biri kimi qiymətləndirilən Azərbaycan həm də “Doing Business” hesabatında ən islahatçı 10 ölkədən biridir. Regionda dördüncü sənaye inqilabının ilk mərkəzini yaradan və davamlı inkişaf indeksinə görə lider olan Azərbaycanda əlverişli biznes mühiti, təklif edilən özəlləşdirmə gündəliyi və dövlət-özəl əməkdaşlığı imkanları, həmçinin Qarabağda bərpa prosesi yeni investisiya dalğası yaradacaq. Azərbaycanın müəllifi olduğu yeni regional arxitektura, kommunikasiya və iqtisadi əlaqələrin bərpası bölgənin sərmayə cəlbediciliyini artırıb.

    Vüsal Qasımlı məqalənin yekununda bildirib ki, dünyada ÜDM-ə nisbətdə ən az xarici borca və ən çox strateji ehtiyatlara, həmçinin sabit valyuta və aşağı inflyasiyaya malik olan Azərbaycanda xarici sərmayələr üçün təşviqlər və qarantiyalar mövcuddur.

    “The London Post” qəzetində dərc olunun məqalə ilə təqdim olunan link vasitəsi ilə tanış ola bilərsiniz.

  • Kann Film Festivalı yenidən təxirə salındı – VİDEO

    Beynəlxalq Kann Film Festivalı növbəti dəfə təxirə salınıb.

    “Euronews” xəbər verir ki, 2021-ci il mayın 11-dən 22-dək planlaşdırılmış festivalın iyulun 6-dan 17-dək keçirilməsi nəzərdə tutulur.

    Təşkilatçılar hesab edirlər ki, yay aylarında koronavirusun yayılması səngiyəcək və festivalı ənənəvi qaydada keçirmək mümkün olacaq.

    Xatırladaq ki, ötən il pandemiya səbəbindən məşhur film festivalı baş tutmamışdı.

  • Кадры из села Алыбейли Кельбаджарского района – ВИДЕО

    Министерство обороны Азербайджана распространило видеокадры из села Алыбейли Кельбаджарского района.

  • Kəlbəcərin Alıbəyli kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alıbəyli kəndindən görüntülər yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Bu gün U-21 millimizin rəqibləri bilinəcək

    Bu gün 21 yaşadək futbolçulardan ibarət milli komandamızın (U-21) Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bilinəcək.

    İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:30-da başlayacaq və onlayn formatda olacaq.

    Millimiz gücünə görə beşinci səbətdə yer alıb.

    1-ci səbət: İspaniya, Almaniya, Fransa, İngiltərə, İtaliya, Danimarka, Portuqaliya, Niderland, Xorvatiya;

    2-ci səbət: Avstriya, Polşa, İsveç, Çexiya, Belçika, Rusiya, Serbiya, İsveçrə, Yunanıstan;

    3-cü səbət: Slovakiya, İslandiya, Ukrayna, Sloveniya, İrlandiya, İsrail, Norveç, Bolqarıstan, Türkiyə;

    4-cü səbət: Şotlandiya, Şimali Makedoniya, Bosniya və Herseqovina, Uels, Şimali İrlandiya, Finlandiya, Macarıstan, Belarus, Albaniya;

    5-ci səbət: Monteneqro, Kosovo, Litva, Qazaxıstan, Moldova, Kipr, Farer adaları, Azərbaycan, Latviya;

    6-cı səbət: Lüksemburq, Ermənistan, Malta, Andorra, Estoniya, Cəbəllütariq, Lixtenşteyn, San Marino.

    Qeyd edək ki, Avropa çempionatı 2023-cü ildə Rumıniya və Gürcüstanda keçiriləcək. Seçmə mərhələnin oyunlarına martda start veriləcək və tsikl 2022-ci ilin iyununda başa çatacaq.

  • Когда возобновится движение поездов Баку-Хырдалан-Сумгайыт? – ЗАЯВЛЕНИЕ + ФОТО

    Движение пассажирских поездов Баку-Хырдалан-Сумгайыт будет восстановлено после обновления контактной сети.

    Об этом говорится в сообщении ЗАО “Азербайджанские железные дороги”.

    Отметим, в Хырдалане рядом с круговой развязкой сдан в эксплуатацию новый железнодорожный мост, по которому в настоящее время курсируют грузовые поезда.

    В настоящее время работы по реконструкции и капитальному ремонту контактной сети станции “Баш Кешля” электрифицированной железнодорожной линии Баку-Хырдалан-Сумгайыт продолжаются. Так, обновляется контактная сеть в связи с переводом участка железной дороги Баку-Беюк Кесик с постоянного на переменный ток.

    Напомним, что движение поездов в этом направлении было приостановлено 10 августа в связи с работами по расширению автодороги Баку-Сумгайыт. В рамках этих работ был демонтирован железнодорожный мост в Хырдалане, на его месте построен новый однопролетный арочный мост.

  • Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti nə zaman bərpa ediləcək? – AÇIQLAMA + FOTO

    Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarlarının hərəkəti kontakt şəbəkəsinin yenilənməsindən sonra bərpa ediləcək.

    Bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin yaydığı məlumatda qeyd olunub.

    Xırdalan dairəsində yeni inşa edilən dəmir yolu körpüsü istismara verilib və hazırda yük qatarları körpü üzərindən hərəkət edir.

    Bakı-Xırdalan-Sumqayıt elektrikləşdirilmiş dəmir yolu xəttinin Baş Keşlə stansiyasının kontakt şəbəkəsinin yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilir. Kontakt şəbəkəsi Bakı-Böyük Kəsik dəmir yolu sahəsinin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi ilə əlaqədar olaraq yenilənir.

    Xatırladaq ki, bu istiqamətdə qatarların hərəkəti Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar olaraq avqustun 10-da dayandırılıb. Yolun genişləndirilməsi çərçivəsində Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsü sökülüb, onun yerində yeni biraşırımlı tağlı dəmir yolu körpüsü inşa edilib.

  • Abşeronda 18 yaşlı gənc avtomobil qəzasında xəsarət aldı

    Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə zamanı 2003-cü il təvəllüdlü Abbaszadə Rəvan İsvəndiyar oğlu xəsarət alıb.

    Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

    Fakt araşdırılır.

  • Число инфицированных коронавирусом в мире превысило 101 млн

    По данным на утро 28 января, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 101 441 177

    Суточный прирост составил 603 531.

    За весь период пандемии скончались 2 184 273 человека, выздоровели – 73 325 507.

    Больше всего инфицированных в США – 26 166 201. На 2-м месте – Индия (10 702 031), 3-м – Бразилия (9 000 485). В первую пятерку также входят Россия (3 774 672) и Великобритания (3 715 054).

    По числу жертв инфекции и выздоровевших лидируют Соединенные Штаты – 439 518 и 15 942 757 соответственно.

    Турция (2 449 839 заболевших) занимает 9-е место, Иран (1 392 314) – 16-е.

    В Армении COVID-19 заболели 166 427 человек, в Грузии – 255 564.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в России – 71 076 летальных исходов.

    На сегодня в Азербайджане подтверждены 229 584 случая инфицирования коронавирусом, 221 717 человек вылечились, 3 105 – скончались.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 101 441 177 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 2 184 273 xəstə ölüb, 73 325 507 nəfər sağalıb.

    Şimali Amerikada 29 924 262, Avropada 29 610 765, Asiyada 22 790 605, Cənubi Amerikada 15 553 280, Afrikada isə 3 511 476 nəfərdə koronavirus aşkarlanıb.

    Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (26 166 201 nəfər), Hindistan (10 702 031 nəfər), Braziliya (9 000 485 nəfər), Rusiya (3 774 672 nəfər) və Böyük Britaniyadır (3 715 054 nəfər).

    Türkiyədə 2 449 839, İranda 1 392 314, Gürcüstanda 255 564, Ermənistanda isə 166 427 nəfərdə koronavirus müəyyən edilib.

    Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm Rusiyadadır (71 076 nəfər).

    Azərbaycanda koronavirusa yoluxan 229 584 nəfərin 3 105-i ölüb, 221 717-si sağalıb.