Month: January 2021

  • Qazaxıstan zavodları Rusiya peyvəndinin istehsalına başladı

    Qazaxıstandakı Qaraqanda əczaçılıq kompleksi Rusiyanın “Sputnik V” peyvəndinin 90 min doza miqdarında ilk partiyasının istehsalına başlayıb.

    “RİA Novosti” xəbər verir ki, bunu ölkənin səhiyyə nazirinin birinci müavini Marat Şoranov deyib.

    Onun sözlərinə görə, fevralın əvvəlində Qazaxıstan Rusiya istehsalı olan “Sputnik V”nin ilk partiyasını alacaq və 15 fevraldan Qaraqanda əczaçılıq kompleksinin istehsal etdiyi “Sputnik V” peyvəndi qeydiyyata alınacaq:

    “26 fevral tarixindən etibarən vahid distribyutorun anbarlarına və daha sonra bölgələrə göndərilmək üçün peyvəndin ilk partiyasının istehsalına artıq başlanılıb”.

    Qazaxıstanda Rusiya dərmanı ilə kütləvi vaksinasiya fevralın 1-də başlayacaq və ikinci rübdən etibarən peyvəndləmə prosesi klinik sınaqların üçüncü mərhələsində olan yerli “QazCovid” ilə davam edəcək.

  • В Азербайджане главврач освобожден от занимаемой должности

    Главврач Центральной больницы Шамкирского района Юсиф Гулиев освобожден от занимаемой должности.

    Как передаёт Median.Az, об этом BAKU.WS сообщил сам Гулиев. По его словам, он ушел по собственному желанию:

    “Некоторое время назад я написал заявление об уходе, вчера оно было удовлетворено. Сейчас я в Баку. Причина, по которой я уволился, заключалась в том, чтобы быть ближе к семье”, – сказал бывший чиновник.

    Отметим, что он занимал этот пост около двух лет. За это время в больнице также осуществлялось лечение больных коронавирусом.

  • Azərbaycanda baş həkim işdən çıxdı

    Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyev tutduğu vəzifədən azad olunub.

    Bu barədə Baku.ws-ə baş həkimin özü açıqlama verib. Onun sözlərinə görə işdən ayrılmasını özü xahiş edib:

    “Bir müddət idi işdən azad edilməm barədə rəsmi müraciət etmişdim. Dünən reaksiya verildi və mən işdən azad edildim. Bakı şəhərindəyəm, ailəmin yanındayam. İşdən ayrılma səbəbim də ailəmə yaxın olmaq idi”- Y.Quliyev bildirib.

    Məlumat üçün bildirək ki, Y. Quliyev 2 ilə yaxın Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsini icra edib. Bu müddət ərzində xəstəxanada koronavirus xəstələrinin müalicəsi aparılıb.

  • Возобновится ли работа общественного транспорта по выходным? – ЗАЯВЛЕНИЕ

    После 1 февраля объекты общественного питания смогут оказывать услуги на местах и по субботам и воскресеньям.

    Об этом в ответ на запрос Oxu.Az сообщил глава пресс-службы Кабинета министров Азербайджана Ибрагим Мамедов.

    Что касается работы общественного транспорта по выходным дням, то об этом будет сообщено дополнительно:

    “В эти субботу и воскресенье (30-31 января) будут работать парикмахерские и салоны красоты. В кафе и ресторанах с 1 февраля будут предоставлять услуги на местах”, – отметил И.Мамедов.

  • Həftəsonları nəqliyyatın fəaliyyəti bərpa olunacaq? – AÇIQLAMA

    “Fevral ayının 1-dən etibarən şənbə və bazar günləri ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək”.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    O bildirib ki, həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin bərpası məsələsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək:

    “Bu şənbə-bazar (yanvarın 30-31-i) bərbərxana və gözəllik salonları fəaliyyət göstərəcək. Kafe və restoranlarda fevralın 1-dən etibarən şənbə və bazar günləri də yerində xidmət olacaq”.

  • Azərbaycan nefti bahalaşır

    Azərbaycan neftinin qiyməti artmaqda davam edir.

    “Azeri Light” markalı neftin bir bareli 0,35 ABŞ dollarına qədər bahalaşıb.

    Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 56,71 dollar təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

  • Xətai rayonunda 21 yaşlı gənc oğlanı avtomobil vurdu

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

    Neapol dairəsində yolu keçən 2000-ci il təvəllüdlü Mehdizadə Ceyhun Elşən oğlunu avtomobil vurub. Xəsarət alan yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ bazu sümüyünün sınığı diaqnozu qoyulub.

    Hadisənin təfərrüatı araşdırılır.

  • Tehran Mənsimov Şuşa əməliyyatından danışdı

    “Şuşaya gedən yol var. Həmin yol açılmadığına görə, orada mürəkkəb, qızğın döyüşlər gedirdi. Düşmən bütün gücünü həmin əraziyə cəlb etmişdi. Minalanmış sahələrdə canlı qüvvə və zaman itkisinə yol verməmək üçün bizə yeni tapşırıq gəldi. Əlavə olaraq, 3 briqada mənim tabeliyimə verildi. Xüsusi təyinatlılara şərait yaratmaq üçün Daşaltı bölgəsini nəzarətə almalı, oradakı düşmən qüvvələrini məhv etməli idik. O vaxta kimi xüsusi təyinatlılar Şuşaya girəcəkdilər. Onlar meşədən keçib Şuşaya girənə qədər döyüşüb düşməni öz üzərimizə çəkməli idik”.

    “Report” xəbər verir ki, bunları Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun zabiti, “İgidliyə görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilən polkovnik Tehran Mənsimov “Şərq qapısı” qəzetinə müsahibəsində deyib.

    T.Mənsimov bildirib ki, həmin gün şəhidlərimizin qanı bahasına hədəfə çatıb və noyabrın 4-də Daşaltını işğaldan azad ediblər: “Sonrakı günlərdə də düşmənin saysız əks-hücumlarını dəf etdik. Bu döyüşlərdə Naxçıvan xüsusi təyinatlılarının şücaətini xüsusi vurğulamaq istəyirəm. Xüsusilə, Anar Əliyev və Nihad Babayevi, böyük qəhrəmanlıq göstərən Renat Şıxnəbiyev, Əli Kərimov və Elnur Şirinovun igidliyi gələcək nəsillərimiz üçün örnəkdir.

    Ermənilər deyirdilər ki, biz vururduq, Azərbaycan hərbçiləri yenidən qalxaraq üzərimizə gəlirdi. Həqiqətən də, həmin döyüşlərdə Naxçıvan xüsusi təyinatlıları qeyri-adi iradə, böyük fədakarlıq və qəhrəmanlıq göstərdilər… Noyabrın 6-da artıq xüsusi təyinatlılarımız Şuşa yaxınlığında yaxın təmas döyüşünə keçmişdilər. Döyüşən 4 hərbi hissənin hər birində Naxçıvan xüsusi təyinatlıları var idi. Ayın 7-si artıq Şuşaya şanlı bayrağımızı sancdıq, ilk azan oxundu. Bu hissləri sözlərlə ifadə etmək çox çətindi. Oxunan azan səsi və Dövlət Himnimizi eşidən yaralılarımıza, sanki yenidən həyat verilirdi. Şuşa azad olunandan dərhal sonra ilk ürəyimdən keçən namaz üstdə şəhid olan qəhrəman oğullarımızın ruhuna və igid döyüşçülərimizə dua etmək, Allaha şükranlığımı sevinc göz yaşları ilə çatdırmaq oldu. Düşmən sonra da əks-hücuma keçdi və bu hücumların da qarşısı alındı. İgidlərimiz canları bahasına Şuşanı qoruyub saxladı. Ölkənin müxtəlif yerlərində bu qələbəmizi coşqu ilə qarşılayan xalqımızın sevinci bizə daha böyük ruh yüksəkliyi verirdi”.

    Polkovnik vurğulayıb ki, Naxçıvan xüsusi təyinatlılarının Hadrut şəhəri və ətrafında olan yüksəkliklərin, Qarakollu, Edili, Axullu, Düdükçü, Zərgər, Qaraçuğ, Yuxarlı Yağlıvənd, Veysəlli, Meşdağlar, Domi, Tuğ, Çanaqçı, Sığnaq, Qacar, Divanalılar kəndlərinin, eləcə də Daşaltı və Şuşanın azad olunmasında müstəsna xidmətləri olub: “Hətta bir çox strateji yüksəkliklərin ələ keçirilməsində iştirak ediblər. Bu müharibədə oğullarımızın qəhrəmanlıqları ortaya çıxdı. Fiziki göstəricisindən asılı olmayaraq, elə əsgərlər, hərbçilər var idi ki, loru dillə desək, boyundan böyük qəhrəmanlıq, cəsarət göstərirdilər.

    Nəinki şəhidlərimiz, bu gün sağ qalan hərbçilərimiz var ki, onlar öz qanları bahasına tarix yazıblar. 44 günlük müharibə dünya hərb tarixində yeni bir döyüş taktikası oldu. Müharibə həm də onu göstərdi ki, xalqımız müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşib”.

  • Polkovnik Tehran Mənsimov fəaliyyətini idarə rəisi vəzifəsində davam etdirir

    “Hazırda Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi vəzifəsində xidmət edirəm”.

    “Report” xəbər verir ki, bunu Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun zabiti, “İgidliyə görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilən polkovnik Tehran Mənsimov “Şərq qapısı” qəzetinə müsahibəsində deyib.

    “24 avqust 2011-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olmuşam və 26 iyun 2013-cü ildə həmin akademiyanı fərqlənmə ilə – birinci olaraq bitirmişəm. Qarabağ bölgəsində taqım komandirliyindən briqada komandirliyinə kimi xidmət etmişəm. 4 iyul 2013-cü ildən Naxçıvan Əlahiddə Ümumqoşun Orduda xidmətə başlamışam və Şahbuz rayonundakı hərbi hissənin komandiri olmuşam”, – o bildirib.

  • FED uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxladı

    ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) 2021-ci ildəki ilk iclasının nəticəsinə əsasən növbəti dəfə uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.

    “Report” xəbər verir ki, bu barədə nizamlayıcının rəhbərliyinin iclasının nəticəsinə dair məlumatda bildirilir.

    Xatırladaq ki, FED ötən ilin dekabrında da uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlamışdı.