Month: January 2021

  • В Шамахы произошло ДТП, пострадавший доставлен в Баку

    В Шамахы произошло дорожно-транспортное происшествие, передает Report.

    Автомобиль сбил переходившего дорогу Мехраба Сеидова (1989 г.р.). Пострадавший с переломом ключицы был госпитализирован в Центральную районную больницу, а затем ввиду тяжелого состояния переведен в одно из медучреждений в Баку.

    По данному факту проводится расследование.

  • Şamaxıda avtomobil qəzası: Yaralı Bakıya göndərildi

    Şamaxıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

    Yolu keçən 1989-cu il təvəllüdlü Seyidov Mehrab Seyidbəy oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə mərkəzi rayon xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sol körpücük sümüyünün yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.

    M.Seyidovun vəziyyəti ağır olduğundan o, Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.

    Hadisənin təfərrüatı araşdırılır.

  • Koronavirus peyvəndindən hansı hallarda imtina edilməlidir?

    Kəskin respirator xəstəliyi olan insanlar, COVID-19 testinin cavabı müsbət çıxanlar, postkovid vəziyyətdəkilər, həmçinin IgM anticisimləri olanlar və ağır xəstəlikdən əziyyət çəkənlər peyvənddən imtina etməlidirlər.

    Lenta.ru-nun məlumatına görə, bu barədə Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova xəbərdarlıq edib.

    “Məsələn, anticisimlər üçün qan analizi vermisiniz. Əgər orqanizmdə “M immunoglobulinləri” tapılıbsa bu, immun cavabınızın formalaşmağa davam etdiyini göstərir. Yəni, PZR testiniz mənfi çıxsa belə, bədən virusla təmasdadır. Bəlkə də virus “gizlənib”, bağırsaqlarda və ya başqa bir yerdə “oturur”. Bu vəziyyət persistensiya adlanır”, – deyə bioloq izah edib.

    Mütəxəssis bildirib ki, orqanizmdə IgM olmadan yalnız IgG anticisimlərinin olması isə “postkovid vəziyyət”dir:

    “IgG varsa peyvəndləməyin heç bir mənası yoxdur. Bu halda yaxşı olar ki, vaksin növbəsi başqasına ötürülsün”, – deyə professor tövsiyə edib.

    Ança Baranova immunosupressiya və ya dağınıq sklerozu olan insanların da peyvənddən imtina etməli olduğunu vurğulayıb.

  • Эрдоган сегодня обсудит деятельность турецких войск в Азербайджане

    28 января состоится заседание Совета национальной безопасности Турции под председательством президента Реджепа Тайипа Эрдогана, на котором будет обсуждаться деятельность турецкой армии в Азербайджане.

    Об этом сообщает агентство “Анадолу”.

    В то же время ожидается обсуждение операций армии страны против террористических организаций, а также ряда других вопросов региональной и национальной безопасности.

  • Ərdoğan bu gün Türkiyə qoşunlarının Azərbaycandakı fəaliyyətini müzakirə edəcək

    Türkiyə Milli Təhlükəsizlik Şurasının ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün keçiriləcək iclasında Türkiyə ordusunun Azərbaycandakı fəaliyyəti müzakirə olunacaq.

    Bu barədə “Anadolu” agentliyi məlumat yayır.

    Eyni zamanda, Türkiyə ordusunun terror təşkilatlarına qarşı əməliyyatları, digər regional və milli təhlükəsizlik məsələlərinin də müzakirə ediləcəyi gözlənilir.

  • Hindistana turistlərin qəbulunda ŞƏRTLƏR

    Hindistanın xarici turistlərin qəbulunda ilkin şərtləri məlum olub.

    Bu barədə ATOR xəbər yayır.

    Bildirilir ki, Hindistan hökuməti COVID-19 pandemiyası şəraitində xarici qonaqları qəbul etmək üçün bir sıra təlimatlar hazırlayır.

    Ola bilsin ki, ölkə beynəlxalq təcrübədən istifadə edəcək.

    Beləliklə, Hindistana gələn bütün turistlər ya COVID-19 peyvəndi barədə sertifikat, ya da yola çıxmadan 72 saat əvvəl edilən PCR testinin mənfi nəticəsini təqdim etməlidirlər. Və ya onlar belə fürsətin olduğu hava limanlarına gəldikdən sonra testdən keçəcəklər.

    Turistlər yalnız onları qəbul edən turoperatorla səyahət edə biləcəklər. Ölkəyə gəlməzdən əvvəl onunla yerləri və hotelləri, eləcə də əlaqələri göstərən “marşrut vərəqəsi”ni razılaşdırmaq lazımdır. Həmin vərəqin Hindistan hava limanında səhiyyə işçilərinə təqdim edilməsi tələb olunacaq.

    Həm də turistlər Hindistana getməzdən əvvəl əvvəlki anti-covid statuslarını təsdiqləyən bəyannamə forması doldurmalıdırlar. Gedişdən əvvəl COVID-19 əlamətləri varsa, onlara səhhətlərinə nəzarət etmələri və səyahət etməmələri tövsiyə olunacaq.

    Gəlişdə bütün qonaqlar təmassız termometriyada gözləyəcək. Koronavirus əlamətləri olan turistlər təcrid ediləcək və müayinə olunacaq. PCR test nəticələri müsbət olarsa, onlar mövcud müalicə protokoluna əsasən təcridə göndəriləcəklər.

    Termometriyada və gəlişdə müayinə zamanı koronavirus testi mənfi olan və koronavirus əlamətləri göstərməyən turistlərin hotellərinə səyahət etmələri və daxili əlaqəli uçuşlardan istifadə etmələri təmin olunacaq.

    Hindistanda olarkən qonaqlardan ən azı iki metr sosial məsafəni qorumaq və daima qoruyucu maskalardan istifadə etmək tələb olunacaq.

    Sənəddə hoteldə qalma qaydaları da qeyd olunur, təmassız xidmət formaları – QR kodlar, onlayn formalar və elektron ödəmələrdən istifadə tövsiyə edilir.

    Bütün təsvir olunan yeniliklərin nə vaxt tətbiq ediləcəyi hələ dəqiq deyil. Yəqin ki, ölkədə koronavirus əleyhinə peyvəndləmə nəzərə alınmaqla proses yenidən başlayacaq.

  • Собака в последний момент спасла тонущего в реке мальчика – ВИДЕО

    Собака в пригороде австралийского города Онкапаринга, штат Южная Австралия, в последний момент спасла жизнь ребенку, который оказался в самой глубокой части реки. Об этом сообщает Lenta.Ru со ссылкой на издание Daily Mail.

    Роб Осборн (Rob Osborn) гулял по берегу реки со своей собакой – метисом бульдога и стаффордширского бультерьера по кличке Макс (Max). Австралиец увидел в реке тонущего ребенка.

    “Течение унесло мальчика на глубину, к большим камням. От гибели его отделяли секунды”, – рассказал Осборн.

    Прежде чем мужчина успел прыгнуть в воду, он заметил, что Макс уже плывет к мальчику.

    Осборн крикнул ребенку, чтобы он позвал пса по имени и ухватился за ручку спасательного жилета, который был надет на собаке. Мальчик схватил ее, и пес вытащил его на берег.

    “Макс однозначно герой, просто не знает об этом. Он просто делал то, что ему приказали”, – отметил владелец пса.

  • İt çayda boğulma təhlükəsi ilə üzləşən uşağın həyatını son anda xilas etdi – VİDEO

    Avstraliyada it çayda boğulma təhlükəsi ilə üzləşən uşağın həyatını son anda xilas edib.

    “Daily Mail”in məlumatına görə, hadisə Onkaparinga şəhərində baş verib.

    Bildirilir ki, yerli sakinlərdən Rob Osborn iti ilə sahildə gəzərkən çayın ortasında boğulan bir uşaq görüb.

    “Axın oğlanı dərinliyə, böyük daşlara doğru aparırdı. Onu ölümdən saniyələr ayırırdı”, – deyə Osborn olanları xatırlayıb.

    O, suya atılmağa imkan tapmamış iti Maksın artıq oğlana tərəf üzdüyünü görüb.

    Osborn uşağa köpəyi adı ilə çağırmağı və heyvanın əynində olan xilasetmə gödəkçəsindən tutmağı tapşırır. Uşaq onun dediyi kimi edir və it onu quruya çıxardır.

    “Maks mütləq bir qəhrəmandır, sadəcə bu barədə bilmir”, – deyə itin sahibi qürurla bildirib.

  • Polşada koronavirus peyvəndi oğurlandı

    Polşada ilk dəfə koronavirus peyvəndinin oğurlanması halı qeydə alınıb.

    Bu barədə RMF FM radiostansiyası məlumat yayıb.

    Oğurlanan peyvəndlərin 15 nəfər üçün nəzərdə tutulduğu bildirilir.

    Faktla bağlı araşdırma başladılıb.

  • Bayden Səudiyyə Ərəbistanı və BƏƏ-yə silah satışını dayandırıb

    ABŞ prezidenti Co Baydenin administrasiyası Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına silah satışını müvəqqəti olaraq dayandırıb.

    Bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

    Məlumatda yeni hökumətin yüksək dəqiqlikli silahların, o cümlədən F-35 qırıcılarının ərəb ölkələrinə satışı barədə qərarı yenidən gözdən keçirəcəyi bildirilir.